İsmaili natiqlərin İsna-Aşəriyə fəlsəfəsi

 


Kitab və məqalələrimdə mən göstərmişəm ki, İslam dini iki mənadan - birbaşa, yəni zahiri və rəmzi, yəni batini mənalardan ibarətdir. Batini mənalı İslamın yaşı 5500 ildir və burada İslam rəmzi İsmail rəmzinin digər yazılış forması olub - "İsa Aləmi", yəni "Ruhlar dünyası" deməkdir. Batini məntiqdə İslam dini - qədim Misir fironu kimi tanıdığımız pir Amonun Azərbaycan göylərində yaratdığı Allahın, onun cənnətinin fəlsəfəsidir ki, bizlərə bu İslam fəlsəfəsi - İsmaili və ya İsmailiyyə fəlsəfəsi (firqəsi/təriqəti) kimi tanışdır (Məqalə: "Əsl İslam – cənnət fəlsəfəsidir", sayt: https://gilarbeg.wordpress.com/2021/09/03/%c9%99sl-islam-c%c9%99nn%c9%99t-f%c9%99ls%c9%99f%c9%99sidir/). Deməli, əsl İslam - Allahın göydə yaratdığı cənnətin, kamil insanın yaradılışının və insan öləndən sonra ruhunun bu cənnətə düşməsinin fəlsəfəsidir.

İsmaili fəlsəfəsində peyğəmbər yox, İlahın və Allahın batini sirlərini bilən natiq vardır. Batini məntiqdə natiq - Ali (kosmik) idrakın material dünyadakı təzahürüdür. Qədim Misir fəlsəfəsində bu obraz - öz ruhunu ilkin materiyanın ruhu adlandıran pir Amonun obrazıdır. Mənbələrdə "Uca Natiq" adı Həsən ibn Sabbaha aid edilir və rəvayətlərə görə o Ələmut qalasının başında cənnət yaratmışdır. Qədim Misir mənbələrinə görə göydəki dünyanı məhz firon/pir Amonun yaratdığını nəzərə alsaq, razılaşarıq ki, Həsən ibn Sabbahın obrazı firon Amonun obrazıdır. Qədim Misirdə Sabbah rəmzi Sebek kimi keçir və bu rəmz İsa-Bəqa, yəni "sufizmin bəqa səviyyəsinə yüksəlmiş ruh" deməkdir. Ələmut rəmzi də batinilikdə El-Muta kimi açılır və Midiya-Eli, yəni göydəki Atum/Adəm Eli fikrini ifadə edir. Atum/Adəm isə batini məntiqdə İlahdan yaradılmış və iki dünyanı özündə birləşdirən kosmik ölçülü Allah deməkdir. Başqa sözlə, natiq rəmzi batini mənada Allahu-Əkbər, yəni Nəhəng (Böyük) Allah fikrini ifadə edir.

Batin elmində natiq rəmzi no-atiq rəmzi kimi açılır ki, No/An (Ane/On və s.) rəmzləri qədim Misirdə Gel şəhərinin (Geliopol) digər adıdır. Məhz bu şəhərdə firon Amon Atum Allahını yaratmışdır və batinilər Atum dünyasını Adəm, Midiya, Mədinə və s. kimi də qeyd edirlər. Mədinə şəhəri isə mənbələrdəƏl-Mədinə əl-Atikaadlanır ki, buradakı Atika [TK] rəmzi həm də Kəbənin digər adı olan Beytül-Ətiqdir. Digər tərəfdən, mətnlərə görə, Məhəmməd peyğəmbərin adlarından biri də Taha [TH] olmuşdur ki, bu da Atika [TK] rəmzi ilə eyni mənalıdır. Bütün bunlar o deməkdir ki, batinilərin natiqi (No-Atiq) - ilkin materiyadan, yəni İlahdan yaradılmış nəhəng Allahdır (El-İlah) və Şumer, Assurda da o Luqal, yəni "İlahi-El" kimi qeyd olunur.

Natiqin davamçısı isə samit adlanır. Natiq - zaman mərhələsində 7 peyğəmbərin təzahürü sayılır ki, yeddinci natiq həm də samitdir. Burada yeddilik - yeddi zaman surəsinə yaradılmış kosmik Atum Allahını bildirir. Tövrata görə, Allah "dünyanın" (göydəki) yaradılışının yeddinci günü işlərini qurtarıb "dincəlir". "Dincəlmək" rəmz burada həm də "ölmək" və "yatmaq" mənasını verir. Qədim Misir mətnlərinin birində deyilir: “Allah gözəl tabutda yatdı” ki, sonradan yuxudan oyanıb Feniks quşu kimi Göyə uçsun”. Sinuxetin nağılında isə nəzərə çatdırılır ki, "... yeddinci gün Allahın Saxu ruhu (Sexotepibre) - "Göyə ucaldı və (Ra) Günəş diski ilə birləşdi, “İlahi bədən”, onu yaradana qovuşdu" (Məqalə: "Adəm və Həvva haqqında ağlasığmaz həqiqətlər", sayt: http://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1260). Başqa sözlə, yeddinci gün firon Amonun ruhu, əvvəlcədən göydə yaratdığı Ra diski (şarı) ilə birləşib, Ra-Amon (Rəhman) Allahına çevrilmişdir. Deməli, yeddinci natiq olan samit - Ra-Amon Allahın ruhu mənasındadır. Samit rəmzi batini mənada İsa-Amit kimi oxunur ki, bu "Atumun ruhu" deməkdir. Yeddinci natiq-samit də yeddi imamın təzahürü mənasında axirətdən sonra yaranacaq ikinci Atum, yəni Adəm anlamındadır.

Quranın İxlas surəsində birinci və sonuncu natiq (samit) - Allah adlandırılır (Məqalə: "Qurana görə axirətdə Allah gələcək", sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html). Burada samit rəmzi Səməd kimi qeyd olunur. Batini mənada "Qul Huv-Allahu Əhəd, Allahu Səməd" rəmzləri - "Gel elindəki Qeyb aləminin Allahı Əhəd və Səməddir" deməkdir. Kitabi Dədə Qorqudda bu fikir - “Qamu yerdə Əhədsən, Allahü Səmədsən” ifadəsi kimi keçir ki, burada birinci Allah (Ra-Amon) Əhəd adlandırılır. Əhədin qamlıqla əlaqəsi, onun qam-şamanlıqla İlahı dərk etməsi anlamındadır. Tövratda "Əhəd" rəmzi “vahid dil” mənasında “səfa əhəd” kimi yazılır və buradakı “səfa” rəmzi həm sufi və həm də axirətdə gələcək Sif anlamındadır. Mən - "Библейский Сиф сын Адама является образом Мессии" adlı məqalədə göstərmişəm ki, Tövratdakı Sif obrazı axirətdə gələcək Mehdinin obrazıdır (sayt: https://firudin.blogspot.com/2021/04/blog-post_23.html).

Qədim Misir yazılarına görə, Atum Allahını yaradan zaman pir Amon (Əmən/Əman/Əmin) ilk olaraq özündən Şu və Tefnut cütlüyünü yaradır. Batini mənada Şu (Yeşua/İsa/Şiə) - firon Amonun ruhudur ki, o öz ruhunu ilkin materiyaya ayrıca obraz kimi "təqdim etmişdir". Şu ruhu Atum Allahın bütün yaradılışını seyr edir, görür. Axirətə qədər göydə qalan pir Amonun ölümsüzlük qazanmış bu ruhu (Şu/Saxu) axirətdə Mehdinin ruhu kimi yerə enir. İslamda bu obraz, İbrahimin beyti tikməsini seyr edən və buna görə də batini sirləri bilən İsmail obrazıdır. Əhdi-Ətiqdə eyni obraz, əzab çəkən Əyyubun obrazıdır və Allah ona bildirir ki, onun ilahi sirləri bilməsinin səbəbi, onun çox qədimdə doğulması və yaşının çox olmasıdır. Firon Amonun ruhunun axirətdə insan bədənində zühur etməsi isə batinilərdə "tənasüh" adlanır. Bizlərə bu tənasüh - Cavidanın Babəkə keçən ruhu kimi tanışdır (Məqalə: "Babək bir gizli sirdir, aça bilərsən...", sayt: http://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1258). Batini mənada tənasüh rəmzi - "Nut-Sahu" (Nut-Saxu) kimi açılır ki, qədim Misirdə bu rəmz, firon öləndən sonra sahu ruhunun bədəndən çıxıb, Nut göyünü "tutması" mənasındadır. Quranda bu hadisə - Rəhmanın (Ra-Əman) Ərşə hakim olması kimi rəmzləndirilmişdir və batinilikdə Ərş rəmzi Aşəriyə/Asar/Azər/Osiris rəmzləri ilə eyni mənalıdır. Belə çıxır ki, tənasüh - firon Amonun göyləri tutmuş və Osiris Allahına çevrilmiş Şu (Saxu) ruhunun yenidən insan bədənində təzahürü deməkdir.

Bütün bunlardan çıxan nəticə odur ki, İsmaili natiqlərinin elmi qədim Misirin Gel elinin elmidir. Mənbələrə görə, qədim Misirin bütün ovsun və dualarını məhz Gel kahinləri tərtib etmişlər. Strabona görə, qədim dövrdən fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər bilavasitə Geliopolda, yəni Gel şəhərində yaşamışlar. Tövratda Gel şəhəri Gelad/Qalaad kimi qeyd olunur və ismaililərə (izmail) aid edilən bu yeri Allah “Mənim Geladım” adlandırır. Gelad rəmzi batini mənada Gel-Ata, Gel-Ada deməkdir və buradakı Ata/Ada rəmzləri "yaradıcı Allah" fikrini ifadə edən Teo/Teos/Deo rəmzidir ki, İsmailiyyə fəlsəfəsidə bu rəmz Dai kimi qalmışdır (Məqalə: "Göydə cənnət yaratmış Azəri bəgləri - Şəddadilər", sayt: https://firudin.blogspot.com/2020/09/goyd-cnnt-yaratms-azri-bglri-sddadilr.html). Deməli, batini mənada Gelad rəmzi - "Gel şəhərinin Allahı", "Gel şəhərində yaradılmış Allah", "İlahdan yaradılmış Allah, Onun eli" və s. mənalarını verir. Azərbaycan tarixində, Gelad/Qalaad rəmzləri əsasən Xilat/Xelat kimi qeyd olunur ki, məhz burada Nəsir əd-din Məhəmməd Sökmən (SaxuAmon – Amonun ruhu) - özünü Şahi Ərmən, yəni ölümsüzlük qazanmış Ra-Amon Allahı adlandırmışdır. Azərbaycan Atabəglər Ailəsinin Xelat eli isə numizmatika nümunələrində "Xəllədə Mülkə-Hu", yəni "Xelatdakı Allahın (İlah) Mülkü" kimi qeyd olunur və bu Mülkün sahibləri Cəlairilərin Qacar şahları nəsli sayılır. Əflatun məhz bu seçilmişləri – yaradılışında nütfünə qızıl qatılmış “filosof-şahlar” adlandırır. Sufi-batinilərdə Qacar rəmzi Həcər rəmzi ilə eyni mənalıdır. Ərəb mənbələrində Qacar/Həcər oğlu İsmailin Gelad/Gelat eli - Gelati-Şiə ifrat ismaililərinin yurdu kimi keçir.

İsmaili natiqlərinin məntiqinə görə, bütün dinlərin kökündə duran bir pak din var ki, o da Azərbaycanın Xelat Atabəglər Ailəsinin 5500 yaşlı İsna-Aşəriyə (On iki imam) dinidir. On iki imam rəmzi yəhudilərdə 12 İsrail (Asar-Eli/Azər-Eli) oğlu, xristianlarda İsanın (Yeşua/Şiə/Şu) 12 həvarisi, qədim Misirdə 12 Osiris Allahı, Şumerdə 12 planet və s. kimi məlumdur. Azəri pir-bəglərinin bu İsmaili batini fəlsəfəsinin mahiyyəti qədim Misir fəlsəfəsi ilə eynidir (Məqalə: "Azər Allahı, Onun müqəddəs Dili, Dini və Eli", sayt: http://gilarbek.blogspot.com/2018/06/azr-allah-onun-muqdds-dili-dini-v-eli.html?m=1).

İsna-Aşəriyə rəmzi natiqlərin məntiqində "Sina dağındakı Aşər (Azər/Osiris)" Allahı deməkdir. Sina/Sin rəmzi Alban və digər mənbələrdə Süni və ya Sünik kimi keçir. Məhz Sünik və ya Gelarküni elinin göylərində müqəddəs Atalarımız ölümsüz ruhlar (mələklər) üçün Faran/Paran, (Firon/Piran) "səhrası" yaratmışlar. İbrahim peyğəmbər məhz burada İlahi oddan beyt “tikmiş” və onu cənnətə çevirmişdir. İsmail də bu yaradılışı görmüş və axirətə qədər burada öz zamanını gözləmişdir. Məhz bu beyt Allahın batini, yəni bətni (Beyti-An) sayılır.

Qədim Misir yazılarına görə, dünyaya hakim kimi gəlmiş Asar (Azər/Osiris) Allahı, axirətdə qardaşı Set tərəfindən öldürülür. Lakin oğlu Qor onu yenidən dirildir. Quranda Aşər/Azər, yəni Osiris Allahı - Şira kimi də keçir və Şiranın rəbbinin Allah olduğu vurğulanır. İncildə isə Azər - Lazar (El-Azər) yəni Azər-Eli adlanır ki, ölmüş Lazarı İsa (Yeşua/Şu/Şiə) peyğəmbər dirildir. Batini mənada İsa peyğəmbərin çarmıxa çəkilməsi, İsanın ölümündən sonra ruhunun Atum Allahına birləşib, Nəhəng Allah kimi dirilməsi mənasındadır. Azər (Asar/Osiris) Allahının oğlu Qor - qədim mənbələrdə Aqar və ya Həcər/Qacar kimi keçir. Aqar rəmzi sufi-batinilərdə həm də Qərəə, yəni Quran deməkdir. Aqar/Həcər oğlu İsmailin Allah Beytinin (cənnətin) tikilişini görməsi və sirləri bilməsi, onun Qor Allahının, yəni Qərəə/Quranın təcəssümü olması deməkdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, İsmaili natiqlərinin İsna-Aşəriyə fəlsəfəsi dünyanın ən kamil fəlsəfəsidir. Bu fəlsəfə bütün dinlərin, fəlsəfələrin, təriqətlərin və s. kökündə duran çox dərin elmdir. Bu elmi dərk etməyin yeganə yolu - günəş sisteminin yaranmasından sonra əmələ gələn ilkin materiyanın, yəni İlahın qanun-qüvvələrinin dərkidir. Məhz Azəri Atabəglərinin əcdadı pir/firon Əmən (Amon) ilk və yeganə dəfə ilkin materiyaya (İlaha) "daxil olub", onun qanun-qüvvələrini tam dərk etmiş və ondan göydə Allah yaratmışdır.

Bütün bunlar haqqında daha ətraflı məlumat, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və digər kitab və çoxsaylı məqalələrimdə verilmişdir.

 

Firudin Gilar Bəg

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери