Qırxlar - kimlərdir?

         Şiələrin "Qırxlar məclisi", "Qırxlar məqamı" adlandırılan ifadələri var ki, onlar haqqında həqiqətlər hələ də açılmamışdır. Bu gün Türkiyədə bununla bağlı müxtəlif məclislərin keçirilmıəsinə baxmayaraq, onlar haqqında heç bir yerdə dəqiq məlumat yoxdur. Mən bu sirrin üstündən pərdəni qaldırmaq və ilk dəfə Qırxların kimlər olduğu haqda məlumatlar verəcəm.

Pir Sultan Abdal deyir:

Canimiz melek canidir

Tenimiz Selman tenidir

İçtiğimiz aslan sütüdür

İçebilirsen gel beri

 

Ben has bahçenin gülüyüm

Ayn-i cem bülbülüyüm

kırk kapının kilidiyim

Açabilirsen gel beri..   

Pir Sultanın bu sözündən aydın olur ki, qırxlar, göydə ölümsüzlük qazanmış mələklərdir. Mənbələrdə "mələk" rəmzi - məlahi, münhid və s. kimi yazılaraq Şah İsmayıl Xətainin qızılbaşlarına aid edilir. Mələk - pirin ölümündən sonra göydə ölümsüzlük qazanmış ruhudur ki, qədim Misirdə bu ruh Ba (Benu) quşu adlanırdır. İslamın "Nəbi" (peyğəmbər) rəmzi də "Benu" rəmzindən yaranmışdır ki sufizmdə bunlar eyni mənalı rəmzlərdir. Deməli, göydə ölümsüzlük qazanmış pirin ruhu (mələk) elə İslamın peyğəmbərləridir və mən bu haqda "İslamın 124 min peyğəmbəri kimlərdir?" adlı məqalədə məlumat vermişəm.

     Pir Sultan - "Tenimiz Selman tenidir" deyəndə, cisminin, bədəninin Salmanın bədənindən olması nəzərdə tutulur. Sufizmdə Salman rəmzi Süleyman rəmzi ilə eyni mənalıdır də "Əman/Amon  Ruhu" fikrini bildirir. Əman/Amon isə qədim Misirin ilk piri, yəni fironu olmuşdur və o tərikə yolu ilə göydə Allah yaratmış və dünyanın sahibinə çevrilmişdir. Bu haqda mən "Batini-Quran" kitabında və məqalələrimdə geniş məlumatlar vermişəm. Salman rəmzi mənbələrdə pars Salman kimi yazılır ki, bu da "pir Amonun ruhu" deməkdir. Deməli, "Tenimiz Selman tenidir" dedikdə Amon Allahının göydə yaratdığı dünyada Salmanla bərabər ölümsüzlük qazanmış ruhlar nəzərdə tutulmalıdır ki, məhz pir Amonun hesabına bu ruhlar ölümsüzlük qazanmışlar.

       Pir Sultan - "İçtiğimiz aslan sütüdür" ifadəsi rəmzi mənadadır. Aslanların, canavarların ovladığı heyvanların ruhları, göydə ölümsüzlük qazanmış mələklər üçün qida, yemə çevrildiyindən, burada mələklərin qidası rəmzi olaraq "aslan südü" adlandırılır. 

      Pir Sultan - "Ben has bahçenin gülüyüm" dedikdə, gül rəmzində olan dünya ağacı nəzərdə tutulur ki, insan ruhları məhz bu cənnət ağacın budaqlarında yaşayırlar. Burada Pir Sultan özünü dünya ağacı rəmzində göstərir ki, bu da onun pir Amonun (Amon Allahı - Ra-Amon/Rəhman) obrazında olması deməkdir.

      "Ayn-i cem bülbülüyüm" ifadəsi də göydəki mələklərin quş obrazında göydə yaşayan bu mələklərə işarədir.

      "Kırk kapının kilidiyim" ifadəsi də qırx rəmzinin sirr olması mənasındadır ki, pir Sultan da özünü bu sirrlə bağlayır. 

      Bu pir Sultan Abdalın şerinin açması idi. Mən isə öz növbəmdə qırx rəmzinin açmasını vermək istərdim.

      Qırx rəmzi altında qədim Misirin Ra-Amon Allahının göy cənnətinin hakimləri nəzərdə tutulur. Buradakı hakimlərin sayı ümumilikdə 32-dir. Bu 32 hakimin başçısı isə elə pir, yəni firon Amondur. Deməli hakimlərin sayı 33-dür. Masonların 33 dərəcələri də məhz bu rəmzdən yaranmışdır ki, onlar yerdəki qayda-qanunun axirətə qədər saxlamaq üçün bu təşkilatı yaratmışlar.

      32-lər dedikdə, pir Amonun göy cənnətini yaradan zaman, ona kömək etmiş silahdaşları nəzərdə tutulmalıdır. Qədim Misir mənbələrində bu qam-şamanlar - teurqlar adlanır ki, türk sözü də məhz buradan yaranmışdır. Tərikə yolu keçmiş bu türklər 7 zaman müddətinə, yəni 7 etapa göydə kosmik insan obrazında olan Allah yaratmışlar. Tövratda bu - "Dünya"nın yaradıldığı 7 gün mənasındadır. Kosmik insanın, yəni Adəmin bədəni isə cənnət mənasındadır ki, bu 33 hakim burada cənnəti idarə edir. Deməli 40 dedikdə - 33 hakim və 7 günə yaradılmış qədim Misirin Atum (Adəm) Allahı nəzərdə tutulmalıdır. Qırxlar məqamı dedikdə də bu 33 teurqun - tərikə yolunun ən ali məqamı olan Bəqa (Bəglik) məqamına çatmaları və Allaha çevrilmələri nəzərdə tutulmalıdır.

       Qədim Misirdə 40 əvəzinə 42 hakimdən danışılır ki, burada tək pir Amon özünün 10 xüsusiyyəti ilə məhkəmə qərarlarına əsas sahibdir. Bu on xüsusiyyət, onun ağlı, təfəkkürü, mərdliyi, qorxmazlığı, bərəkəti və s. mənalarındadır.        

        Demiəli şiələri qırxlar məclisi, göydəki cənnətin hakimlərinin məclisidir və s.

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери