Məhərrəm ayı və məhərrəmliyin ağlasığmaz sirləri

 

Məhərrəm ayı müsəlman təqvimi olan Hicri-Qəməri, yəni ay təqvimində ilin birinci ayıdır. Mənbələrə görə bu ay - Adəm peyğəmbərin yaradılışı, İbrahim peyğəmbərin doğulması, Adəmin tövbəsinin Allah tərəfindən qəbul olunması və çoxlu hadisələrlə bağlıdır.

Peyğəmbərimiz Məhərrəm ayını - "Şəhrullahil Məhərrəm", yəni Allahın Məhərrəm ayı adlandırır ki, batıni mənada bu rəmz - "Allahın Məhərrəm şəhəri" deməkdir. Məhərrəm sözü - "haram edilmiş" mənasında İslam dininə görə haram aylardan biri sayılır. Lakin Quranda haram edilmiş Allahın şəhəri - Məkkeyi-Mükərrəmdir ki, batini mənada Mükərrəm və Məhərrəm rəmzləri eynidir. Buxari, Müslim kimi mühəddislərə görə bu şəhər - Allah yeri və göyü yaratdığı zaman yaradılmışdır.
Quranda Məkkeyi-Mükərrəmin Bəkkədəki Kəbə beyti - insanlar üçün yaradılan ilk evdir və Allah yeri bundan sonra yaratmışdır. Peyğəmbərimiz də Məkkəni fəth etdiyi günlə bağlı xütbədə: "Ey insanlar, şübhə yox ki, Allah, göyləri, yeri, günəşlə ayı yaratdığı gün, Məkkəni də haram və toxunulmaz qılmışdır" deyə bildirmişdir. Deməli, Allah Məhərrəm şəhəri olan Məkkeyi-Mükərrəmi dünyanı yaratdığı ilk zamanlarda yaratmışdır. Batıni mənada Məhərrəm və Mükərrəm rəmzləri Maq-İrəm deməkdir. Bu şəhərə aid edilən Haram rəmzi də Hu-İrəm, yəni İlahi-İrəm şəhəri anlamındadır.
Quranda Irəm - dünyada bərabəri olmayan "sütunlar şəhəri" adlandırılır. Yəməndən olan "məcnun şair" Əbdül Həzrətin "Əl-Əzif" və ya "Nekronomikonın sirri" adlı kitabına görə, sütunlar şəhəri olan "İrəm zat əl-Imad" şəhəri müqəddəs və vacib yerdə tikilmişdir. O fiziki yerdə yox, göydə yaradılmışdır və bura Böyük Boşluğun gizli qapısı sayılır. Məqrib cadugərləri bura şüurun dəyişmiş vəziyyətində girərmişlər. Rəvayətə görə, Ad oğlu Şəddadın əmri ilə qızıl və gümüş kərpicdən tikilən İrəm zat əl-İmad şəhərini, yəhudilərin "nefilim" adlandırdıqları cinlər tikmişlər. Mənbələrdə bu cinlər Maqoq adlanır ki, bu da sufi məntiqində Məkkə rəmzi ilə eyni mənalıdır. Başqa sözlə, batini mənada Məkkeyi-Mükərrəm - İmad, yəni Midiya maqları olan çadugərlərin göydə "tikdikləri" şəhərdir. Bu şəhərin, Allahın 7 günə yaratdığı göydəki dünya ilə eyni vaxtda tikilməsi o deməkdir ki, bura, Tövratda Allahın 2 və 4-cü günlər arası göyü, yeri, günəşi və ayı yaratdığı dünyadır. Bu kitabda yer - RS samiti ilə verilir ki, bu rəmz Ars, yəni Ərş kimi də oxuna bilər. Qədim Misir yazılarında bu yer, yəni Ars, Ərş - Qeb torpağı adlanır. Qeb isə elə Kəbə deməkdir və biz bunu Qeyb aləmi kimi də bilirik. Belə çıxır ki, Məkkeyi-Mükərrəm - qədim Misirdə Atum adlanan "dünya"nın göydəki ruhlar şəhəri, yəni Qeb aləmidir və burdakı Ars, Ərş rəmzləri də Asar, yəni Osiris Allah mənasındadır. Quranda Məkkeyi-Mükərrəm həm də "ümmül-kura", yəni şəhərlərin anası
adlanır və buradakı "kura" rəmzi həm də Osirisin oğlu Qor Allahı anlamındadır.
Digər tərəfdən, Ars, Ərş rəmzi sufi məntiqində Quranda keçən Aşr kimi də oxunur və bu da 10 mənasında Aşur, Aşura fikrini ifadə edir. Qədim fəlsəfədə on rəqəmi başlanğıc bir ilə digər başlanğıc bir arasındakı tam yaradılışı onun sonunu bildirirdi. Deməli, onluq - həm də son, tamamlama və başlanğıc vəziyyətinə qayıtma deməkdir ki, bundan sonra yeni başlanğıc başlayır. Başqa sözlə, on rəqəmi bütöv bir yaradılışın, onun sonunun və yenisinin başlanğıcının rəmzidir. Kabbalada onluq - Allahın vahid İlahi mahiyyəti olan həyat enerjisinin başqa bir mahiyyətə, bir formaya axıdılmasıdır. Yəhudi müdriklərində onluq - dünyanı var edən Allahın on yaradıcı sözünü bildirir ki, yunan fəlsəfəsi buna "Loqos" deyir. Bu isə qədim Misirdə, Atum Allahını öz fikri və sözü ilə yaradan firon Amonun ağlı, düşüncəsidir ki, Amon onu ayrıca obraz olaraq Ptah adlandırmışdı.
Batinilikdə Ptah rəmzi Fateh deməkdir və Məhəmməd peyğəmbərin on günə Məkkeyi-Mükərrəmi fəth etməsi bu mənadadır. Əhdi-Ətiqdə onluq - tək Allah və onun obrazları ilə bağlı olan hadisələrin mahiyyətinin tamlığını bildirir. Amos peyğəmbərin kitabında bu on rəqəmi -
yıxılmış, Allahdan dönmüş, Onunla müqaviləni pozmuş İsrail Evi üçün Təziyə ağlaması ilə əlaqələndirilir.Əgər nəzərə alsaq ki, İsrail, İzrail rəmzləri batıni mənada Asar-Eli, Azər-Eli mənasında Osiris-eli deməkdir, bu mərasimin qədim Misirin Osiris Allahının axirətdə ölməyinə həsr olunmuş mərasim olması ilə razılaşaraq.
Bütün bunlardan belə nəticələr çıxıra bilərik:
İslamın ay təqviminin Məhərrəm ayından başlaması, əsl İslamın - günəş Allahı Ra-Amonun, yəni Rəhmanın yerinə axirətdə ay Allahı olan Mehdinin keçməsindən sonrakı dövrü mənasındadır. Aşura - Rəhman Allahın idarə etdiyi Atum, yəni Adəm dünyasının digər adı olan Asar, Azər, Osiris deməkdir. On İlahi kamil tamlıqdan yaradılmış Osiris Allahı və onun göydəki İrəm cənnəti axirətdə məhv olur ki, Aşura da buna tutulan yas mərasimidir. Osiris Allahının oğlu Qor isə Mehdi obrazında bu Allahı dirildir və qədimdəki yaranış təkrarlanır ki, bu zaman göydə yeni "dünya" və yeni cənnət yaranır. Məhərrəm ayı və Məkkeyi-Mükərrəm də bu yeni yaranışın göydə zühur ilinin başlanğıcıdır.

                 Firudin Gilar Bəg

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери