Həqiqətdə Əhli-beyt kimlərdir?
İslam dünyası üçün dəqiq bilinməsi vacib olan məsələlərdən biri də peyğəmbərimizin ailəsi sayılan Əhli-beytidir. Əhli-beyt deyəndə peyğəmbərmiz, imam Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamları nəzərdə tutur və onları öz "itrəti, əti və qanı" adlandırır. Lakin digər mənbədə o özünü asiman, Əhli-beytindən olan imamları isə onun bürcləri adlandıraraq, onların on iki nəfər olmasını bildirir. İsna-Aşəriyə dinində və ismaili fəlsəfəsndə on iki rəmzi çox dərin batini mənalı rəmz olub, göydə, yəni asimanda yaradılmış dünyanı, cənnəti bildirir.
Belə çıxır ki, Əhli-beyt deyəndə peyğəmbərimizin göydəki evi, yəni cənnət dünyası nəzərdə tutulur. Beytin mənasını tam anlamaq üçün qədim mənbələrə müraciət etmək vacibdir. Quranda beyt həm də Beytullah adlanır ki, bu da Allahın Evi deməkdir.
Ən qədim mənbələrdə Allah evi mənasını verən beyt rəmzi - bit, Abtu, Abidos və s. kimi də yazılır. Mətnlərə görə, firon Amonun “Allahla söhbəti”, yəni ekstatık durumda ilkin materiyadan informasiya alıb, tam kamilləşməsi bu evdə baş vermişdir.
Firon Amon qurban ruhlarını göydəki bu beytdə yerləşdirmiş və Qeb aləmi əmələ gələndə özünü peyğəmbər adlandırmışdı. O, göy sularında Allah taxtı qurmuş, beytin qanunlarını yaradaraq, o dünyadakı bütün hakimləri də bu evdə yerləşdirmişdir.
Mətnlərdə bu "həyat evi" həm də iki dünyanı birləşdirən körpü adlanır ki, ölən Allahların ruhları Bennu quşuna çevrilərək, bura uçurlar. Beyti yaradıb qurtardıqdan sonra isə firon Amon özünü beytin hakimi, böyük Allah, çevrilmələr və əbədilik hökmranı Osiris adlandırmışdı. “Ölülər kitabı”nda bu Osiris Allahı – “Ptah-Seker-Azar” kimi qeyd olunur ki, bizlərə bu rəmzlər "Yafət-Arsak-Azər" kimi tanışdır. Belə çıxır ki, Beytullah - qədim Misirin Azər, yəni Osiris Allahının göydəki evidir. Mənbələrdə Azər Allahı - "odlu göldən gəlmiş", "od oğlu od" adlanır.
Qurana görə İlahi odla bağlı olan ev, Azər oğlu İbrahim peyğəmbər üçün tikilmiş və ora cənnət ölkəsinə çevrilmişdir. İslam dahilərindən olan Mühiddin ibn Ərəbi də “od” dedikdə cənnəti nəzərdə tutur ki, burada yüksək əbədi səviyyələri olan elçi və peyğəmbərlər olurlar. Quranda İlahi oddan yaranmış Nur - Allah adlandırılır. Bütün bunlar o deməkdir ki, Beytullah - Osiris Allahının göydə İlahi oddan yaradılmış evidir. Osirisin dirilməsi, yəni axirətlə bağlı yazılarda, İlahi Azər odu məhz bu "həyat evi" olan beytdən qalxır və Osirisin bədənini alovlandırır.
Yazılara görə, Osiris/Azər Allahının sağ ayağı Biqqe adasında olan dağdakı mağarada gizlədilmişdir ki, Biqqe rəmzi İslamda Bəkkə kimi məlumdur. Biqqe adasının - göy sularında yaradılmış ada olduğunu nəzərə alsaq, razılaşarıq ki, Bəkkədəki Kəbə evi elə Biqqedəki Qeb, yəni Qeyb aləmidir. Tövratda Qeb rəmzinin şəxsləndirilmiş obrazı Yaqub peyğəmbərdir ki, o "Allahla güləşdikdən" sonra Allah onu İsrail adlandırmışdı. Batini mənada Yaqub rəmzi, firon Amonun sufizmin Bəqa səviyyəsində, yəni bəglik məqamında İlahla vəhdətə nail olub, onu idarə etməsi deməkdir ki, sufi məntiqində bu Allaha qalib gəlmək anlamındadır. İlaha qalibiyyətin nəticəsində Yaqub göydə İlahdan - İsrail, yəni Asar-Elini, Osiris Allahların cənnətini yaradır. Tövratda Yaqubun Liya və Raxil adlı iki arvadı olur ki, batini mənada bunlar El və Xilar-Gelar mənasında, göydəki Osiris şahlığının Gelar Elində yaradılmasını bildirir. Bu isə o deməkdir ki, beyt dedikdə - firon Amonun qurban ruhlarından Gelar elinin göylərində yaratdığı Osiris Allahının evi nəzərdə tutulmalıdır. Bu Allah evinin yaradılışı firon Amonun "ürəyində" düşünülmüş və qurban vasitəsi ilə yaradıldığına görə, sufilər Beytullah dedikdə ürəyi də nəzərdə tuturlar.
Quranda beyt rəmzi əsasən "əl-beyt" kimi yazılır və şumer-akkad möhürlərində bu rəmz "bit-ili" kimi qeyd olunub, kahinin öküzlə güləşməsi və qurbankəsmə səhnələri ilə təsvir edilir. Möhürdə qəhrəmanın adı isə - “Yeri yaratmış kahin, hökmdar” kimi də yazılır və bu da qurbanla göydəki dünyanı yaratmış firon Amon deməkdir.
Lakin "əl-beyt" rəmzi batini mənada yəhudilərin levit rəmzi ilə eyni mənalıdır ki, levitlər Allaha qulluq edən, Onun adından qərarlar verən, Əhd sandığını qoruyan xüsusi kahin təbəqəsidir. Yalnız Aron nəslinin kişilərindən olan levitlər, qardaşları arasında paya, əmlaka sahib deyildilər. Çünki, Allah onlara - "Sizin Mülkünüz Mənəm və siz Mənim hissələrimsiniz" demişdir. Bu o deməkdir ki, Əhli-beyt - Allah ruhunu daşıyan müqəddəslərdir ki, İran mənbələrində onlar İlahi Azər odunu daşıyan firon-bəglər, atəşbəglər adlanırdılar. Allahın onlara ayrıca el-oba verməməsi də, onların bütün dünyanın şahları mənasında olması ilə bağlıdır. Gelar bəglərinin qurban ruhlarından yaratdıqları ev, Tövratda Allahın sakin olduğu Vəhy çadırı adlanır və Skiniya kimi qeyd olunur. Allahın evi olan bu çadır İslamda Məhəmməd peyğəmbərin əbası mənasındadır ki, məhz bunun altında olan Kisa əshabı Əhli-beyt hesab olunur. Batini mənada Skiniya rəmzi də əba mənasında olan Kisa rəmzi ilə eynidir.
Alban mənbələrində Skiniya rəmzi, Gelarküni elinin Sisakan nəslinin adı ilə eyni mənalıdır.
Bu isə o deməkdir ki, Əhli-beyt - Gel elinin, yəni Gelarküninin Alban Ərənşahları nəslidir. Levitlərin Aron nəsli də Ərən şahlarıdır ki, Alban mənbələrində Aron, Ərən rəmzi - bədəni dünya kimi göstərilən Arandır. Aranın bədəninin ölkə, ərazi kimi göstərilməsi də, onun, qədim Misirin Atum adlanan kosmik İnsan-Allah olmasıdır və Osirisin Qeyb aləmi də bu Allahın daxilindədir. Məşhur sufi Əl Qəzali bu kosmik İnsanı Məhəmməd peyğəmbər kimi təqdim edir və onu kosmik qüvvə sayır.
Qədim Misir yazılarına görə, firon Amon Gel şəhərində kosmik Allah və onun daxilində Qeb cənnət evini yaratmışdı. Gel elinin kahinləri isə qədim dünyanın ən kamil alimləri sayılırdı. Əhdi-Ətiqdə Gel eli Gelat kimi yazılır və Allah ismaililərin bu elini "Mənim Geladım" adlandırır.
Batini mənada Əhli-beyt rəmzi - İlahi-beyt və Gel-beyt kimi də oxunur ki, bu da Allah evinin Gel şəhərində olması anlamındadır. Gelat İsmaililəri mənbələrdə batinilər adlanırlar və bu da onların İlahi sirləri bilmələri ilə bağlıdır.
Sufi- batinilər, Əhli-beyt dedikdə məhz İlahi sirləri bilən “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvlərini nəzərdə tuturlar. Məşhur sufi Əl-Əşari, bu ismaili natiqlərini - “danışan Quran” adlandırır. O, ümumiyyətlə Quran dedikdə kitabı yox, Lövhi Məhfuzu və ürəyinə bilik verilmiş insanı nəzərdə tutur. Əflatun, ürəyinə bilik verilmiş insanları - "filosof-şahlar" adlandırır. Qədim hind abidəsi olan Bxaqavat-Gita kitabına görə, İlahi bilgiləri yalnız bxaktilər, yəni bəg-kutilər anlaya bilər. Bu kitabda Allah açıq elan edir ki, yalnız “Mənim bxaktilərim” məni lazımi dərəcədə dərk edə bilərlər və mənim təbiətimə çata bilərlər". Kuti-bəglər isə, şahlığı göydən endirilmiş Midiya kutiləridir ki, bizlərə bu şahlar nəsli Gelat, Xelat elinin Azərbaycan Atabəglər Ailəsi kimi tanışdır. Bu ailənin Qacar şahları mətnlərdə Həcər və ya Aqar oğulları adlanır və bu da elə Qərəə, yəni Quran əhli deməkdir. Onların Xelat yurdu numizmatika nümunələrində "Xəllədə Mülkə-Hu", yəni "Allahın Mülkü Xelat" mənasında qeyd olunub, Cəlair-Gelar şahlarına aid edilir.
Bütün bunlar o deməkdir ki, Əhli-beyt - cənnətin yaradıldığı Gel, yəni Gelarküni elinin bəgləridir. Buxarinin hədisinə görə, Məhəmməd peyğəmbərin də evi – vərəsəliklə Əbu Talibin oğlu Aqilə, yəni Gelə çatmış evdir. Mənbələrə görə axirətdə burada yeni cənnət, yəni yeni Beytullah yaranacaq və bu beytdən olan bir nəfərə əbədi veriləcək.
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
Комментарии
Отправить комментарий