"Ana" ilə keçən müqəddəslik
Qəbul olunmuşdur ki, yəhudilik anadan keçir və yəhudilər yalnız yəhudi ilə evlənməlidirlər. Yəhudi dedikdə qədim mənbələrdə Xəzər Türk bəgləri olan kutilər, yəni xudalar nəzərdə tutulurdu və yəhudi də "Ya Xuda" anlamındadır. Şahlığı göydən endirilmiş bu kuti-xudalar mətnlərdə - qədim Misirin Atum Allahının obrazı və bənzəri kimi yaradılmış göy insanları adlandırılır. Atum isə ilkin materiyadan, yəni İlahdan yaradıldığı üçün xudalar nəsli də İlahdan yaradılmış hesab olunurlar. Rəmzlər dilində bu yaradılış Misir fironu Amonun və ya Oğuz xanın göylərlə izdivacı mənasında olduğu üçün göylər, yəni ilkin materiya (İlah) - xudalar nəslinin anaları mənasındadır. Başqa sözlə, qədim yəhudilər olan Türk bəgləri İlahdan doğulmuş müqəddəs insanlardır. Bu Azəri pirləri İlahla vəhdətdə doğulduqlarına görə onların söz və fikirləri həyata keçir və onlar təbiətə və canlılara aktiv təsir edə bilirdilər. Azəri seyid-bəgləri indi də iddia edirlər ki, onlar adi insanlar deyillər. Çünki İlahi nurdan yaradılmışlar. İlah, İlahi nur isə hər şeyi doğan, yaradan olduğu üçün, əcdadlarımız bu ilkin materiyanı qadın obrazı kimi rəmzləşdirmişlər. Qədim Misir yazılarında İlahla bağlı olan bu pir-fironlar həm də söz və fikirlə "dünya" yaratmış Pta, Ptah, yəni Yafətin nəsli sayılır.
Mənbələrdə ana adı ilə adlanan müqəddəslər Qacar şahları sayılır ki, Qacar rəmzi İbrahim peyğəmbərin arvadı Həcər mənasındadır. Həcər oğlu İsmailin törəmələri olan ismaililər Əhdi-Ətiqdə Midiyanın Gelad İsmaililəri adlanır və Allah onların Gelad elini - Öz eli adlandırır. Lakin Gelad həm də Xelat elidir ki, bu el də Azərbaycan Atabəglər Ailəsinin iqamətgahı olmuşdur. Bu isə o deməkdir ki, yəhudilik, yəni İlahi nur, İlahi od daşıyan müqəddəs toplum - Həcər oğlu İsmailin ifrat Gelad/Gelat şiələri olan Qacar şahları nəslidir.
Əhdi-Ətiqdə Həcər rəmzi Aqar kimi yazılır və bu rəmz dünyanın ilk "dili" olan sufi məntiqində Qor mənasını verir. Qədim Misirdə Qor nəsli - Qor Allahının yolu ilə gedən firon-pirlər nəsli adlanırdı və mətnlərdə onlar İri-Pati, yəni Ra-Pta kimi qeyd olunurdu. İri-Pati və ya Ra-Pta rəmzləri sufi məntiqində Ər-Yafət, Yafət-Ərən deməkdir və bu ad Alban mənbələrində Gel-Gelarküni elinin Sisakan nəslinə aid edilir. Başqa sözlə, ana ilə ötürülən müqəddəslik - Azərbaycanın Gelat, Gelar ismaililəri olan Qacar şahları nəslinin əcdadlarından başlayır.
Digər tərəfdən, İri-Pati rəmzi mətnlərdə Eor-Pati kimi də yazılır və amazonkalara aid edilir. Rəvayətə görə, amazonkalar Ares və Harmoniyadan yaranmışlar. Sufizmdə Ares rəmzi Asar, yəni Osiris Allahı, Harmoniya isə QorAmon, yəni Amonun Qor nəsli deməkdir. Belə çıxır ki, amazonkalar - Asar, Azər Allahının Qor yolu ilə gedənlər nəslidir və qadın obrazı da onların İlahdan, İlahi nurdan yaranmaları ilə bağlıdır. Plutarxa görə, amazonkalar Xəzər dənizi boyunca Kür, Samur və s. çayları ətrafında, Alban, Gel, Leq tayfaların qonşuluğunda yaşamışlar. Alban, Gel və Leq rəmzləri ona işarə edir ki, amazonkalar Albaniyanın Leq, yəni İlahla bağlı olan Gel-Gelarküninin Ərənşahlar nəslidir. Ərənşahların Sisakan adlanması da, onların Tövratdakı Skiniya, yəni İlahın sakin olduğu müqəddəs olması ilə bağlıdır.
Azərbaycan əsilzadələri olan pir, xan, bəg, seyid nəsli keçən əsrin ortalarına qədər adi insanlarla yox, yalnız öz təbəqələri ilə ailə qurardılar. Məhz buna görə onların övladları da söz və fikir vasitəsilə təbiətə və canlılara təsir edə bilirdilər. Bu möcüzə göstərmə qüdrəti Ra-Amon Allahın Öz seçilmişlərinə İlahi nurunu verməsi hesabına baş verir ki, bu da ərin arvadını mayalandırması kimi təsəvvür olunmalıdır. Sufi məntiqində pir-bəglər, seyidlər Allahın yarı, arvadı, dostu və s. mənasındadır. Başqa sözlə, göy insanları nəsli olan Azəri pirləri, seyid-bəgləri nəsli rəmzlər elmində Allahın yerdə arvadı, yarı mənasında olduğu üçün onlar amazonkalar adlanmışlar. Həcərin əri İbrahim peyğəmbərin obrazı da sufi-batini məntiqində Ra-Amon Allahın obrazıdır. İbrahim peyğəmbərin Xaldeyanın Ur şəhərində doğulması da, onun Xelat göylərində Ra günəş Allahı mənasında yaranması anlamındadır. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərin, yəni Asar, Osiris Allahının firon-pirlər nəsli, göydə ölümsüzlük qazanmış firon Amonun arvadı rəmzindədir. Ra-Amon Allahının Öz arvadını İlahi nurla mayalandırması hesabına, son əsrə qədər pirlər nəsli İlahi qüdrətə sahib olmuş və möcüzələr göstərə bilirdilər. Yalnız Azərbaycanın Rusiya tərəfindən işğalından sonra ruslar bu təbəqəni adi insanlarla qarışdırdılar və nəticədə əsilzadələrimizə verilmiş İlahi Azər odu da yox oldu. Möcüzə göstərmək qüdrəti verilmiş müqəddəs nəslimiz, bu qüdrətlə bərabər, onunla bağlı olan sirlərimizi də, tariximizi də, fəlsəfəmizi də itirdi. Lakin qədim yazılara görə axirətdə Qor Allahı - Azəri, yəni Osiris Allahını dirildəcək və Azər oğulları öz İlahi qüdrətlərinin hesabına yenidən dünyaya hökmranlıq edəcəklər.
Firudin Gilar Bəg
Комментарии
Отправить комментарий