Əsl şiəlik hansıdır və nədir?
Şiəlik iki müxtəlif etiqaddan ibarətdir və bunlar, Azəri pirlərinin 5500 yaşlı İsna-Aşəriyə dini və ərəblərin 1400 yaşlı İslam şiəliyidir. Bu gün şiəlik deyəndə məhz 1400 yaşlı ərəb şiəliyi nəzərdə tutulur ki, bu da peyğəmbərdən sonrakı dövrün hakimiyyət davasıından başqa bir şey deyildir.
Ərəb mənbələrinin birbaşa, zahiri mənaları bu barədədir və bu şiəlik haqqında insanlar məlumatlıdır. 5500 yaşlı İsna-Aşəriyə dini isə mənbələrdə Aşur, Asar, Azər adlanan qədim Misirin 12 Böyük Osiris Allahlarının dinidir.
Bu din, Misir fironu kimi tanıdığımız Təkdüz Amonun Gel şəhərində yaratdığı kosmik ölçülü Atum Allahı və Onun daxilindəki Qeyb cənnəti ilə bağlıdır. Təkdüz Amon bu kosmik Allahın obrazı və bənzəri kimi xudalar nəslini yaratmışdı ki, mənbələrdə onlar - şahlığı göydən endirilmiş kutilər adlandırılır.
Əhdi-Ətiqdə bu xudalar nəsli Assurlar, yəni Asar, Osiris Allahları adlandırılırlar. Onlar Xaldeya, yəni Xelatda Babil qülləsi tikib, onun göylərində Xüld cənnəti yaratmışlar. Məhz bu Xüld cənnətinə düşən xudaların ruhları, burada Osiris Allahına cevrilib, ölümsüzlük qazanırlar. Tövratda bu xudalar nəsli - Şərqdən gələn ilk varlıqlar, onların vahid dili isə "səfa əhət" adlanır ki, bu da batini mənada "Allahın sufi dili" deməkdir. Deməli, İsna-Aşəriyə dini - ilk yaradılmış xudalar nəslinin dinidir ki, bu nəslin nümayəndəsi öləndə, ruhu Xüld cənnətinə düşüb, burada Osirisə cevrilir. dini - ilk yaradılmış xudalar nəslinin dinidir ki, bu nəslin nümayəndəsi öləndə, ruhu Xüld cənnətinə düşüb, burada Osirisə cevrilir. dini - ilk yaradılmış xudalar nəslinin dinidir ki, bu nəslin nümayəndəsi öləndə, ruhu Xüld cənnətinə düşüb, burada Osirisə cevrilir.sna-Aşəriyə dini - ilk yaradılmış xudalar nəslinin dinidir ki, bu nəslin nümayəndəsi öləndə, ruhu Xüld cənnətinə düşüb, burada Osirisə cevrilir.
Xudalar - müqəddəs nəsil olduqları üçün mənbələrdə "Ya-Xuda", yəni yəhudi adlandırıldılar və Kitabi Dədə Qorqudda bu əvrənlər - Türk bəg ərənləri kimi qeyd olunurlar. Bu gün artıq elm aləmi də qəbul etmişdir ki, əsl yəhudilər, yəni Allahın Özünə qulluq üçün ayırdığı seçilmişlər - Xəzər Türk bəgləri olmuşlar. Bu yəhudilərin "dili" isə sufi məntiqidir və mən də qədim mənbələrə bu məntiqlə izah verəcəyəm. Qədim Misirdə şiə sözü Şu kimi qeyd olunub, firon Amonun ruhunu bildirirdi. Kosmik Atum Allahını yaradanda, Amon öz Şu ruhunu ayrıca obraz kimi təqdim etmişdir ki, məhz bu ruh "qalxaraq" cənnəti göydən ayırmış və göyləri saxlamışdı. Bundan sonra firon Amonun pirlər nəslinin nümayəndəsi öləndə, onların Şu ruhları yaradılış xüsusiyyətinə görə göydəki Qeb cənnətinə, yəni Qeyb aləminə düşür. Qədim yəhudilər, yəni Xəzər Türk bəgləri Şu ruhunu "Yeşua", yəni "Ya-Şiə", xristianlar isə İsa adlandırdılar. İslam, Salam rəmzi də bu mənada yəhudilərin Şalom rəmzi kimi İsa-Aləmi, Şu-Aləmi, Şiə-Aləmi deməkdir. Başqa sözlə, şiəlik və xristianlıq - Ra-Amonun, yəni Rəhman Allahın Gel şəhərindəki Şu ruhlar dünyası ilə, cənnətlə bağlıdır və qədim Misirdə bu cənnət peyğəmbər yurdu kimi təqdim olunurdu.
Mətnlərdə peyğəmbər dedikdə, qədim Misirdə Ba, Benu, yəni Nəbi adlanan Ra-Amon Allahın kamilləşmiş ruhu nəzərdə tutulurdu. Rəhman Allahın bu Benu, yəni Nəbi eli mənbələrdə El-benu, yəni Alban, Albaniya adlandı. Deməli, İsna-Aşəriyə şiəliyi "peyğəmbər eli" mənasını verən Albaniya ilə bağlıdır.
Qədim Misir mənbələrində Atum Allahının yaradıldığı Gel şəhəri Alban mənbələrində də Gel, Gelarküni kimi yazılıb, Albaniyanın Ərənşahlar nəslinə aid edilir. Alban mənbələrində Şu ruhları, yəni şiələr üçün yaradılmış cənnət, firon-paronterlərin Sünik-Gelarkünidə tikdikləri "səhra" adlanır ki, burada mələklər yaşayırlar.
Gelarküni bəg ərənləri Alban mənbələrində - Aranın Sisakan nəsli kimi qeyd olunur. Tövratda bənzər Skiniya rəmzi - Midiya maqlarının göydə qurban ruhlarından yaratdığı Vəhy çadırına aid edilir. Aran isə kosmik Atum Allahı kimi təsvir olunur. Başqa sözlə, şiəlik və onların cənnəti Albaniyanın Aranşahlar nəsli ilə bağlıdır. Tövratda Aran nəsli Aron kimi keçir və onlar Allaha və onun yaratdığı cənnətə qulluq üçün ayrılmış müqəddəs nəsil hesab olunur. Aranşahların Gel-Gelarküni eli isə Tövratda Gelad, Qalaad kimi qeyd olunub, Midiya izmaililərinin eli adlanır. Deməli, qədim Misir Allahından başlayan şiəlik Tövratda ismaililərin eli olan Gelat elinə aid edilir. İslamda ismaili ərənlərin Gelad eli - ifrat Gelat şiələrinin eli adlanır. Quranda ilk şiə Azər oğlu İbrahim peyğəmbər sayılır ki, ismaililər də İbrahim peyğəmbərin arvadı Həcərdən olan oğlu İsmailin törəmələridir. Bu o deməkdir ki, İsna-Aşəriyə şiəliyi həm də İbrahim oğlu İsmail'in törəmələrinin yurdu olan Gelatın ifrat şiəliyidir və bu şiəlik qədim Misirin Aşər, Azər, yəni Osiris Allahının dinidir. Məhz yəhudi bəgləri öləndən sonra, onların Şu, şiə ruhları göydəki İslama, yəni İsa-Aləminə, Şiə-Aləminə düşərək, orada ölümsüzlük qazanırlar. Xristianlıqda İsa peyğəmbər həm firon Amonun ruhunu və həm də bu ruhun axirətdə yerə enəcək və Paraklet adlanan obrazını bildirir. Paraklet rəmzi Pir-Gelat deməkdir və bu da axirətdə enən İsanın məhz Gelatdan olması mənasındadır. Başqa sözlə, axirətdəki İsa peyğəmbər elə ifrat Gelat şiələrindən olacaqdır. Xristianlar bu Gel, Gelat elini Qalileya, yəni Gel-Eli adlandırırlar.
Qədim Misir yazılarına görə, axirətdə Osiris, yəni Azər Allahı ölür və oğlu Qor onu dirildir. Mətnlərdə Osirisi dirildən elə Amonun Şu, İsa ruhu olur ki, sonrakı yazılarda Qor və ya Xor rəmzləri - Xor-İsaya, yəni Xorisə, Xristosa və Qor-Şuya, Qureyşə, Krişnaya və s. çevrildi.
İsmaili müqəddəsləri İlahdan, İlahi nurdan, yəni ilkin materiyadan yaradıldıqları üçün "analarının" adı ilə adlandılar ki, Tövratda Həcər nəsli aqarlılar kimi qeyd olundu. Aqar rəmzi isə qədim Misirin Qor fironlarını bildirir və onlar Qor Allahı kimi Qeyb aləmində ölümsüzlük qazandıqları üçün mətnlərdə "Qor yolu ilə gedənlər" adlandılar. İsmaililərin ismaili fəlsəfəsi də Şu ruhunu daşıyan şiələrin cənnət haqqındakı fəlsəfəsidir. Onların bu fəlsəfəsi Tövratdakı "səfa əhət", yəni Allahların sufi "dilidir" və bu elm samitlərin xüsusi mənaları ilə bağlı olduğu üçün batin elmi də adlanır. Başqa sözlə, Qor yolu ilə gedən ifrat Gelat ismaililərin batin elmi - cənnətin yaradılışının və ora düşən ruhların elmidir.
İsmaili batinilər Qor deyəndə həm də ürəyinə batin elmi verilmiş natiqi nəzərdə tuturlar və onu "danışan Quran" adlandırırlar. Gelat batiniləri qədim Misirin Gel fironları nəslidir ki, qədim Misirin bütün ovsunlarını, yazılarını - yaradılışın sirlərini bilən bu Gel kahinləri yazmışlar. Axırıncı Gel-Gelat natiqi də sirləri bildiyi üçün, öləndə Ra-Amon Allahın yolu ilə gedib Allaha çevriləcək və Onun taxtında oturacaq.
Natiqin şah taxtına oturması həm də onun Qacar şahlarının, yəni Həcər nəslinin nümayəndəsi olması ilə bağlıdır.
Azərbaycan tarixində Gel şəhəri, Azərbaycan Atabəglər Ailəsinin, yəni Ismaili Qacar şahlarının Xelat eli kimi də məlumdur. Alban mənbələrində bu Xelat-Gelat eli - Gelarküni kimi qeyd olunur ki, bu da Gelar elinin Allahın "Kün" əmri ilə yaradılması mənasındadır. Quranda Allah - Adəmi və axirətdə gələcək İsa peyğəmbəri "Kün!", yəni "Ol!" əmri ilə yaradır. İsa-Kün rəmzi isə elə Vəhy çadırı mənasında skiniya deməkdir və bu rəmz Alban mənbələrində Sisakan kimi yazılıb, Gelarküni nəslinə aid edilir. Gelar rəmzi - Gel şəhərindəki Ra günəş Allahı deməkdir. Başqa sözlə, İsna-Aşəriyə şiəliyi Gelar firon-bəglərinin Gel şəhərində yaratdıqları cənnətin dinidir və yalnız bu dinin qanunlarına tabe olan müsəlmanın ruhu onların cənnətinə düşür.
Mənbələrə görə, cənnət mənasında olan Albaniya ölkəsi - vərəsəliklə Gelarküni nəslindən kiməsə vəd olunmuşdur və mən bu haqda internet səhifələrimdəki - "Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi" adlı məqalədə geniş yazmışam.
Alban ölkəsi mənbələrdə Alu adlanır ki, bu da bu ölkənin kosmik insan mənasında olduğu üçün şiələr onu şəxsləndirib, imam Əliyə çevirdilər. Deməli, İsmaili batinilərdə imam Əli obrazı axirətdə göydə yaranacaq eyni elin, vilayətin, yəni cənnətin obrazıdır və bu vilayətin sahibi, Gelarküni bəglərindən bir insanın Şu, şiə ruhu olacaqdır.
Bütün bunlar o deməkdir ki, əsl şiəlik Azərbaycan bəg ərənlərinin Gelat-Gelar elində yaratdıqları cənnətin İsna-Aşəriyə dinidir. Şah İsmayıl Xətai bu dinə - "Ərənlər sərvəti ol paki dindir" deyib, onun əsl müqəddəs din olmasını nəzərə çatdırır. Hazırki İslam şiəliyi isə, bəg ərənlərin - avam insanlar üçün sadələşdirdiyi və təbii ki, heç bir tənqidə dözməyən primitiv inancdır.
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
Комментарии
Отправить комментарий