Əhli-beyt və onların vəzifələri
Kitab və məqalələrimdə mən göstərmişəm ki, ən qədim mənbələrdə beyt dedikdə Azəri pirlərinin minlərlə qurban ruhlarından Gel şəhərinin göylərində yaratdıqları el, aləm, vilayət, yəni cənnət nəzərdə tutulur. Tövratda, Alban, Türk və s. mənbələrində bu cənnət evi çadır kimi, İslamda isə - peyğəmbərimizin üstünə atdığı Kisa əbası kimi rəmzləndirilmişdir. Məhz bu əbanın altında olanlar əhli-beyt adlanırlar. Alban mənbələrinə görə bu beyt Sünik və ya Gelarkünidə, Tövrata görə isə Xaldada, yəni Azərbaycanın Xelat Atabəglərinin yurdunda yaradılmışdır. Ərəb mənbələri bu Xalda-Xelat elini - ifrat Ismaili şiələrinin Gelat (Qulat) eli adlandırır. Başqa sözlə, cənnət evinin yaradıldığı el qədim Misirdə Gel şəhəri, digər mənbələrdə Xelat, Gelat, Gelarküni və s. adlanır və buranın əhalisi də Azəri Türk bəgləri olmuşlar. Qədim Misirdə Osiris fironları mənasında olan Azəri pirləri mətnlərdə Xəzər Türk bəgləri kimi də qeyd olunur və yəhudi, yəni seçilmişlər adlandırılırlar. Onların Tövrat kitabı - "ktuv Aşuri" kimi də qeyd olunur ki, bu da Azəri kitabı deməkdir. Bu kitabda Aşur-Azərilərin ilk dili "səfa əhəd", yəni Allahın sufi "dili" adlanır və bu dildə Tövrat sözü özü "tərikə yolunu gedən türk" anlamındadır. Bu isə o deməkdir ki, Tövrat - Azəri türklərinin sufi kitabıdır.
Sufizmdə beyt dedikdə üç "vilayət", yəni Allahın yerdəki mülkü, bu mülkün altında gizlədilmiş Cəbərut mağarası və bu mülkün göylərində yaradılmış Mələküt aləmi, yəni cənnət çadırı nəzərdə tutulur. Ərəb mənbələrində Allahın yerdəki mülkü "Mülkə-Hu" adlanır və Cəlairi şahlarının mülkü hesab olunur. Ərəblərin Cəlair adlandırdığı şahlar nəsli qədim mənbələrdə Gelar, yəni Gelarküni kimi yazılır və onlar Albaniyanın Ərənşahlar nəsli sayılırlar. Başqa sözlə, cənnət çadırının yaradıldığı Misir mənbələrindəki Gel şəhəri elə Azəri bəglərinin Gelar elidir. Bu isə o deməkdir ki, əhli-beyt dedikdə Allah mülkünün bəkçiləri olan Gelar bəgləri nəzərdə tutulmalıdır. Allahın Özünə qulluq üçün seçdiyi yəhudilər, yəni Xəzər Türk bəgləri də məhz onlardır.
Tövratda Allahın Özünə qulluq üçün ayırdığı əhli-beyt levit adlanır ki, sufizmdə bu rəmz əl-beyt, yəni beyt-eli deməkdir. Yəhudilər El Allahı, ifrat şiələr isə imam Əli dedikdə əhli-beytin, yəni levitlərin göydəki eli, vilayəti başa düşülürdü.
Tövrat kitabının üçüncü hissəsi Levit adlanır və Talmud bu kitabı "Torat koxanim" adlandırır ki, bu da "xaqan və kahinlərin törəsi, müqəddəs nizamnaməsi" deməkdir. Levit kitabı İsrailin, yəni qədim Azər-Elinin dini inancı ilə, əsasən də qurbankəsmə mərasimi ilə bağlı kitabıdır. Burada İsrail xalqının Allahla sıx əlaqəsi, onların Sinay/Sünik dağında Allahdan aldığı vəhyə uyğun yaşamaları nəzərə çatdırılır. Levitlər - Vəhy çadırının, yəni cənnətin göydə var olması üçün lazım olan ritualları keçirən müqəddəs tayfadır. Levitlərin, yəni əhli-beytin əsas vəzifələri - qurbanların vaxtı-vaxtında, qaydaya uyğun kəsilməsinə, vacib ritualların keçirilməsinə, paklığa və harama, Allaha qulluq edən ailənin müqəddəsliyinin qorumasına nəzarət etmələridir. Bu kahinlər 12 boydan ibarət İsrailin yalnız Leviin boyunun Aaron nəslinin kişilərindən seçilirdi. Batini mənada Leviin rəmzi Alban, Aaron isə Aran/Ərən deməkdir. Başqa sözlə, levitlər yalnız Albaniyanın Ərənşahlar nəslindən ola bilərdilər. Allah onları Əhd sandığını daşımaq, Allah qarşısında dayanmaq, Ona qulluq etmək, Onun adından xeyir-dua vermək, danışmaq üçün ayırmışdı. Tövrata görə, onlar Allahın bir hissəsi, davamı mənasında olduğu üçün müqəddəslik də əbədi onlara verilmişdi. Yalnız bu nəsildən olan baş kahin, Vəhy çadırının yaradıldığı mülkün altında yerləşən, müqəddəslər müqəddəsi olan Əhd sandığının qorunduğu Cəbərut mağarasına daxil ola bilərdi.
Bütün bunlar o deməkdir ki, əhli-beyt dedikdə, Allahın Gelar mülkünün göylərində yaratdığı cənnət evi və bu evə qulluq edən Azəri Türk bəgləri başa düşülməlidir. Tövrata görə, Allah - Özünə qulluq üçün ayırdığı pir-bəglərin mülkündə, Öz xalqı arasında yaşayır. Əhli-beytin də əsas vəzifələri Allahın yaşadığı cənnət evinin var olması üçün lazımi ritualların keçirilməsi, bu beytin paklığını qoruması olmuşdur. Lakin axirətdə bu cənnət evi yox olur və Allah onun yerində ikinci cənnət yaradır.
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
3.01.2023
Комментарии
Отправить комментарий