Sufizmdə İslam - "Şiə aləmi" deməkdir

          Sufizmə görə müqəddəs Quran, Tövratın davamı olaraq, orada qeyd olunmuş hadisələrə şərh verən kitabdır. Quranda ümmət mənasında keçən "ümmə" rəmzi sufi məntiqində - vahid dildə danışan ilk "insanlara" aid edilir ki, onlar göydə cənnət yaratmış və orada ölümsüzlük qazanmışlar. Bu haqda mən kitab və məqalələrimdə çox yazmışam. Yalnız samitlərlə yazılmış Tövrat kitabında "ümmət" rəmz "am" kimi qeyd olunur və "am əhəd səfa əhət" ifadəsində - "sufi dilində danışan vahid toplum" mənasını verir. Sufi ədəbiyyatında bu ümmət İhvani Səfa kimi məlumdur və onlar özlərini "şiə", "şiətin" adlandırırdılar. Samitlərin batini mənası ilə bağlı olan sufizmdə şiə rəmzi issi rəmzi kimi ruh deməkdir. Qədim Misirdə də bu rəmzlər ruh mənasını verən sia və şu kimi qeyd olunurdular. Bu mənada İslam, salam rəmzləri - "sia-aləmi", yəni ruhlar aləmi, cənnət deməkdir. Qədim yəhudilər, yəni Xəzər Türk bəgləri İslam, salam rəmzini Süleyman rəmzi kimi Şalom, Şelomo kimi ifadə edirdilər və bu rəmzlər şiə-aləmi mənasını verirdi. Onlar İsa peyğəmbəri də Yeşua, yəni Ya-Şiə adlandırırdılar. Başqa sözlə, İslam sözü şiə-aləmi kimi açılır və ruhlar dünyası, yəni cənnət fikrini ifadə edir. Tövratda bu cənnət - yəhudilərə vəd olunmuş Sion, Sina dağındakı İzrail torpağı adlandırılır ki, İzrail/İsrail rəmzi də sufizmdə Azər-Eli/Asar-Eli deməkdir. Qədim Misir mənbələrində İzrail/İsrail cənnəti Azər/Asar, yəni Osiris Allahının ölüm şahlığı adlanır. Başqa sözlə, İslam, yəni şiə-aləmi dedikdə, Allahın Azəri (Xəzər) Türk bəglərinə vəd etdiyi cənnət başa düşülməlidir. Bu İslam dini qədim mənbələrdə İsna-Aşəriyə adlanırdı ki, bu da "Sina dağındakı Azəri (Asar/Osiris) cənnəti" fikrini ifadə edir. Bizlərə ifrat Gelat şiələrinin İsna-Aşəriyə dini kimi tanış olan bu din İsmaililərin dini hesab olunur və batini mənada İsmail rəmzi də İslam rəmzi kimi İsa-aləmi, yəni şiə-aləmi deməkdir. Alban mənbələrində şiə cənnətinin yaradıldığı Sion, Sina dağı Süni, Sünik kimi keçir və Gelarküni elinə aid edilir. Burada paronterlərin səhra və monastır tikmələrindən danışılır ki, mətnlərdə Lazar monastırı - «mələklərin yaşadığı məkan və müqəddəs səhra» adlandırılır. Buradakı Lazar rəmzi də El-Azər, yəni Osiris Allahının Eli deməkdir. Xəzər Türk bəgləri paronterlərin tikdiyi bu müqəddəs səhranı Paran/Faran səhrası adlandırırlar. Qədim İran mənbələrinə görə məhz bu Faran-farnanın hesabına farnbaqlar, yəni firon-bəglər İlahi qüdrətə sahib olmuş və tam xoşbəxtliyə hesabına farnbaqlar, yəni firon-bəglər İlahi qüdrətə sahib olmuş və tam xoşbəxtliyə çatmışdılar. Bu mənbələrdə Faran səhrasında yaradılmış Raman dünyası - arilərin Arian dünyası, yəni ərlərin Ərən/Aran dünyası adlanır. Alban mənbələrində də Aranın bədəni göydəki nəhəng ərazi kimi qeyd olunur. Raman rəmzi Ra-Amon deməkdir və bu da göydə Allah və cənnət yaratmış qədim Misir fironu, yəni piri Amonun ruhudur. Ərəb mənbələrində Raman/Ra-Amon rəmzi Ərmən kimi yazılır ki, məhz Azəri Türk Atabəgi Ərmənşah Sökmən, Xelat göylərində Xüld cənnətini yaratmışdı.

Assur mənbələrində, Faran səhrasında yaradılmış bu şiə cənnəti - Şərqin Ərəblərinin ölkəsi adlandırılır və qədim Midiya ərazisində göstərilir. Yunan mifologiyasında Ereb, yəni Ərəb rəmzi - "Xaosda yaradılmış El” mənasını verir. Sufizmdə də Şərq dedikdə göy səhraları və Albaniya ölkəsi nəzərdə tutulur. Batini mənada Alban rəmzi Nəbi-Eli, yəni peyğəmbərlər aləmi, peyğəmbərlər vilayəti deməkdir.
Sufi-batinilikdə müsəlman sözü mü-Səlman (am/ümmə-Səlman), yəni Süleyman ümməti anlamındadır. Süleyman rəmzi isə bu məntiqdə Sül-(Ya)Əman kimi açılır ki, bu rəmz həm də Ulus-Əman, yəni Amon Allahın göydəki eli, elatı mənasındadır. Bu isə onu deməyə əsas verir ki, müsəlman rəmzi - "Amon Allahının elində-ulusunda yaşayan ümməti" fikrini ifadə edir. Ən qədim mənbələrdə İslam dedikdə də pir Amonun göydə yaratdığı cənnətdə ölümsüzlük qazanmış ruhlar, yəni şiələr nəzərdə tutulurdu. Qeyd etmək yerinə düşər ki, qədim mənbələrdəki şumer rəmzi də batini mənada şu-meru, şu-mar, yəni ilk yaradılmış şiə-mirilər, şiə seyid-bəgləri başa düşülməlidir. Qədim Misir mənbələrində Meru torpağından danışılır ki, bu da mar-mirilərin göydə yaratdığı cənnət deməkdir və məhz firon Amonun Şu ruhu qalxaraq göyü yerdən, yəni Nut göylərini Qeb/Qeyb cənnətindən ayırmışdı. Sonralar mar/miri rəmzi İrəm kimi də yazılaraq, sütunlar üstə yaradılmış şəhəri, yəni cənnəti bildirirdi.
Sufi-batinilərdə ümmət mənasında olan am və ya ümmə rəmzinin çox dərin batini mənaları vardır. Qədim hind fəlsəfəsində bənzər "omm" rəmzi - Hü ilkin materiyasını, yəni İlahı yerə gətirmək üçün, onun qurban ruhları ilə qarışığını və bu zaman, ekstatik durumda çıxarılan “omm” səsini bildirir. Başqa sözlə, ilkin materiyanı yerə gətirmək üçün cəddimiz pir Əman (firon Amon) magik rituallarla, göyə qalxan minlərlə qurban ruhunu ilkin materiya ilə qarışdırmış və bunula da İlahı özünə tabe etmişdir. Məhz bundan sonra bu qarışıqdan pir Amon, göydə kosmik ölçülü "insan" yaratmış, onun obraz və bənzəri kimi isə kuti-xudalar nəslini, yəni ümməti var etmişdir. Qədim mənbələrdə Mu sivilizasiyası dedikdə də məhz bu am/ümmə varlıqları və onların göydə yaratdıqları Qeyb aləmi, İrəm şahlığı nəzərdə tutulur.
Türk mənbələrindəki Göytürk xaqanlığı və İç Oğuz eli də - şiə cənnəti və oranın sakinləri olan şiə ruhları mənasındadır. Peyğəmbərimiz "Allahın Şərqdəki türk ordusu" dedikdə də, göydə ölümsüzlük qazanmış Assur teurqlarının, yəni ilk Azəri türklərinin şiə ruhlarını nəzərdə tuturdu. İslam, ölümsüzlük qazanmış bu şiələri - Qüreyş, yəni "Qor Allahının yolu ilə getmiş şiələr" adlandırır. Batini məntiqdə "imam Əli" rəmzi də am/ümmə/omm eli, yəni
"ümmətin İlahdan yaradılmış vilayəti" fikrini bildirir. Ən qədim mətnlərdə imam Əli əmir əl möminin - El Amurru kimi yazılır və bu da batinilikdə mar-mirilərin göydəki vilayəti deməkdir.
Bütün bunlardan çıxan nəticə odur ki, İslam sözü batini mənada, Azəri pir-bəglərinin Azərbaycan göylərində öz ölümsüz şiə ruhları üçün yaratdıqları günya deməkdir.
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg
14.1.2023

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери