Aşuranın qısa batini mahiyyəti
Aşura sözü, qədim mənbələrdə Aşur, Aşşur, Azər kimi də qeyd olunan rəmzdir və bu rəmz altında bütün mənbələr qədim Misirin Asar Allahını nəzərdə tuturlar. Yunan və latın dillərində bu rəmz Osiris kimi qeyd olunur. Osiris haqqındakı rəvayətlərə görə, dünyaya hakim kimi doğulan bu Allah müəyyən bir dövrdən sonra qardaşı tərəfindən öldürülür və sandığa qoyulub çaya atılır. Lakin oğlu Qor onu tapıb, dirildir və o yenə dünyaya ağalıq edir. Qədim dünyanın əksər ölkələrində bu Asar Allahın ölüb-dirilməsi böyük bayram mərasimi kimi keçirilirdi. Bu əzadarlıq mərasiminin məhz imam Hüseynlə bağlılığını ilk dəfə misirşünas alim Erdman yazmışdır (məqalə: "Aşura haqqında əsl həqiqətlər", sayt: http://gilarbek.blogspot.com/2015/10/asura-haqqnda-sl-hqiqtlr.html?m=1 ). İmam Hüseynin digər adı Sarallah olmuşdur ki, bu da Asar-Allah deməkdir. Deməli, Aşura - Asar Allahının ölüb-dirilməsi mərasimidir və qədimdə bu mərasim bayram sayılırdı. Kiçik Asiyada bu bayram Gilar bayramı adlanırdı.