Qədim mənbələrdəki Ərəbistan İndiki Ərəbistan deyil!
Qədim mənbələrin araşdırmalarından belə çıxır ki, bugünkü Ərəbistan qədim mənbələrdə qeyd olunan Ərəb ölkəsi deyil. Belə ki, Assur yazılarına görə Məhəmməd peyğəmbərin dövründən 14 əsr əvvəl, yəni e.ə. VIII əsrdə Midiya ərazisində "Şərqin ərəbləri" adlı ölkə mövcud olmuşdur. Məşhur Assur şahlarının biri Sanxerib adlanırdı ki, bu ad Sünik-Ərəb kimi də oxunur. Qədim mənbələrdə Şərq dedikdə Albaniya nəzərdə tutulurdu və Sünik də bu Albaniyanın bir vilayətinin adıdır. Belə çıxır ki, bugünkü Ərəbistandan 28 əsr əvvəl Midiya və Qafqaz Albaniyası ərazisində Ərəb ölkəsi mövcud olmuşdur.
Digər tərəfdən, bildiyimiz kimi ərəb sayılan Məhəmməd peyğəmbər seyidlər nəslinin nümayəndəsidir və seyidlərin də ad-soyadlarının qarşısında adətən "mir" rəmzi yazılır. Mir rəmzi mar, amorey deməkdir və bu rəmzlər Midiya və Albaniya ilə bağlı rəmzidir. Ən qədim Misir yazılarında amoreylər - amorey-suti kimi qeyd olunurdu ki, bu da miri-seyid deməkdir.
Amoreylər qədim yəhudilər, yəni Xəzər Türk bəgləri sayılırdılar və Tövratda onların yurdu Azər (İazər) və Gelad torpağı adlanır. Gelad - Azərbaycan Atabəglər Ailəsinin malikanəsi olan Xelat elidir. Bu o deməkdir ki, İslam dini indiki Ərəbistanla yox, Azərbaycan Atabəglər Ailəsinin malikanəsi olan Xelat ərazisində 2800 il əvvəl mövcud olmuş "Şərqin Ərəbi" ölkəsi ilə bağlıdır. Bəs həqiqətdə İslam dininin yarandığı Ərəbistan nə ölkədir? Bu suala cavab tapmaq üçün biz ilk növbədə qədim yazıları, onları yazan müdriklərin öz məntiqi ilə diqqətlə araşdırmalıyıq.
Qədim mənbələrin rəmzlərlə yazıldığını və daha dərin batini mənalarının olması haqda mən kitab və məqalələrimdə çox yazmışam. Yalnız samitlərlə yazılmış Tövratda bu rəmzlər dili - ilk insanların vahid dili olan "səfa əhət" adlanır. Bizlərə onlar, ilk şiələr olan "ihvani səfa" paklıq qardaşları kimi tanışdır. Lakin səfa dili sufi məntiqi deməkdir və bu məntiqdə
"səfa əhəd" rəmzi - xudaların, "ihvani səfa" rəmzi isə ağvanların, yəni albanların sufi dili mənasını verir. Başqa sözlə, mənbələrdə ilk insanların "səfa əhəd" dili deyəndə, Albaniyanın xudalar nəslinin sufi məntiqi başa düşülməlidir.
Sufi məntiqinə görə, iki növ - yer və göy insanı və buna uyğun iki məntiq vardır (məqalə: "Allah - türkləri, оnlar isə insanı yaratdılar", sayt: http://gilarbek.blogspot.com/2013/12/allah-turklri-nlar-is-insan-yaratdlar.html?m=1). Göy insanları - Şərqdən gəlmiş və Xaldeyada Babil qülləsini tikmiş, vahid sufi dilli ilk insanlardır. Sufizmdə Şərq dedikdə göylər nəzərdə tutulur ki, məşhur sufi Şihabəddin Yəhya Sühravərdinin İşraq (Şərq) fəlsəfəsi məhz göydəki bu şərqin axtarışına həsr olunmuşdur. Quranda Şərqdən, yəni göydən gəlmiş Alban sufiləri mübəşşir və münzir adlandırılaraq peyğəmbərlər hesab olunurlar. Ən qədim mənbələrdə göydən gəlmişlər - "şahlığı göydən endirilmiş" Mesopatamiyanın məşhur şahlar nəsli olan kutilər sülaləsi adlanır. Onlar Xaldeyada "Allahın qapısını", yəni Babil qülləsini tikmişlər ki, Xaldeya rəmzi sufizmdə Xelat rəmzi ilə eyni mənalıdır. Başqa sözlə, Qurana görə "göydən gəlmiş" və vahid sufi dilində danışan peyğəmbərlər nəsli Xelatın kuti-xudaları nəslidir.
Sufi məntiqində əsas mənanı samitlər daşıyır və batini mənada bu rəmzlər dili yalnız Allah və onun Özünə qulluq üçün yaratdıqlarına aiddir. Allah Özünə qulluq üçün yəhudiləri yaratmışdır ki, yəhudi rəmzi sufi məntiqində "Ya Xuda" deməkdir. Xuda sözü isə elə kuti/quti rəmzinin digər yazılış variantıdır. Başqa sözlə, göydən gəlmişlər elə Albaniya əhalisi olan Türk yəhudi peyğəmbərləridir. Azərilərin ad-soyadlarında, toponimlərimizdə Xuda ilə bağlı çoxsaylı adların olması, onların məhz Azəri Türk bəgləri nəsli olması deməkdir. Bu gün artıq dünya elmi, qədim yəhudilərin Xəzər, yəni Azəri Türk bəgləri olmasını qəbul edir.
Bütün bunlar isə o deməkdir ki, mənbələrdə göy insanı dedikdə, şahlığı göydən endirilmiş ilk peyğəmbərlər və onların varisləri olan Azəri Türk seyid-bəgləri nəzərdə tutulmalıdır. Bu xudalar nəslinin vahid səfa dili isə Azəri pirlərinin sufi məntiqidir.
Bütün qədim yazılar, rəmzlər batini mənalara malikdir ki, bunları yalnız sufi arifləri nəsli olan pir bəglər anlaya bilirlər. Qədim yazıların birbaşa, hərfi mənaları isə - adi yer insanları üçün nəzərdə tutulmuşdur və müdriklərə görə onlar göy insanlarının sirlərini bilməməlidirlər. Assur-Babil ədəbiyyatında bu mənada mətndə tez-tez bu ifadə təkrarlanır: “Yalnız arifi sən bununla tanış edə bilərsən, arif olmayanlar bunları bilməməlidir!”. Müdriklərin bu məntiqinə görə, müqəddəs kitabları adi insanlara oxumağa belə verilməsi qədimdə günah sayılırdı. XVI əsrdə yaşamış Varmiya yepiskopu, kardinal Qozi bu haqda demişdir: “Əhdi-Ətiqi xalqa oxumağa vermək – müqəddəs şeyi itə vermək, mirvarini donuzun qabağına atmaq deməkdir”.
Bütün bunlardan çıxan nəticə odur ki, qədim mənbələr düzgün qəbul edilməmişdir və mənbələrdə əslində söhbət heç kimin bilmədiyi və Allahla bağlı olan sirlərdən gedir. Bu sirr isə Azəri pir-bəglərinin Xaldeya, yəni Xelat göylərində yaratdığı kosmik Allah və onun daxilindəki cənnətlə bağlıdır. Mən, "Assuriya qədim Azərbaycan ölkəsidir" adlı məqaləmdə göstərmişəm ki, Kitabi Dədə Qorqudda bu cənnət - "Taş Oğuzun içində yaradılmış İç Oğuz" eli adlanır (sayt:
https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/). Qədim Assur mənbələrində bu yaradılış - "Ale Libbi Ale", yəni "El içində El" adlanırdı və bilavasitə Assur şahlığına, yəni Asar, Osiris Allahına aid edilirdi. Başqa sözlə, Taş Oğuz elinin göylərində yaradılmış İç Oğuz eli elə Osiris (Azəri) allahlarının ölümsüzlük qazandığı cənnətdir. Tövratda bu cənnət, qurban ruhlarından yaradılmış Vəhy çadırı - Skiniya adlanır ki, bu da İlahın Sakin olduğu çadır mənasındadır. Alban mənbələrində Skiniya rəmzi Sisakan kimi qeyd olunur və Albaniyanın Gelarküni Ərənşahlar nəslinə aid edilir. Tövratda Allah Gelar nəslini, Özü üçün Gel elində yaratdığı Evinin müqəddəs sakinləri adlandırır (məqalə: "Əhli beyt - Azəri bəgləridir", sayt: https://firudin.blogspot.com/2023/07/hli-beyt-azri-bglridir.html?m=1).
İslamda Allahın evi Beytullah, bu evin sakinləri isə əhli-beyt kimi məlumdur. Başqa sözlə, əhli-beyt, Allah beytinin yerdəki qapısının (Babil) qulluqçularıdır.
Alban mənbələrində Beytullahın yaradılması, paronterlərin Sünikdə "səhra tikmələri" kimi qeyd olunur. Süni paronterlərinin, yəni fironların tikdiyi bu səhra mənbələrdə Sin/Sinay və Faran/Paran adlanır. Belə çıxır ki, ən qədim mənbələrdə səhra (çöl və s.) dedikdə adi səhra yox, fironlar nəslinin Gelar göylərində qurban ruhları vasitəsi ilə yaratdıqları ilkin materiya, İlah səhraları (çölləri, sahələri) nəzərdə tutulmalıdır. İran mənbələrindəki farnbaqlar, göydəki Faran səhralarının sahibləri olan firon-bəgləridir. Bu isə o deməkdir ki, Osiris Allahlarının ölüm şahlığı olan Faran/Paran (firon) səhrası elə, firon-bəglərin Midiyadakı Ərəb səhrası, yəni Ərəb ölkəsidır.
Sufi məntiqində Asar, Osiris dedikdə Sia-Ra, yəni Ra günəş diski ilə birləşmiş Sia ruhu nəzərdə tutulur. Mətnlərdə Sia ruhu - İssi, İsa, Şu, İşşu, Şiə, Üzzə və s. kimi də yazılır. Deməli, mənbələrdə Asar, Azər, Aşur dedikdə - Sia ruhunun Ra diski ilə birləşməsi təsəvvür olunmalıdır. Bu ruh isə, qədim Misir fironu kimi qəbul edilmiş pir Amonun ruhudur və o Kitabi Dədə Qorqudda Bəkdüz Əmən, qədim Misir yazılarında isə Takdiz Amon adlanır. Pir (firon) Amon öləndə, onun Sia ruhu bədənindən çıxaraq, əvvəlcədən göydə yaratdığı Ra diski ilə birləşir və bu birləşmədən Sia-Ra, yəni Asar, Osiris Allahı doğulur. Başqa sözlə, yazılarda Osiris və ya Asar, Aşşur, Azər Allahı dedikdə, pir Amonun Ra diski ilə birləşmiş və göydə ölümsüzlük qazanmış ruhu başa düşülməlidir. Bizlərə bu Azər/Osiris Allahı - göydə ölümsüzlük qazanmış Xızır peyğəmbər kimi də tanışdır. Sufizmdə Xızır/Hızır rəmzi Xəzər/Hazar rəmzi kimi Hu-Azər, yəni Azər Allahı mənasını verir. Peyğəmbər dedikdə isə qədim Misirdə ölümsüz benu ruhları nəzərdə tutulur və bu rəmz bizlərə nəbi kimi tanışdır.
Qədim Misir mənbələrində pir Amonun ruhu eyni zamanda Ba və ya Va adlanır ki, bu ruh Sia ruhundan fərqli olaraq kamilləşmiş ruh deməkdir. İslamda Billah, Vallah dedikdə, sonradan Allaha çevrilmiş Amonun Ba, Va ruhu nəzərdə tutulmalıdır. Allaha çevrilmiş Ba (Va) ruhu göydə quş kimi uçduğu üçün onu Benu (Van) quşu da adlandırırdılar. Alban rəmzi də sufizmdə El-benu, yəni ölümsüz beny ruhlarının (quş) eli deməkdir və bu rəmzi biz Nəbi-eli kimi də oxuya bilərik.
Firon Amon, sufizmin Tərikə yolunu keçərək, ən ali pillə olan Bəqa fazasına daxil olmuş və bu pillədə onun ruhu İlahla (ilkin materiya) birləşmişdir. Məhz bu Bəqa, yəni bəglik məqamında pir Amon, İlahdan (ilkin materiyadan) Ra diski (şarı) yaratmışdır. Pir Amon öləndə, onun kamil Ba ruhu Ra diski ilə birləşmiş və bizim Rəb (Ra+Ba) adlandırdığımız Allah doğulmuşdur. Sufizmdə rəb rəmzi ərəb rəmzi ilə eyni mənalı rəmzlərdir. Buradan isə belə nəticə çıxarmaq olar ki, qədim mənbələrdə Ərəb ölkəsi dedikdə, yerdəki yox, göydəki Rəb ölkəsi təsəvvür olunmalıdır. Firon Amonun yaratdığı vahid dildə danışan ilk insanlar da öləndə, onların Ba ruhları Amon kimi göydəki Ra diskləri ilə birləşib RaBa-ya, yəni Rəbbə çevrilmişlər. Yəhudilər mənbələrdə əvrə, ivri, ibri və s. adlanır ki, bu rəmzlər də sufi məntiqində rəb, ərəb, ravi və s. rəmzlərlə eyni mənalıdır. Deməli, qədim mənbələrdə ərəb dedikdə, göydə, yəni İç Oğuz elində ölümsüzlük qazanan Azəri Türk bəgləri nəzərdə tutulmalıdır.
Sufi məntiqində türk rəmzi, eyni mənalı kürt rəmzi ilə də qeyd olunur (məqalə: "Kürd”, “Türk” adlarının mənşəyi və batini mənası", sayt: http://gilarbek.blogspot.com/2017/11/kurd-turk-adlarnn-mnsyi-v-batini-mnas.html?m=1). Cəlaləddin Ruminin "Məsnəvi"sindəki "kürt yatdım, ərəb oyandım" deyimi, türk və ya kürdün öləndən sonra, ruhunun cənnətdə ərəbə çevrilməsi mənasındadır. Əs Suyutinin və digər ərəb tarixçilərinin yazdıqlarına görə, Yəmən və Ərəbistan səhralarında, dağlarında, daşlarında və ağaclarda ruhlar və cinlər yaşayırdılar. Bu isə o deməkdir ki, ərəb dedikdə - Şərqdəki Ərəb ölkəsində ölümsüz ruh kimi yaşayan Osiris (Asar/Azər) Rəbləri, yəni Xudalar, Allahlar başa düşülməlidir. Sufizmdə rəsul sözü - El-Asar, yəni Osiris Allahının eli, nəbi rəmzi isə "cənnətdə yaşayan ölümsüz benu (Ba, Va) ruhları" deməkdir.
Ərəb geneoloqlarına görə də indiki ərəblər əsil ərəblər deyil. Əsil ərəblər mifik Ad, Samud, Amalik, Casim, Cadis və s. tayfalarıdır ki, islama qədər köçüb getmişlər. Cadis rəmzi kadus tayfa adının ərəb variantıdır ki, bu müqəddəslər (kuddus/əqdəs) nəsli olan pir, bəg, seyidlər - Midiya əhalisi hesab olunur. Ən qədim mənbələrdə məhz amoreylərin Kadeş, yəni Kadus eli - göydəki Aziru (Azər/Osiris) şahlığının mərkəzi sayılırdı. Buradan isə belə nəticə çıxartmaq olar ki, əsl ərəblər elə ilk insanlar olan Azəri xudaları nəslidir.
Bütün bunlar o deməkdir ki, ərəb mənbələrində də söhbət, Kitabi Dədə Qorqudda olduğu kimi pir-bəglərin yerdəki və göydəki dünyalarından gedir. Müdriklərə görə, adi insanları heyvani qüvvələr idarə etdiyi üçün, onlar yazılarda qeyd olunmağa layiq deyillər. Bütün qədim mənbələrin batini mənaları - yerdəki və göydəki seyid-bəglərin bu dünyada gördüyü və görəcəyi işlərə həsr olunmuşdur. Qədim mənbələrə görə axirətdə, yerdəki seyid-bəglərin törəmələri, əcdadlarının göydəki ruhlarından "üz çevirirlər" və onların qoyduğu bütün qayda-qanunlar pozurlar. Məhz buna görə, axirətdə Allah və Onun Şərqdəki Türk ordusu, yerdə axirət məhkəməsi qurur (məqalə: "Allahın Şərqdəki türk ordusu", sayt: http://gilarbek.blogspot.com/2013/11/allahn-srqdki-turk-ordusu.html?m=1). Kitabi Dədə Qorqudda bu axirət məhkəməsi - "İç Oğuza Taş Oğuzun asi olub, Beyrəyin öldüyü boy"dakı döyüş kimi qeyd olunur.
Yazdıqlarımızdan çıxan nəticə odur ki, qədim mənbələrdə Ərəb ölkəsi dedikdə, indiki Ərəbistan yox, Azəri pir-bəglərinin Azərbaycan göylərində yaratdıqları rəbblər ölkəsi - İç Oğuz cənnəti başa düşülməlidir. Qədim Şumer yazılarında bu cənnət Dilmun cənnəti adlanır. İslam dinini də adi insanlar yox, Midiya müqəddəsləri olan Azəri seyid-bəgləri yaratmış və dünyaya yaymışlar (məqalə: "Həqiqi İslam – Albaniya bəktaşilərindən başlanır", sayt: http://gilarbek.blogspot.com/2019/04/hqiqi-islam-albaniya-bktasilrindn.html?m=1).
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
24.07.2023
Комментарии
Отправить комментарий