Əhli beyt - Azəri bəgləridir

        Kitab və məqalələrimdə mən göstərmişəm ki, ən qədim mənbələrdə və Tövratda beyt dedikdə - Beytullah, yəni Allahın beyti, Allahın evi mənasında cənnət nəzərdə tutulur. Tövratda bu cənnət beyti - Betel, yəni Beyt-Eli adlanır və bura mələklərin göyə qalxıb düşdüyü yer kimi qeyd olunur. Betel rəmzi sufizmdə levit kimi də oxunur ki, Quranda bu rəmz əlbeyt, əhli əlbeyt kimi yazılıb, əhli beyt mənasını verir. Başqa sözlə, əhli beyt - Allahın Özünə və göydə yaratdığı cənnətə qulluq üçün seçdiyi yəhudilərin levit qoludur (1).

Levitlər (Levi) Tövratda Leviin qoluna aid edilir və sufizmdə Leviin rəmzi Alban rəmzi ilə eyni mənalıdır. Levi rəmzi bu məntiqdə alevi və vəli, övliya rəmzləri ilə eyni fikri ifadə edirlər. Bu müqəddəslər kitabda yəhudilərdən, yəni xudalar nəslindən Aronun (Harun) törəmələrinə aid edilir. Aron nəsli isə Albaniyanın Aranşahlar nəsli olan Gelarküni ərənləri mənasındadır və onlar mətnlərdə Sisakan nəsli adlanır. Sisakan rəmzi Tövratda Skiniya, Quranda isə Sakin kimi keçir və "İlahın sakin olduğu varlıq" mənasını verir. Tövratda Skiniya dedikdə, qurban vasitəsilə göydə yaradılmış Vəhy çadırı, yəni cənnət və bu cənnətin qapısı mənasında olan yeraltı Cəbərut mağarası nəzərdə tutulur. Başqa sözlə, cənnət və ona nəzarət edən sisakan nəsli, İlahın sakin olduğu varlıq anlamındadır və Tövratda Allah bu nəsli müqəddəs adlandırır.
Sufizmdə, yəni Tövratda "səfa əhət" adlanan xudalar nəslinin vahid dilində - bütün peyğəmbərlər Tək Allahın obrazlarıdır. Əsas peyğəmbərlər hesab olunan İbrahim, Musa və Yaqub peyğəmbərlər bu kitabda, Gel şəhərində yaradılmış Ra günəş diski ilə əlaqələndirilir. Gel şəhərinin Ra günəş Allahı isə elə Tək Allahımız olan Rəhman və ya Ra-Amon Allahıdır (2). Onun Gel şəhərindəki beyti mətnlərdə Gelad, Xelat, Xaldey, Gelar, Gelarküni kimi qeyd olunur. Başqa sözlə, Allah cənnəti Xelat Atabəglərinin və ya ifrat Gelat şiələrinin yurdu olan Gelar elində yaratmışdır. Mənbələrdə Musa peyğəmbər məhz Gelar elinin baş kahini kimi təqdim edilir. Allah, qurbangahda sönməz İlahi oddan yaratdığı cənnətə qulluq üçün məhz Gelar bəglərini seçib, onları "Özünün bir hissəsi", "Özünün davamı" adlandırır (3). Qədim İsrail, yəni Azər (Osiris) elinin gəlirinin onda biri məhz onların olmalıdır. Allahın qoyduğu qanuna görə, üç hissədən (Mülk, Mələküt, Cəbərut) ibarət olan Vəhy çadırının yer altında gizlədilmiş mağarasına yalnız və yalnız Gelar bəgləri daxil ola bilərdilər. Bu Cəbərut aləminə daxil olmaq istəyən digər insanlar isə ölürdülər. Gelar göylərində yaradılmış cənnətlə bağlı işlərə nəzarətdən tutmuş, müqəddəsliyin qorunmasına kimi bütün vəzifələri Gelar bəgləri həyata keçirirdilər (4). Bütün bunlar o deməkdir ki, əhli beyt dedikdə, Gelar göylərində yaradılmış cənnətin normal fəaliyyət göstərməsi, oradakı ruhların qidalanması və s. cənnətlə bağlı bütün işlərə nəzarət edən Gelar bəgləri nəzərdə tutulmalıdır.
Qədim Misir yazılarına görə Rə-Amon Allah, kosmik Atum Tanrısını və onun daxilində Vəhy çadırını, yəni cənnəti Gel şəhərində var etmişdir. Dilimizdəki Tanrı sözü bu mənada, qədim Misirdə Neter, Ruten və s. adlanan, özündə iki dünyanı birləşdirən kosmik Atum Allahıdır (5). Mətnlərdə Gelad, Xelat, Xaldeya (Xalda) kimi qeyd olunan bu Tanrı eli Azərbaycanın Atabəglər və Qacar şahlarının yurdudur.
Qədim müdriklərin fəlsəfəsində Xelat/Xalda göylərində yaradılmış Xüld cənnəti - göy okeanında yaradılmış ada kimi təsəvvür olunur və mətnlərdə Atlantida adasındakı müqəddəs Kleyto məbədi adlanır. Bu adanın Kleyto şahzadəsi - Poseydon dəniz Allahının sevimli arvadıdır ki, onun üçün Atlantidanın on şahını doğmuşdur. Sufi məntiqində Kleyto rəmzi Gelad, Xelat rəmzləri ilə eyni mənalıdır və bu da o deməkdir ki, Xelat Atabəgləri olan Qacar şahlar elə Poseydon Allahının Atlantida şahlarıdır.
Avropada Gelat/Xelat şahlar nəsli keltlər adlanırdı ki, Avropanın bütün şahları, kralları bu nəslə mənsub olmuşdur. Mətnlərdə Qulyard (Gelard) adlanan bu Gel oğulları dünya masonluğunun da yaradıcıları hesab olunurlar (6).
Ərəb mənbələrində Gelar və Gelat rəmzləri Cəlair və Cəlayt kimi qeyd olunur və məhz onlar mətnlərdə Böyük Monqollar və ya Moğollar adlanırlar (7).
Qədim rus əfsanələrində Gelad rəmzi Kolyada kimi keçir və bu nağıllarda gənc Kolyada axirətdə gələcək və itmiş veda elmini yenidən insanlara qaytaran Allah adlanır (8).
Bu və digər bütün qədim yazılardan çıxan vahid nəticə odur ki, göydəki kosmik Allahı, onun daxilindəki cənnəti və bütün bəşəriyyəti yaradan Allah, Gelar bəglərinin əcdadı olan (Napatlı/Niftalı) Amon Allahıdır. Firon Amon, ekstatik durumda İlahın, yəni ilkin materiyanın qanunlarını dərk etdikdən sonra, Gel şəhərində İlahdan Ra diski yaratmış və özü fiziki öləndən sonra ruhu bu disklə birləşib, Ra-Amon Allahına çevrilmişdir. Amon Allah, göylərində cənnət yaratdığı Gelar elinin sakinlərini Özünə və cənnətinə qulluq üçün ayırmış, onları bəşəriyyətdən üstün tutmuşdur. Allah bu Azəri bəgləri nəslini Özü ilə insanlar arasında vasitəçi təyin etmişdir (9).
Qədim İran mənbələrində "şahənşah" dedikdə bu Atabəglər nəsli nəzərdə tutulur ki, sufizmdə şahənşah rəmzi həm də şaxin-şah, yəni Skiniyanın - Allahın Sakin olduğu Vəhy çadırının şahı deməkdir. Onlar İlahla vəhdətdən "doğulduğu" üçün Allah onları "Özünün bir hissəsi", "Özünün davamı" adlandırıb, dünyanı axirətə qədər onlar vasitəsilə idarə etmişdir.
Axirətdə Allahın Gelar göylərində, Osiris-Orion (Azər-Aran) bürcündə yaratdığı Osirisin ölüm şahlığı işıqda parçalanıb məhv olur (10). Bu Azər-Aran dünyasının məhvi ilə eyni zamanda Azəri ərənlərinin İlahi qüdrətləri də itir və ölümsüz pir-bəglər, seyid-şıxlar nəsli adi insanlara çevrilirlər. Qədim Misir yazılarında Azər Allahının bu ölümü - "Osirisin ölüb dirilməsi" kimi qeyd olunur ki, axirətdə Osiris Allahını oğlu Qor diriltməlidir. Kiçik Asiyada Osiris Allahının ölüb-dirilməsi bayram mərasiminə çevrilmişdi və Gilari bayramı adlanırdı.
Tövratda ölüb-dirilən Allah iki obrazdadır ki, bunlar əvvəldə gələn və axirətə qədər dünyanı idarə edən Ra günəş Allahı və axirətdə onun yerinə keçəcək Ay Allahı obrazlarıdır. İslamda da bu obrazlar Allaha aid edilərək - "Allah əvvəl və axır, zahiri və batin" adlandırılır (11). Tövratda hər iki obraz
- Yaqub peyğəmbərin Raxildən olan oğulları kimi rəmzləndirilmişdir ki, Yusif peyğəmbər burada axirətə qədər dünyanı idarə edən, yəni əvvəldə gələn Ra günəş Allahının (Alfa) obrazıdır. Yaqub peyğəmbərin Bənyəmin oğlu isə axırda gələcək və onun yerinə keçəcək Ay Allahının (Omeqa) obrazıdır (12).
Sufizmdə Yaqub rəmzi - Tərikə yolunun Bəqa fazasına yüksəlmiş bəg, Raxil rəmzi isə - Xel (Xel/Eloax/İlah), yəni Gel şəhərində İlahdan yaradılmış Ra günəş diski (Gel-Ra/Gelar) mənasındadır. Firon (pir) Amonun Bəqa səviyyəsində Ra diski ilə birləşməsindən, əvvəldə və axırda gələn Allahlar doğulmuşdur ki, İslamda bunlar Rəhman (Ra-Əman) və Rəhim (Ra-Qam) adlanır.
Bütün bunlar o deməkdir ki, əvvəldə və axırda gələcək Allahlar, Vəhy çadırının, yəni Allah beytinin yaradıldığı Gelar eli ilə bağlıdır. Göydəki dünyanın yaradılışı da, axirətdə onun yenisi ilə əvəz edilməsi də məhz burada baş verəcəkdir.
Qurana görə yeni cənnətin var olması, axirətdə sandığın gəlməsi zamanı baş verəcək ki, onun içində Musa və Harundan (Aron/Aran) qalanlar olacaqdır. Tövratda Əhd sandığı adlanan bu müqəddəs qutu İslamda Tabuti-Səkinə adlanır. Səkinə rəmzi onu deməyə əsas verir ki, bu sandıq İlahın Sakin olduğu sandıqdır və Vəhy çadırının yaradıldığı Beytullahın altındakı Cəbərut mağarasında qorunur. Yəhudilərin Skiniya (Sakin) adlandırdığı Vəhy çadırı, Alban mənbələrində Sisakan adlanan Gelarküni nəslinin Gelar elində yaradılmışdır. Ərəblərin Cəlair adlandırdığı Gelar eli numizmatika nümunələrində "Mülkə-Hu", yəni İlahın və Ondan yaradılmış Allahın Mülküdür.
İlah - qədim İran mənbələrində əbədi od adlanır ki, onun saxlandığı Arsak (Arşak) yeri, mənbələrə görə Ərdəbil şəhərindən təxminin 45 km yol məsafəsindədir. Bu məsafə isə  Azərbaycanın Yardımlı rayonunun Gilar kəndinin ərazisinə uyğun gəlir. Başqa sözlə, əbədi odun sakin olduğu Musanın sandığı, əhli beytin Gilar mülkündə üzə çıxacaqdır.
Rus imperiyasının 1825-cidə çəkdiyi "Talış xanlığı"nın xəritəsində Yardımlı rayonunun Gilar kəndi, böyük ərazini əhatə edən "Gilarau mahalı"nın mərkəzi kimi göstərilir. Rusların 1859-cu ilin siyahıya almasında isə Gilar kəndi Pərdi adlanır ki, bu da sufi məntiqində "pir-deo", "pir-dai" mənasında Pir-Allahı deməkdir. Qədim Misir mənbələrində pirao kimi keçən pir sözü, İran mənbələrində firon mənasında fər, farnbaq, yəni firon-bəg kimi qeyd olunur. Bu isə o deməkdir ki, qədim Misir fironu sayılan Amonun, kosmik Atum Allahını yaratdığı Gel eli elə Gilarau mahalının ərazisidir və Atum Allahının göydə yenidən yaranması da burada baş verəcəkdir.
P.s. 2022-ci ildə mən, Musanın sandığının qorunduğu Gilarau mahalının altındakı Cəbərut mağarasının dəqiq yerinin təyini üçün, Azərbaycan Milli Elmlər Akademiyasına və onun Arxeologiya, Etnoqrafiya və Antropologiya institutuna rəsmi müraciət etdim. Müraciətimin əsas mahiyyəti ondan ibarət idi ki, institutun bir əməkdaşı mənimlə birgə 2-3 günlük axtarışda iştirak etsin və mən onun bu müddətdəki xərclərini öz üzərimə götürürəm. Lakin Azərbaycan Elmlər Akademiyası bu bir əməkdaşın sadəcə yanımda iştirakı üçün rəsmi olaraq məndən 3000-5000 manat pul istədi. Mənim bu miqdar vəsaitim olmadığı üçün, axtarış fikrindən daşındım. Dəqiq bildiyim isə odur ki, bu mağara bir gün tapılacaq və Musanın sandığı mütləq açılacaq. Cünki Rəhman Allahın axirətdə işi məhz bu sandığın açılmasına nəzarətdir. Bu sandıq açıldıqdan sonra dünya yeni nizama qədəm qoyacaq və yer üzündə, yaradılış zamanında olduğu kimi Qızıl əsr başlayacaq. Bu dövrdə elm tam və ən kamil səviyyədə inkişaf edəcək, bütün xəstəliklərin çarəsi tapılacaq, insanlar yalnız qocalıqdan öləcəklər. Ölən möminlərin ruhları isə göydə yeni yaranacaq cənnət beytində ikinci həyat qazanacaqdır.

Ədəbiyyat
1. Məqalə "Bugünkü ilahiyyatçılar əhli-beyti anlamayan cahillərdir", sayt: https://gilarbeg.wordpress.com/2023/05/23/bugunku-ilahiyyatcilar-%c9%99hli-beyti-anlamayan-cahill%c9%99rdir/
2. Məqalə "Əsl İslam Tövratdan başlanır", sayt: https://gilarbeg.wordpress.com/2023/06/22/%c9%99sl-islam-tovratdan-baslanir/
3. Məqalə "Əhli-beyt və onların vəzifələri", sayt: https://firudin.blogspot.com/2023/01/hli-beyt-v-onlarn-vziflri.html?m=1
4. Məqalə "Тайна Моисея и его Торы", sayt: https://firudin.blogspot.com/2023/06/blog-post.html?m=1
5. Məqalə "Великая тайна иудаизма и иудеев Хазарии", sayt:
https://firudin.blogspot.com/2021/01/blog-post.html
6. Məqalə "Древние масоны – прямые потомки богов", sayt:
http://gilarbek.blogspot.com/2012/12/blog-post.html?m=1
7. Məqalə "Джалаиры – божественный род Геракла", sayt: http://gilarbey.blogspot.com/2018/04/blog-post.html?m=1
8. Məqalə "Истина о смерти и воскрешении Бога Осириса-Руса", sayt:
https://firudin.blogspot.com/2020/10/blog-post_31.html
9. Məqalə "Истинные евреи и их особенности", sayt: https://firudin.blogspot.com/2023/07/blog-post.html?m=1
10. Məqalə "Расшифровка древнеегпетских текстов с помощью "языка птиц" царя Соломона", sayt:
https://firudin.blogspot.com/2021/08/blog-post.html
11. Məqalə "Qurana görə axirətdə Allah gələcək", sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html
12. Məqalə "Великие деяния сыновей Иакова и Рахиля", sayt:
https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1

Firudin Gilar Bəg
6.07.2023

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери