Yevlax nə deməkdir?

       Kitabi Dədə Qorquda görə, qədim Oğuz bəgləri ad qoyanda Qorqud atanı çağırırdılar. O da xüsusi məntiqlə ad qoyardı. Bu məntiq, yaradılışla bağlı olan Tövrat kitabında ilk insanların vahid "səfa əhət" dili adlanır. Bizlərə səfa rəmzi "İhvani səfa" kimi tanışdır. Səfa dili - sufi məntiqi, İhvan isə Aqvan, yəni Alban deməkdir. "Səfa əhət" rəmzi bu məntiqdə "xudaların sufi dili" mənasındadır. Başqa sözlə, qədim müdriklər ad qoyanda - Şərqdən gəlmiş ilk Alban xudalarının sufi məntiqi ilə qoyarmışlar. Mənbələrdə bu xudalar - şahlığı göydən endirilmiş kutilər, qutilər kimi də qeyd olunurlar. Bu o deməkdir ki, qədim dünyanın bütün ad və toponimləri - Alban müqəddəsləri olan pir-bəglərinin, seyid-şıxların sufi məntiqi ilə qoyulmuşdur. Bu məntiqdə, sözləri təşkil edən samitlərin gizli mənası yalnız Allah və onun bu dünyadakı yaradılışı ilə bağlıdır. 

Yevlax toponimi Yev və Lax rəmzlərindən ibarətdir ki, buradakı Lax rəmzi İlah (yəhudi dilində Eloax) deməkdir. Yev rəmzi isə sufi məntiqdə Ya-Allah mənasında Ya-Ava, Ya-Aba fikrini ifadə edir. Qədim Misir yazılarında Va, Ba rəmzləri göydə ölümsüzlük qazanmış pir-fironların Ba/Va ruhlarını bildirirdi ki, bunlar mənbələrdə Asar (Azər), yəni Osiris Allahları adlanırdı. Mətnlərdə bu rəmzlər Ban (Misirdə Benu), Van kimi də yazılır. Alban sözü də bu məntiqdə El-Ban, yəni göydə ölümsüzlük qazanmış Ba ruhlarının Eli deməkdir. İslamda Vallah, Billah dedikdə də ölümsüz Va, Ba Allahları nəzərdə tutulur. 

Lakin İslamda Ba rəmzi Bəsmələ (Bismillah) mənasında yalnız Rəhman və Rəhim Allahlara aid edilir ki, bunlar da sufi məntiqində əvvəldə gələn və axirətdə gələcək Allah mənasındadır.

Bütün bunlar o deməkdir ki, Yevlax rəmzi sufi-batini mənada "Ya-Aba-İlahi" kimi izah olunur və Vallah deməkdir. Vallah isə Rəhman və Rəhim Allah mənasındadır.


Firudin Gilar Bəg

21.09.2023

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери