Peyğəmbərimiz doğrudanmı 9 yaşlı Aişə ilə evlənib?

       Bu gün dünyada İslam dininə inamın azalmasının əsas səbəblərindən biri də, mənbələrdə Məhəmməd peyğəmbərin uşaqbaz kimi təsvir olunmasıdır. Onun 6-7 yaşlı Aişə ilə nişanlanması və 9 yaşında evlənməsi Avropa insanlarında, peyğəmbərimizin pedofil olması təəsüratı yaratmışdır.

Bəs doğrudanmı peyğəmbərimiz 9 yaşlı Aişə ilə evlənmişdir? Bu suala cavab vermək üçün İslam dininə və mətnlərə, zahiri və batini mənaları nəzərə almaqla, tam şəkildə yanaşmaq lazımdır. Çünki ilk insanların və qədim dövrün dili, bu günkü dillərdən, məntiqindən tam fərqli olmuşdur. 

Qədim müdriklərə görə, Allah iki növ - göy və yer insanını yaratmışdır ki, Quranda göy insanı - bəşəriyyətdən üstün yaradılmış İsrail oğulları adlanır. İsrail oğulları dedikdə isə bilavasitə Azəri pir-bəgləri, seyid-şıxları nəsli nəzərdə tutulurdu ki, bu haqda mən çox yazmışam. Ümumiyyətlə bilmək lazımdır ki, Avropadakı Albaniya ölkəsinin Qafqaz Albaniyasına aidiyyəti olmadığı kimi, indiki İsrail xalqının da Qurandakı İsrail oğullarına aidiyyəti yoxdur. Tövrata görə, İsrail oğullarının vahid "səfa", yəni sufi dili olmuşdur və Quranda bu dil Süleyman peyğəmbərə verilmiş "Quş dili" adlanır. Bu səfa dilində danışan Azəri seyid-bəglərinin əcdadları Xaldeyada, yəni Atabəglərin Xelat yurdunda Babil qülləsi tikdilər. Məhz bundan sonra Allah onların vahid səfa dilindən 70 müxtəlif dil yaradıb, onları dünyaya səpələdi. Bundan sonrakı bütün mətnlər artıq ikili - batini və zahiri mənalarda yazıldı. Batini məna - vahid səfa dilinin məntiqi, zahiri məna isə - 70 müxtəlif dillərin birbaşa mənasıdır. Birbaşa zahiri məna - cahil, avam yer insanları üçün, batini, yəni rəmzi məna isə kamil göy insanları üçün nəzərdə tutulurdu. Deməli, iki növ insan və onların da iki müxtəlif dili, məntiqi vardır. Avam, yer insanları İlahi sirləri dərk edə bilmədikləri üçün, onların müqəddəs kitabları müzakirə etmələri qadağan olunmuşdu. Buna görə XVI əsrdə yaşamış Varmiya yepiskopu, kardinal Qozi demişdir: "Əhdi-Ətiqi xalqa oxumağa vermək – müqəddəs şeyi itə vermək, mirvarini donuzun qabağına atmaq deməkdir". Quranı, Tövratı və s. qədim yazıların əsl mənalarını anlamaq üçün, yazıların sufi-batini məntiqini bilmək lazımdır.

İlk Azəri pir-bəglərinin sufi məntiqi mənbələrdə İsna-Aşəriyə, yəni 12 imam dini adlanır. Batini mənada İsna-Aşəriyə rəmzi - "Sina (Sünik) dağındakı Azər/Osiris" Allahı deməkdir. İslam dininin kökündə də məhz Azəri pir-bəglərinin İsna-Aşəriyə dini durur. Tövratda İslam rəmzi - Yaqub peyğəmbərin yuxuda gördüyü cənnətə aparan pilləkən mənasında qeyd olunur ki, bu da onun metafizika ilə bağlı sufi-batini məntiqinə işarədir. Batini mənada İslam rəmzi, İsmail rəmzi kimi - "Sia aləmi", yəni ruhlar dünyası, cənnət fikrini ifadə edir. Qədim Misirdə Sia, Şu rəmzləri ruh mənasını verirdi. İsna-Aşəriyə dininin İsmaili fəlsəfəsində 12 rəmzi - 12 planet, 12 bürc, 12 yaradılış, 12 pillə və s. mənalarında göydəki cənnətin yaradılışının rəmzdir. İsna-Aşəriyə fəlsəfəsi qədim müdriklərin - sufizm, batin elmi, təsəvvüf, elmi-billah və s. adlanan elmidir. Deməli, İslam dini özlüyündə birbaşa mənalı zahiri İslamdan və sufi ariflərinin batini mənalı İsna-Aşəriyə dinindən ibarətdir. Qədim Misirdə sufi arifləri Gel şəhərinin kahinləri adlanırdı ki, mənbələrə görə bütün Misir mətnlərini, ovsunlarını onlar tərtib etmişdilər. Tövratda bu Gel kahinləri - Gelad ismaililəri, İslamda isə ifrat Gelat şiələri adlandılar.

Bütün bunlar o deməkdir ki, iki növ insan və onların da iki növ məntiqi olmuşdur. Cahil, avam yer insanlarının zahiri məntiqi bu gün hamıya məlumdur. Göy insanları olan Azəri pir-bəglərinin batini məntiqi isə, Gelat ismaililərinin sufi-batini məntiqidir və bu məntiq mənbələrdə hikmət və marifətullah adlanır. 

Hikmət və marifətullah - Rəhman, yəni qədim Misirin Ra-Amon Allahı və onun cənnətinin yaradılışının sirlərini bilməkdir. Misir fironu Amon (pir Əman) Gel şəhərinin göylərində İlahdan - Ra diskini və kosmik ölçülü Atum/Maat Allahını yaratmışdır. Sufilərdə Ra diski - "Vəhdətin Günəşi", kosmik insan usə - "Kamil insan", "Əl Kamil ət Tamm" və s. adlanır. Pir Əman bu Atum/Tamm insanını ekstatik durumda, qam-şaman məqamında 6 günə, yəni 6 mərhələyə və 9 yaradılışla var etmişdir. Tövratda - "Allah dünyanı 6 günə yaratdı, 7-ci gün isə dincəldi" dedikdə məhz bu Atum dünyası və onun daxilindəki cənnət nəzərdə tutulur. Qədim Misir mətnlərində bu 9 yaradılış "Enneadanın doqquz Allahı", sonrakı mənbələrdə isə "Doqquz Oğuz" və s. adlanır. Firon Amon öləndə, onun Sia/Şu ruhu göyə qalxaraq, Ra günəş diski ilə birləşmiş və Atum/Tamm Allahına həyat vermişdir. Beləliklə göydə Sia-Ra, yəni Asar, Osiris Allahı yaranmışdır ki, ona mətnlərdə Aşur, Azər Allahı da deyirlər. Bununla da göydə, bütün yer kürəsini əhatə edən İlahi kosmik varlıq var olmuşdur ki, İslamda Allah deyəndə məhz bu Kamil insan nəzərdə tutulur. Bu o deməkdir ki, mənbələrdəki Aişə, Şiə, Yeşua rəmzləri firon Amonun Şu ruhu mənasındadır və mətnlərə görə göyləri məhz pir Əmanın bu Şu ruhu saxlayır. Quranda Şiat kimi qeyd olunan Şu/Şiə/Aişə rəmzləri, Tövratda Yesiat kimi yazılır və "çıxış" mənasını verir. Bu çıxış zahiri mənada Misirdən çıxış kimi qəbul olunsa da, batini mənada bu çıxış - firon Amonun və onun yolu ilə gedən ilk ümmətin Şu ruhlarının bədəndən çıxıb, cənnətə qalxması mənasındadır. Təəsüf ki, son dövrün yəhudi ravvinləri batini mənalardan tam xəbərsiz, yazıların yalnız birbaşa, yəni zahiri mənalarından danışırlar. Bu gün ümumiyyətlə heç kimin batini sirləri bilməməsinə görə, qədim müdriklər axirət zamanını cəhalət dövrü adlandırırdılar. Tövratın əsl, yəni batini mənalarını mən ilk dəfə - "Тайна Моисея и его Торы" adlı məqaləmdə açmışam. Deməli, Məhəmməd peyğəmbərlə evlənən Aişənın obrazı, firon Amonun ruhunun obrazıdır ki, bu ruh Ra diski ilə birləşmiş və göydə Ra-Amon, yəni Rəhman Allaha çevrilmişdir. 

Məhəmməd adı sufi məntiqində Məqam-Maat mənasında olmaqla kosmik ölçülü Kamil insanın məqamı deməkdir. Bu qam-şaman məqamında yaradılmış göydəki cənnət qədim mənbələrdə Kem, yəni Qam ölkəsi adlanırdı və yuxarı Misirin adı mənasında idi. Mətnlərdə peyğəmbərimiz rəsul adlanır ki, bu rəmz də sufi məntiqində Ras-El və ya El-Asar, yəni "Osiris Allahı və onun Eli" anlamındadır. Osiris, yəni Asar adı Ra-Amon adı kimi, firon Amonun əvvəlcədən göydə yaratdığı "Ra diski ilə birləşmiş ruh"u deməkdir. Göydə metamorfozaya uğrayıb Asar və ya Ra-Amon Allahına çevrilən ruh, kosmik ölçülü Atum/Maat Allahın "bədəninə" köçür və onu idarə etməyə başlayır. Deməli, Allah dedikdə biz - Atum/Maat adlanan nəhəng (Əkbər) Kamil insanı və onu idarə edən Asar və ya Ra-Amon ruhunu təsəvvür etməliyik.

Bütün bunlar o deməkdir ki, batini mənada Məhəmməd peyğəmbərin Aişə ilə izdivacı, pir Amonun Şu ruhunun (Asar/Rəhman) - Maat/Atum Allahı ilə birləşməsi mənasındadır. Şu/Aişə ruhunun Maat/Atumla məhz bu birləşməsindən sonra göydə - kosmik ölçülü Kamil insan və onun daxilində cənnət var olmuşdur. Mən, "Məhəmməd peyğəmbər - Nurdan yaradılmış Azər Allahıdır" adlı məqalədə bu haqda geniş yazmışam (sayt: https://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html?m=1).

Nəticə kimi onu qeyd etmək istərdim ki, cahil, avam yer insanları üçün Məhəmməd peyğəmbər adi insandırsa, hikmət və marifətullahda Məhəmməd peyğəmbər kosmik ölçülü Kamil insandır - Allahdır. Zahiri İslamda Məhəmməd peyğəmbərin 9 yaşlı Aişə ilə izdivacı uşaqbazlıq sayılırsa, batini mənada, yəni İsna-Aşəriyə dinində bu izdivac - Rəhman Allahın ərşə yüksəlib, göylərə sahib olması mənasındadır. 

Firudin Gilar Bəg

24.12.2023

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери