Sufi-batin elmində İmam Əli obrazı
İslamın ən sirli obrazlardan biri də imam Əli obrazıdır. Məhəmməd peyğəmbərin kürəkəni sayılan imam Əli, Şah İsmail Xətainin “Divan”ında Allah kimi qeyd olunur. Burada öz əksini tapmış Qızılbaş nəzəriyyəsinə görə, Hz. Məhəmməd yalnız peyğəmbərdirsə, imam Əli «Allah həqiqətinin təzahürüdür» («məzhər-i həqq»dir) (O. Əfəndiyev, «Azərbaycan Səfəvilər dövləti», B., 1993, səh.47). İmam Əlini Allah kimi qəbul edən batini şiələri isə mənbələrdə “ƏliAllahilər” və ya “Əhli-Haq” da adlandırılırlar. Ortaya belə bir sual çıxır: İslamda Allaha şərik qoşmanın böyük günah sayıldığı halda, nəyə görə şiələr imam Əlini Allah adlandırırlar? Bu suala cavab tapmaq üçün batinilərin öz elminə müraciət etmək lazımdır. Bu gün artıq hamıya məlumdur ki, Quranın, hamı üçün aydın olan zahiri mənasından başqa, onun batini, yəni gizli mənası da vardır. Bu gizli mənanı isə yalnız sufilər, ariflər nəsli sayılan batinilər bilmişlər. Batin elmi də, mənbələrdə elmi-Billah, Təvil, Təsəvvüf, Sufizm, Ledun, Ezot