Quranda lənətlənmiş xalq - Azəri xalqıdır!

       Qədim mənbələrə görə Allah iki növ insan yaratmışdır ki, Quranda bunlar - bəşəriyyətdən üstün yaradılmış İsrail oğulları və adi insanlar kimi qeyd olunur. Adi insanlardan fərqli olaraq Allah İsrail oğullarına elm, kitab, müdriklik, peyğəmbərlik vermiş, 

dərəcələrinə görə birini digərindən üstün tutmuş və varislər etmişdir. Allah onları gözəl yurdda yerləşdirmiş, pak nemətlərdən ruzi vermiş, öləndən sonra ruhlarının cənnətdə ikinci həyat qazanacaqlarını vəd etmiş və onlarla əhd bağlamışdır. Quran kitabı da bilavasitə İsrail oğullarına, onların fikir ayrılığına səbəb olan bir çox şeylərə aydınlıq gətirmək üçün göndərilmişdir.

Quranın Maidə surəsinin 12, 13-cü ayələrində Allah, xoşbəxt yaratdığı bu İsrail oğulları ilə bağladığı əhddən və əhdi pozanların lənətlənməsindən danışır. Quran yazır: "Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan on iki başçı göndərmişdik. Allah dedi: “Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onları ucaltsanız və bununla Allaha gözəl bir borc versəniz - Mən sizinlə olacağam. Günahlarınızın üstünü örtüb, sizi, altından çaylar axan cənnət bağlarına daxil edəcəyəm. Lakin bundan sonra sizdən hər kəs əhdi pozaraq imandan dönsə, o artıq doğru yoldan azmış olar!”. Bu ayədə Allah Öz xalqına bildirir ki, Onun himayəsində olmaq, xoşbəxt yaşamaq və cənnətə düşmək üçün onlar, Allahın göndərdiyi 12 peyğəmbərinə iman gətirib, onları ucaltmalı və dini qaydalara riayət etməlidirlər. Başqa sözlə, Allahın himayəsi - insanların Onun peyğəmbərlərinə olan münasibətindən asılıdır. Sonrakı ayədə isə Quran nəzərə çatdırır ki, insanlar Allahla bağladıqları əhdi pozduqları üçün Allah onları lənətlədi: "Onlar əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini sərtləşdirdik. Onlar sözlərin yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Onları bağışla və günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!". Bu ayədə əhdin pozulması dedikdə, insanların Qurandakı sözlərin mənalarını düzgün dərk etməməsi, hikmət və marifətullahı unutmaları və s. başa düşülməlidir. Digər tərəfdən burada Allah peyğəmbərə müraciət edərək bildirir ki, "Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Onları bağışla və günahlarından keç". Sufi-batini mənada bu o deməkdir ki, Allahın buradakı müraciəti - əvvəldə gələn və bəşəriyyəti yaradan Ra-Amon Allahın, axirətdə gələcək və Allahın nurunu tamamlayacaq peyğəmbərə müraciətidir. Başqa sözlə, Allahın İsrail oğullarını lənətləməsinin səbəbi, Onun on iki peyğəmbərinin sonuncusunu İsrail oğullarının qəbul etməməsi, Quranın əsas batıni mənalarını yox, birbaşa, yəni zahiri mənasını əsas götürmələridir.

Bütün bunlar o deməkdir ki, Allahın Öz xalqını lənətləməsinin səbəbi, Onun 12 peyğəmbərdən sonuncusu ilə bağlıdır. İsrail oğulları axirət dövründə, bilavasitə onlara göndərilmiş Quranı düzgün dərk etməyib, bu peyğəmbəri qəbul etməyəcəklər. Hədislərin birində məhz Məhəmməd peyğəmbər axirətdə gələcək İsrailin 12 peyğəmbərinin sonuncusu kimi qeyd olunur. Peyğəmbərimiz deyir: "İsraili peyğəmbərlər idarə etmişlər. Onlardan biri ölən kimi, onun yerinə digəri keçirdi. Lakin məndən sonra peyğəmbər olmayacaq, yalnız xəlifələr olacaqdır və onlar çox olacaqlar". Peyğəmbərdən soruşdular: "Sən bizə nə etməyi məsləhət görürsən?". O, dedi: "Siz onlara içdiyiniz anda sadiq olun. Onlara çatası olanı onlara verin. Allah onlardan, sizi necə idarə etdiyini soruşacaq" (Джон Бертон, "Мусульманское предание: Введение в хадисоведение", СПБ, 2006, səh.83). Belə çıxır ki, "Allahın adı ilə oxuyan", yəni hikmət və marifətullahı bilən Məhəmməd peyğəmbər əslində İsrail oğullarına gəlmiş 12 peyğəmbərin sonuncusudur.

Quranı diqqətlə oxuyan istənilən insan görər ki, bu kitab faktiki olaraq Tövrat kitabının davamıdır və burada söhbət məhz yəhudi peyğəmbərlərindən gedir. Mən, “Quran”dakı İsrail oğulları - Azəri bəgləridir!" adlı məqalədə göstərmişəm ki, qədim mənbələrdə İsrail oğulları dedikdə - Xəzər Türk xaqanı və Xəzər Türk bəgləri nəzərdə tutulur (sayt: http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html). İsrail oğullarının gözəl yurdda yerləşməsi, onlara yağış yağdırma qüdrəti verilməsi və s. faktorlar göstərir ki, bu gün yəhudi adlanan və 1948-ci ildə yaradılmış İsrail ölkəsinin, Tövrat və Quranda qeyd olunan İsrail oğullarına heç bir aidiyyəti yoxdur. Ən qədim mənbələrdəki İsrail, İzrail rəmzləri - Asar-Eli, Azər-Eli anlamında Osiris Allahının Eli mənasını verirdi. Tövrat kitabı da mənbələrdə "Ktav Aşuri" adlanırdı ki, bu da sufi məntiqində "Azəri kitabı" deməkdir.

Tövrata görə Azər torpaqları amoreylərin Kadeş elidir və Musa peyğəmbər məhz burada İlahi oddan göydə Vəhy çadırı, yəni cənnət yaratmışdı. Amoreylər qədim Misir mətnlərində amorey-sutilər adlanır və bu da miri-seyidlər deməkdir. Azəri seyid-bəglərinin Kadeş eli isə bizlərə Kadus eli, yəni qədim Midiyanın müqəddəslər eli kimi məlumdur. Tövratda bu el - Midiya ismaililərinin Gelad eli kimi keçir və Allah bu eli "Mənim Geladım" adlandırır. Ərəb mənbələrində bu Gelad eli - ifrat ismaili-batinilərin Gelati-Şiə, Qulati-Şiə eli kimi qeyd olunur. İsrail oğullarının 12 peyğəmbəri də onların İsna-Aşəriyə dininin 12 imamı mənasındadır. Gelat eli qədim Misir mətnlərində, firon Amonun kosmik Atum Allahını yaratdığı Gel şəhəridir. Digər mətnlərdə bu Gel eli - Xaldeya, Xelat, Gelar, Gelarküni və s. kimi də yazılır. Bu el Azərbaycanın Yardımlı rayonu ərazisində mövcud olmuş qədim Gelarau mahalıdır. Mən, "Тайна Моисея и его Торы" adlı məqalədə göstərmişəm ki, Tövrat kitabı bilavasitə qədim Gelar seyid-bəglərinin kitabıdır (sayt: https://firudin.blogspot.com/2023/06/blog-post.html?m=1). Gelar bəgləri bu Gel mahalında Beytullah, yəni Allah Evi tikmiş və min illər bu cənnətin göydə var olması üçün qurbanlar kəsmişlər. Tövratın bu bəglərə həsr olunmuş Levit kitabında, Allahın insanlarla bağladığı müqavilə və qayda qanunlardan danışılır. Kitabın 25-ci bölümü Beqar, 26-cı bölümü Bexukotay adlanır ki, batini mənada bunlar Bəg-Ər və Bəg-Xuda, yəni Bəg-yəhudi deməkdir. Tövratda Allah mənasında qeyd olunan İeqova, Yaxve sözləri də batini mənada Bəg anlamındadır.

Bütün bunlardan çıxan nəticə odur ki, Quranda bəşəriyyətdən üstün yaradılmış İsrail oğulları dedikdə - Azəri pir-bəgləri, seyid-şıxları nəsli nəzərdə tutulur. Quranda onların lənətlənməsi də əcdadlarının Allahla bağladığı əhddən dönmələri, axirətdə Allahın göndərəcəyi peyğəmbəri və ya imamı qəbul etməyəcəkləri ilə bağlıdır. Mən, "Axirətdə Azərbaycan" adlı məqalədə bu dövr haqda yazmışam (sayt: http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1202).

Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.


Firudin Gilar Bəg 

22.01.2024

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери