Rəqaib, Merac və Bəraət kandillərinin batini mənaları

   Fevral ayının 13-dən Azərbaycanda Rəcəb ayı başlamışdır ki, Qəməri təqvimində Rəcəb, Şaban və Ramazan ayları müqəddəs ay hesab olunur. Bu aylarda xüsusi günlər var ki, o günlər ibadət üçün mühüm sayılır və bunlar Rəqaib kandili, Merac kandili və Bəraət (Berat) kandili adlanır. Bəs bu kandillər nə deməkdir və niyə ibadət üçün əhəmiyyətli hesab olunur? Rəcəb ayının və bu kandillərin əsl mahiyyətini dərk etmək üçün biz sufilərin elmi-Billah adlandırdıqları hikmət və marifətullaha müraciət etməliyik. Çünki əsl İslam - Allahı tanımaq və Onun batini sirlərini bilməkdən başlayır. Bunun üçün isə biz ilk ümmətin bu vahid səfa dilinə, yəni sufizmə müraciət etməliyik. İlk ümmət Babil qülləsini tikdikdən sonra, Allah vahid dildən 70 dil yaradıb, insanları dünyaya səpələmişdi.

Mən kitab və məqalələrimdə göstərmişəm ki, sufi müdriklərinə görə, iki növ insan, yəni göy və yer insanı və onların da iki növ məntiqi olmuşdur (məqalə: "Peyğəmbərimiz doğrudanmı 9 yaşlı Aişə ilə evlənib?, sayt: https://firudin.blogspot.com/2023/12/mhmmd-peygmbr-hqiqtnmi-usaqbaz-olub.html?m=1). Bütün qədim yazılar ikili mənada yazılmışdır ki, yazıların birbaşa mənası avam yer insanları üçün, gizli batini mənaları isə kamil göy insanları üçün nəzərdə tutulmuşdur. Qədim Assur, Misir mətnlərində göy insanları - Asar/Osiris teurqları, yəni Azəri türkləri adlanan amorey-sutilər (miri-seyidlər) kimi qeyd olunurdular (məqalə: "Türk”, “Türkiye” ne demektir? Akıl almaz gerçekler", sayt:
http://gilarbek.blogspot.com/2012/07/turk-turkiye-ne-demektir-akl-almaz_19.html?m=1). Bu ilk ümməti biz Azəri pir-bəgləri və seyid-şıxları nəsli kimi tanıyırıq. Bütün qədim mətnləri məhz bu göy türkləri qələmə almışlar və bu yazıları anlamaq üçün də onların sufi-batini məntiqinə müraciət etmək lazımdır.
Sufi məntiqinə görə, bütün yazıların batini mənaları Tək Allaha və Onun obrazları olan əvvəldə gələn və axırda gələcək Allaha aiddir. Mən, "Qurana görə axirətdə Allah gələcək" adlı məqalədə bu haqda geniş yazmışam (sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html). Buradakı Tək Allah - qədim Misir fironu sayılan pir Amondur (Əman) ki, O göydə İlahdan Ra diski yaratmış, öləndən sonra isə, Ruhu bu disklə birləşib Ra-Amon, yəni Rəhman Allaha çevrilmişdir. Məhz bu Ruhullah əvvəldə gələn Allah sayılır. Axirətdə Amon Allahın göydə ölümsüzlük qazanmış bu Ruhu, bir insanın bədəninə tənasüh edir ki, bu da axırda gələn Allah mənasındadır. Qədim Misirdə pir (pirao), yəni firon adlanan Amon, İran mətnlərində farnbaq, yəni firon-bəg adlanır. Deməli, bütün yazılar sufi məntiqi ilə yazılıb və onların batini mənaları - əvvəldə və axırda gələn Amon Allahın Ruhuna aiddir. Adi insanları heyvani qüvvələr idarə etdiyi və onların da taleyini Allah əvvəlcədən yazdığı üçün, onlar mənbələrdə qeyd olunmağa layiq görülməmişlər. Bütün qədim yazıların batini mənaları - Tək Allaha, Onun bu dünyada gördüyü və axirətdə görəcəyi işlərə həsr olunmuşdur.
Mənbələrə görə, Rəcəb ayının ilk günü İmam Muhəmməd Baqirin mübarək mövludu günüdür. Sufi məntiqində Baqir rəmzi bəg-ər deməkdir və bu rəmz batini mənada Rəcəb və Rəqaib rəmzləri ilə eynidir. Quranda bu rəmz Bəqərə kimi, Tövratda isə Beqar və s. kimi keçir. Sufizmdə bəg rəmzi - tərikə yolunu gedən türükün Bəqa fazasına yüksəlməsi və İlahla vəhdətə nail olması deməkdir. Məhz bu fazada pir Amon İlahdan, yəni ilkin materiyadan göydə Ra diskini yaratmışdır. Başqa sözlə, Baqir/Rəqaib/Rəcəb rəmzləri - Bəqa fazasında Ra diski yaratmış Bəg Amon (Ra-Amon/Rəhman) deməkdir. Quranın Mişkat ayəsində Amon Allahın Ruhu çırağa, Ra diski (şarı) isə ulduza bənzədilir: "Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxça kimidir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. Çıraq şərqə və ya qərbə aid edilməyən mübarək zeytun ağacından odlanır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Nur içində nur. Allah dilədiyini Öz nuruna yönəldir". Burada qeyd olunan zeytun ağacı - pir Əmanın minlərlə qurban ruhlarından yaratdığı "Dünya ağacı" (Həyat ağacı) mənasındadır. Bu ağacın budaqlarında yaradılmış ruhlar dünyası (cənnət) və Ra diski məhz qurban ruhlarının İlahla qarışığından qidalanır (məqalə: "Что означает Эрец-Исраэль на "языке птиц", sayt:
https://gilarbeg.wordpress.com/2020/11/23/). Bu o deməkdir ki, zeytun yağı ilə alovlanan kandil, yəni çıraq da elə Ra-Amon Allahının rəmzidir. Başqa sözlə, batini mənada Rəqaib kandili - qurban ruhlarından yaradılmış Ra diski və onu idarə edən firon Amonun Ruhu anlamındadır. Belə çıxır ki, Rəqaib kandili gününün ibadəti - firon Amonun bəglik məqamında Ra günəş diskini yaratmasına həsr olunmuşdur.
Rəcəb ayının 27-ci gecəsi Merac və İsra mənasında Merac kandili adlanır. İnama görə bu gecə Məhəmməd peyğəmbər, adam başlı Buraq atı minərək, göylərə səyahətə qalxmışdır. Mifologiyada adam başlı at - kentavr adlanır və "kainat atı" mənasındadır. Upanişadalarda bu atın yaradılması "Aşvamedxa" ritualı kimi qeyd olunur. Bu ritualda atlar qurban kəsilərək, ruhlarından göyləri tutmuş "kosmik at" yaradılır. Kainat atının çaparı isə firon Amonun ruhudur və O dünyanı bu at vasitəsilə idarə edir. Bu isə o deməkdir ki, Buraq atını minmiş Məhəmməd peyğəmbərin obrazı elə Ra-Amon, yəni Rəhman Allahın obrazıdır. Meracın İsra adlanması da bu obrazın eyni zamanda Asar (Azər), yəni Osiris Allahının obrazı olması deməkdir. Mən, "Məhəmməd peyğəmbər - Nurdan yaradılmış Azər Allahıdır" adlı məqalədə bu haqda yazmışam (sayt: http://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html?m=1). Məşhur sufi Mühiddin ibn Ərəbi, Alban dağlarından qopmuş "odlu atı minmiş" adamı Allah kimi təsvir edir. Bunlar isə onu deməyə əsas verir ki, Merac kandili - pir Amonun öləndən sonra, Ruhunun Ra-Amon Allahına çevrilməsinin gecəsidir.
Müqəddəs üç aylarda əsas gecələrdən biri də Bəraət kandili adlanır. Bəraət gecəsi Quranın Lövhi-məhfuzdan dünya səmasına nazil edildiyi gecə hesab olunur. Sufi-batinilərdə Quran - kitab yox, qədim Misirin Qor fironlar nəslindən axirətdə gələcək kutb, yəni vəli mənasındadır. İsna-Aşəriyə dinində Quranın batini mənalarını bilən bu kutb - natiq mənasında "danışan Quran" adlanır (məqalə: Oxuduğumuz Quran - həqiqi Quran deyil", sayt: https://firudin.blogspot.com/2023/05/oxudugumuz-quran-hqiqi-quran-deyil.html?m=1). İslamın ilk dövrlərində batini sirləri bilən Qor/Qərəə nəsli - karilər, qədim Misir mətnlərində isə Qor yolu ilə gedənlər (Şəmsi Qor) adlanırdı. Xristian mənbələrində bu Qor/Xor nəslində doğulacaq "danışan Quran" - Xoris, Xristos, yəni İsa peyğəmbər kimi məlumdur. Bu o deməkdir ki, Rəqaib və Merac kandillərindən fərqli olaraq, Bəraət kandili axirətdə gələcək İsa peyğəmbərə aiddir. Yəni, Rəqaib və Merac kandilləri əvvəldə gələn və Günəş Allahı mənasında olan Ra-Amon Allahına həsr olunubsa, Bəraət kandili axirətdə gələcək və Günəş Allahın yerinə keçəcək Ay Allahı rəmzli Mehdiyə həsr olunmuşdur. Qeyd etmək istərdim ki, İslamın rəmzi sayılan ay rəmzi də, təqvimin Qəməri (ay) adlanması da məhz axirətdə gələcək Allahla, yəni İsa Ruhullahla bağlıdır.
Qədim Misir mətnlərində ruh mənasını verən İsa rəmzi - Sia və Şu kimi qeyd olunur ki, sufi məntiqində bu rəmzlər eyni mənalıdır. Qədim yəhudilər, yəni Xəzər Türk bəgləri İsa peyğəmbəri - Yeşua, yəni Ya-Şiə adlandırdılar (məqalə: "Hz. İsa – Azəri türk bəgi olmuşdur", sayt: https://gilarbek.blogspot.com/2013/12/hz-isa-azri-turk-bgi-olmusdur_29.html?m=1). Quranda "şiat" kimi keçən şiə rəmzi Tövratda "yesiat" adlanır və batini mənada "bədəndən çıxan ruh" mənasını verir. Başqa sözlə, İsa peyğəmbərin obrazı elə axirətdə zühur edəcək Şiə imamının obrazıdır.
Bəraət sözünün ərəbcə "təmizə çıxma" mənasında olması, insanların axirət məhkəməsi zamanı günahlarının əfvi və bağışlanması anlamındadır.
Batini mənada bəraət rəmzi bara-ata/teo mənasında, firon Amonun kamilləşmiş Ba ruhunun Ra diski ilə birləşməsi (BaRa), yəni Ra-Amon Allahı deməkdir. Ba (Bəsmələ) ruhu həm əvvəldə və həm də axırda gələn Allaha aiddir (məqalə: "Baki – Allahın əsas adlarından biridir", sayt: https://gilarbeg.wordpress.com/2023/12/08/baki-allahin-%c9%99sas-adlarindan-biridir/). Bu o deməkdir ki, bəraət verən Allah, axirətdə İsa peyğəmbərin vücudunda zühur edəcək Ruhullah, yəni firon Amonun ruhudur.
Rəqaib və Merac kandili, yəni firon Amonun Ra diskini yaratması və öləndən sonra onunla birləşməsi qədim Misir mətnlərində geniş təsvir olunur və bu haqda mən kitab və məqalələrimdə çox yazmışam. Bəraət kandili, yəni axirətdə odlanacaq Ra çırağı və onun yeni yaranacaq ruhla (İsa) birləşməsi isə sirr olaraq qalır və mən bu haqda daha geniş məlumatlar vermək istəyirəm.
Məşhur sufi əl-Qəzalinin fəlsəfəsində, Quranın Lövhi-məhfuzdan dünya səmasına nazil edilməsi, yəni Amon Allahın ruhunun axirətdə İsa obrazında zühuru - Mələküt aləmindəki İlahi "ağılın", yer altındakı Cəbərut mağarasında ruhda təcəlla etməsi və Allahın yerdəki Mülkündə zühur etməsi kimi qeyd edilir. Bu proses və ümumilikdə axirətdə ruhlar aləmində baş verəcək hadisələr haqqında mən "Batini-Quran" kitabında, fakt və mənbələrlə geniş izahlar vermişəm ("Batini-Quran" kitabı (sonralar "B-Q"), sayt: https://firudin.blogspot.com/2020/08/batinilik-haqda.html?m=1). Deməli, Bəraət kandili, yəni axirətdə Ra çırağı ilə vəhdətə nail olacaq Ruh (İsa), İlahi ağılın insan simasında zühurudur. Tarixçi Sebeos, bu Ruhu, yəni İsa peyğəmbəri, İlahi mahiyyətin mövcud olduğu yarıinsan və yarıallah kimi təsvir edərək yazır: "Gözə görünməz – görünmədi, lakin gözə görünməyənin təcəssümünü gördülər: çünki, təcəssümdə Atanın İlahi təbiəti var idi və Ananın insan təbiəti - insan təbiəti ilə, qarışmayan birləşmə ilə birləşdi. "Vahid doğuldu – Allah və insan, şam kimi..." (bax."B-Q"). Xristianlıqda İlahın insanda zühuru "İttihad əl-ləhud bin nəsut", sufizmdə isə "Vəhdəti Vücud", "Vəhdətin Günəşi" və s. adlanır. Xristianlıqda bu kandil, yəni Ra çırağı məhz Günəş Allahı adlanır: "Xristlə yaşa, və o səni xilas edəcək, çünki məhz o həqiqi işıq və həyatın Günəşidir. O Günəş kimi, bədənin gözünə nur vermək üçün çıxır, Xristos kimi hər bir ağılı və ürəyi işıqlandırır" (bax."B-Q"). Siluanın nəsihətinə görə, insanlar qaranlıq içində gəzirlər və həqiqəti başa düşmək üçün yalnız Xristi işıq kimi, əllərində tutmalıdırlar ki, onun işığı ilə ətrafı görsünlar. Nəsihətdə deyilir: "Allah hər kəsi görür, (lakin) heç kəs ona baxmır. Xristos isə həsədsiz götürür və verir. O, həsədsiz işıq verən Atanın işığıdır. Xristlə yaşa və o səni xilas edəcək, çünki Xristos hər ağılı və hər bir ürəyi nurlandırır. Və hər şey Xristosdur – Yaşayandan hər şeyi vərəsəliklə qəbul edəndir". Bu isə o deməkdir ki, axirətdə gəlməli olan İsa obrazı bilavasitə Amon Allahının obrazı və Onun varisidir. Yalnız onun vasitəsi ilə Allahın sirlərini, hikməti dərk etmək mümkündür (bax."B-Q").
İsa peyğəmbər - sufilərdə Kari (Quranda Karia/Qaria), xristianlarda Xoris/Xristos, qədim Misirdə isə Qor/Xor adlanan Allahın ruhu mənasındadır. Bəraət kandili, yəni axirətdə gələcək İsanın obrazı - Misir mənbələrindəki Osiris (Azər) və Onun oğlu Qor/Xor Allahının obrazıdır və bu çıraq (kandil) mətnlərdə - zülməti qovan, onu işıqlandıran və nura çevirən Allah adlandırılır. Yazılarda Xristosun, yəni Xor Allahının varis kimi Osiris Günəş Allahının yerini tutması haqqında deyilir: "İsidanın oğlu Xor, böyük Allah, gecə qaranlığı qovan, … iki gözü ilə iki dünyanı tam işıqlandıran, Göyün Şərq tərəfində, üfüqdə Günəşin yerini tutan hakim... Mənim sevimli oğlum, Fivada nur saçmağa başlamışdır. Mənim arzularımı həyata keçirən Xor, əbədi yaşa... Sən məni qane etdin və mən səni Xorun taxtına milyon illərə yüksəldirəm və sən canlılara hakimlik edəcəksən!" (bax."B-Q").
Alban mənbələrində İsa peyğəmbərin obrazı Movses, Urnayr, Varseq və s. rəmzlərlə qeyd olunur və onun yerdəki və sonrakı həyatından geniş söz açılır. A. Təbrizli yazır ki, Taron qavarında Movses - "Günəş kimi hər kəsi işıqlandıraraq ölkədə dolaşırdı və müqəddəs Ruh (yəni Allah) özü ona ruhani zahidliyi gələcək günlər üçün öyrədirdi". Mətnlərdə İsa peyğəmbər, öləndən sonra Allah kimi ikinci dəfə doğulacağı üçün "iki dəfə doğulmuş" adlanır. Urnayr şah - "... müqəddəs Qriqoridən özünün ikinci doğuşunu qazandı: müqəddəs ruhla nurlanmış, öz ölkəsinə gəldi və Albaniyanı daha da nurlandırdı. O əbədi işığın oğluna çevrilərək, öz insan həyatını başa vurdu" (bax."B-Q"). Başqa sözlə, Ay Allahı mənasında olan İsa Ruhullah öləndən sonra, Günəş Allahı Ra-Amon Öz taxtını və iki dünyanın hakimiyyətini ona əbədi verir. Bu isə o deməkdir ki, Bəraət kandili günü - axirət məhkəməsində çox insana bəraət verəcək İsa (Şiə) Allahına həsr olunmuşdur.
Bəraət kandili, yəni axirətdə gələcək İsa və ya Şiə obrazı haqda Quranda da geniş məlumatlar verilir. Bu kitaba görə, axirətdə gələn elçinin əsas nişanəsi - onun Quranı tam bilməsi və onun əsil mənasının elmi izahını verməsi olacaqdır: "Bəli, bu (Quran), elm verilmişin sinəsində olan açıq nişanədir: yalnız zalımlar Bizim nişanələrimizi inkar edər!... Biz düşünən tayfa üçün onda açıq nişanə saxladıq!... Ey Adəm oğulları! Sizin içinizdən Mənim ayətlərimi açan peyğəmbər gələndə, kim ki, qorxub yaxşı işlər görürdülər, onlar üçün qorxu yoxdur və onlar qəmgin olmayacaqlar!... Ey kitabı olanlar! Sizə, kitabda gizlətdiyinizin bir çoxuna izah verən və çoxlarının yanından keçdiyinizi açan Bizim elçimiz gəldi. Sizə Allahdan nur və açıq nişanələr gəldi… Əgər onlar səni yalançı saysalar, bil ki, ondan əvvəlkiləri də yalançı saymışdılar. Onlara, onların peyğəmbərləri də açıq  nişanələrlə və yazılarla, və ağlı nurlandıran kitabla gəlmişdi!... Kitab əhli səndən, onlara Göydən bir kitab endirməni istəyirlər və s." (bax."B-Q"). Belə çıxır ki, axirətdə gələn elçi də kitab yazıb, orada qədim sirlərin açmasını verməli və insanları dinin qaranlıq məqamlarından işıqlığa çıxarmalıdır. Qədim sirləri açan məhz bu Quran (axirətdə yazılacaq ikinci Quran) Allahın əsas nişanəsi hesab olunur: "Onlar dedilər: Əgər ona sənin Rəbbindən bir nişanə göndərilsəydi!" De: "Nişanələr yalnız Allahdandır və mən isə yalnız açıq nəsihət verənəm!... O, öz quluna açıq nişanələr endirdi ki, sizi zülmətdən işıqlığa çıxarsın. Allah sizə mülayim və mərhəmətlidir!... Biz sənə kitabı göndərdik ki, sən insanları, onların Rəbbinin izni ilə zülmətdən işığa – yenilməz qüdrət sahibi, tərifə layiq olan Allahın yoluna gətirəsən!... Onlara Bizim açıq yazılmış nişanələrimizi oxunanda, Bizimlə görüşə inanmayanlar deyərlər: "Bundan ayrı bir Quran gətir və ya onu dəyişdir!". De: "Mən onu öz iradəmlə dəyişdirəcəyimi gözləmə". Mən yalnız, mənə gələn vəhylərin dalınca gedirəm. Allaha qarşı çıxsam, böyük günün cəzası da böyük olar!... Bu Quran Allahdandır, başqası tərəfindən uydurulmamışdır, lakin o bundan əvvəlkiləri təsdiq və o kitabı ətraflı izah edəndir. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç şübhə yoxdur!". Belə çıxır ki, axirətdə gələn peyğəmbərin yazacağı kitabla insanlar zülmətdən nura çıxacaqlar və bu günə qədər dərk olunmayan sirləri dərk edəcəklər. Allahın elçisinin, insanları nurlandıran çıraq rolunda olması Quranda belə qeyd olunur: "Ya peyğəmbər. Biz səni Allahın izni ilə haqqa bir şahid, müjdəçi və nəsihət verən və nurlu bir çıraq kimi göndərdik!... Səmada bürclər yaradan, orada bir çıraq və nurla bir Ay əmələ gətirən nə qədər uludur!".
Bütün bunlar o deməkdir ki, Rəqaib, Merac və Bəraət kandilləri gecələri - Rəhman Allahın bəşəriyyəti yaratdığı və Öz nurunu tamamlayacağı zaman gördüyü və görəcəyi ən mühüm işlərin yad olunması gecələridir.

Firudin Gilar Bəg
17.01.2024

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери