Sufi məntiqində Əjdaha və Əjdaha ili nə anlamdadır?
Şərq təqviminə görə 2024-cü il Yaşıl Ağac Əjdaha üstündə təhvil olur. Həyatda mövcud olmayan bir heyvanın il ilə nə əlaqəsi ola bilər? Bu suala cavab tapmaq üçün qədim müdriklərin fəlsəfəsinə, məntiqinə müraciət etmək lazımdır.
Mən kitab və məqalələrimdə göstərmişəm ki, qədim mənbələrə görə iki növ insan və onların da iki növ məntiqi olmuşdur. Bütün qədim yazılar ikili mənada yazılmışdır ki, yazıların birbaşa mənası adi yer insanları üçün, sufi-batini mənaları isə kamil göy insanları üçün nəzərdə tutulmuşdur (1). Göy insanlarının batini məntiqində bütün hadisələr - bəşəriyyəti yaratmış Tək Allaha həsr olunmuşdur. Bu Tək Allah isə, pir-firon Amonun iki dövrü əhatə edən, yəni əvvəldə gəlmiş və axirətdə yerə enəcək Ruhudur. Pir Əmanın məhz bu Ruhu İlkin materiya ilə, yəni İlahla vəhdətə nail olmuş və göydə ölümsüzlük qazanmışdır. "Qurana görə axirətdə Allah gələcək" adlı məqaləmdə mən bu haqda geniş məlumat verilmişəm (2).
Qədim fəlsəfədə əjdaha və ya onunla eyni mənalı ilan rəmzi - hər şeyi yaradan ilkin materiya və ondan yaradılmış varlığın rəmzidir. Mənbələrdə - həyat enerjisi, İlah, İlahi od, dirilik suyu, efir, xaos və s. adlanan ilkin materiya, burulğanvari hərəkət edən və eyni zamanda ali idrakdan ibarət olan ünsürdür. Qədim müdriklər, ilanın ilkin materiyanı görməsi, hərəkətlərinin ona uyğun olması və s. xüsusiyyətlərinə görə, onu ilkin materiyanın rəmzi kimi qəbul etmişlər.
Məşhur İslam tarixçisi Təbəri yazır: "Başı incidən, bədəni altundan, gözləri yaqutdan olan bir ilan yaradılmışdır. Ona göyün ən yüksək qatındakı müqəddəs məqama yeddi dəfə dolanması əmr olunmuşdur. İlan o qədər uzunmuş ki, oranı yeddi dəfə dolandığı halda yarısı göyün üst qatından yerə doğru sallanmışdır. Bu ilanın dörd başı, hər başında yeddi yüz min gözü, hər üzündə min ağzı, hər ağzında min dili, 80 min də buynuzu var idi". Mən, Batini-Quran kitabında əjdaha və ilanla bağlı çox məlumatlara izah vermişəm və göstərmişəm ki, mətnlərdəki əjdaha obrazı həm əvvəldə gələn və həm də axirətdə onun yerinə keçəcək Allahın obrazıdır.
Əhdi-Ətiqdə ilan "leviafan" adlanır ki, peyğəmbərlər onu - dəniz nəhəngi, Tövrat isə böyük ilan, əjdaha və s. kimi qeyd edir. Zəburda, Yəhva Allah sularla vuruşaraq çoxbaşlı leviafana qalib gəlir və gecə və gündüzü, göy cisimlərini və ilin fəsillərini yaradır. Zəbur yazır: "Sən öz qüdrətinlə dənizə qalib gəldin, Sən suda ilanların başını əzdin. Sən leviafanın başını əzdin və onu səhra adamlarına yeməyə verdin". Burada, Yəhvanın leviafanı səhra insanına "yeməyə verməsi" dedikdə - Sünik göylərində İlahdan səhra "tikmiş" Azəri pirlərinin (paronter), ondan öz istəklərinə uyğun istifadə etməsi, varlıqlar yaratması və s. başa düşülməlidir. Qədim Misirdə bu ilan Apopi adlanır və Ra günəş Allahının pişik cildinə girərək onu kəsməsi rəsmlərdə təsvir olunur. Qədim müdriklərin məntiqində ilkin materiyaya qalib gəlmək - onunla vəhdətə nail olmaq, onu idarə etmək və onun xüsusiyyətlərinə malik olmaq deməkdir. Apopiyə qalib gələn günəş Allahı Ra-Amon, artıq mənbələrdə özü nəhəng ilan kimi təsvir olunur və "Puntun sahibi" adlanır. O, Gel şəhərinin göylərində ilkin materiyadan yaratdığı "ada"da (cənnətdə) yaşayır və
özü-özünü yaradan Atum adlanır. Deməli, əjdaha və ilan rəmzləri - ilkin materiyanın (İlah) və ondan yaradılmış varlığın rəmzidir.
Akkad dövrünün möhürlərində, İlahla vəhdətə nail olmuş insan - bədəni insan, aşağı hissəsi isə ilan kimi təsvir olunur. Kassit silindrində yazılan bir mətndə bu ilan - "üçdə iki insan, üçdə bir Allah, yeddi müdrikin hökmdarı, nursaçan sifətli əjdaha oğul" adlanır. Buradakı əjdahanın "oğul" adlanması, onun axirətdə gələcək və ilk yaranmış Ra-Amon Allahın taxtında əyləşəcək "oğlu" mənasında olması deməkdir.
Mifologiyada, firon Amonun ilkin materiyaya qalib gəlməsi və ondan, İlahla vəhdətdə olan ilk insanları yaratması Heraklə aid edilir. Belə ki, Herakl Gileyaya, yəni Gel elinə gələrək, burada yarıilan-yarıqadın Yexidna ilə "cütləşir". Bu izdivacdan "ilandan doğulanlar", yəni ilk ümmət olan mar-amoreylər (mirilər/seyid-bəglər) nəsli yaranır ki, yəhudi fəlsəfəsində onlar mələklər nəsli adlanırlar.
Heraklın yarıilan-yarıqadın Yexidna ilə "cütləşməsi" prosesi Tövratda Yaqub peyğəmbərin Allahla güləşməsi kimi də rəmzləndirilmişdir. Mən, "Расшифровка Торы с помощью "язык птиц". С кем
боролся Иаков?" adlı məqalədə göstərmişəm ki, Yaqub obrazı - sufizmin bəqa fazasına yüksəlib, İlahla "birləşmiş" Azəri bəginin obrazıdır (3). Başqa sözlə, "ilandan doğulanlar", "əjdahadan doğulanlar" dedikdə - İlahla vəhdətə nail olmuş Azəri pir-bəgləri, seyid-şıxları nəsli nəzərdə tutulmalıdır. Mənbələrdə məhz onlar - İlahın "vücudu" ilə vəhdətə nail olduqları üçün "ilandan doğulanlar" və ya "əjdahadan doğulanlar" adlanır. Mətnlərə görə firon Amon, göydəki Atum Allahını, onun ruhlar dünyasını və ilk ümməti Gel (Gileya) elində yaratmışdır və axirətdə yaranacaq oğul Allah da məhz Gel elinin göylərində zühur edəcəkdir.
Kitabi Dədə Qorqudda, Oğuz (Xaos) xaqan obrazında çıxış edən Qazan xan, yeddibaşlı əjdaha ilə "döyüşüb", Atum Allahını yaratdığı üçün kitabda o - "əjdahalar ağzından adam alan dəli Uran" adlanır.
Yəhya peyğəmbərin vəhyində oğul Allahın doğulması geniş təsvir olunur. Doğmağa hazırlaşan, Günəşə bürünmüş qadın əzabdan qışqırmağa başlayır və bu zaman yeddibaşlı, hər başında yeddi tacı və on buynuzu olan nəhəng qırmızı əjdaha, doğulan uşağı parçalamaq üçün qadının qarşısına gəlir. İlanın quyruğu o qədər uzundur ki, o gələndə ulduzların üçdə birini özü ilə yerə çırpır. Qadın, insanların hakimi olacaq oğlan doğur və uşağı götürüb, Allahın onun üçün əvvəldən hazırladığı səhraya qaçır. Bu hadisədən sonra Yəhya peyğəmbər, arxangel Mixailin öz mələkləri ilə - əjdaha və onun mələkləri arasındakı vuruşmanı təsvir edir.
Qadının doğuşundan sonra uşağı götürüb səhraya qaçması rəmzi - digər rəvayətlərdə Aqaranın, yəni Həcərin İsmaili götürüb Faran səhrasına getməsi, İosifin İsa peyğəmbəri və anasını götürüb İsrail torpaqlarına gəlməsi və s. mənasındadır. Deməli Həcər, yəni Qacar şahlar nəslindən olan İsmailin və İsa peyğəmbərin obrazları - axirətdə gəlməli olan Allahın obrazıdır.
Batini mənada İsmail rəmzi - "İsa aləmi", yəni İsa peyğəmbərin ruhlar dünyası anlamındadır. Tarixçi Sebeos "İmperator İraklın tarixi" kitabında ismaililəri "əjdahalar" adlandırır və onları - Allahın əmrlərini yerinə yetirən div, cin və s. kimi təqdim edir. Onların gəlişi dəhşətli hava burulğanına bənzədilir ki, onlar dağ və təpələri dağıdıb, yeri boşaldırlar. Sebeos, ismaililərin Gelat (Xelat), yəni Xaldeya elində yaratdıqları Babili - bütün xalqların anası, onun şahlığını isə Şimal ölkələrin şahlığının anası adlandıraraq bildirir ki, dəhşətli burulğan buradan gələcəkdir. Digər yerdə isə o, hər şeyi məhv edən burulğanın səhradan gələcəyini qeyd edir.
İsmaililərin Gelat (Xelat/Qalaad) eli qədim Misir mənbələrindəki Gel (Geliopol) şəhəridir və Alban mənbələrində bu şəhər Gelarküni kəndi adlanır. Gelarküni eyni zamanda Sünik elidir və mənbələrə görə paronterlər (pirlər) burada səhra "tikmişlər". İlahdan yaradılmış məhz bu səhra Tövratda Faran səhrası adlanır və İsmail Həcərlə, İsa peyğəmbər Məryəmlə axirətə qədər buradakı cənnətdə "gözləmişlər".
Sebeos İsmaili - imperator İrakli adlandırır ki, sufizmdə İrakli rəmzi Erakl (Herakl), Raxil, Raquil, Ur-Xaldey və s. rəmzlər kimi "Ra günəşinin Gel eli" fikrini ifadə edir. Bu isə elə Alban Ərənşahları nəslinin Gelarküni, yəni Gelar eli anlamındadır.
Gelarküni rəmzi sufi məntiqində arxangel rəmzi ilə eyni mənalıdır. Belə ki, arxan-Gel rəmzi, Gel-arxan mənasında Gel-arkün rəmzi ilə eyni fikri bildirir. Başqa sözlə, arxangel Mixail dedikdə, Gelarkünidən olan Mixail başa düşülməlidir.
Pravoslav dinində Mixail və ya Mikail - "müqəddəs mələklər ordusunun başçısı" adlanır. Digər yazılarda bu rəmz Mikal, Mikael və s. kimi qeyd olunur və bu da Azəri pirlərinə aid Muğal, Muğali (Moğol) rəmzidir. Mənbələrdə Cəlair nəslindən olan Muğali - Çingiz xanın baş sərkərdəsi kimi qeyd olunur. Cəlair rəmzi isə Gelar rəmzinin ərəbləşmiş variantıdır. Mən, "Империя моголов, берущее начало с золотого храма Соломона" adlı məqalədə göstərmişəm ki, ən qədim mənbələrdəki Muğal, Mekal, Mukali və s. rəmzlər altında yəhudi müdrikləri - insaniyyətlə bağlı hər şeyi yaratmış Eloxim Allahlarını nəzərdə tuturdular (4). Tövrata görə, göydəki dünyanı və adi insanları məhz bu ilk ümmət yaratmışdır.
Bunlar o deməkdir ki, arxangel Mixail - axirətdə Gelarküninin ilk Muğal-Eloxim Allahları nəslindən gələcək pir-bəgin obrazıdır.
Çin mənbələrinə görə Muğali - səmavi Çin imperatorunun baş sərkərdəsi və başçısı vəzifəsinə ucalmışdır. Bu mətnlərdə əjdaha - Cin ölkəsinin təcəssümü sayılır və çinlilər özlərinə "əjdaha övladları", "əjdahanın törəmələri" deyirdilər. Yazılarda əjdaha və onun axirətdə doğulacaq "oğlu" Fu-Si adlanır. Göydəki dünya burada - Xuasyu nəslinin çiçəklənən ölkəsi adlanır ki, ora adi yolla getmək mümkün deyildir. Ora yalnız "fikir vasitəsi ilə getmək olar". Orada "insan simalı və ilan bədənli" və ya "insan simalı və əjdaha bədənli" Fu-si yaşayır. Allah oğlu olan Fu-sinin anası cənnət ölkəsindəndir və o doğulanda İlahi simada doğulmuşdur. Fu-si cənubi-qərbdəki Baqo ölkəsi xalqının əcdadıdır və onun ən böyük nailiyyəti– insanlara od verməsidir. Bu isə o deməkdir ki, Fu-si - adi insanları yaratmış, onlara od vermiş və buna görə Qafqaz dağlarına qandallanmış Prometeyin obrazıdır.
Sufi-batini məntiqində Prometey rəmzi - Midiya piri, yəni firon-bəgi deməkdir. Onun obrazında göstərilən Fu-sinın Baqo xalqı - bəglər, Xuasyu isə Xaos mənasında bəglərin İç Oğuz eli anlamındadır.
Sufi məntiqində Fu-si rəmzi Sif rəmzi ilə eyni mənalıdır və mən - "Библейский Сиф сын Адама является образом Мессии" adlı məqalədə göstərmişəm ki, bu obraz bilavasitə axirətlə bağlıdır (5).
Bütün bunlar o deməkdir ki, arxangel Mixail dedikdə Sebeos, Gelarküni göylərində yaradılmış səmavi Çin ölkəsinin, yəni İç Oğuz elinin axirətdən sonrakı sahibini nəzərdə tutur.
Tarixçi Moisey Xorenli (Xorenatsi) Gelarküni elinin Sisaka nəslini - mar əjdaha nəsli hesab edir və "qədim şah toxumu" sayır. O əsərində Midiya və Aran ölkəsinin bu Murasean, yəni mar əjdahalar evinin sahibini Ərqam adlandırır ki, Ərqam rəmzi sufizmdə Rəhim rəmzi ilə eyni mənalıdır. Bu rəmz isə Bəsmələdə, yəni "Bismillahu Rəhmani Rəhim" şəhadətində Allahın adı mənasındadır. Lakin batini mənada Bəsmələ - "Göylərin sahibi olan Allahın ruhu Ra-Əmanın və Ra-qamındır (ruhudur)" mənası başa düşülməlidir ki, burada Rəhim (Ra-qam) - axirətdə gələcək Allah mənasındadır (2). Bu isə onu deməyə əsas verir ki, mənbələrdəki "oğul" əjdaha və ya "arxangel Mixail" dedikdə, axirətdə Gelarküni göylərində var olacaq Allah nəzərdə tutulmalıdır.
M. Xorenlinin Gelarküni kimi qeyd etdiyi Gelar rəmzi Tövratda Raxil kimi yazılır və bu obraz bütün İsrail oğullarının anası mənasındadır. Mən, "Тайна Моисея и его Торы" adlı məqalədə göstərmişəm ki, bu kitabda qeyd olunan hadisələr bilavasitə Gelar elinə və onun bəglərinə (Yaqub rəmzi) aiddir (6). M. Xorenli bu bəglər nəslini - Baqarat, yəni Aratta/Eridu bəgləri, onların Gelarküni elini isə Allahın yerdəki Mülkü sayır. Onun yazdıqlarından belə çıxır ki, bütün şahların başına tac qoymaq səlahiyyətini Allah məhz bu bəglərə vermişdir. Avropa mənbələrində bu Gelar pirləri - "Quş dili" bilən Qulyardlar (Gelard), yəni "Gel oğulları" adlanır və yazılara görə bütün Avropa kralları və zadəganları bu nəsildən olmuşlar. Masonluğu da məhz onlar yaratmışlar (7). Avropa mifologiyasında Gelar rəmzi - İqdrasil "dünya ağacı"nın altındakı mağarada yatan Qlar əjdahası kimi qeyd olunur. Ağacın başında isə Odin Allahının evi olmuşdur. "Həyat ağacı" kimi də məlum olan "dünya ağacı" mənbələrdə həmişəyaşıl sidr, şam, zeytun ağacı da adlanır. Qədim rus rəvayətlərinə görə, başında Svaroq Allahı, kökündə isə ilanın məskən saldığı bu "dünya ağacı" qurban ruhlarından yaradılmışdır (8). Əhdi-Ətiqdə qurban ruhlarından yaradılmış Allah evi Beyt-Lehem (Вифлеем), yəni Beyt-Eloxim adlanır və bu Vəhy çadırı mənasındadır. Lakin Eloxim rəmzi sufi məntiqində Mekal, Muğal, Muğalı, Moğol rəmzləri ilə eyni mənalıdır. Bu o deməkdir ki, "dünya ağacı"nda yaradılmış Muğal-Cəlair şahlarının ruhlar dünyası elə Gelar Atabəglərinin Xelat (Gelad) - Xüld cənnətidir. Son dövrün mənbələrində Gilar - Pərdi adlanır ki, bu da Pardes (Paradiz), yəni cənnət mənasında qədim Assur şahlarının Pardi/Parda şəhəridir. Əhdi-Ətiqə görə, Beytullahın yaradıldığı məhz bu Gelar elini Allah - "Bu yer mənim taxtımın və ayağımın yeridir və Mən burada İsrail (Azər-Eli) oğulları arasında əbədi yaşayacağam" deyir.
Digər tərəfdən, xristianlığa görə, Beyt-Lehem (Vifleem) yaxınlığında yerləşən və həmişəyaşıl şam, zeytun, palma ağacları ilə əhatə olunmuş mağaraya İsa peyğəmbərin müqəddəs ailəsi sığınmışdır. Başqa sözlə, Qalileya, yəni Gel-elinin Nazaret şəhərindən olan İsa peyğəmbər əslində ifrat Gelat ismaili-nizarisi olmuşdur və onun obrazı Həcər oğlu İsmailin obrazıdır (9).
Bütün bu yazılanlardan çıxan nəticə odur ki, ən qədim mənbələrdə əjdaha dedikdə - İlahla vəhdətdə yaradılmış Azəri pir-bəgləri, seyid-şıxları nəsli və onların ölümsüz ruhları nəzərdə tutulmalıdır. 5500 illik insaniyyət tarixinin 5200 ilini dünyaya, Rəhman Allahın Rəhbərliyi ilə, Onun Özünə Qulluq üçün yaratdığı - padişahların başına tac qoyan və "qədim şah toxumu" sayılan Gelar bəgləri sahiblik etmişlər. Yalnız axirət qabağı son 300 ildə dünya hakimiyyəti, əjdahalar nəslindən adi insanlara keçmişdir. Yeni - 2024-cü ilin Yaşıl Ağac Əjdaha ili adlanması da - həmişəyaşıl "dünya ağacı"nın dibində "yatan" əjdahanın oyanması ili mənasındadır. Başqa sözlə, bu yeni ildə Azərbaycanın qədim Gilarau mahalındakı mağara açılmalı, İlahi Azər odu göydə ikinci Atum Allahını və onun yeni ruhlar dünyasını yaratmalı, dünyada yeni düzən başlamalıdır. Sufilərin Elmi-Billah adlandırdığı Süleyman peyğəmbərin "Quş" dilində əjdaha və əjdaha ili bu anlamlardadır. Daha doğrusunu Tək Allah bilir.
Ədəbiyyat
1. Məqalə: "Peyğəmbərimiz doğrudanmı 9 yaşlı Aişə ilə evlənib?", sayt: https://firudin.blogspot.com/2023/12/mhmmd-peygmbr-hqiqtnmi-usaqbaz-olub.html?m=1
2. Məqalə: "Qurana görə axirətdə Allah gələcək", sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html
3. Məqalə: "Расшифровка Торы с помощью "язык птиц". С кем
боролся Иаков?", sayt: http://gilarbey.blogspot.com/2017/03/blog-post.html
4. Məqalə: "Империя моголов, берущее начало с золотого храма Соломона", sayt: https://firudin.blogspot.com/2023/10/blog-post_15.html?m=1
5. Məqalə: "Библейский Сиф сын Адама является образом Мессии", sayt:
https://firudin.blogspot.com/2021/04/blog-post_23.html
6. Məqalə: "Тайна Моисея и его Торы", sayt: https://firudin.blogspot.com/2023/06/blog-post.html?m=1
7. Məqalə: "Древние масоны – прямые потомки богов", sayt: http://gilarbek.blogspot.com/2012/12/blog-post.html?m=1
8. Məqalə: "Что означает Эрец-Исраэль на "языке птиц", sayt:
https://gilarbeg.wordpress.com/2020/11/23/
9. Məqalə: "Hz. İsa – Azəri türk bəgi olmuşdur", sayt: https://gilarbek.blogspot.com/2013/12/hz-isa-azri-turk-bgi-olmusdur_29.html?m=1
Firudin Gilar Bəg
7.01.2024
Комментарии
Отправить комментарий