Tövrata görə imam Əli - İslamın Allahıdır!

        Dünyanın ən qədim kitablarından biri Tövrat kitabıdır ki, mənbələrə görə Allah dünyanı bu kitaba baxaraq yaratmışdır. Bu kitaba görə Allah cəmi iki növ insan var etmişdir və bunlar da göy və yer insanlarıdır. Bu insanların təfəkkür səviyyələrinə uyğun olaraq, qədim yazılar da ikili mənada yazılmışdır. Müdriklər bu ikili məntiqi - kamil göy insanlarının batini məntiqi və cahil yer insanlarının zahiri məntiqi kimi səciyyələndirmişlər. Göy insanlarının məntiqi Tövratda "ilk insanların vahid səfa, yəni sufi dili" adlanır ki, Quranda bu dil Süleyman peyğəmbərə verilmiş "Quş dili" kimi qeyd olunur. Bu məntiqdə bütün qədim yazıların batini mənaları - Tək Allaha və Onun Özünə qulluq üçün yaratdığı göy insanlarının gördüyü işlərə həsr olunmuşdur. Tək Allah dedikdə isə qədim müdriklər - əvvəldə gəlmiş və bəşəriyyəti yaratmış, öləndən sonra isə Allaha çevrilərək göydə ölümsüzlük qazanmış firon Amonu və axirətdə Mehdi obrazında yerə enəcək Onun ruhunu nəzərdə tuturlar. Adi yer insanlarını müdriklər kitablarda qeyd olunmağa layiq görməmişlər. Başqa sözlə, müdriklərə görə bütün qədim yazılar rəmzlərlə yazılmışdır və göy insanlarına aiddir (məqalə: "Истина о небесных и земных людях", sayt:

https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1).

Bildiyimiz kimi, Tövrat kitabı yalnız samitlərlə yazılmışdır və burada islam rəmzi həm göydəki Səlim şəhərini və həm də bu cənnət şəhərinə aparan Yaqubun pilləkənini bildirir. Batini mənada islam rəmzi ismail rəmzi ilə eyni mənalı olub, "İssi aləmi", yəni "ruh aləmi" fikrini ifadə edir. Məşhur sufi alimi Mühiddin ibn Ərəbi də İslam dinini El, yəni vilayət adlandırıb, müsəlman olmağı - Allahın qoyduğu qanuna tabe olaraq, bu cənnətə düşməyin yolu kimi qeyd edir (Mühiddin bin Ərəbi, "Füsus-ül Hikəm", böl.8). Bu o deməkdir ki, müsəlman olmaq - İslam cənnətinə düşmək üçün Allahın qoyduğu qanunlara tabe olmaq mənasındadır. Türklərin Moyun Çor abidəsinə görə, göydəki bu Eli - Türk xanı Tanrıdan, yəni İlahdan yaratmışdır. Başqa sözlə, Türk xanı İlahdan El yaratmışdır ki, bizlərə El-İlah rəmzi Allah kimi məlumdur. Sufizmdə İlah - əvvəli və sonu olmayan, doğmayan və doğulmayan ilkin materiya deməkdir. Buradan çıxan nəticə isə odur ki, qədim müdriklər İslam, yəni "issi aləmi" dedikdə - Türk xanının göydə İlahdan yaratdığı El, vilayət başa düşülməlidir. Tövratda bu El - "El-xaneman" adlanır ki, bu da batini mənada "xan Əman", yəni göydə El yaratmış xanın Misir piri-fironu Amon olması deməkdir. Başqa sözlə, məhz Türk xanı Amon göydə İlahdan El yaratmışdır. Əhdi-ətiqdə bu El - "El-Olam" adlanır ki, bu da batini mənada El-aləm, yəni bu Elin göydəki ruhlar aləmi anlamında olması mənasındadır.

Tövratda İlahdan yaradılmış El - "El İlah İsrail" adlanır və bu da Allah sözünün İsra-El rəmzinə, yəni qədim Asar-Osiris (Azər) Allahının göydəki ölüm şahlığına aid olması deməkdir (Tövrat, Yaradılış. 33:20). Deməli, İslamın Allahı - Türk piri Amonun göydə yaratdığı Asar (Azər/Osiris) Allahdır və Əhdi-ətiqə görə bu Allah - Səlim, yəni İslam Elində yaşayır. Buna görə də, qədim yəhudilərdə, yəni Xəzər Türk bəglərində El sözü Allah mənasını verirdi. Başqa sözlə, qədim yəhudilərin El Allahı - göydə yaradılmış İslam vilayəti, İslam dünyasıdır. 

Ən qədim mətnlərdə El rəmzi "El-amurru" kimi yazılaraq, El Allahının - amoreylərin, yəni marların, midiyalıların Allahı mənasında göstərilir. Qədim Misir mətnlərində amoreylər - amorey-suti kimi qeyd olunur və bu da batini mənada mar-seyid deməkdir. Biz bu marları, ad-soyadlarında bu gün də "mir" rəmzi qeyd olunan Azəri seyid-bəgləri nəsli kimi tanıyırıq. Midiyada El Allahı - bu müqəddəs seyid-bəglərin, yəni kadusların eli hesab olunurdu ki, Əhdi-ətiqdə bu mənada El Allahı - "El-kadoş", yəni kadusların, müqəddəslərin El Allahı adlanırdı.

Digər tərəfdən, El-amurru rəmzi Azəri müqəddəslərinə Əli-əmir, yəni "Əli-əmir əl möminin" mənasında seyid-bəglərin əmiri imam Əli kimi tanışdır. Deməli, qədim yəhudilərin El Allahı elə Azəri Türk seyid-bəglərinin əmiri - imam Əlidir. Tövratda El Allahı - "El Şadday" da adlanır ki, şad rəmzi qədim Türk abidələrində bəglərə aid edilərək "şad bəglər" kimi qeyd olunur. Əhdi-ətiqdə bu rəmz də El Allahına aid edilərək "El-Yeşuati" kimi keçir. Burada şad anlamında olan yeşuati rəmzi, Quranda (37:83,84) şiə mənasında qeyd olunan "şiat" rəmzidir. Quranda şiat rəmzi - İbrahim peyğəmbərin "Səlim ürəyindən çıxan ruh" mənasında verilir ki, Tövratda da bu rəmz "yesiat" kimi yazılıb, batini mənada "ürəkdən çıxıb göyə qalxan ruh" mənasını verir. Bu o deməkdir ki, şiat, yəni şiə rəmzi elə seyid deməkdir və onlar öləndə, şiə ruhları göydəki El-Yeşiati cənnətində ölümsüzlük qazanır. Bu haqda mənim internet səhifələrində "İsa peyğəmbər də seyid olub!" adlı geniş məqaləm var (sayt: https://firudin.blogspot.com/2024/02/isa-peygmbr-d-seyid-olub.html?m=1). Bəg rəmzi isə Tövratda Allahın əsas adı olan İeqova, Yaxve kimi keçir və batini mənada bunlar eynidir. 

Bunlar o deməkdir ki, El Allahı, yəni Azəri seyid-bəglərin əmiri imam Əli - İslamdan əvvəl şiələrin Allahı mənasında qəbul edilmişdi. 

Tövratda El Allahı - Həcər və İsmaillə bağlı mətndə, "görən Allah" mənasında "El-Roi" adlanır və O, doğulacaq İsmailin adını da taleyini də əvvəlcədən Həcərə deyir. Bu mənada İsmail adı - Həcərin naləsini "Allah eşitdi" anlamında "Səma-El" fikrini ifadə edir. Lakin burada El Allahına aid edilən və "görən" mənasındakı "Roi" rəmzi sufi məntiqində - qədim Misirdə hər şeyi görən Ra Allahının rəmzidir. Başqa sözlə, El Allahı elə qədim Misirin Ra, yəni Ra-Amon günəş Allahıdır. Bu mətndə İsmaillə bağlı olan yer "Beer-laxay-roi" bulağı adlanır ki, batini mənada bu rəmz "Rəb-İlah (Gel)-Ra" kimi oxunub, Ra-Amon günəş Allahının elinin - yəhudi seçilmişlərinin Gilar eli olması deməkdir. Sufi məntiqində Gelar rəmzi "Ra günəş Allahının Gel şəhəri" anlamındadır. Mən, internet səhifələrimdəki "Великие деяния сыновей Иакова и Рахиля" adlı məqalədə, bütün qədim Allahların, padşahların və peyğəmbərlərin Gelar eli ilə bağlı olması haqda yazmışam (sayt: https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1).

Digər tərəfdən, ismail rəmzi sufi məntiqində ismi-Əli kimi də oxunur ki, bu da İsmail adının elə imam Əli mənasını verməsi deməkdir. 

Tövrata görə ismaililər (izmaililər) Midiyanın Gelad elində yaşamışlar. Bizlərə İsmaililərin bu Gelad eli - imam Əlini Allah kimi qəbul edən ifrat Gelat şiələrinin eli kimi məlumdur. Batini mənada Gelad/Gelat rəmzləri Gel-Deo/Teo/Teos mənasında Gel şəhərinin Allahı deməkdir. Mənbələrə görə, məhz Gel şəhərində Misir firon Amon - kosmik Asar, yəni Osiris (Atum) Allahını və onun daxilində El, yəni ölüm şahlığı yaratmışdır. Gelat eli digər mənbələrdə Azərbaycan Atabəglər Ailəsinin Xelat eli kimi keçir və məhz bu bəglər nəsli - Qacar, yəni Həcərin ismaili şahları adlanır. Alban mənbələrində İsmaililərin bu Gelad/Xelat Atabəgləri - Gelarküni (Gelar) nəsli kimi məlumdur ki, məhz onlar, ruhlarının ölümsüzlüyü üçün göydə "səhra" tikmişlər. Bu isə onu deməyə əsas verir ki, Quranda Xüld cənnəti dedikdə, Xelat Atabəglərinin Gelad/Gelar göylərində İlahdan yaratdıqları El, yəni İslam vilayəti, cənnət başa düşülməlidir. İfrat Gelat şiələri İlahdan yaratdıqları Eli, yəni El-İlah rəmzini - Əli İlahi adlandırıb, imam Əlini əvvəldə və axırda gələn Allah kimi qəbul edirlər. Əhdi-ətiq mətnlərinin birində El Allahı, axirətdə gələcək Mehdi mənasında "El-Qibor" adlanır ki, batini mənada bu rəmz Əli-Əkbər anlamındadır. İslamda Əli-Əkbər (Böyük Əli) - Sarallah, yəni Azər-Allahı ləqəbli imam Hüseynin oğludur. Başqa sözlə, axirətdə gələcək Əli Allahı da, "Allahu Əkbər" adlandırdığımız Ra-Amon/Rəhman Allah kimi, öz qüdrəti ilə bütün göyləri tutacaq və Onun ruhunu daşıyacaq. Əhdi-ətiqdə bu mənada axirətdə gələcək El Allahı - "İmmanu-El" adlanır və bu rəmz "Allah bizimlədir" mənasını verir. Batini mənada bu o deməkdir ki, İmman, yəni göy ümmanını ruhuna tabe etmiş Amon Allahı axirətdə gələcək El Allahı ilə, yəni imam Əli ilə vəhdətdə olacaqdır. Mən, bu haqda – “Qurana görə axirətdə Allah gələcək” adlı məqalədə geniş məlumat vermişəm (sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html). Sufilər bu vəhdəti tənasüh adlandırırlar ki, bu da Amonun göydə ölümsüzlük qazanmış ruhunun axirətdə imam Əlinin bədəninə köçməsi mənasındadır.

İsmaililərdə Allah-Əlinin təcəssümü haqqında xüsusi qəsidələr mövcud idi ki, onların birində deyilir: "Əli - bu görünən dəniz mövcud olmamışdan mövcud idi: O (Özünün) qüdrəti ilə ərşi və onun altında olanların hamısını ucaltdı. Əli – əbədi var olan və hər yerdə mövcud olandır… O (hər şeydə) açıq və gizlidə meydana çıxandır. Əlini qüdrətli və öz qüdrətini üzə çıxaran hesab et: Onun oxşarı yoxdur və vahid kimi yaşayır və s." (Л. И. Климович, "Ислам", M., 1965, стр.141). Bu o deməkdir ki, ismaililər imam Əlini Tək Allahın obrazı kimi qəbul edirlər. İsmaililərə görə imam Əli - "danışan Quran" adlanan son ismaili natiqidir. Çünki o, ilk insanların vahid səfa dilini, yəni elmi-Billahı, hikmət və marifətullahı bilən, "Allahın adı ilə oxuyan" və peyğəmbərin elm şəhərinə aparan yeganə qapıdır. İsmaililərin Əli-İlahi təliminə görə, Quran yaradılmışdır, yazılmamışdır: "Allah-Əli imam Əli simasında zühur etmişdir ki, öz Quranını yaysın. Lakin bu Quran Məhəmməd vasitəsi ilə xalqa verilən Quran deyil, başqasıdır və xüsusidir və içindəkilər yalnız insanları düz yola gətirmək üçün çox az şeyx və dərvişlərə məlumdur. Məhəmməd - Allahın müjdəçisi, xəbərçisidir ki, Əli şəxsiyyətində təcəssüm etmişdir" ("Шииты, сунниты, дервиши: вечные тайны ислама", М., 2005, стр.103).

Bütün bunlar o deməkdir ki, Əhdi-ətiqdə imam Əli - Azəri pir-bəglər, seyid-şıxlar nəslinin əcdadı xan Amonun İlahdan göydə yaratdığı Elin insaniləşmiş obrazıdır. Məhz bu Eli sufi arifləri İslam dini adlandırmışlar. Başqa sözlə, imam Əli - İslam dininin Allahıdır. Bu haqda mən "Batini-Quran" kitabımda və çox saylı elmi məqalələrimdə geniş yazmışam.



Firudin Gilar Bəg 

12.07.2024




Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери