Bakılıların Qədeş, Lotu və Qoçu sözlərinin batini mənaları

       (Son variant)

       Keçən əsrin əvvəllərində Bakıda qədeş, lotu, qoçu və s. kimi xüsusi ifadələr işlədilirdi ki, bu sözlərin əsl mənaları bu günə qədər açılmamışdır və mən bu sözlərə, qədim müdriklərin sufi-batini məntiqi ilə izah verəcəyəm. Lakin əvvəlcə, Bakıda anadan olmuş bir alim kimi Bakı sözünün əsl mənasını açmaq istərdim.

Bakı adı ən qədim mənbələrdə Allahın əsas adlarından biri kimi keçir və mənim internet səhifələrində bu haqda məqaləm var (bax. məqalə: "Baki - Allahın əsas adlarından biridir"). Bu adın batini mənalarını anlamaq üçün qədim mənbələrin yazıldığı və bu günə kimi sirr kimi qalan, müdriklərin məntiqini bilmək lazımdır. Bu günkü alimlər qədim yazıların dilini, məntiqini bilmədikləri üçün ağıllarına gələn cəfəngiyatı yazıb, tarixi, dinləri saxtalaşdırmışlar. Həqiqət isə ondan ibarətdir ki, bütün qədim mənbələrdə söhbət - Azəri Türk bəglərinin əcdadı firon Amonun (pir Əman) İlahdan göydə Allah yaratmasından gedir. Bu haqda mən, Batini-Quran və digər kitablarımda və çoxsaylı məqalələrimdə ətraflı məlumatlar vermişəm. Bu kosmik hadisə Allahla bağlı olduğu üçün əcdadlarımız bu sirləri xüsusi məntiqlə yazmışlar ki, Tövratda bu məntiq - ilk insanların vahid səfa, yəni sufi dili, Quranda isə Süleyman peyğəmbərə verilmiş "Quş dili" adlanır.

Qədim müdriklərin sufi məntiqində Bakı sözü - sufizmin Bəqa səviyyəsində İlahla vəhdətə nail olmuş bəg deməkdir. Belə ki, qədim Misir mənbələrində Asar (Osiris) Allahlarının Atası adlanan firon Amon ekstatik durumda, yəni qam-şamanlıq məqamında İlahla vəhdətə nail olur və göydə İlahdan Ra günəş diski və El, yəni El-İlah - Allah yaradır.

İlah dedikdə sufilər - əvvəli və sonu olmayan, doğmayan və doğulmayan ilkin materiyanı nəzərdə tuturlar ki, yer kürəsindəki bütün inkişaf bu həyat enerjisinin hesabına baş vermişdir. 

Yeri gəlmişkən qeyd edim ki, Bakı şəhərindəki Qız qalası da bu həyat enerjisinin və firon Amonun bu İlahdan yaratdığı Ra günəş Allahının rəmzidir. Deməli, Bakı sözü - Türk bəginin Bəqa səviyyəsi ilə bağlıdır ki, məhz bu səviyyədə o göydə İlahdan El, yəni vilayət, dünya yaratmışdır. Bakı şəhəri də göydəki bu Elin yerdəki rəmzi mənasındadır. 

Qədim Misirdə Bakı sözü - Haq (Heka) adlanan Allahın Özünə qulluq üçün ayırdığı bəg (Baka) mənasını verirdi. Xəzər xaqanlığında Haq Allahı - Hakan (Xaqan), Onun köməkçiləri də eynilə bəg adlandılar. Baki şəhəri isə qədim Misir mətnlərdə axirətdə gələcək və ölmüş Osiris (Azər) Allahını dirildəcək Qor Allahının şəhəri kimi qeyd olunur. Bir çox mətnlərdə bu mənada - "Bakinin ağası Qor" ifadəsi xüsusi nəzərə çatdırılır. İslamda Baki sözü əbədi deməkdir və "ya Baki entel Baki" zikri Allahın əbədiliyi mənasındadır. 

Bütün bunlar o deməkdir ki, Bakı sözü Türk pirinin İlahla vəhdətini bildirir ki, bu vəhdətdən meydana çıxmış El, yəni El-İlah göydə əbədilik üçün yaradılmışdır. Bakı şəhəri də göydəki bu Elin yerdəki əksidir. Şumer mənbələrində El-İlah rəmzi - İlah-El mənasında nəhəng Luqal insanı adlanır. Başqa sözlə, müsəlmanlar Allahu Əkbər, yəni Böyük Allah dedikdə, Türk bəginin göydə İlahdan yaratdığı nəhəng insan nəzərdə tutulmalıdır ki, onun daxilində El, yəni vilayət, cənnət yaradılmışdır. Qədim Assur, Misir mənbələrində Türk sözü "Allah yaradan" - teurq (teo-orq) kimi, firon sözü isə pir kimi keçir. Misirin Asar-Osiris Allahı digər mənbələrdə Azər kimi, "Allahların Atası" ifadəsi isə Atabəg kimi qeyd olunur..

 Deməli, sufilər Azərbaycan Atabəgi dedikdə - qədim Misir Allahlarının Atası firon Amonu, yəni pir Əmanı nəzərdə tuturlar ki, məhz o bəglik məqamında göydə Allah yaratmışdır.

Tövratda Allah, yəni El-İlah sözü İsrailə aid edilir və sufizmdə israil/izrail rəmzi, əzrail rəmzi kimi Osiris-Azər Allahının Eli mənasını verir (Tövrat, Yaradılış, 33:20). Başqa sözlə, müsəlmanların Allahı elə qədim Misirdə Asar-İlahi (AsarLuhi) adlanan Osiris, yəni Azər Allahıdır və onu Azəri pirlərinin cəddi bəg Əman Bəqa səviyyəsində İlahdan yaratmışdır. 

Qeyd etmək istərdim ki, qədim İran mənbələrində bəg sözü farnbaq, yəni firon-bəg kimi qeyd olunur və bu da Azəri bəglərinin Osiris fironları nəsli olması deməkdir.

Kitabi Dədə Qorqudda İlahdan yaradılmış göydəki El - Oğuz elinin içində yaradılmış İç Oğuz eli adlanır. Oğuz rəmzi sufizmdə xaos, yəni ilkin materiyanın təbii vəziyyətini bildirir ki, firon Amon ilkin materiyanı qurban ruhları ilə qarışdırıb, onu özünə tabe etmiş və bu İlahi oddan Osiris (Azər) və ya Atum adlanan nəhəng İnsan-Allah yaratmışdır. Deməli, Türk bəginin İlahdan, İlahi oddan yaratdığı nəhəng El Allahı - Oğuzun içində, yəni xaosda, ilkin materiyadan yaratdığı İç Oğuz Elidir və mən bu haqda internet səhifələrindəki "Assuriya qədim Azəri ölkəsidir" adlı məqalədə geniş yazmışam. Mənbələrdə Oğuz xaqan və Çingiz (Çin/İç Oğuz) xan dedikdə də sufilər, Türk bəginin Oğuzda, yəni xaosda yaratdığı nəhəng İnsan-Allahı nəzərdə tuturlar. Bu isə o deməkdir ki, Bakıdakı İçəri şəhər batini mənada - göydəki İç Oğuz Elinin yerdəki bənzəri mənasındadır. Bu bənzərliyi Hermes Trimeqist - "aşağıda olan yuxarıda olanın, yuxarıda olan da aşağada olanın bənzərdir" kimi ifadə edir. Başqa sözlə, Bakı şəhəri, göydəki İç Oğuz elinin, cənnətin yerdəki inikası anlamındadır.

Qədim İçəri şəhərin ilk sakinləri pir-bəglər, seyid-şıxlar nəslinin törəmələri olmuşlar ki, sufizmə görə onlar məhz nəhəng insan olan Asar-Osiris və ya Atum Allahının obrazı və bənzəri kimi yaradılmışdır. İfrat ismaili şiələri nəhəng El Allahını bu mənada imam Əli kimi qəbul edib, El-İlah rəmzini Əli-İlahi və ya Əli-Allahi adlandırırlar. Deməli, İçəri şəhərin qədim sakinləri olan Azəri pirləri - Allahın bənzəri kimi yaradılmış və İlahla vəhdətdə olan müqəddəslər nəslidir.

Əhdi-ətiqdə İlahdan yaradılmış El Allahı - El-kadoş, yəni müqəddəs El Allahı adlanır ki, bakılıların dilində kadoş sözü - "qədeş" kimi qalmışdır. Başqa sözlə, bakılılar qədeş deyəndə, Bakı sakinin müqəddəs pirlər nəsli, Haqq əhli olmasını vurğulayırlar.

Kitabi Dədə Qorqudda İç Oğuz eli digər yerdə "İç Oq" kimi qeyd olunur və başqa mənbələrdə, toponimlərdə "İç Oq" sözü Çoqa, Qoç, Xaç və s. kimi yazılır. Mən, internet səhifələrindəki "Иисус Христос - новый царь Кавказской Албании" adlı məqalədə bu rəmzlər haqda geniş yazmışam. Bu o deməkdir ki, Çoqa, Qoç, Xaç rəmzləri - göydəki İç Oğuz eli və ya onun İnsan-Allah obrazıdır. Bakılıların qoçu sözü də bu mənada qoç, yəni İç Oq, İç Oğuz sözündən yaranmışdır.

Sufizmdə qoç eyni zamanda qurban ruhlarının rəmzidir ki, göydəki İç Oğuz eli, yəni El-İlah, bu qurban ruhlarının İlahla qarışığından yaranmışdır. Göydəki İnsan-Allah mənasında olan Qoç, yəni İç Oq obrazı, İç Oğuz elindəki qayda-qanunları necə qoruyursa, qoçu da Allahın yerdəki nümayəndəsi kimi Bakı şəhərində İlahi haqq-ədaləti, qayda-qanunu qoruyur. Başqa sözlə qoçu, Haq Allahın yerdəki seçilmişi olan bəg rolunu oynayır.

Bakılıların dilindəki lotu sözü İbrahim peyğəmbərin qardaşı Lotun adından yaranmışdır. Əhdi-ətiqdə Lot – Azər oğlu İbrahim peyğəmbərin qardaşı Aranın oğludur və Aran da Azərbaycanın qədim adıdır. Bu kitaba görə, Lot o qədər varlanıb, hörmət qazanır ki, onun adamları, əmisinin adamları ilə yola getmir. Ona görə İbrahim onunla öz yolunu ayırır. Bakının lotuları da Lot-un adamları kimi hökm sahibləri ilə düz gəlmədiyi və öz istədikləri kimi hərəkət etdikləri üçün belə adlanmışlar. 

Bütün bunlar o deməkdir ki, Bakı şəhəri və onun qədim əhalisi olan Azəri seyid-bəgləri bilavasitə Allahla bağlı olan, Allahın Özünə qulluq üçün ayırdığı müqəddəslər nəslidir. Rus imperiyası dövründə də, bəzi insanların, Allahın qoyduğu qanunları pozduğu üçün qoçular, Bakıda İlahi qanunların keşiyində durmağı özlərinə borc bilmişlər. Təbrizdə keçən əsrə qədər “Bakı sözü” ifadəsi vardı ki, bu da bəg sözü, kişi sözü vermək anlamında idi. Bu söz bütün yazılı müqavilədən, anddan qat-qat üstün sayılırdı.

Nəticə kimi onu demək istərdim ki, qədim müdriklərin məntiqində Bakı şəhəri göydəki dünyanın bənzəri kimi yaradılmış müqəddəs şəhərdir. Göydəki Azər-Osiris şahlığı İlahi Azər odundan yaradılmışdır ki, yerdə bu İlahi odun rəmzi - neft, qaz kimi qəbul edilmişdir və Bakı şəhəri də buna görə odlar yurdunda salınmışdır.

Keçmiş Bakının qədeş, qoçuları da - Haqq adlanan Allahın Özünə qulluq üçün ayırdığı bəglərin rolunu oynayan müqəddəslər nəslinin törəmələri olmuşlar.


Firudin Gilar Bəg

Sufi-batin alimi

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери