Сообщения

İlahi qan daşıyan Hüseyin törəmələri

Изображение
Bildiyimiz kimi fars dilində “xəstəxana” sözü “bimaristan” kimi tərcümə olunur. Burada bimar sözü – xəstə deməkdir. Bimar sözündəki “bi” ön şəkilçisi inkarı bildirir və bu sözü “mar olmayan”, “qeyri mar” mənasına salır. Başqa sözlə, “xəstə” sözü mar olmayanlar aid edilir. Deməli, “mar” sözü sağlam mənasındadır ki, “bimar” da xəstə mənasını verir. “Sağlam” mənasını verən “mar” rəmzi - qədim mar xalqına aid edilir və bu xalq Azərbaycan ərazisində mövcud olmuş qədim Midiya ölkəsinin əhalisi olmuşdur. Qədimdə mar rəmzi – Babil qülləsini tikən İlahi Asar/Assur/Aşşur xalqına aid edilirdi ki, qədim Misir mənbələrində bu İlahi Varlıqlar Osiris Allahları adlanırdı. Mənbələrdə bu Osiris Allahları İlahi Ba ruhunu (Bəsmələ) daşıdığı üçün  Asar-Ba, Ba-Asar (Basar), Bəşər (Quranda), AzərBi (Azərbay-can) və s. kimi də keçir. Bu marlar, sayı məhdud (120.000) olan ölümsüz Allahlardır. Lakin sonradan Ra-Amon Allahı bu İlahi Varlıqların obrazı və bənzəri kimi padişahlar və peyğəmbərlər nəsli ...

İran – Allahın Qacarlara verdiyi Qorunan Mülküdür

Изображение
Bu yaxınlarda İran prezidenti Həsən Ruhani, 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycanı – İran torpağı, Qacar şahlarını isə xain adlandırmışdır. Azərbaycanın İran ərazisi olması sufi-batini məntiqi baxımından düzgündür. Lakin bunu, qədim elmlərdən, İlahi məntiqdən xəbəri olmayan adi insanın deməsi təbii ki, gülüncdür. Qacarlar - Cəlair bəgləridir. Cəlair isə Gilar adının ərəbləşmiş variantıdır. Başqa sözlə, Həsən Ruhani bizləri xain adlandırmışdır. Mən, qədim rəmzlərin, yazıların gizli – batini mənalarının araşdırması ilə məşğul oluram və hesab edirəm ki, qədim sirləri bilməyənlərə həqiqi tarixi anlatmaq lazımdır ki, hər yoldan ötən, keçmişimizə və əsilzadələrimizə dil uzatmasın. Bu məqsədlə İranı və onun tarixini yazmış Qacarlarla bağlı sirlərə batin aliminin gözü ilə baxmaq qərarına gəldim.   “İran” sözü ən qədim mənbələrdə Eran, Ariyana və s. kimi qeyd olunur. Qədim məntiqdə bu rəmz “RN” kimi yazılır və müxtəlif variantlarda oxun...

Xızır peyğəmbər – Odlu göldən gəlmiş Azər Allahıdır

Изображение
Xızır peyəmbər haqda rəvayətlərdə çox məlumatlar verilir. İslam mənbələrində Xızır peyğəmbər – çətinliyə düşənlərin köməyinə çatan, insan cildinə girə bilən, möcüzələr göstərmək qabiliyyəti olan ölümsüz müqəddəsdir. Mənbələrdə digər adı Xızır-Nəbi və Xıdır-İlyas kimi də keçir. Novruz bayramında keçirilən törəndə Xızır peyğəmbər odla əlaqələndirilir. Törəndə - “ Xızır ,  Xızır Xız gətir , var dərədən od  gətir ” deyən insanlar, Xızırın – İlahi “Xız” odu ilə bağlılığına inanırdılar. Sufi-batinilərdə Xız (XZ) rəmzi, Novruz törəninin digər iştirakçısı olan Kosa (KS) rəmzi ilə eyni mənalı olub, yunanların Xaos (XS) rəmzi ilə də eynilik təşkil edir. Ən qədim Misir yazılarında   “KZ”, “XZ” və s. oxşar rəmzlər həyat enerjisini, yəni ilkin materiyanı - İlahi odu bildirirdi. Deməli, Xızırın Xız İlahi odu elə Prometey tərəfindən yerə gətirilmiş İlahi odun, yəni ilkin materiyanın rəmzidir ki, batinilərə görə məhz bu enerjinin hesabına, düşünmə qabiliyyəti olmayan insan - k...

Həqiqi İslam – Albaniya bəktaşilərindən başlanır

Изображение
Hərarət nardadır sacda deyildir Kəramət başdadır tacda deyildir Hər nə axtarsan özündə axtar Qüdsdə, Məkkədə, hacda deyildir                           Hacı Bəktaş Vəli     Hazırkı dövrdə İslamın tənəzzülə doğru getməsi bizi, dinimizin heç də kamil olmaması qənaətinə gətirir. Əcdadlarımızın müqəddəs Quran kitabına ən kamil yazı kimi baxması isə bu qənaətin düz olmaması deməkdir. Bu təzadı aydınlaşdırmaq üçün biz, İslamı və onun təriqətlərini daha dərindən öyrənməliyik. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, son dövrün araşdırmalarından çıxan nəticəyə görə, müqəddəs Quran kitabı əvvəlcə türk dilində yazlmış, sonra ərəb dilinə tərcümə olunmuşdur. Tanınmış Kumık türkoloqu Murad Acının araşdırmalarından məlum olur ki, İslamın ilk çağlarında nə ərəb xalqı, nə də ərəb dili mövcud olmuşdur. Quranın ən qədim mətnlərini heç bir ərəb alimin...