Quranın batini mənalarında nədən danışılır?
Bu gün Quran oxumuş hər bir insan orada yazılanları dərk etdiyini düşünür. Həqiqətdə isə heç kim Quranın əsl, yəni gizli olan batini mənalarını anlamır. Deyilənə görə, peyğəmbərimiz, müqəddəs yazıların hərfi mənalarının məntiqlə dərk edilməsinin qeyri-mümkünlüyünü xüsusi vurğulayaraq demişdir: “Kim ki, müqəddəs yazıları ağılla izah edir və təfsirdə düz nəticəyə gəlir, həqiqətdə o səhv təfsir verir”. Bu o deməkdir ki, Quranın əsl mənası adi insan üçün dərk olunmazdır. Bununla bağlı Quranın iki surəsinin ayətlərinə nəzər salaq. Quranın Nəml surəsində Musa peyğəmbər deyir: "Mən oradan sizə xəbər və ya alov parçası gətirəcəyəm, bəlkə siz qızışasınız. O ona yaxınlaşanda oddan səs gəldi: "Odda və onun yanında olanlar xoşbəxtdirlər, Aləmlərin Rəbbi olan Allaha eşq olsun!" (Quran, 27:7-8). Məlumdur ki, adi oddan belə səs, fikir gələ bilməz. Cahil insan bu ayəti oxuyub üstündən keçər, anlamasa da davamını oxuyar. Kamil insan isə bu odun nə olduğunu, ondan gələn səsin...