Сообщения

Allahını tanımayan, Ondan şikayətlənməməlidir

    Bu gün insanlar zəlzələlərə görə Allaha inamsızlığını bildirməyə başlamışlar. Əvvəla bilmək lazımdır ki, zəlzələni Allah yox, yerin təkindəki təbii proseslər yaradır və bu da İlaha aiddir. Allah olacaq bu hadisələri öz seçilmişləri vasitəsi ilə əvvəlcədən xəbər verə bilərdi. Lakin m ən o narazı xalqdan soruşuram: Məgər biz Allahımızı tanıyırıqmı? Allahın kimliyini, Onun İlahla fərqini anlayırıqmı? Biz Allahın necəliyini bilmədən, kimdən və ya nədən şikayət edirik? Biz Allahın insanı necə yaratdığını, onun cənnətdə ikinci həyat qazanması üçün nə qədər işlər gördüyünü bilirikmi? Xeyir, biz Allahımız haqqında heç nə bilmirik. Biz - islam, müsəvilik, xristianlıq, buddizm və s. adlı bütlər düzəldib, mənalarını dərk etmədən onlara sitayiş edirik. Biz öz aramızdan marifətsiz, hikmətsiz insanları din xadimləri seçib onlara qulaq asırıq və həqiqəti axtarmırıq. Məntiqlə biz etirazımızı yalnız o avam "din xadimlərinə" bildirməliyik. Allahını tanımayan insanın Allahdan şikayəti gülü...

"Hanı öydüyümüz bəg ərənlər..."

       Kitabi Dədə Qorqudun sirli cümlələrindən biri də bəg ərənlər haqqındakı -"Hanı öydüyümüz bəg ərənlər, "Dünya mənim" deyənlər" cümləsidir. Kitabda bəg ərənlərin "Dünya mənim" deyərək öyünməsi təbii ki, təsadüfi ola bilməz. Dünyanı özününkü, yalnız onun sahibləri saya bilər və bu o deməkdir ki, qədim dünyanın sahibləri məhz bəg ərənlər olmuşlar. Sahib sözü məntiqlə ya yaradana, ya da onu qanuni yolla başqasından alana deyirlər. Başqa sözlə, bəg ərənlər dünyanı ya özləri yaradıblar, ya da kimdən isə alıblar, qəbul ediblər. Qədim mənbələrdə dünya dedikdə yaşadığımız fiziki dünya yox, göydəki dünya, yəni cənnət nəzərdə tutulur ki, Tövrata görə bu dünyanı Allah altı günə yaratmış, yeddinci gün isə dincəlmişdir. Qədim İran mənbələrində, göydə yaradılmış bu dünya Raman dünyası adlanır və bu da qədim Misirin Ra-Amon Allahının göydə yaratdığı dünya anlamındadır. Mətnlərdə bu dünya Arian, yəni Aran - ərənlərin mistik dünyası kimi də göstərilir və məhz bu düny...

Nəsiminin şeirlərində “Quş dili” məntiqi

    “Quş dili”ni bilməyən insanın Nəsimi şeirlərinə şərh verməsi, onun, ya özünü, ya da oxucuları cahil yerinə qoyması deməkdir. Bildiyimiz kimi 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunmuşdur. Ortaya çıxan problem isə ondan ibarətdir ki, Seyid İmadəddin Nəsimi fəlsəfəsi adi insanlar üçün dərkolunmazdır. Nəsimi dəryasının dərinliyinə baş vurmaq üçün, onun öz dilini, fəlsəfəsini bilmək vacibdir. Nəsiminin dili isə, özünün dediyi kimi “Quş dili”dir və bunu yalnız Süleyman peyğəmbər bilmişdir. Məşhur sufi alimi Mühiddin İbn Ərəbi “Quş dili”ni - “Süleyman pilləsi” adlandırır və bildirir ki, bu “pillə” - dünyanın ən ali insanları olan Məhəmməd peyğəmbərin nəslinə verilmişdir. Deməli, Seyid Nəsiminin şeirlərinin gizli mənalarını, dünyanın ən ali insanları olan seyid-bəglər nəslinə mənsub sufilər anlaya bilər.“Quş dili”ni bilməyən insanın Nəsimi şeirlərinə şərh verməsi, onun, ya özünü, ya da oxucuları cahil yerinə qoyması deməkdir. Bu məqalədə biz Nəsiminin bir neçə misrasının sufi...

Тайна местонахождении рая Парадиз и его небожителей

    В этой статье, мы оп­ределим точное место, где был сотворен рай Пардес. Для этого обратимся к логике Торы, которая написа­на одними согласными. В этой книге отмеч­ается, что единый на­род "Ам ахад" (М ХД), говорящий на едином языке "сафа ахат" (СФ ХТ) пришли с вос­тока и построили на равнине Сеннаар/Шинар Вавилонскую башню высотою до небес. Сл­ово "единый язык" зд­есь передается симво­лами "СФ ХТ", где си­мвол "СФ" известен нам как суфизм. В Кор­ане суфизм называется "языком птиц" царя Соломона. Эта наука кам-шаманов, которые следуя пути Тарика, в экстатическом со­стоянии соединили св­ои духи с первичной материей, т.е. с Эло­ахом/Илахом. И таким образом получали от первичной материи полную информацию, с помощью которой можно было превратиться в Бога, жить вечно и т.д. Следовательно, "языком" первых люд­ей было экстатическое состояние шаманов, где они с помощью камлания получали нуж­ную информацию для сотворения р...

Əhli-sünnə və onların ağlasığmaz sirləri

     Əhli-sünnə haqqında bu gün informasiya vasitələrində çoxlu məlumatlara rast gəlmək olar. Bu məlumatlara görə əhli-sünnə, daha dəqiqi "əhli-sünnə vəl-cəmaa" - "Məhəmməd peyğəmbər və onun əshabələrinin yolunu gedənlər" mənasındadır. Bu yolun nə demək olduğunu aydınlaşdırmaq üçün biz ilk növbədə müqəddəs Quran kitabına müraciət etməliyik. Quranı diqqətlə oxuyanlar bilir ki, bu kitabda söhbət bilavasitə yəhudi peyğəmbərlərindən gedir. Allah bu İsrail oğullarını bəşəriyyətdən üstün yaratmış, Quran kitabını da məhz onlara göndərmişdir. Yəhudilərin əsas kitabı isə, yalnız samitlərlə yazılmış Tövrat kitabıdır. Yəhudi müdriklərinə görə, Allah dünyanı yaradarkən bu kitaba baxıb, yaradırmış. Başqa sözlə, Quran kitabı - dünyanın yaradılışı ilə bağlı olan sirli Tövrat kitabının davamıdır və biz də ilk növbədə bu kitaba nəzər salmalıyıq. Tövrat kitabında müsəlman ümməti, yəni ümmə rəmzi "am" kimi, yəni "M"  samiti ilə verilmişdir və vahid dildə danışan...

Sufizmdə İslam - "Şiə aləmi" deməkdir

           Sufizmə görə müqəddəs Quran, Tövratın davamı olaraq, orada qeyd olunmuş hadisələrə şərh verən kitabdır. Quranda ümmət mənasında keçən "ümmə" rəmzi sufi məntiqində - vahid dildə danışan ilk "insanlara" aid edilir ki, onlar göydə cənnət yaratmış və orada ölümsüzlük qazanmışlar. Bu haqda mən kitab və məqalələrimdə çox yazmışam. Yalnız samitlərlə yazılmış Tövrat kitabında "ümmət" rəmz "am" kimi qeyd olunur və " am əhəd səfa əhət" ifadəsində - "sufi dilində danışan vahid toplum" mənasını verir. Sufi ədəbiyyatında bu ümmət İhvani S əfa kimi məlumdur və onlar özlərini "şiə", "şiətin" adlandırırdılar. Samitlərin batini mənası ilə bağlı olan sufizmdə şiə rəmzi issi rəmzi kimi ruh deməkdir. Qədim Misirdə də bu rəmzlər ruh mənasını verən sia və şu kimi qeyd olunurdular. Bu mənada İslam, salam rəmzləri - "sia- aləmi" , yəni ruhlar aləmi, cənnət deməkdir. Qədim yəhudilər, yəni Xəzər Türk bəgləri ...

Fars ayətullah ola bilməz!

         Bu gün İranda bir qrup molla, qədim Azəri pirlərinin İsna-Aşəriyə dinini təhrif edib, saxta şiəlik yaradıblar. Özlərinə ayətullah rütbəsi götürən bu avam mollalar İslamın yalnız zahiri mənalarını qəbul edib, batini mənaları haqqında ümumiyyətlə danışmırlar. Dərindən düşünmə qabiliyyəti olmayan bu mollalar anlamırlar ki, ayətullah bilavasitə Quranın batini mənaları ilə bağlı olan rütbədir. Bu rütbə ifrat Gelat şiələri olan Azəri pirlərinin 5500 yaşlı İsna-Aşəriyə dininin rütbəsidir və bu dində ayətullah -  “Allahın dəlili”, “Allahın əlaməti”, “Allahın yer üzərində nişanəsi ” deməkdir. Allahın əlaməti marifətullahla, hikmətlə bağlı batin elmidir ki, İslama görə bu elmi peyğəmbərimiz və imam Əli bilmişlər. İnsanın Allahın əlaməti, Allahın yer üzündəki nişanəsi olması üçün onun marifətullahı, yəni Allahın hikmətini, onun sirlərini bilməlidir. Bu sirlər, Gelat pirlərinin banisi olan, qədim Misirdə firon Amon, Kitabi Dədə Qorqudda isə Bəkdüz Əman adlana...