Сообщения

Сообщения за июль, 2022

Həqiqətdə İmam Hüseyn kimdir?

Bu gün İran adlanan ölkədə şiələr çətinə düşəndə, köməyə bizim kimi Allah, Məhəmməd, Əlini yox, əksər hallarda Əbəlfəzi və ya imam Hüseyni çağırırlar. Bəs nəyə görə şiə ölkəsində peyğəmbərimiz və onun varisi imam Əli yox, varisin öldürülmüş övladları Allah səviyyəsində qəbul edilir? Həqiqətdə imam Hüseyn kimdir? İmam Hüseynin kim olduğunu müəyyən etmək üçün onun haqqında peyğəmbərin və üləmaların dediklərinə nəzər salmaq vacibdir. Mənbələrdə peyğəmbərin varisi adlandırılan Hüseyn - dinin sütunlarından və iman əhlinin əsaslarından biri, cənnət gənclərinin əfəndisi, səma əhlinin nəzərində yer əhlinin ən sevimli insanıdır. Deyilənə görə, peyğəmbərimiz imam Hüseyni - "Hidayət məşəli və qurtuluş gəmisi" adlandırmış və bildirmişdir ki, "Hüseyn məndəndir, mən Hüseyndənəm. Allah Hüseyni sevənləri sevir". Peyğəmbər Hüseyni və onun nəslindən gələcək doqquz imamı - öz Əhli-beyti və itrəti hesab edərək nəzərə çatdırır ki, doqquzuncu imam qiyam edəcək Mehdidir. Rəvayətə görə, H

Biz – zəncir vuran müdriklərik

Bildiyimiz kimi məhərrəmliyin əsas proseslərindən biri də zəncir vurma prosesidir və bu gün insanların demək olar ki əksəriyyəti bunu cəhalət göstəricisi sayır. Dini qurumlarımız bu prosesə arzuolunmaz hərəkət kimi icazə verməsələr də, ölkəmizdə hələ də zəncir vuranlara rast gəlinir. Digər müsəlman ölkələrində də bu mərasim keçirilir ki, orada şiələrin bu hərəkətlərinə müdaxilə yoxdur və onlar Pakistandan ərəb ölkələrinə qədər hər yerdə bu hərəkətləri davam etdirirlər. Bəs elm və texnikanın inkişaf etdiyi bu dövrdə şiələr nəyə görə öz ayinlərinə son vermirlər. Bu suala cavab vermək üçün bu ayinləri bu günə qədər gətirib çıxarmış şiəliyin nə olduğunu və haradan başladığını araşdırmaq lazımdır.  Zahiri İslamda şiəlik peyğəmbərimizin kürəkəni imam Əli ilə bağlı olsa da, Batini İslamda bu daha qədimlərə, dəqiq desək Şumerə gedib çıxır. Qurana görə ilk şiələr Nuh və yəhudilərin patriarxı olan İbrahim peyğəmbər olmuşlar (Quran, 37:83). Nuh gəmidən Azərbaycanda, yəni Ağrı (Ararat) dağında enm

Batinilikdə Kərbəla və Hüseyn rəmzləri nə deməkdir

Yaqut Həməviyə görə, Kərbəla - "yumşaq torpaq" mənasın verən ərəblərin karbalah rəmzi ilə bağlıdır. Digər bir fikrə görə bu söz arameylərin  Kora sözündən yaranmışdır ki, bu da yaxınlıqdakı Babil kərpic istehsalı yeri ilə əlaqəlidir. Başqa sözlə, Karbabil rəmzi - Kora Babil deməkdir. Şiələri görə, Cəbrail bu adın mənasını Məhəmməd peyğəmbərə deyib: "Bu torpaq çox əzab və bəla olacağı yerdir". Deyilənə görə, İmam Hüseyn Kərbəla çölünə catanda soruşdu ki, bu çölün adı nədir? Dedilər, bu çölün adı Neynəva çölüdur. Dedi başqa bir adı var? Dedilər Qasidiyyə.  Nineva rəmzi batınilərdə Nun-Va (Nun-Ba) anlamında, ilkin  Nun sularındakı Va/Ba Allahı (Vallah/Billah) deməkdir. Bildiyimiz kimi, firon Əman (Amon) ilkin Nun sularında, yəni göylərdə milyonlarla qurban hesabına ruhlar dünyası yaratmış və özü də onun daxilində Allaha çevrilmişdi. Axirətə yaxın isə, yəni 5500 illik vaxtın bitməsi ilə əlaqədar göydəki bu ruhlar dünyası işıq okeanında parçalanıb yox olmuşdur. Həzrəti H

Aşura – sirli Azəri tarixinin rəmzlərlə ifadəsidir

Mən bu kiçik məqaləni, Aşurada əzadarlıq edən, öz kökünü, adət-ənənəsini unutmayan və hər zaman Allahla, onun xalqı ilə bağlı həqiqətləri axtaran, damarında Azəri qanı axan türk əsilzadələrinə - pirlər, bəglər, seyidlər, şıxlar nəslinin törəmələrinə həsr edirəm. Əsilzadəlik – öz cəddi-əcdadına ilahi məhəbbətlə yanaşan, onların qoyduğu bütün qanunları ölənə kimi qoruyan insanlara xasdır. Əsilzadələr - ən qədimdə padişahlar və peyğəmbərlər nəsli hesab olunardı ki, bunlar da, Allahın dünyaya hakim kimi ilk yaratdığı Asar (Assur/Aşşur/Osiris), yəni Azər nəslidir (“Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqaləm: http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html). Qədim Misir yazılarına görə Allah, dünyaya hakim kimi ilk yaratdığı Asardan sonra 72 xalqı yaratmışdır ki, Azəri xalqının sirli tarixini də bu xalqların dillərində “gizlətmiş” və onları dünyaya səpələmişdir. Bu gizli Azəri tarixi haqda mən kitab və  məqalələrində çox yazmışam. Bu yazımda isə Azəri t

Məhərrəm ayı və məhərrəmliyin ağlasığmaz sirləri

  Məhərrəm ayı müsəlman təqvimi olan Hicri-Qəməri, yəni ay təqvimində ilin birinci ayıdır. Mənbələrə görə bu ay - Adəm peyğəmbərin yaradılışı, İbrahim peyğəmbərin doğulması, Adəmin tövbəsinin Allah tərəfindən qəbul olunması və çoxlu hadisələrlə bağlıdır. Peyğəmbərimiz Məhərrəm ayını - "Şəhrullahil Məhərrəm", yəni Allahın Məhərrəm ayı adlandırır ki, batıni mənada bu rəmz - "Allahın Məhərrəm şəhəri" deməkdir. Məhərrəm sözü - "haram edilmiş" mənasında İslam dininə görə haram aylardan biri sayılır. Lakin Quranda haram edilmiş Allahın şəhəri - Məkkeyi-Mükərrəmdir ki, batini mənada Mükərrəm və Məhərrəm rəmzləri eynidir. Buxari, Müslim kimi mühəddislərə görə bu şəhər - Allah yeri və göyü yaratdığı zaman yaradılmışdır. Quranda Məkkeyi-Mükərrəmin Bəkkədəki Kəbə beyti - insanlar üçün yaradılan ilk evdir və Allah yeri bundan sonra yaratmışdır. Peyğəmbərimiz də Məkkəni fəth etdiyi günlə bağlı xütbədə: "Ey insanlar, şübhə yox ki, Allah, göyləri, yeri, günəşlə a

Məhəmməd peyğəmbərin ağlasığmaz sirləri

  İslamda Nuri-Məhəmməd , yəni Məhəmməd nuru ifadəsi mövcuddur ki, Quranda bu nur – Allahın Özünün və Məhəmməd peyğəmbərin nuru mənasında qeyd olunur. İnama görə, peyğəmbərin bədəni bir ovuc cənnət torpağının, cənnət çeşməsi təsnimin suyundan yoğrulması ilə yaradılmışdır və peyğəmbərin cismi mirvari kimi nur saçıb parlayandır. Dərvişlərə görə, Məhəmmədin ruhu dünyanın yaranmasından əvvəl İlahi nurdan yaradılmışdır və o yerə gəlməzdən əvvəl göy varlıqlarının, Allahın yanında mövcud olmuşdur. Sufi müdriki Mir Daməd “nursaçma” ideyasını şiələrin imamət konsepsiyası ilə bağlayır. Onun gəldiyi nəticəyə görə, birinci imam Əli ibn Abu Talib və Məhəmməd peyğəmbər – bir “gur işıq”dan əmələ gəlmişlər ki, bunlardan biri insan silueti formasını almış, digəri isə - onun dalınca gələn – titrəyən işıq formasındadır. Birinci Əlinin, ikinci isə Məhəmmədin rəmzləridir. Fatimə isə 14 paklar qrupunda – “iki nuru birləşdirən” peyğəmbərlik və müqəddəslik işığıdır. Məşhur sufi əl-Qəzali isə Məhəmməd peyğəm

Sünnət mərasiminin batini mənası

    Müsəlman və yəhudilərdə oğlan uşaqlarının      sünnət olunmasının mahiyyəti bu günə qədər sirr olaraq qalır. İlk dəfə olaraq biz bu sirri açıb sünnətin nə məna kəsb etməsinə elmi izah verəcəyik. Qurana görə müsəlman olmaq, insan öləndən sonra ruhunun cənnətə düşməsi üçün Rəhman Allahın qoyduğu qayda-qanuna tabe olmaq mənasındadır. Qədim Misir mənbələr in də cənnətin, yəni Nut göyündəki Qeb aləminin yerləşdiyi məkan ümumilikdə Atum Allahı adlanır. Tövrat bu Allahı, rəmzi mənada "yeddi günə" yaradılmış "dünya" kimi təqdim edir. Ra-Amon, yəni Rəhman Allahın göydə yaratdığı bu "dünya" kamil bir sistemdir ki, Quran bu sistemi Sünnətullah adlandırır. Deməli, Sünnətullah - Ra-Amon Allahının yaratdığı kosmik Atum dünyasıdır ki, qədim Misir yazılarına görə o özündə iki dünyanı, yəni yerdəki fiziki və göydəki ruhlar dünyasını birləşdirir. Qədim Misirdə bu sistem Neter, Ruten, türklərdə isə Tanrı adlanır. Başqa sözlə, Sünnətullah dedikdə kosmik Tanrı və onun d