Batinilikdə Kərbəla və Hüseyn rəmzləri nə deməkdir

Yaqut Həməviyə görə, Kərbəla - "yumşaq torpaq" mənasın verən ərəblərin karbalah rəmzi ilə bağlıdır. Digər bir fikrə görə bu söz arameylərin  Kora sözündən yaranmışdır ki, bu da yaxınlıqdakı Babil kərpic istehsalı yeri ilə əlaqəlidir. Başqa sözlə, Karbabil rəmzi - Kora Babil deməkdir. Şiələri görə, Cəbrail bu adın mənasını Məhəmməd peyğəmbərə deyib: "Bu torpaq çox əzab və bəla olacağı yerdir". Deyilənə görə, İmam Hüseyn Kərbəla çölünə catanda soruşdu ki, bu çölün adı nədir? Dedilər, bu çölün adı Neynəva çölüdur. Dedi başqa bir adı var? Dedilər Qasidiyyə. 

Nineva rəmzi batınilərdə Nun-Va (Nun-Ba) anlamında, ilkin  Nun sularındakı Va/Ba Allahı (Vallah/Billah) deməkdir.

Bildiyimiz kimi, firon Əman (Amon) ilkin Nun sularında, yəni göylərdə milyonlarla qurban hesabına ruhlar dünyası yaratmış və özü də onun daxilində Allaha çevrilmişdi. Axirətə yaxın isə, yəni 5500 illik vaxtın bitməsi ilə əlaqədar göydəki bu ruhlar dünyası işıq okeanında parçalanıb yox olmuşdur. Həzrəti Hüseynin mənbələrdə «Sultani-Neynəva» adlanması, yəni onun Nineva-Kufə səhrasında məhv olması rəmzi - qədim Misir mənbələrində Nun adlanan ilkin sularda, yəni işıq okeanında yaradılmış Sultanın məhv olması deməkdir. 

Batini mənada Kərbəla rəmzi Kor-Baal rəmzidir ki, bu da Kor Balaat, yəni Qor vilayəti deməkdir. Bəla rəmzi daha dərin mənada Ba-El deməkdir ki, bu da Ba-vilayəti anlamında ölümsüzlük qazanmış və Asar/Osiris Allahlarına çevrilmiş ruhların eli, ölkəsi deməkdir. Buradakı Qor isə bildiyimiz kimi Asar/Osiris Allahının oğlu Qor mənasındadır və bu Qor dünyası Babil qülləsinin tikilməsi ilə eyni zamanda, onun göylərində var olmuşdur. Qədim Misir yazılarında Qor rəmzi Amsu rəmzinə aid edilir ki, bu da Musa və Sim rəmzi mənasında səmaya və oradakı dünyaya - Vəhy çadırına aid edilir.

Bu yerin adının Qasidiyə adlanması, onun Hüseyn rəmzi kimi batinilikdə Xaos/Oğuz rəmzi ilə bağlılığı deməkdir ki, bu da ilkin materiya, sufilərin Hü adlandırdığı İlah anlamındadır. Firon Amon məhz bu Xaos/Oğuzdan - Asar/Osiris/Azər Allahını yaradır ki, o da 5500 il sonra məhv olur. Mənbələrdə imam Hüseynə Sarallah da deyirlər ki, bu da batıni mənada Asar-Allah, yəni Azər-Allah (Osiris Allahı) deməkdir (Məqalə: "Məhəmməd peyğəmbər - Nurdan yaradılmış Azər Allahıdır", sayt: http://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html?m=1). 

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Aşura - əcdadlarımızın Nun, Xaos adlanan ilkin materiya göylərində yaradılmış Azər/Osiris Allahın dünyasının məhv olmasının mərasimidir.


Firudin Gilar Bəg

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери