Məhəmməd peyğəmbərin ağlasığmaz sirləri

 

İslamda Nuri-Məhəmməd, yəni Məhəmməd nuru ifadəsi mövcuddur ki, Quranda bu nur – Allahın Özünün və Məhəmməd peyğəmbərin nuru mənasında qeyd olunur. İnama görə, peyğəmbərin bədəni bir ovuc cənnət torpağının, cənnət çeşməsi təsnimin suyundan yoğrulması ilə yaradılmışdır və peyğəmbərin cismi mirvari kimi nur saçıb parlayandır. Dərvişlərə görə, Məhəmmədin ruhu dünyanın yaranmasından əvvəl İlahi nurdan yaradılmışdır və o yerə gəlməzdən əvvəl göy varlıqlarının, Allahın yanında mövcud olmuşdur. Sufi müdriki Mir Daməd “nursaçma” ideyasını şiələrin imamət konsepsiyası ilə bağlayır. Onun gəldiyi nəticəyə görə, birinci imam Əli ibn Abu Talib və Məhəmməd peyğəmbər – bir “gur işıq”dan əmələ gəlmişlər ki, bunlardan biri insan silueti formasını almış, digəri isə - onun dalınca gələn – titrəyən işıq formasındadır. Birinci Əlinin, ikinci isə Məhəmmədin rəmzləridir. Fatimə isə 14 paklar qrupunda – “iki nuru birləşdirən” peyğəmbərlik və müqəddəslik işığıdır.
Məşhur sufi əl-Qəzali isə Məhəmməd peyğəmbəri nəhəng insan formasında kosmik qüvvə hesab edir. Qəzaliyə görə, kainatda qayda-qanunun təmin edilməsi bu Kamil insandan asılıdır. Peyğəmbərin müqəddəslər nəsli isə bu Kamil İnsanın obrazı ilə xüsusi yaradılmışdır. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər, qədim Misir fironu Amonun göydə İlahdan yaratdığı kosmik insan - Atum Allahının obrazıdır. Əflatuna görə,  Allahın obrazı ilə yaradılmış ilk insanlar ölümsüz olmuşlar ki, bunlar da tanıdığımız Azəri pirləri, seyid-bəglərdir.
Mühiddin ibn Ərəbi də, “Füsusül Hikəm” kitabının girişində Məhəmməd peyğəmbəri və onun nəslini - “İlahi qüvvələri oyadan” adlandırır və qeyd edir ki, “O cəmiyyət başçısı və insan nəslinin ağası, havadarlıq qapısını açandır: Məhəmməd, öz xüsusi məqamında hökmranlıq qazanmışdır”. İbn Ərəbi Məhəmməd peyğəmbərin biliyini də, qədimliyini də bilavasitə Allahla eyniləşdirir: “Onun müdrikliyi vahiddir, çünki O – insan nəslində kamil mövcudluqdur, ona görə də dünya nizamı onunla başlamış və onunla da qurtarmışdır: Adəm - gil və torpaq olanda O artıq peyğəmbər idi, sonra isə elementar quruluşuna görə, peyğəmbərlərin möhürü oldu”. İbn Ərəbi, Kamil İnsanı - Tövratda kosmik ölçüdə göstərilən Adəm kimi təqdim edir və Allah adlandırır. Adi insanları isə “təbiət və şəhvət idarə edən, zəif ağılda olan, məntiqsiz” sayır və “heyvani insan” adlandırır. İbn Ərəbinin Adəmi Haq adlandırması, Adəmin elə qədim Misirin Atum Allahı olması deməkdir. Məhz firon Amon İlahi qüvvələri, yəni İlahı "oyadlb", ondan Atum Allahını, yəni Adəmi yaratmışdı. İbn Ərəbi, dünyanın Allahla münasibətini, insanın kölgəsi ilə münasibəti kimi təqdim edir: “Dünya - Allahın kölgəsinin yerləşdiyi yerdir və mümkün varlığın təzahürüdür”. Deməli, ibn Ərəbiyə görə göydəki dünya - Allahın kölgəsi rəmzində təzahür etmişdir və O dünyanı, öz insani bədəninin hərəkətinin gölgəsi kimi idarə edir. Ət-Təmimi də bildirir ki, Məhəmməd peyğəmbərə görə, “Allahın özü dünyadır”. Başqa sözlə, Məhəmməd peyğəmbər və Adəmin obrazları – bədənində ruhlar dünyası yaranmış kosmik insanın obrazıdır və bunu Fəzlullah Astarabadi də yazır. Onun “Cavidannamə” əsərin görə, Məhəmməd peyğəmbər - Tövratda altı günə yaradılan ”dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs isə - Adəmin bədənindədir. Başqa sözlə, Fəzlullaha görə, göydəki ruhlar dünyası - Məhəmməd peyğəmbərin bədənindədir. Əgər nəzərə alsaq ki, batinilərdə Məhəmməd rəmzi Maq-Maat mənasında elə qədim Misirin Maat, yəni Atum Allahını, Adəmi bildirir, razılaşarıq ki, Məhəmməd elə maq və ya qam Atum, Adəm deməkdir.
Xristian mətnlərdən olan ”Yanıçarın yazıları”na görə Məhəmməd peyğəmbər - ölüb dirilən Asar, yəni Osiris, Azər Allahıdır. Mətndə qeyd olunur ki,  Məhəmməd peyğəmbər ölənə yaxın öz ardıcıllarını yanına çağırıb demişdir: “Mənə dəfn təşkil edin və Mən dirilənə qədər yanımda olun”. Başqa rəvayətə görə isə, Məhəmməd peyğəmbərin tabutu göyə qalxaraq orada asılı vəziyyətdə qalmışdır. Ən qədim mənbələrdə ölüb dirilən Allah Misirin Asar, yəni Osiris Allahıdır ki, mətnlərdə o Atum Allahının bir hissəsi kimi keçir. Rəvayətə görə, dünyaya hakim kimi gələn Asar, yəni Azər-Osiris Allahı axirətdə qardaşı tərəfindən öldürülür. Oğlu Qor isə onu yenidən dirildir. Qədim Misirin Qor fironları nəsli mənbələrdə Həcər və ya Qacarlar kimi də yazılaraq, Azərbaycan Atabəglər Ailəsinin malikanəsi olan Xelata aid edilir. Xelat isə Allahın Mülkü olan ifrat ismaili şiələrinin Gelat elidir. Gelat eli qədim Misirin Gel şəhəridir ki, firon Amon Atum və ya Maat Allahını burada yaratmışdı. İslamda Gel el - Aqil kimi rəmzləndirilmişdir və Buxarinin hədisinə görə, Məhəmməd peyğəmbərin Məkkədəki evi elə vərəsəliklə imam Əlinin qardaşı Aqilə çatmış evdir. Bu o deməkdir ki, həqiqətdə Məhəmməd peyğəmbərin evi və Əhli-Beyt - Azərbaycan Atabəglərinin və ifrat şiələrin Xelat və ya Gelat elidir və axirətdə peyğəmbərimiz və onun dini də burada "diriləcəkdir".
Bütün bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg

       

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери