Aşura – sirli Azəri tarixinin rəmzlərlə ifadəsidir


Mən bu kiçik məqaləni, Aşurada əzadarlıq edən, öz kökünü, adət-ənənəsini unutmayan və hər zaman Allahla, onun xalqı ilə bağlı həqiqətləri axtaran, damarında Azəri qanı axan türk əsilzadələrinə - pirlər, bəglər, seyidlər, şıxlar nəslinin törəmələrinə həsr edirəm. Əsilzadəlik – öz cəddi-əcdadına ilahi məhəbbətlə yanaşan, onların qoyduğu bütün qanunları ölənə kimi qoruyan insanlara xasdır. Əsilzadələr - ən qədimdə padişahlar və peyğəmbərlər nəsli hesab olunardı ki, bunlar da, Allahın dünyaya hakim kimi ilk yaratdığı Asar (Assur/Aşşur/Osiris), yəni Azər nəslidir (“Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqaləm: http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html). Qədim Misir yazılarına görə Allah, dünyaya hakim kimi ilk yaratdığı Asardan sonra 72 xalqı yaratmışdır ki, Azəri xalqının sirli tarixini də bu xalqların dillərində “gizlətmiş” və onları dünyaya səpələmişdir. Bu gizli Azəri tarixi haqda mən kitab və  məqalələrində çox yazmışam. Bu yazımda isə Azəri türk bəglərinin Aşura mərasimi haqda bəzi məlumatları çatdıracam.

Bu gün tariximizə aid çoxlu kitablar yazılsa da, Azəri tarixi hələ də sirr kimi qalmaqdadır. Bunun səbəbi, elmə cavabdeh insanların qədim məntiqdən, qədim fəlsəfədən, qədim dilçilik qanunlarından və s. xəbərlərinin olmamasıdır. Quranda, öz qədim məntiqi, dilçilik qanunu olan ilk kamil fəlsəfə - ən ali elm kimi göstərilir və Süleyman peyğəmbərin bildiyi “quş dili” adlandırılır. Nəsimi, bu “quş dili”nin sufizm olduğunu bizə anladır ki, bütün qədim mənbələr də bu “dildə”, yəni xüsusi məntiqlə yazılmışdır. Bütün qədim yazılar iki məna: zahiri və batini məna daşıyırlar. Sufizm də qədim yazıların gizli, batini mənasıdır. Zahiri mənada İslamın yaşı 1440 ildirsə və o indi Ərəbistan adlanan səhradan başanırsa, batini mənada əsl İslam dairəsi - Səlim şəhəridir və onun tarixi 5500 il əvvələ - Azərbaycana gedib çıxır. Qədim Azərbaycanda yaşayan Asar/Aşşur teurqları (türkləri), teurqiya ilə göydə İlahi oddan – ruhlar dünyası, cənnət yaratmış və insan formasında olan bu canlı kosmik Varlığı - Asar/Assur/Aşşur, yəni Azər Allahı adlandırmışlar. Şumer mənbələrində Asar (Azər) rəmzi Enmerkar, yəni Ra-Amon-Qor Allahına aid edilir ki, bu ad da Rəhman adının digər yazılış variantıdır. Azər Allahın obrazı və bənzəri kimi isə Azəri xalqını, yəni qədim Midiya mar/amoreylərıni – bizim türk pirləri, seyid-bəgləri və s. kimi tanıdığımız xüsusi insan nəslini (Göy insanı) yaratmışlar. Mühiddin ibn Ərəbi kosmik ölçülü bu Allahı – Haqq Məhəmməd adlandırır (“Məhəmməd peyğəmbər – Nurdan yaradılmış Azər Allahıdır” adlı məqaləm: http://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html). Əl Qəzali isə Məhəmməd ümmətinin, onun obrazı ilə yaradıldığını bildirir. Bu Midiya marları mənbələrdə şumerlər də adlanır ki, bu da Şu-marları, yəni Şiə əmirləri – İsna Aşəriyə seyid-bəgləri deməkdir.  Xristian mənbələrində Məhəmməd peyğəmbər öləndən sonra dirilir ki, bu da onun Asar/Osiris Allahının obrazında olması deməkdir.

Qədim yazılara görə, dünyaya hakim kimi yaradılmış Asar (Assur/Aşşur/Aşur), yəni Azər və onun xalqı axirətə qədər xoşbəxt yaşayır. Lakin axirət adlanan xüsusi zaman kəsiyində Azəri qanı digər xalqların qanına qarışır və ortaya, indi özlərini erməni adlandıran “toplum” kimi xalqlar çıxır. Bu qarışıq xalqlar “paxıllıq” edib Azəri öldürürlər. Qədim Misir yazılarında Azərin bu ölümü – “Osiris Allahının ölümü və dirilişi” kimi qeyd olunur. Azər Allahının ölümü qədim zamanlardan Azəri xalqı tərəfindən səhnələşdirilir və mərasimlərə çevrilir. Azərilərin hətta muğam və mahnılarında da olan ölüm - “ölürəm” ifadəsi, bu xalqın axirətdəki vəziyyətini bildirir. Lakin ən böyük mərasimimiz isə təbii ki, Aşuradır və bu haqda mən – “Aşura haqqında ağlasığmaz həqiqətlər” adlı məqaləmdə geniş məlumat vermişəm (http://gilarbey.blogspot.com/2013/03/asura-haqqnda-aglasgmaz-hqiqtlr.html).

Aşura – Aşur/Assur, yəni qədim azərilərin, bizim şiəlik kimi bildiyimiz, dünyanın ən qədim dini olan “İsna Aşəriyə” (On iki imam) dinin müqəddəs mərasimidir. Bu din qədim mənbələrdəki Aşşur-assurların “On iki planet” dinidir ki, bu rəmzlər dini bizlərə İsmailiyə fəlsəfəsi kimi gəlib çatmışdır. İsmailiyə fəlsəfəsi - bütün dinlərin də kökündə duran sufi-batini fəslsəfədir. “Azər Allahı, Onun müqəddəs Dili, Dini və Eli” adlı məqaləmdə mən bu haqda yazmışam (https://gilarbek.blogspot.com/). 

Bu gün qədim elmdən, fəlsəfədən və s. xəbəri olmayanlar Aşura mərasimini cahillik kimi qələmə verməyə çalışırlar. Əslində isə cahillik - öz yaranışını, haradan gəlib-hara getdiyini bilməmək, qədim yazılarda yazılanların, fəlsəfənin, dinin və s. əsl mənasını anlamadığı halda, özünü ağıllı hesab etməkdir. Bu günkü müasir insanların cahil hesab etdiyi - Aşura kimi mərasimi yaradan müdriklər, qədimdə sözlə canlı varlıq yaratmaq, öldürmək, istədiyi vaxt təbiətə aktiv təsir edib yağış-qar yağdırmaq, sözlə dağ partlatmaq, bir neçə dəqiqəyə ulduzlar arası məsafəni ölçmək qabiliyyətinə malik olmuşdular. Aşura – yalnız bir elin, qədim mənbələrdə “seçilmişlər”, yəni Allahın özünə qulluq üçün seçdiyi pirlər, seyid-bəglər nəslinin mərasimidir. Aşuranın əsl mənasını da bu türk bəg-ərənləri anlaya bilərlər. Anlamayan əsl azərilər də, yalnız onlara xas olan ilahi hissiyata arxalanıb, bu mərasimi davam etdirirlər (“Biz – zəncir vuran müdriklərik” adlı məqaləm: http://gilarbek.blogspot.com/2013/11/bli-biz-zncir-vuran-cahillrik.html). 

Qədim yazılara görə, axirətdə ölmüş Azəri diriltmək üçün Allah özü yenidən zühur edəcək (“Qurana görə axirətdə Allah gələcək” adlı məqaləm: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html). Xristian mənbələrində, Azər (Asar/Osiris) obrazında göstərilən Məhəmməd peyğəmbər, ölüm ayağında öz ardıcıllarını başına yığıb deyir: Mənim üçün dəfn təşkil edin və mən dirilənə qədər yanımda olun. Diriləndən sonra sizinlə böyük şadyanalıq olacaq. Hədislərdə də peyğəmbər ardıcıllarına, onunla hovuz yanında görüşənədək dözməyi tapşırır. Bu gün Aşura mərasimində əzadarlıq edənlər, peyğəmbər obrazında olan ölmüş Azərin/Aşurun dirilməsini gözləyənlərdir. Aydın məsələdir ki, axirətdən sonra Allahla şadyanalıq edənlər də məhz onlar olacaqlar. Allah, diriltdiyi Azərin yeni cənnətində də məhz onlara yer verəcəkdir. 

Yazdıqlarım Aşuranın batini mənasıdır və qədimdə yalnız sufi-batinilərə məlum olmuşdur.

 Firudin Gilar Bəg

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери