Batinilikdə marifət - Allahın kimliyini, necəliyini bilməkdir
Bütün dinlərin əsas obyekti, mahiyyəti Allahdır. Bəs bu Allah kimdir, necədir? Bu suala cavab tapmaq üçün Qurana müraciət edək. Quranın Nur surəsinin Mişkat adlanan 35-ci ayətində deyilir:
"Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxça kimidir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. Çıraq şərqə və ya qərbə aid edilməyən mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Nur içində nur. Allah dilədiyini Öz nuruna yönəldir". Bu ayətin zahiri, yəni birbaş mənada izahı yoxdur. Çünki bu ayət bilavasitə batini məna ilə bağlıdır. Mişkat, Miskat rəmzi "dilə gətirilməyən" deməkdir və bu da ayətin sirrullahla, yəni Allahın sirri ilə bağlı olması anlamındadır. Allahın sirri Azəri pirlərinin İsna-Aşəriyə dinində marifətullah adlanır və Allahın kimliyi, necəliyi və yaradılışı haqqında elmdir. Başqa sözlə, bu ayət Azəri pirlərinin 5500 yaşlı İsna-Aşəriyə dininə aiddir. Bu dinə və Qurana görə ilk müsəlman və ilk şiə İbrahim, Nuh, Yaqub və s. peyğəmbərlər olmuşlar. İslam və şiəlik də ərəblərdən min illər əvvəl Azərbaycanda yaradılmış İsna-Aşəriyə dinidir. Bu dində hikmət və marifət - İlah və Allah haqqında tam məlumata malik olmaqdır. Sufi pirlərinə görə, əsl ibadət - ibadət edilənin bilinməsi, tanınması ilə bağlıdır. Bilinməyənə, tanınmayana ibadət edilməz. Başqa sözlə, marifətsiz ibadətin mənası yoxdur. Bu inanc, dünyaya hakim kimi yaradılmış Asar/Osiris fironlar nəslinin, yəni Azəri pirlərinin ilk dili və dininin inancıdır. Qədim Misirdə bu pir-bəglər nəsli Qor Allahının yolu ilə gedənlər adlanırdı. Quranda onlar - bir ümmət olub, dünyaya müjdəçi və xəbərçilər kimi göndərilən peyğəmbərlər və sirləri "anlayan bir qövm" adlandırılırlar. İslam mənbələrində Qor yolu ilə gedənlər Quranın (Qərəə) batini mənalarını bilən karilər (kurra) kimi qeyd olunurlar. Karilər bizlərə, peyğəmbərimizin tayfası olan Qüreyş kimi də məlumdur ki, bu da Qor-Şu, Qor-Şiə anlamındadır. Qüreyşin "gəlmə" mənasını verməsi də, onların "göydən gələn kutilər" mənasında olmaları ilə bağlıdır. Ölümlərindən sonra bu Qor yolu ilə gedən qüreyşilər - Asar, yəni Osiris Allahlarına çevrilib, özlərinin Gelat göylərində yaratdıqları cənnətə düşdülər. İslam, onların göydəki cənnətdə ölümsüzlük qazanmalarını - Mədinəyə hicrət edənlər, mühacirlər adlandırır. Marifətullahı bilən məhz bu ismaili natiqləri həm də "danışan Quran" hesab olunurdular.
İbrahim peyğəmbərin oğlu İsmail Tövratda Aqarın, yəni Qorun oğlu sayılır ki, Aqar rəmzi bizlərə Həcər və ya Qacar kimi məlumdur. Başqa sözlə, məhz Qacar şahlar nəsli marifətullahı və İlahi hikməti bilən hökmranlardır. Batini məntiqdə hikmət, yəni hikam rəmzi həm də hakim, hökm və s. kimi oxunur və bu da əsl hikmət sahiblərinin və marifət əhlinin Qacar şahları nəslinin olması anlamındadır. Mənbələrdə "beyt əl-elm vəl-marifət vəl-hikmət" dedikdə məhz bu filosof-şahlar nəslinin - Allah beytinin əhli olması nəzərdə tutulur. Qədim Misir yazılarına görə, Allah göydəki beytini, yəni cənnəti Gel şəhərində yararatmışdır ki, bu şəhər Tövratdakı izmaililərin, ifrat ismaili şiələrinin və Azərbaycan Atabəglər ailəsinin Gelat/Xelat elidir. Alban mənbələrində bu el - Gelarküni və Sünik adlanır.
Bütün bunlar o deməkdir ki, Mişkat ayətini anlamaq üçün mütləq hikmət və marifətullahı, yəni İsna-Aşəriyə dininin batini mənalarını bilmək vacibdir. Mənbələrdə "elmi billah", "elmi hal", "elmi irfan", "elmi eşq", "elmi ledun" və s. adlanan batin elminin əsas mahiyyəti Allahı tanımaqdır. Quranda nübüvvət elmi sayılan bu hikmətə sahib olanlar mənbələrdə "hakimi İlahi", "əhli marifət", "arif billah", "alim billah" və s. adlanırlar. Bu alimlər, Qurandakı - "Mən cinləri və insanları ancaq mənə ibadət etmələri üçün yaratdım" cümləsinin "ibadət etsinlər" ifadəsini - "məni tanısınlar " kimi yorumlayırlar. Allahı tanımaq isə, Onun adlarının batini mənalarını bilmək deməkdir. Batin fəlsəfəsində bütün əsas rəmzlər - müxtəlif mənalar ifadə edən Allahın adlarıdır. Bu fəlsəfədə əgər Hu, İlah - hər şeyə həyat verən ilkin materiya, İlahi od, dirilik suyu mənasındadırsa, Allah rəmzi bu İlahdan göydə insan formasında yaradılmış el, dünya, vilayət deməkdir. Burada Rəb rəmzi, Allahın Rəhman adı kimi - Ra günəş diski ilə birləşmiş pir Amon və Onun Ba ruhunu bildirir və mişkat ayətində də söhbət bu Ra-Amon Allahından gedir. Quranda Allah peyğəmbərimizə - "Rəbbinin adı ilə oxu" dedikdə də məhz axirətdə gələcək Mehdi obrazının, rəmzlərin batini mənaları ilə marifətullahı dərk etməsi nəzərdə tutulur.
Yazdıqlarımızdan çıxan nəticə odur ki, İsna-Aşəriyə dinində Allah dedikdə mücərrəd bir varlıq yox, Azəri pirlərinin əcdadı olan, İlahdan göydə Allah yaratmış firon Amon, yəni pir Əmanın ruhu nəzərdə tutulur. Azəri pirlərinin İsna-Aşəriyə dini də pir Əmanın və Qor yolu ilə gedənlərin Sina-Sünik göylərində yaratdıqları Azər, yəni Osiris ölüm şahlığına, cənnətinə inamdır. Bu din cənnətin və oradakı ölümsüz ruhların yaradılışı haqqında kamil fəlsəfədir. Azəri pirlərinin bu elmi ilk yaradılmış göy insanlarının İlahi elmidir və bu elm adi, yer insanları üçün nəzərdə tutulmamışdır. Sonradan, mömin yer insanlarının da cənnətə düşməsi üçün, Azəri ərənləri İsna-Aşəriyə dinini sadələşdirib, avam insanların da anlaya bildiyi "İslam dini" adlı sistem yaratdılar. Bu İslam dinində artıq insanın marifətullahı və hikməti bilməsi vacib deyil. İslam qayda-qanunlarına ciddi riayət etmək, ona tabe olmaq kifayət edirdi ki, adi möminin də ruhu, Azəri pirlərinin özləri üçün Xelat göylərində yaratdıqları Xüld cənnətinə düşüb, orada ikinci həyat qazansın.
Firudin Gilar Bəg
12.12.2022
Комментарии
Отправить комментарий