Azərilərin Ənkə böyüyü kimdir?
Dilimizdə "ənkə böyüyü" ifadəsi mövcuddur ki, bu da "ulu əcdad" mənasında izah olunur. Bəs ənkə sözünün əsl, yəni batini mənası nədir? Qədimdə bu söz nə məna kəsb etmişdir Bu suala cavab tapmaq üçün biz ilk insanların vahid səfa dilinə, yəni sufi məntiqinə müraciət etməliyik. Çünki bütün dillərdəki sözləri müdriklər sufi məntiqi ilə yaratmışlar. Bu məntiq qədim Allahların varisləri olan Azəri pir-bəglər, seyid-şıxlar nəslinin İlahi məntiqidir və bu günkü məntiqin tam əksidir. Bu məntiq haqqında mən internet səhifələrimdəki - "Тайна святого языка Азери" adlı məqalədə yazmışam (sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html). Onların məntiqinə görə, müasir dövrümüzün alimləri dərindən düşünmə qabiliyyəti olmayan, heyvani qüvvələrin idarə etdiyi cahillərdir. Onların yazdıqları da cəfəngiyat və bütpərəstlikdən başqa bir şey deyildir. Buna görə müdriklər dövrümüzü cahiliyyə dövrü adlandırıblar. Sufi müdriklərinin məntiqində bütün qədim abidələr, yazılar - yalnız samitlərin xüsusi məna ifadə etdiyi rəmzlərdir və bu rəmzlər də ancaq sufi məntiqi ilə açılır.
Sufi məntiqində ənkə və ya bənzər anki rəmzi - Şumer və Akkadlarda “qüdrət yeri” mənasını verən nunki rəmzi ilə eyni mənalıdır. Bu "qüdrət yerində" Enlil, An göyünü Ki torpağından ayırıb, arasında nəhəng Allah, onun daxilində isə cənnət yaratmışdı. Bu Allahın qapısını isə Enlil və onun odlu göldən gələn annunaki ordusu Xaldeya-Xelatda, yəni qədim Misir mənbələrindəki Gel şəhərində tikmişdilər. Göydəki Allahın Gel şəhərindəki qapısı mətnlərdə Etemenanki və ya Damkin zikkuratı adlanırdı. Mətnlərdə odlu göldən gələn annunakilər - "od oğlu od" adlanırlar ki, bunlar da Misirin Asar, Azər, yəni Osiris Allahları nəslidir. Bizlərə İlahi Azər odu daşıyan bu müqəddəslər - Azəri pir-bəgləri, seyid-şıxları nəsli kimi tanışdır. Ad-soyadlarında "mir", yəni mar rəmzi qeyd olunan bu müqəddəslər qədimdə Şumer xalqı adlanırdı ki, sufizmdə şumer rəmzi - "Şu marları" anlamındadır.
Qədim Misir kosmoqoniyasına görə, göydəki cənnəti Şu Allahı qaldırıb saxlayır və şumerlilər də "cənnət əhli" mənasında Şu Allahının seyid-bəgləri nəslidir. Bunlar haqda mən "Batin fəlsəfəsində Mardukla Tiamatın mübarizəsinin elmi izahı" adlı məqalədə geniş yazmışam (sayt:
https://firudin.blogspot.com/2021/03/batin-flsfsind-mardukla-tiamatn.html). Qədim Misir mətnlərində bu pirlər nəsli amorey-sutilər, yəni miri-seyidlər adlanırlar. Digər mənbələrdə onların xaldey adlanması da, bu müqəddəslər nəslinin - Azərbaycanın Xelat Atabəglər Ailəsinə aid olması deməkdir. Alban mənbələrinə görə məhz Xelatda Atabəg Sökmən şah özünü - Şah Arman, yəni Ra-Amon Allahı adlandırmışdı. Deməli, ənkə yəni enki rəmzi Azəri pirləri olan Xelat Atabəgləri ilə bağlıdır və mən "Qədim dünyanın Allahları – Azərbaycanın Xilat Atabəgləridir" adlı məqaləmdə bunu sübut etmişəm (sayt: https://gilarbek.blogspot.com/2017/11/qdim-dunyann-allahlar-azrbaycann-xilat.html?m=1).
Digər tərəfdən, sufi məntiqində Xelat eli - Azərbaycanın Qacar ismaili şahlarının Gelat elidir və Əhdi-ətiqdə bu Həcər nəsli aqarlılar adlanırlar. Qədim Misir mətnlərində ismaililərin Aqar (Həcər/Qacar) nəsli - Qor Allahının yolu ilə gedənlər kimi məlumdur. İslamda onlar, sufi məntiqini kamil bildikləri üçün karilər (kurra), yəni "danışan Quran" hesab olunurdular. İnternet səhifələrində bu haqda mənim "Oxuduğumuz Quran - həqiqi Quran deyil" adlı məqaləm var (sayt: https://gilarbeg.wordpress.com/2023/05/10/oxudugumuz-quran-h%c9%99qiqi-quran-deyil/).
Bütün bunlar o deməkdir ki, ənkə əcdadımız Enki - qədim Misirin Ra-Amon və Qor Allahı ilə bağlıdır.
Dövrümüzün məşhur alimi sayılan Devid Rolun yazdığına görə, şumerlilər, Zaqros dağları ətrafından gəlmiş Enmerkarı - İlahilik statusu olan Enki oğlu Asara qədər ucaltdılar. Sufizmdə Enmerkar rəmzi - "Ra-Amon Qor" deməkdir. Başqa sözlə, Azərbaycan Atabəglərinin əcdadı Sökmən şah elə qədim Misirin Ra-Amon, yəni Rəhman Allahının obrazıdır. Şumerlilər, yəni Şu-Şiə miriləri də bu Ra-Amon Allahı - Enki oğlu Asar, yəni "Ənkə oğlu Azər" Allahı adlandırıblar. Mətnlərdə Asar Allahı eyni zamanda Asar-Luhi kimi də yazılır ki, bu da sufizmdə Azər-İlahi, yəni Azər-Allahı deməkdir. Başqa sözlə, Azərilər - Ənkə oğlu Azər (Osiris) Allahlarının pirlər, yəni fironlar nəslidir. İran mənbələrində bu fironlar - farnbaq, yəni firon-bəglər adlanır. Kitabi Dədə Qorqudda bu bəg ərənlər eyni zamanda "An"lar adlanır ki, bu da Azər Allahlarının digər adı olan annunaki, yəni An-nunkilərin - "qüdrət yerinin" bəg ərənləri anlamındadır.
Bunlar o deməkdir ki, Azəri xalqının Ənkə böyüyü - Xelat göylərində İlahdan Allah yaratmış Atabəg Sökməndir. Sökmən rəmzi batini mənada Sak-Amon, yəni Amon Allahın ölümsüz ruhu anlamındadır. Qədim Misir mətnlərində Təkdüz Amon kimi qeyd olunan bu Amon Allah, Kitabi Dədə Qorqudda Bəkdüz Əman kimi qeyd olunur.
Bütün bunlardan çıxan nəticə odur ki, Azərilərin Ənkə böyüyü - bütün bəşəriyyəti, Tək Allahı, Osiris (Azər) Allahları nəslini və göydə onlar üçün cənnət yaratmış, Azəri pir-bəglərinin cəddi-əcdadı Bəkdüz Əmandır.
Firudin Gilar Bəg
Sufi-batin alimi
Комментарии
Отправить комментарий