İsmail qurbanı əslində nə bayramıdır?
Məlumdur ki, Qurban bayramı İbrahim peyğəmbərin oğlu İsmaillə bağlıdır. Mənbələrə görə Allah İbrahim peyğəmbərə, oğlu İsmaili qurban gətirməyi göstəriş verir və İbrahim də oğlunu qurban kəsmək istədikdə, Allah İsmaili bağışladığını bildirir. Əvəzində isə bir qoç göndərir. Bu rəvayətin əsl mahiyyətini anlamaq üçün İsmaillə bağlı bəzi məlumatlara nəzər salmaq vacibdir.
Mətnlərə görə İsmail, atası İbrahimlə birlikdə beytin təməlinin yüksəldilməsində iştirak etmişdir və sonradan bu beytə qulluq etmək ona tapşırılmışdır. Tövratda ismaililərin yurdu Madiamın, yəni Midiyanın Gelad eli adlanır ki, Əhdi-ətiqdə Allah Geladı - "Mənim Geladım" adlandırır. Başqa sözlə, İbrahimin İsmaillə təməlini qoyduğu beyt elə Allahın Beytidir, yəni Beytullahdır. Qurana görə Allah İbrahim peyğəmbər üçün oddan bina tikdirir və onu ora "atır". Bu bina İbrahim üçün təhlükəsiz bir ölkəyə, yəni cənnətə çevrilir. Bu o deməkdir ki, İbrahim peyğəmbərin Gelad elindəki Beyti elə göydə - İlahi oddan yaradılmış cənnət mənasındadır. Əhdi-ətiqdə Gelad eli - Xalda/Xaldeya adlanır ki, orada, "Allahın qapısı" mənasını verən Babil qülləsi tikilmişdir. Bu isə onu deməyə əsas verir ki, Xaldeya, yəni Gelat - göydəki Beytullahın, cənnətin qapısıdır və bura nəzarət də İsmail nəslinə tapşırılmışdır.
Ərəb mənbələrində Gelad, Xalda/Xaldeya eli - Azərbaycan Atabəglər Ailəsinin Xelat malikanəsi adlanır. Quranda Xüld cənnəti dedikdə də məhz Xelat göylərində yaradılmış bu Beytullah nəzərdə tutulur.
Digər tərəfdən, batini mənada İsmail rəmzi İslam rəmzi kimi - "İsa aləmi", "İssi aləmi", yəni ruhlar aləmi, ruhlar dünyası, cənnət fikrini ifadə edir. Deməli, sufizmdə İsmail obrazı - göydə adam formasında yaradılmış Kamil İnsanın, yəni qədim Misir mətnlərində kosmik Atum Allahı adlanan Adəmin obrazıdır ki, onun daxilində Edem cənnəti var olmuşdur.
Dahi sufi alimi Mühiddin ibn Ərəbiyə görə, qurban mərasimi rəmzi mənadadır və Allahın göydəki dünyanı yaratması prosesi ilə bağlıdır. İbn Ərəbi, İbrahimin oğlunu qurban gətirməsini Yaradıcı Allah və onun təcəssümü olan Yaradılmış Varlıqla əlaqələndirir. Burada İbrahim - Allahın ruhu mənasında, qurban isə - öz-özünü qurban gətirən İbrahimin bu ruhunun axirətdə sağ qalması mənasında göstərilir (Mühiddin ibn Ərəbi, "Füsusül hikəm", böl. 4). Tövrata görə bu cənnətin var olması üçün qurbangaha fasiləsiz qurban qanı tökülməldir ki, bu qanın buxarı yerdən qalxıb, göydəki dünyanı "sulayır" (Библия, Быт. 2:6-8). Bu isə o deməkdir ki, qurban mərasimi - Beytullahın yaradılmasında istifadə olunan əsas ritualdır və bu cənnət məhz qurban ruhlarından yaradılmışdır. Mətnlərə görə, bu dünyanın göydə var olması və orada ölümsüzlük qazanmış ruhların "qidası" üçün gündə 500 heyvan qurban kəsilməli idi.
Qədim Misirin "Ölülər kitabı"nda Allahın bu Beyti - Abidos kimi qeyd olunur və burada firon Amon bildirir ki, "Mən öz qurbanlarımı Abidosda yəni Beytdə yerləşdirdim və torpaq yarananda mən Abidosun peyğəmbəri idim". Başqa sözlə, pir-firon Amon Beytullahı qurban ruhlarından yaratmışdır və göydə bu cənnət torpağı yarananda o artıq peyğəmbər olmuşdur. Burada peyğəmbər dedikdə, pir Əmanın ruhunun göydəki cənnətdə ölümsüzlük qazanması nəzərdə tutulur.
Brahman fəlsəfəsinə görə, göydə bir şey yaratmaq üçün qurbanların ruhlarını söz, fikir və əməllə, yəni qurban kəsməklə, mantra oxumaqla və prosesi beyində təsəvvür etməklə - sufizmin Bəqa fazasında göydə toplamaq lazımdır. Hədislərdə, qurbanların ruhlarının göydə toplanması ritualı, Məhəmməd peyğəmbərin həcc prosesi zamanı qurbanlıq heyvanı qovaraq, özü ilə Məkkəyə aparması kimi rəmzləşdirilmişdir və “hədy” adlanır. Peyğəmbərimizin həcc zamanı başına qətran sürtməsi, ətirli yağdan istifadə etməsi, dəvəyə minəndə ihram vəziyyətinə girməsi və s. hərəkətlər onu göstərir ki, o xüsusi ritual həyata keçirən maq, teurq olmuşdur. Batini mənada Məhəmməd rəmzi də - "Midiya maqı", "Adəm məqamı" və s. mənalar verir. Əgər nəzərə alsaq ki, Məhəmməd peyğəmbərin ilk adı Əmin, yəni Məhəmmədül Əmin olmuşdur, razılaşarıq ki, peyğəmbərimiz - göydə İlahdan El, yəni El-İlah, Allah yaratmış, qədim Misir mənbələrində firon Amon adlanan pir Əmanın obrazıdır. Onun ihram vəziyyətində qurbanlıq heyvanı qovaraq, özü ilə Məkkəyə aparması, peyğəmbərin, sufizmin Bəqa fazasında qurban ruhlarını göydə yaratdığı Atum Allahının daxilinə "toplaması" mənasındadır. Sufizmdə həcc rəmzi - Haqq mənasındadır ki, bu da Hacı olmağın əslində insanın Haqqa, Allaha "çevrilməsi" anlamındadır. Qədim Misirdə, Assurda bu proses teurqiya, onu həyata keçirən isə teurq, yəni Türk adlanır ki, teurqlar (Teo-orq) mətnlərdə - qurbanla "Allah yaradan" mənasında qeyd olunurlar.
Bütün bunlar o deməkdir ki, qurban bayramı - qurban ruhlarından göydə El, yəni El-İlah, Allah yaratmağa həsr olunmuş bayramdır. Burada ilk yaradılmış Allah, yəni sufilərin Kamil İnsan adlandırdıqları kosmik Atum Allahını yaradan - İbrahim obrazında göstərilən firon-pir Amondur. İsmail obrazı isə sufi məntiqində axirətdə bu ilk Allahın yerinə keçəcək son Allah, yəni Mehdinin obrazıdır. İslamda və xristianlıqda - "Allah əvvəl və Allah axırdır" dedikdə - əvvəldə gəlmiş Amon, yəni Ra-Amon/Rəhman Allah və axırda Onun yerinə keçəcək Mehdi/Messiya (Rəhim) nəzərdə tutulur. İsmaililərdə bu Mehdi - imam Əli kimi, onun göydə yaranacaq cənnəti isə Əli Vilayəti kimi qeyd olunur. Hədislərdə məhz axirətdə gələcək bu imam Əlinin ardıcılları şiə adlanır. Başqa sözlə, sufi məntiqində bu gün özünü şiə adlandıran müsəlmanlar əsl şiə deyillər və mən bu haqda "Əsl şiəlik və şiələr haqda ağlasığmaz həqiqətlər" adlı məqalədə ətraflı yazmışam (sayt: https://firudin.blogspot.com/2024/12/sl-silik-v-silr-haqda-aglasgmaz-hqiqtlr.html?m=1).
Bütün bunlar o deməkdir ki, İsmail qurbanı - axirətdə gələcək və Mehdi obrazında olacaq imam Əlinin vilayətinin göydə yaranması üçün keçiriləcək böyük Qurban mərasiminin təqlididir.
Firudin Gilar Bəg
Sufi-batin alimi
05.06.2025
Комментарии
Отправить комментарий