Qurandakı "Allahın baldırının açılması" ayətinin təvili
Bu gün sosial şəbəkələrdə müzakirə olunan Quran ayələrindən biri də "Qələm" surəsinin 42-ci ayətindəki bu ifadədir: "Baldırın açılacağı gün səcdə etməyə çağrılacaqlar, ancaq bunu bacarmayacaqlar".
Bu ayəni anlamaq üçün əvvəlcə bilmək lazımdır ki, Zümər (Zümrə) surəsinə görə, Quran kitabı iki mənalı, yəni zahiri və batini mənalı hədislər kitabıdır (2). Batini mənada bu o deməkdir ki, bu kitabda yazılanları, Quranda "anlayan tayfa" adlanan zümrə ikili mənada yazmışlar və onu yalnız o zümrədən olanlar anlaya bilər. Deməli, biz baldırla bağlı ayəni tam anlamaq üçün, zahiri mənalarla bərabər, mütləq batini mənaları da açmalıyıq.
Allahın Baldırının açılması ilə bağlı ayənin tam batini mənalarını verməzdən əvvəl, İslam aləminin ən məşhur alimlərindən biri olan Mühiddin ibn Ərəbinin "Füsusül Hikəm" kitabındakı bu haqda fikirlərinə nəzər salaq. Kitabda baldırın açılması - qiyamət günü sirr pərdəsinın qalxması, Allahın, Onun haqda bilinənlərdən başqa, yeni bir təzahürdə göstəriləcəyi nəzərə çatdırılır. Bu, İlahi sirlərin və həqiqətlərin pərdə arxasından çıxıb bütün əzəməti ilə aşkar olması mənasındadır. İnsanlar - qiyamətin əvvəlinə qədər xəyal etdikləri və ya inandıqları Allaha deyil, tamamilə yeni və uca bir şəkildə təcəlli edən Allaha şahid olacaqlar. O zaman möminlər Allahın əsl mahiyyətini tanıyacaq və Ona tabe olacaqlar. Bu batini məntiq onlara əbədi xoşbəxtliyin və yeni bir cənnətin qapılarını açacaq. Kim o zaman Allahı bu yeni təzahürü ilə qəbul edib ona iman gətirərsə, onun üçün yeni bir məqam, yeni bir cənnət, xoşbəxtlik açılacaq. Başqa sözlə, İbn Ərəbiyə görə "baldırın açılması" - Quranın və hədislərin 7 qat dərin batini mənalarının insanlara aydın olması, Allahın yeni təzahürünü onların qəbul etməsi anlamındadır.
Bu ayəni tam dərk etmək üçün əvvəlcə Qələm surəsinin və rəmzinin batini mənalarını anlamaq lazımdır. Qələm surəsi bütövlikdə, Allahın sonuncu peyğəmbərə müraciətidir və ona həsr olunmuşdur.
Alban mənbələrində "qələm" rəmzi Gelam kimi qeyd olunur ki, məhz bu obraz mətndə - göydə cənnət yaratmış, qədim Misir yazılarında Amon adlanan Allahın obrazıdır. Mən, "Возвращение богов" adlı kitabımı məhz bu kosmik hadisəyə həsr etmişəm (2). "Qələm" (QLM) rəmzi 7 qat dərin batini mənalarda - "Rəhman Allahın Beytullahda, yəni Gel eli olan Gelatda (Qulat) İlahdan ilk yaratdığı mələklər nəsli və onlar vasitəsilə yazdığı Əzəl yazısı" deməkdir. Buradakı Gelat rəmzi - Tövratda Gelad İsmaililəri, İslamda isə ifrat Gelat şiələri adlanan müqəddəslər nəsli və onların eli mənasındadır. Alban mənbələrində bu Gel eli Gelarküni kimi qeyd olunur ki, bu da Gelar elinin, Allahın "Kün!" əmri ilə yaratdığı Adəm və İsa peyğəmbərin eli olması deməkdir. Mən, "Həqiqi İslam – Albaniya bəktaşilərindən başlanır" adlı məqalədə göstərmişəm ki, Quranın və hədislərin hərfi, yəni zahiri mənalarını - Alban Ərənşahlar nəsli, kamil sufi fəlsəfəsini avam insanlar üçün sadələşdirib yazmışlar (3). Bu ərənlər salamlaşanda bir-birlərinə – “Ya Hu ərənlər”, “Hu dost ərənlər”, “Ey Vallah ərənlər”, “Ey Vallah şahim” və s. deyə müraciət edirdilər ki, bu onların Gelarküni Ərənşahlar nəslindən olmaları anlamındadır. Başqa sözlə, "baldırın açılacağı gün" ilə bağlı ayə, Alban Ərənşahlar nəslindən olan və Allahın sirlərini açacaq son peyğəmbər ilə bağlıdır.
Ərənşah (Aranşah) rəmzi batini mənada eyni zamanda İranşah deməkdir ki, Firdovsinin "Şahnamə" əsərində axirətdə gələcək şah Fəridun adlanır (4). Xirad adlanan müdrikliyə sahib olan bu son şah, axirətdə haqq-ədaləti bərpa edir. Kitabi Dədə Qorqudda bu ərənlər - "Hanı öydüyümüz o bəg ərənlər, “Dünya mənim” deyənlər" kimi tərif edilir ki, bu da onların - qədim dünyanın sahibləri olması anlamındadır. Ərənlərin bəg adlanması da, onların, sufizmin Bəqa fazasında İlahla vəhdətə nail olmuş müqəddəslər nəsli olması deməkdir. Buna görə bəg sözü qədim dinlərdə - Boq, Baqa, İeqova, Yaqub, Yaxve və s. variantlarda yazılıb, Allah mənasını verirdi (5).
Tövratda Yaxve, yəni Bəg adlanan Allah bildirir ki, "Onun bir hissəsi (payı) - Onun Xalqıdır; Yaqub onun miras ipidir" (6). Burada "pay" sözü də xalaka (XLK) yəni xalq və ya Xaliq rəmzi ilə verilib ki, bu da bəglərin, Tövratdakı yaradılışı həyata keçirən Allahlar mənasında olmaları deməkdir. Tövrat onları Elohim də adlandırır ki, bu da batini mənada bu bəglərin Azərbaycanın Muğal nəsli olması anlamındadır (7). Bu İsmaililər axirətdə gələcək peyğəmbəri baqiatullah adlandırırlar və bu da Bəg-ayətullah, yəni "Allahın nişanəsi, sübutu olan bəg" deməkdir.
Digər tərəfdən Quranda - "Allah əvvəl və axırdır, zahir və batindir" dedikdə, sonuncu peyğəmbərin axırda gələn və batində, yəni gizlində olub, batini sirləri bilən Allah kimi qəbul edilməsi başa düşülməlidir. Bu surəyə görə məhz axırda gələn - Allahın "baldırını açacaq", yəni Allah və onunla bağlı batini sirləri insanlara izah edəcək.
Baldırın açılması ilə bağlı digər məşhur sufi Əşari bildirir ki, - onlardan, böyük və qüdrətli Allahın baldırının açılacağı və onları səcdə etməyə çağırışla bağlı sorulacaq, lakin onlar bunu edə bilməyəcəklər: "Məgər böyük və qüdrətli Allah kafirlərə gələcək həyatlarında səcdə etməyi əmr etməmişdir? O həqiqətən onlara bunu etməyi əmr edir, hərçənd, səhih rəvayətdə deyilir ki, ikiüzlülərin onurğası qılınc tiyəsi kimidir, buna görə də onlar yerədək əyilə bilmirlər". Başqa sözlə, bu ayədə axirətdəki insanların, Allahın Ruhunu daşıyan son peyğəmbəri qəbul etməyəcəkləri nəzərə çatdırılır.
Quranın digər ayətində Allah, insanların axirətdə gələcək son peyğəmbəri qəbul etmələrini, insanların Ona borc vermələri kimi qəbul edir və bunun əvəzində onların günahlarını bağışlayacağını və cənnətə düşəcəklərini söz verir: "Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan on iki başçı göndərmişdik. Allah dedi: “Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onları ucaltsanız və bununla Allaha gözəl bir borc versəniz - Mən sizinlə olacağam. Günahlarınızın üstünü örtüb, sizi, altından çaylar axan cənnət bağlarına daxil edəcəyəm. Lakin bundan sonra sizdən hər kəs əhdi pozaraq imandan dönsə, o artıq doğru yoldan azmış olar!” (8). Batini mənada İsrail, İzrail rəmzi - Asar-El, Azər-El, yəni Azəri xalqı və onların Eli deməkdir və bu rəmzin müasir yəhudilərə heç bir aidiyyatı yoxdur. Mən, “Qurandakı İsrail oğulları – Azəri bəgləridir” adlı məqalədə bu haqda ətraflı yazmışam (9). Digər tərəfdən, bu ayətin batini mənalarına görə Məhəmməd peyğəmbərin obrazı eyni zamanda axirətdə gələcək son İsrail peyğəmbərinin obrazıdır. Hədislərin birində məhz Məhəmməd peyğəmbər, axirətdə gələcək İsrailin 12 peyğəmbərinin (şiələrdə 12 imam) sonuncusu kimi qeyd olunur. Peyğəmbərimiz deyir: “İsraili peyğəmbərlər idarə etmişlər. Onlardan biri ölən kimi, onun yerinə digəri keçirdi. Lakin məndən sonra peyğəmbər olmayacaq, yalnız xəlifələr olacaqdır və onlar çox olacaqlar”. Peyğəmbərdən soruşdular: “Sən bizə nə etməyi məsləhət görürsən?”. O, dedi: “Siz onlara içdiyiniz anda sadiq olun. Onlara çatası olanı onlara verin. Allah onlardan, sizi necə idarə etdiyini soruşacaq” (10).
Bütün bunlar o deməkdir ki, Qələm surəsinin 42-ci ayətində söhbət, axirətdə gələcək və "anlayan tayfadan" olub, Allahın batini sirlərini açacaq son peyğəmbərdən gedir. Quranda Məhəmməd peyğəmbərin - "İkra", yəni Allahın adı ilə oxuması, onun rəmzlərin 7 qat dərin batini mənalarını bilən və Kari (Kurra) nəslindən axirətdə gələcək son ismaili natiqi olması anlamındadır.
Peyğəmbərimizin əsl adı Məhəmməd-ül Əmindir ki, bu da - "ən böyük təriflərə layiq Əman" deməkdir. Əmin, yəni Əman - qədim Misir kosmoqoniyasında kosmosun ali qurucusu, bəşəriyyəti və onunla bağlı hər şeyi yaratmış Napatlı Amon Allahıdır. Mətnlərdə Ra-Amon adlanan bu Allahı Quran Rəhman Allah adlandırır. Sufi məntiqində məhz O əvvəldə gələn Allah sayılır ki, axirətdə Onun göydə ölümsüzlük qazanmış Ruhu (İsa/İssi) son peyğəmbər kimi yenidən doğulacaqdır. Sufi məntiqində hər şey əvvəldə və axırda gələn bu Allahın Ruhuna aid edildiyi üçün, Məhəmməd adı, yəni "ən ali təriflərə layiq" ifadəsi axırda gələcək son peyğəmbərə də aid edilir.
Bütün bunlar haqda daha ətraflı məlumat əldə etmək üçün, ayətdəki rəmzlərin daha dərin mənalarına nəzər salmaq lazımdır.
Ayədə "baldır" sözü "sakın" kimi yazılır ki, Quranın bu rəmzi batini oxunuşda - sakin, yəni İlahın, Allahın sakin olduğu yer anlamındadır. Tövratda "skiniya", yəni "İlahın sakin olduğu çadır" mənasını verən bu rəmz, Alban mənbələrində "sisakan" kimi qeyd olunur və Beytullahın yaradıldığı Gel şəhərinin, Gelarküni elinin sakinlərinə aid edilir. İlahın sakin olduğu vəhy çadırı İslamda peyğəmbərimizin əbası, kisa kimi məlumdur. Başqa sözlə, "Allahın baldırı" ifadəsi batini mənada - Allahın sakin olduğu Sisakan, yəni Gelarküni nəsli ilə bağldır. Yunan mifologiyasında bu obrazda, Zevs Allahının Semeladan olan oğlu Dionis (Valeh, Baxus) göstərilir. Semela yanarkən Zevs onun bətnindəki hələ tam formalaşmamış körpəsini (Dionisi) xilas edir. Uşağı qorumaq və böyütmək üçün öz baldırını (budunu) yararaq, körpəni bura yerləşdirir və sonra o "ikinci dəfə doğulur". Batini mənada Semela (SML) rəmzi İsmail kimi də oxunur ki, bu da bu obrazın Gelat İsmaililəri ilə bağlılığı deməkdir. Burada Dionis - Allahın oğlu sayılır ki, bu da sufi məntiqində axirətdə gələcək Allahın, əvvəldə gəlmiş Amon Allahın oğlu rəmzində olması anlamındadır. Bənzər obrazlar Hind fəlsəfəsində də var və orada bu nəsil - "buddan doğulanlar" adlanır. Bu baxımdan "Allahın baldırının açılması", Gelad İsmaililəri nəslindən olan Allahın, axirətdə ikinci dəfə doğulması, yəni Amon Allahın Ruhunun yenidən insan simasında zühur etməsi mənasındadır.
Digər tərəfdən, baldır mənasını verən "sakin" rəmzi İslamda Səkinə kimi də məlumdur. İbn Ərəbi fəlsəfəsində qiyamət günü, yəni baldırın açılması, batini ariflər üçün ən böyük mənəvi rahatlığa — İlahi Səkinəyə qovuşma anıdır. Bu Səkinə bizlərə "tabuti Səkinə" kimi də məlumdur ki, bu da məşhur "Əhd sandığı" deməkdir. Məlumdur ki Əhd sandığı axirətdə açılacaq və onun "daxilində olan" ilkin materiya, yəni İlah - od şəklində göylərə qalxacaq. Quranda bununla bağlı deyilir: "Onun hökmdarlığının əlaməti, içində sizlərə Rəbbinin mövcudluğu və Musa ilə Harun ailəsinin saxladığından qalan bir sandığın gəlməsi olacaqdır. Onu mələklər gətirəcəklər» (11). Başqa sözlə, "baldırın açılması" eyni zamanda İlahın sakin olduğu sandığın gəlməsidir ki, onu Allahın sirlərini açan üzə çıxaracaq. Hədislərə görə bu zaman sandıqdan çıxan İlahi od Azərbaycandan dünyaya yayılacaq. Bundan sonra göydə ikinci Adəm və onun daxilində ikinci cənnət eli yaranacaq. Alban mənbələrində bu el - Alu kimi də qeyd olunaraq, elə Alban ölkəsi deməkdir. Batini məntiqdə "alban" rəmzi "Nəbi-Eli" mənasını verir. Mətnlərə görə göydəki bu el Allah tərəfindən axirətdə Gelarküni nəslindən bir nəfərə vəd edilmişdir (12).
Alu, yəni Alban ölkəsi qədim mənbələrdə El kimi yazılır ki, Orxon-Yenisey mətnlərinə görə, göydəki birinci Eli Tanrıdan, yəni İlahdan Türk xanı yaratmışdır. İlahdan yaradılmış bu Eli, yəni El-İlahı (Allah) Gelad İsmaililəri Əli-İlahi adlandırıb, göydəki Əli vilayəti kimi qəbul edirlər. İfrat Gelad şiələrinin Əli-İlahi təliminə görə, Allah-Əli imam Əli simasında zühur etmişdir ki, axirətdə Allahın sirlərini açıb, öz Quranını yaysın (13). Çünki məhz o Allah elminin qapısı olacaq və insanlar yalnız onun vasitəsilə İlahi həqiqətləri dərk edəcəklər.
Tövratda Allah mənasında olan El-İlah, yəni Əli-İlahi rəmzi Yaşar-El rəmzinə aid edilib, Azər-Eli, Osiris Allahının göydəki eli mənasında verilir. Sonradan qədim yəhudi seçilmişləri, yəni Xəzər Türk bəgləri bu rəmzi İzrail kimi oxumuşlar. Tövrata görə Yaqub peyğəmbər İlahla güləşdikdən sonra İzrail (YaşarEl) adını alır ki, batini mənada bu - Türk bəginin sufizmin Bəqa fazasında İlahla vəhdətə nail olub, Azər, Osiris Allahına çevrilməsi deməkdir (14). Yaqub rəmzi də Yabqu rəmzi kimi "Ya-Bəg" anlamındadır və Tövratda məhz onun nəsli, Allahın Özünə Qulluq üçün ayırdığı seçilmişlər adlanır. Quranda - "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın" dedikdə Yaqub nəsli, yəni Azəri bəgləri nəzərdə tutulur. Batini mənada Yaqub və Rahil rəmzi - Gelar Bəg deməkdir ki, bütün yəhudi peyğəmbərləri, qədim allahlar və padşahlar bu nəsildən olmuşlar (15). Qədim Misir mətnlərində Napatlı Amon Allahı adlanan bütün bəşəriyyətin yaradıcısı - Gelar bəglərinin ulu əcdadı Niftalı Əmənullahdır. Başqa sözlə, Allahın baldırını açan, batini mənada - elə bu "baldırla" bağlı olan son peyğəmbər olacaqdır.
Lakin bu ayədə Allah insanları - axirətdə gələcək son peyğəmbərə səcdə etməyə çağırır ki, bu da onun Amonun Ruhunun (İsa) tənasüh etdiyi Allah kimi qəbul edilməsi deməkdir. Başqa sözlə, Rəhman Allah və Quran, sirləri açan peyğəmbəri Allah kimi qəbul edir.
Bütün bu yazılanlardan çıxan nəticəni ümumiləşdirsək, Qələm surəsinin 42-ci ayətindəki - "Baldırın açılacağı gün səcdə etməyə çağrılacaqlar, ancaq bunu bacarmayacaqlar" ifadəsinin təvilini belə vermək olar: "Axirətdə Allah haqqında həqiqətlər, Allahın Özünə Qulluq üçün ayırdığı seçilmişlər nəsilindən olan sufi arifi tərəfindən açılacaq. O əhd sandığını açıb, batini sirləri insanlara izah edəcək. Allah insanları ona səcdə etməyə çağırsa da, insanlar bunu qəbul edə bilməyəcəklər. Çünki onlar Allahın İradəsini öz iradələrindən üstün tutmağı bacarmayacaqlar.
Bütün bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, internet səhifələrimdəki Batini-Quran və digər 7 kitabda və yüzlərlə elmi məqalələrimdə verilmişdir.
Ədəbiyyat
1. Quran, 39:23
2. "Возвращение богов" kitabı, sayt: https://gilarbey.blogspot.com/2013/05/blog-post_3978.html?m=1
3. Məqalə: "Həqiqi İslam – Albaniya bəktaşilərindən başlanır", sayt: http://gilarbek.blogspot.com/2019/04/hqiqi-islam-albaniya-bktasilrindn.html?m=1
4. Məqalə: "Kəyan taxtının qanuni varisi kimdir?, sayt: https://firudin.blogspot.com/2026/03/kyan-taxtnn-qanuni-varisi-kimdir.html
5. Məqalə: "Значение тайной имени еврейского Бога – YHWH", sayt: https://firudin.blogspot.com/2023/08/yhwh.html?m=1
6. Библия, Второзаконие 32:8–9
7. Məqalə: "Человека сотворили Хазарские беки - Элохимы", sayt: https://firudin.blogspot.com/2023/11/blog-post.html?m=1
8. Quran, Maidə, 12,13
9. Məqalə: "Qurandakı İsrail oğulları – Azəri bəgləridir”, sayt: http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html
10. Джон Бертон, “Мусульманское предание: Введение в хадисоведение”, SPb, 2006, səh. 83
11. Quran, 2:248
12. Məqalə: “Истина об Израильском царстве”, sayt: https://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1226
13. Məqalə: "Qaib imam Mehdi - danışan Qurandır", sayt: https://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1133
14. Məqalə: "Расшифровка Торы: С кем боролся Иаков?", sayt: https://gilarbek.blogspot.com/2017/03/blog-post.html?m=1
15. Məqalə: "Великие деяния сыновей Иакова и Рахили», sayt: https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1
Firudin Gilar Bəg
Sufi-batin alimi
8.06. 2026
Комментарии
Отправить комментарий