Azərbaycan Atabəglər Ailəsi və Onun 32 müqəddəs xalqı
Biz bu
məqaləni Qarabağ döyüşlərində rəşadət və qəhrəmanlıqla döyüşmüş Azərbaycan əsgərinə həsr edirik. Bu döyüşlərdə
- dinindən, millətindən, sosial təbəqəsindən asılı olmayaraq, bütün Azəri
oğulları bir yumruq kimi birləşib, düşmənə və dünyaya Azərbaycanın qüdrətini
göstərdilər. Bu məqaləmizdə biz bu ərənlərimizin əsl-nəcabəti haqqında heç
kimin bilmədiyi sirlərə aydınlıq gətirəcəyik.
Azərbaycan haqqında bu günə qədər çox kitab və məqalələr yazılmışdır.
Lakin bu yazılanlar qədim müdriklərin vahid kamil fəlsəfəsindən xəbəri olmayan,
bir qədim mənbəyə belə tam izah verə bilməyən mütaliəçilərin yazılarıdır. Buna
görə də bütün qədim mətnlər, rəmzlər bu günə qədər məntiqi izahsiz qalmışdır.
Biz isə qədim yazılara, onları yazan müdriklərin öz məntiqi ilə, yəni Quranda ən
ali elm kimi təqdim edilən Süleyman peyğəmbərin "Quş dili" məntiqi ilə
izah verəcəyik. Bu məntiq, samitlərin xüsusi məna ifadə etdiyi rəmzlər elmidir
və bizlərə sufi-batin elmi kimi də tanışdır. Məlumdur ki, Tövrat, yəni Torah
kitabı da bu məntiqlə, yəni yalnız samitlərlə yazılmışdır. Batinilərdə
"Torah" rəmzi - "Türkün Tərikə
yolu" anlamını verir. Yəhudi mənbələrində bu rəmzlər dili
"tarqum" adlanırdı və xaldeylərin aramey dili ilə eyniləşdirilirdi (Məqalə:
"Azər Allahı, Onun müqəddəs Dili, Dini və Eli", sayt:
https://firudin.blogspot.com/2020/04/azr-allah-onun-muqdds-dili-dini-v-eli.html?m=1).
Sufi-batinilikdə aramey (RM) rəmzi İrəm (RM) cənnəti ilə bağlı rəmzdir və mənbələrdə
amorey, yəni mar (MR) kimi də yazılır. Midiya xalqı mənasında olan
"mar" rəmzi isə qədim Misirdə "göyə qaldırılmış torpaq" və
s. mənasında olmaqla göydəki İrəm cənnətinin xalqı fikrini ifadə edirdi (Məqalə:
"Göydə cənnət yaratmış Azəri bəgləri - Şəddadilər", sayt:
https://firudin.blogspot.com/2020/09/goyd-cnnt-yaratms-azri-bglri-sddadilr.html?m=1).
Xaldeya, mənbələrdə Babil qülləsinin tikildiyi eldir ki, bu qülləni də
Şərqdən gələn və bir dildə danışan ilk varlıqlar - Assurlar tikmişlər. Tikiliş
qurtardıqdan sonra Allah onların vahid dilini 70 dilə bölmüş və dünyaya səpələmişdi.
Araşdırıcılara görə, tarqum dili - 70
dildə yazılmış mətnlərə təfsir, şərh, daha doğrusu təvil verən xüsusi dildir.
Onun mənası da mistik fikirlər, ideyalarla bağlı batini mənalardır. Bu batini mənalar
- Tərikə yolu gedən və Teurqiya vasitəsi ilə yaradan Türk/Teurqun ekstatik
durumda göydə Adəmi və cənnəti yaratma prosesinə həsr olunmuşdur (Məqalə:
"Тайна святого языка Азери", sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html).
Deməli, tarqum dili elə Türkün (Teurq) tərikə (teurqiya) yolunun rəmzlər
dilidir. Bütün bunlar isə o deməkdir ki, Türk dili - Xaldeyada Babil qülləsini
tikən ilk varlıqların, yəni Asar/ Osiris Allahlarının ekstatik dilidir. Məhz bu
Asar/Azər Allahları mənbələrdə Xaldeya aramey-amoreyləri adlanırdılar (Məqalə:
"Истина о смерти и воскрешении Бога Осириса-Руса", sayt: https://firudin.blogspot.com/2020/10/blog-post_31.html).
Babil (Vavilon) rəmzi batini məntiqdə qədim Misirin Ba (Va), Benu (Van) ruhlarının
ölümsüzlük qazandığı El mənasındadır və mənbələrdə Bel/Vaal/Balaat/Vilayət kimi
də keçir. Bu rəmz bizlərə Alban, Livan kimi də məlumdur ki, bu rəmzlər də
El-Benu, El-Van mənasındadır. Deməli, Babil qülləsi Alban ölkəsi ilə bağlıdır.
Bilirik ki, Babil qülləsi Sennaar çöllərində tikilmişdir. Sennaar rəmzinin kökü
Sin (SN) rəmzidir və Misir dilində bu rəmz SNQR kimi qeyd olunur. “SNQ-R” rəmzinin
“SNQ” hissəsi batinilikdə Sünik rəmzi ilə eynidir və bəzən mənbələrdə bu rəmz
Süni kimi də yazılır. Süni isə elə Sin, Sinay deməkdir. Başqa sözlə, batinilərə
görə yəhudilərin Sinay/Sion dağı elə Albaniyanın Süni/Sünik dağıdır. Təbrizli
Arakelə görə, bu dağda müqəddəs Atalar, ruhların əbədi yaşaması üçün “səhra”
tikmişlər (А. Даврижеци, "Книга Историй", М.,1973, böl.24,51). Bu isə
o deməkdir ki, Sennaar, yəni Süni/Sünik çöllərində Ba/Benu ruhlarının
ölümsüzlük qazanması üçün tikilmiş Atalar Monastırı elə Babil/Alban qülləsidir.
Bu ruhlar dünyasını biz cənnət, vəd olunmuş torpaq, Asar/Osirisin ölüm şahlığı
və s. kimi də tanıyırıq. Bütün dini kitablar bu cənnətin yaradılmasına və oraya
düşməyin yollarına həsr olunmuşdur (Məqalə: "Основой всех религий является
одно космическое событие", sayt:
https://firudin.blogspot.com/2020/04/blog-post.html?m=1).
Digər tərəfdən, Sinay/Süni dağını müqəddəs həvari Pavel “Aqar”
adlandırır ki, bu da İbrahim peyğəmbərin Aqaradan olan oğlu İsmail (İzmail)
tayfasının 12 şahzadələrinə də işarədir. İsmailin 12 şahzadələrinin dini isə mənbələrdə
İsna-Aşəriyə adlanır və bu da "Süni/Sinay dağındakı Aşər, yəni Asar/Osiris
Allahı" fikrini ifadə edir. Bu isə o deməkdir ki, İsna Aşəriyə adlanan və
“On iki” rəmzi ilə bağlı olan din - Sina/Sünikdə, yəni Xaldeya göylərində
yaradılmış Asar/Osiris ruhlar dünyası ilə bağlı olan dindir (Məqalə: "Həqiqi
İslam - Albaniya bəktaşilərindən başlanır", sayt:
http://gilarbek.blogspot.com/2019/04/hqiqi-islam-albaniya-bktasilrindn.html?m=1).
Belə çıxır ki, Xaldeya elə ifrat ismaili şiələrinin Gelat (Gelati-Şiə) elidir.
Xaldeya/Gelat rəmzi isə qədim Misirin Atum Allahının yaradıldığı Gel şəhərinin
rəmzidir. Bütün bunlar onu bildirir ki, Xaldeyada tikilmiş Babil/Alban qalası,
bütün dinlərin kökündə duran Asar/Osiris Allahının ruhlar dünyası, yəni İrəm cənnətidir.
Sufi-batinilərin "Quş dili" məntiqinə görə, Şərqdən gələn və
ekstatik dilidə "danışan" ilk varlıqlar Midiya mar-amoreyləri
olmuşlar. Mənbələrdə Asar/Osiris Allahları da adlandırılan bu teurq/türklər,
Xaldeya, yəni Gelat-Gel elində, "başı göylərə çatan" Babil qülləsini
- Alban ölkəsini yaratmışlar. Albaniyanın məhz bu Atalar Monastırı mənbələrdə
İrəm cənnəti adlanır ki, bütün dinlərin həsr olunduğu cənnət də, göydə
yaradılmış bu mələklər dünyasıdır. Digər tərəfdən, Xaldeya rəmzi mənbələrdə
Xelat/Xilat kimi də yazılır ki, bura Azərbaycan Atabəglər Ailəsinin malikanəsi
hesab olunur.
Mənbələrə görə, II Nəsir əd-din Məhəmməd Sökmən - Xelatı, "on
iki şəhəri" və s. fəth etdikdən sonra özünü Şahi-Ərmən, yəni Ra-Amon
Allahı adlandırmışdı (Məqalə: "Qədim dünyanın Allahları - Azərbaycanın
Xilat Atabəgləridir", sayt: http://gilarbek.blogspot.com/2017/11/qdim-dunyann-allahlar-azrbaycann-xilat.html?m=1).
Bu isə o deməkdir ki, Atabəg (Bəglərin Atası) II Nəsir əd-din Məhəmməd Sökmənin
obrazı - qədim Misir yazılarında "Bütün Allahların Atası və Ağası"
adlandırılan Ra-Amon Allahının obrazıdır. Kitabı Dədə Qorqudda Bəkdüz Əmən kimi
qeyd olunan bu obraz qədim Misir yazılarında Təkdüz Amon kimi keçir. Deməli, qədim
Misir Allahları elə Oğuz bəgləridir. "Bəg" rəmzi həqiqətən də İran və
Rus mənbələrində (Baqa, Boq) "Allah" mənasında işlədilir.
Atabəglər Ailəsinin kimlər olduğunu müəyyənləşdirmək üçün, məşhur
alimimiz Mirəli Seyidovun qeyd etdiyi bir Oğuz Atalar sözünə müraciət edək.
Burada deyilir: ”Oğuzdan 366 alp qopdu, 24 xas bəy, 32 Səkcək Sultan Salur
Qazan oqçisi Quzan peklisi Qormuş oğlundan Qorqud” ("Azər Allahının
tarixi" kitabı, sayt:
http://gilarbey.blogspot.com/2013/03/azr-allahinin-tarixi-1.html?m=1). Bu
Atalar sözündə Oğuzdan, yəni Xaos, ilkin materiya, İlahi od, nur mənasında olan
substansiyadan yaradılmış Asar/Osiris Allahları və pir-bəglərdən danışılır. Bənzər
rəmzlərə qədim Misir yazılarında da rast gəlmək olar. Mətnlərdə 365 qurbangahın
qurulması, Osirisi gözləyən 24 xüsusi Allahlar, 32 sülalənin idarəsi və s.
haqqında məlumatlar verilir. Batini mənada bunlar - bir ilin hər saatına nəzarət
edən Allahları bildirir ki, bu da zamanın yaradılması və Asar Allahlarının ona
nəzarəti anlamındadır. Lakin 24 rəmzi həm də mələklər nəslinin, yəni bizim
şahlar və peyğəmbərlər nəsli kimi tanıdığımız göy insanlarının rəmzidir.
Buradakı "32 Səkcək Sultan Salur Qazan oqçisi Quzan peklisi Qormuş
oğlundan Qorqud” rəmzi isə pir-firon Amonun göydə İrəm "Dünya"sını,
Allahları yaradanda, ona kömək edən
müdriklərin sayıdır. Qeyd edək ki, qədim Misirin ruhlar dünyasının, yəni İç
elinin 42 hakimi vardı ki, bunlardan 10 Allahın adı, Qor (Ra/Ra-Amon) Allahının
müxtəlif adlarıdır. Deməli, buradakı 32-lər və Qor Allahı birlikdə ölülər
dünyasının 42 hakimləridir ki, Babil qülləsinin girişində insan ruhlarını
bunlar mühakimə edir və onların cənnətə, cəhənnəmə düşmənlərinə qərar verirdilər.
Başqa sözlə, Azərbaycan Atabəglər Ailəsi dedikdə 33 bəgdən ibarət müqəddəs Ailə
nəzərdə tutulmalıdır. Otuz üç müqəddəsdən ibarət bu Atabəglər Ailəsi İslamda -
“Sadat silsiləsi”, “Aliyə silsiləsi”, “Qızıl silsilə” və s. adlanır və onlar
İslam dininin bütün dövrlərində xüsusi vəzifə yerinə yetirən müdriklər hesab
olmuşlar. Avropa masonluğu da bu 33 Azəri bəgləri ilə bağlıdır və bu rəqəm
masonluqda ən ali dərəcəni bildirir (Məqalə: "İlk mason təşkilatı Azərbaycanda
yaradılmışdır", sayt:
http://gilarbek.blogspot.com/2014/02/ilk-mason-tskilat-azrbaycanda-yaradlmsdr.html?m=1).
Bütün bunlar o deməkdir ki, ən qədim Misir mənbələrində Allahlar deyəndə,
ümumiyyətlə 120000 ilk yaradılmış varlıqlar, yəni Asar/Osiris Allahları nəzərdə
tutulurdusa, onları - Ataları və Ağaları Təkdüz Amon öz 32 bəgləri ilə idarə
edirdi. Babil qülləsi tikilib qurtardıqdan sonra, Ra-Amon Allah bu müqəddəslərin
ekstatik dilini Türk dili adlandırdı və ondan rəmzi 70 dil yaradaraq, Azəri/Asar
xaqanlarını dünyaya səpələdi. Məşhur alim Murat Acı bu səpələnməni -
"Xalqların böyük köçü" kimi qeyd edir. Murat Acının gəldiyi nəticəyə
görə, qədim dövrlərdə bütün ölkələrin şahları - öz aralarında və sarayda Türk
dilində, öz xalqları ilə isə bu 70 dilin biri ilə danışırdılar (Məqalə:
"Правители мира и их единый «язык птиц», sayt:
https://firudin.blogspot.com/2020/08/blog-post.html?m=1). Əgər "Türk
dili" rəmzinin həm də Tərikə, yəni ekstatik dil mənasında olduğunu nəzərə
alsaq, razılaşaraq ki, bu şahlar nəsli, əcdadları Ra-Amon/Rəhman Allahla da bu
"dildə" əlaqə saxlayırmışlar. Başqa sözlə, ekstatik dil mənasında
olan Türk dili - şahlar nəslinin həm Allahla rəmzi əlaqə dili və həm də öz
aralarında və sarayda danışıq dil mənasında olmuşdur.
Strabonun məlumatına görə Albaniya əhalisi 26 dildə danışan
tayfalardan ibarət olmuşdur. Bu o deməkdir ki, dünyaya səpələnmədən əvvəl
yaradılmış dillərin 26-si buradakı müqəddəs ocaqda qalmışdı. Bu gün Azərbaycanda
qonşu kəndlərin dilləri arasında da bəzən kəskin fərqlər görünür ki, bu da dillərin
məhz Azərbaycanda "dəyişdirilməsi" ilə bağlıdır.
Digər tərəfdən bu o deməkdir ki, bu gün müxtəlif dillərdə danışan və
bizim etnik qrup adlandırdığımız insanlarımız - Azərbaycan Atabəglər Ailəsinin
32 bəglərinin törəmələridir. Otuzikilər tayfa birliyi haqqında XVI-ci əsirdə
yazılı mənbələrdən məlumatlar vardır və Azərbaycan, Türkiyə ərazisində bu adda
kəndlər mövcuddur. Bu Atabəglər ailəsi - İlahla vəhdətdə olan müqəddəslər nəslidir
ki, onların soy adlarında bu müqəddəsliyə "işarələr" qeyd olunur. Qədim
mənbələrdə "Göy insanı" adlandırılan bu müqəddəslərin ad-soyadlarında
əsasən "pir", "mir", "bəg", "xan",
"şah", "seyid" (şad), "şıx" və s. rəmzlər qeyd
olunur. Rus imperiyasının Azərbaycanı zəbti zamanı, yerli müqəddəslər nəslinə
qarşı divan tutuldu və insanlar məcburən öz əsilzadəliyini gizlətmək üçün, bu rəmzlərdən
imtina etdilər. Buna baxmayaraq bu gün də insanlarımızın ad-soyadlarında, kənd
adları və toponimlərində bu xalqın ulu və müqəddəsliyinə işarələr qalmışdır.
Yazdıqlarımızdan çıxan nəticə odur ki, bu gün Azərbaycanı təşkil edən
və müxtəlif dillərdə danışan etnik qruplar və xalqlar - müqəddəs Azərbaycan
Atabəglər Ailəsinin üzvləridir. Onların müqəddəsliyi, qədim müdriklərə görə
küldən yaranmış adi insandan fərqli olaraq, göydəki ilkin materiya ilə vəhdətdə
olmalarıdır (Məqalə: "Что означает святость и кто такие святые",
sayt: https://firudin.blogspot.com/2020/10/blog-post.html?m=1). Ümumiyyətlə
bilmək vacibdir ki, Allah cəmi iki növ insan - göy və yer insanı yaratmışdır.
Ölümsüz yaradılan göy insanını Allah Özü, ölümlü yer insanını isə bu göy
insanları yaratmışlar (Məqalə: "Истина о небесных и земных людях",
sayt: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1). Danışdığı dilə
görə insanları millətlərə, xalqlara bölənlər isə, özlərinin yer insanları
olmaları gizlətmək və göy insanlarının tarixinə sahib çıxmaları ilə bağlıdır.
Bütün dilləri - Azərbaycan Atabəglər Ailəsi, Babil qülləsinin yaradılış sirlərini
adi insanlardan gizli saxlamaq məqsədi ilə yaratmışlar.
Göy insanlarının Ataları və Ağaları isə, qədim mənbələrdə Ra-Amon/Rəhman
Allah hesab olunurdu. Ona görə, bu gün də çətinə düşən pir-bəglər, seyidlər,
şıxlar - "Ya Cəddim" deyib, əcdadları Rəhman Allahdan kömək istəyirlər.
Rəhman Allah da, Özünə qulluq üçün yaratdığı bu seçilmişlərinin xahişini həmişə
"eşidərdi". Qədim dünyanın bütün peyğəmbərləri də, qara ciyərinə
xüsusi funksiya - Allahla əlaqə funksiyası verilmiş Azərbaycan Atabəglər Ailəsinin
üzvləri olmuşlar (Məqalə: "İslamın 124 min peyğəmbəri kimlərdir?",
sayt: http://gilarbek.blogspot.com/2014/01/islamn-124-min-peygmbri-kimlrdir.html?m=1).
Bütün bu yazdıqlarımızdan çıxan nəticə odur ki, bu gün Azərbaycan
adlanan ölkəmiz - bütün insaniyyətin yaradılışını və inkişafını təşkil edən Azərbaycan
Atabəglər Ailəsinin müqəddəs ocağıdır. Burada əzəldən yaşamış bütün xalqlar,
etnik qruplar və s. adlanan əhali - "Dünya"nın yaradılmasında xüsusi
rol oynamış 32 müqəddəs bəgin törəmələridir. İkinci Qarabağ müharibəsi göstərdi
ki, bu gün bu müqəddəs Otuzikilər nəsli, yaradılışın başlanğıcında olduğu kimi
yenə də vahid bir Ailədir. Bu isə parçalanaraq öldürülmüş Azərin, yəni
Asar/Osiris Allahının yenidən bütövləşib dirilməsinin başlanması deməkdir.
İnşaallah Allah Əzəl yazıda yazdığını tamamlar və Azərbaycan yeni dünya düzənində
öz müqəddəs rolunu oynayar.
Firudin Gilar Bəg
Sadıq Gilarbəyli
Комментарии
Отправить комментарий