Cahiliyyə dövrümüzün alimləri və həqiqət

          Yaşadığımız bu dövrü qədim müdriklər cahiliyyə dövrü adlandırıblar. Çünki insanlar hardan gəlib hara getdiyini, necə yarandığını bilmirlər, lakin özlərini kamil insan hesab edirlər. Bu gün bütün qədim mənbələr insanlar üçün dərkolunmaz qalır. Heç kim bu mənbələrdə söhbətin nədən getdiyini bilmir.

Tarix, fəlsəfə, din, folklor və s. sahələr insanlar üçün hələ də qaranlıqdır. Tarixin ölkəmizlə bağlı iki faktına nəzər salaq. Mənbələrdə Xəzər dənizi okeanın yanında göstərilir ki, bunun izahı yoxdur. Şah İsmail Xətai mənbələrdə həm Allah kimi, həm adamyeyən Hannibal kimi və həm da axirətdə gələcək Mehdi kimi qeyd olunur ki, bunun zahiri məntiqlə açması yoxdur. Mən hələ Rusiyanın, Hindistanın və başqa ölkələrin mistik tarixini demirəm. Fəlsəfə də eyni vəziyyətdədir. Bu gün heç kim Əflatunu, Filonu, Demokriti, Falesi və başqa filosofları tam anlaya bilmir.
Dinlər bundan da pis vəziyyətdədir. İnsanlar anlamadığı nağılları ilahiləşdirib din adlandırıblar və bu gün faktiki olaraq hamı bütpərəstliyə sitayiş edir. Hətta ağıllı xalq sayılan yəhudilər Tövratda söhbətin nədən getdiyini anlamırlar. Heç İsrail sözünün nə demək olduğunu bilmirlər. Mistik Kabala alimləri isə dərk etmədiyi halda bu elmi biznesə çeviriblər. Bu gün bir İslam alimi, ayətullahı, şeyxi - Mühiddin Ibn Ərəbi, Əl Qəzalı və s. kimi İslam dahilərinin yazdığını anlamır. Bütün qalan dinlər də bu vəziyyətdə bütpərəstliyə çevrilmişdir.
Nizami, Füzuli, Nəsimi və s. kimi dahiləri dərk etməyib irfandan danışan ədəbiyyat alimləri doğrudanmı bu sufilərin kişinin qadına olan məhəbbətdən yazdıqlarına inanırlar?
Bu gün heç bir qədim abidənin, rəsmin və s. sənət nümunələrinin əsl mənası anlaşılmamışdır. Başqa cür desək bu gün bütün qədim yazılı və şifahi ədəbiyyatlar, abidələr dərkolunmaz qalır və alimlər milyonlarla mənbələr arasında "kor kimi gəzirlər". Buna baxmayaraq bu sahələrə milyonlar ayrılır və alimlər faktiki heç nə izah etmədikləri halda yüksək elmi dərəcələr və maaşlar alırlar. Bu, bir qrup saxta elm adamlarının, din xadimlərinin insanları cahil yerinə qoyub, ölkənin büdcəsinin bir hussəsini mənimsəməsi deməkdir. Başqa sözlə, qəbul olunmuş humanitar sahələrin alimləri, elm adı ilə bilərəkdən ya bilməməzlikdən xalqı aldatmaqla məşğuldurlar. Qədim mənbələr isə qəbul olunmuş bugünkü məntiqlə, yəni birbaşa mənada dərkolunmaz qalmaqdadır. Bunun səbəbi bütün yazıların müdriklər tərəfindən rəmzlərlə kodlaşdırılmasıdır və yalnız kodu biləndə bütün sirlər açılır. Qədim mənbələri dərk etməyin yeganə yolu da, mənbələri tərtib etmiş qədim müdriklərin öz məntiqinə müraciət etməkdir. Bunun üçün ilk növbədə insan öz yaradılışını bilməlidir.
Müdriklərə görə iki növ insan, yəni göy və yer insanı yaradılıb ki, bütün qədim yazılar məhz göy insanları nəslinə aiddir. Yer insanının həyat tərzi heyvanın həyat tərzindən fərqlənmədiyinə görə onlar yazılarda qeyd olunmağa layiq görülməmişlər. Quranda göy insanları - bəşəriyyətdən üstün yaradılmış İsrail oğulları adlandırılır. Onların digər insanlardan üstünlüyü də onlara verilən xüsusi elmdir ki, Quranda bu elm Süleyman peyğəmbərin "Quş dili" adlanır. Bu gün məlum olur ki, bütün Avropa şahları - "Quş dili" bilən Gel oğullarının nəslidir. Bu İsrail oğullarının yurdu isə Tövrata görə Midiya izmaililərin Gelad elidir ki, Allah bu eli Özününkü hesab edir. Azərbaycan tarixində ismaililərin Gelad yurdu - Azərbaycan Atabəglər Ailəsinin Xelat eli kimi qeyd olunur.
İslamda Gelad eli bizə - ifrat şiələrin eli kimi, onların elmi isə ismaililərin batin elmi kimi tanışdır. Batinilərin İsmaili fəlsəfəsi - İsna Aşəriyə dininin əsasıdır. İsna Aşəriyənin on iki imamı Quranda İsrailin on iki şahı kimi qeyd olunur. İsna-Aşəriyə batini mənada - "Sina (Süni/Sünik) dağındakı Azər" Allahı deməkdir və bu Azər Allahı elə qədim Misirin Asar, yəni Osiris Allahıdır. İsrail/İzrail adı da Asar/Azər, yəni Osiris Allahın Eli mənasındadır. Deməli, qədim mənbələrdə göy insanı dedikdə - qədim Misirin Osiris Allahları nəsli nəzərdə tutulmalıdır ki, məhz bu Azəri pir-bəgləri, seyid-şıxları Quranda İsrail oğulları adlandırılır.
Ən qədim Misir mənbələrində Azəri pirlərinin Gelad eli - Gel şəhəri kimi keçir və mənbələrə görə bütün Misir ovsunlarını, yazılarını bu müdrik kahinlər yazmışlar. Əflatun onları filosof-şahlar nəsli adlandırır ki, onlar Qacar (Qor yolu ilə gedən) şahları nəsli olan Albanların Gelarküni, ərəblərin isə Cəlair adlandırdığı padişahlar nəslidir. Onların Gel şəhərində isə firon (pir) Amon və Onun Assur teurqları (Azəri türkləri) ilkin materiyadan, yəni İlahdan göydə Allah yaratmışlar. Qədim dünyanın bütün mənbələrində də pir Amonun yaratdığı bu Allahdan danışılır. Başqa sözlə, tarix, fəlsəfə, din, folklor nümunələri və s. qədim dünyanın bütün abidələri bu Allaha və onun Özünə qulluq üçün seçdiyi Gel oğullarına, onların yaradılışı və 7760 illik tarixinə həsr olunmuşdur.
Tövrat yazır ki, Şərqdən gələn və vahid dildə danışan ilk varlıqlar Babildə, yəni Xaldeyada (Xelat/Gelad) Babil qülləsini tikdilər. Allah onların ikinci belə bir qüllə tikməmələri üçün dillərini qarışdırıb, dünyaya səpələdi. Tövratın "Səfa Əhəd" adlandırdığı məhz bu vahid dil - Quranda "Quş dili" adlanır ki, bu "dil" ekstatik vəziyyətdə sufinin (şamanın) ilkin materiyaya daxil olması və ondan informasiya alması mənasındadır. İmam Əli - "Elm bir nöqtə idi, cahillər onu çoxaltdılar" dedikdə də ilkin materiyadan alınan informasiyanın sonradan müxtəlif elm sahələrinə bölünməsini nəzərdə tutur. Dünyaya səpələnən bu padişahlar nəsli bütün yazıları rəmzlərlə yazmışlar və bu rəmzlər Babil qülləsinin üstündə yaradılmış Allahdan və onun daxilindəki cənnətdən danışılır.
Axirətə yaxın göy insanları yer insanları ilə qarışmağa başladı və yeni nəsil artıq İlahi sirləri bilmədiyi üçün Allahdan döndülər. Bəg ərənlərin pak İsna-Aşəriyə dinini də onlar bütpərəstliyə, yəni hazırki musəvilik, xristianlıq, İslam və s. dinlər formasına saldılar. Qədim sirlərin açıldığı zaman belə, yeni nəsil bunu qəbul etmədi. Allah, Quranda bu İsrail (Azər) oğullarını, İlahi həqiqətləri qəbul etmədikləri üçün lənətləmişdir. Başqa sözlə, Quranda Allahın İsrail oğullarını lənətləməsi bilavasitə axirətlə, onların bütpərəstlikdən əl çəkməmələri ilə bağlıdır.
Bütün bunlar haqqında daha geniş məlumatlar və təkzibolunmaz faktlar, mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və digər kitab və məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери