Həqiqətdə Şah İsmayıl Xətai kimdir?
Tariximizdə ən şərəfli rol oynamış dövlətlərdən biri də Şah İsmayıl Xətainin Səfəvilər dövləti olmuşdur. Şah Xətainin ordusu və onu əhatə edən tayfalar mənbələrdə sorxsər bidin mülhidləri, qızılbaşlar adlandırılır ki, biz bu rəmzlər haqda demək olar ki, heç nə bilmirik. Əslində biz bu dövlətin Səfəvi adlanmasının da səbəbini bilmirik. Ona görə də ilk olaraq Səfəvi rəmzinin nə demək olduğunu araşdıraq. Səfəvi rəmzinin kökü Tövratda keçən səfa və Sif rəmzləridir. Yalnız samitlərlə yazılan bu kitabda sufi rəmzi - ilk varlıqların ilk vahid dili mənasında "səfa əhəd" kimi qeyd olunur. Müqəddəs dil hesab olunan bu dil, Xaldeyada Babil qülləsini tikən amorey-arameylərin tarqum rəmzlər dilidir.
Bu mar-amoreylər digər mənbələrdə Assur, yəni Asar, Osiris Allahları kimi, onların bu vahid dili isə Süleyman peyğəmbərin "Quş dili" kimi qeyd olunur. Bu "dil" isə qədim müdriklərə görə, informasiya şüalandıran ilkin materiyanın, yəni İlahın rəmzi "dilidir" və bu dili ekstatık durumda, yəni şamanın qamlıq məqamında anlamaq olar.
Bizlərə bu müqəddəs dil - ifrat Gelat şiələri olan Azəri seyid-bəglərin sufi-batin elmi kimi məlumdur. Sufi-batini məntiqdə hər samit, söz xüsusi məna daşıyır və bilavasitə Allaha və onun seçilmişlərinə aid edilir. Deməli, Tövratın sufi əhəd "dili" ilk varlıqların gizli rəmzlər dilidir. Sufilərdə bu "dil", tərikə yolunu gedən türkün kamilləşmə mərhələsi hesab olunur ki, burada son mənzil - İlahla vəhdətə nail olub, ondan istədiyi suala cavab almaq və onun qüdrətindən istifadə edib, istədiyini yaratma üsuludur.
Lakin sufi məntiqində "səfa əhəd" rəmzi həm də "sufi Xuda" kimi oxunur ki, bu da ilk dilin - hakimiyyəti göydən endirilmiş Xuda-Kutilərin dili olması deməkdir. Əgər biz Əhəd/Xuda rəmzlərinin Xətai rəmzi ilə eyni mənalı olmasını nəzərə alsaq, razılaşarıq ki, "səfa əhəd" rəmzi - "Sufi Xətai", yəni "Səfəvi Xətai" rəmzi ilə eyni mənalıdır. Belə çıxır ki, Səfəvi Şah İsmayıl Xətainin obrazı, şahlığı göydən endirilən və vahid dildə danışan ilk varlıqların obrazıdır.
Tövratda sufi rəmzi həm də Adəmin üçüncü oğlu Sif kimi keçir. Rəvayətə görə Adəm - ən ali müdriklik sayılan gizli qnostik-kabbala elmini oğlu Sifə öyrətmişdi. Digər mənbələrdə Sif, axirətdə gələcək İsa peyğəmbər mənasında göstərilir və İslamda bu obraz İbrahim peyğəmbərin oğlu İsmail kimi məlumdur. İbrahim peyğəmbər Beyti tikəndə İsmail bunu görmüş və İlahi sirləri bilmişdi. Deməli, əslində Səfəviyyə təriqətinin şeyxi Şah İsmayıl Xətainin obrazı, axirətdə gələcək və bütün sirləri biləcək Mehdi mənasında olan Adəm oğlu Sifin və İbrahim oğlu İsmailin obrazıdır. Mən, internet səhifələrimdəki - "Библейский Сиф сын Адама является образом Мессии" adlı məqaləmdə bu haqda geniş məlumat vermişəm. Bütün bunlar o deməkdir ki, sufi məntiqində Səfəvi Şah İsmayıl Xətai obrazı - insaniyyətin başlanğıc dövründə İlahdan yaradılmış ilk Asar, Osiris Allahın, Xudaların obrazıdır. Şahımızın - "Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim" deməsi də onun - İlahın, yəni ilkin materiyanın insan sifətində təzahürü olması deməkdir. Şah İsmayılın döyüşçüləri mənbələrdə “sorxsər bidin mülhidləri” adlandırılır ki, batini mənada bu rəmz göydəki "Mələklər beytinin ölümsüz Asar, Osiris Allahları" fikrini ifadə edir. Bizə bu Asar Allahları - əzraillər, yəni "Azər-Eli"nin ölüm mələkləri kimi tanışdır. Mənbələrdə Şah İsmail Xətainin ordusunun adam yeyən hannibal kimi göstərilməsi də onun ordusunun Osiris ölüm Allahları və əzraillər mənasında olması deməkdir. Bu haqda mənim internet səhifələrimdəki "Şah İsmayıl Xətai və onun "adamyeyən" Osiris Allahları" adlı məqaləmdə geniş məlumatlar verilib. Zeynalabidin Əli Əbdi Bəyin “Təkamilətül-Əxbər” adlı əsərinə görə Şah İsmail Xətai - axirətdə gəlməli olan Mehdi Sahib əz-zəmandır və o “peyğəmbərlərin möhürüdür”. Əsərdə Şah Xətainin hakimiyyətə gəlməsi - Sahib-zamanın zühurunun başlanğıcı kimi göstərilir. Bu isə o deməkdir ki, Şah İsmayıl Xətainin obrazı həqiqətdə də axirətdə zühuru gözlənilən Adəm oğlu Sifin və İbrahim oğlu İsmailin obrazıdır.
Məhz zühurundan sonra Xətai öz mülhidləri ilə, yəni Osiris, əzrail ölüm mələkləri ilə yerdə axirət məhkəməsi quracaq və yeni dünya düzəni yaradacaq.
Firudin Gilar Bəg
Комментарии
Отправить комментарий