İlk Quran türkcə yazılıb
Dövrümüzün məşhur Kumık alimi mərhum Murat Acı qədim dinlərin və dillərin kökünü araşdırarkən ağlasığmaz faktlar ortaya çıxarıb. Məlum olub ki, ən qədim Quran nüsxələrinin dili ərəbcə yox, türkcədir və İslam dinində ibadətlər 12-ci əsrə qədər türkcə aparılmışdır. İranın Qum şəhərindəki ən qədim Quran səhifələrini tədqiq edən alim bildirir ki, bu səhifələri ərəb dilçiləri oxuya bilmir və bunun da səbəbi yazıların ərəb dilində olmamasıdır. Ərəb dili yalnız 10-cu əsrdə formalaşmışdır və onun da əsasında türk dili olduğu üçün bu dildə çoxlu türk sözləri var. Murat Acıya görə təkcə İslam dinində yox, bütün dinlərdə ibadətlər ən qədimdən türkcə aparılmışdır. Bizansda və Erməni kilsələrində 8-ci əsrə qədər, Rum katolik kilsələrində 13-cü əsrə qədər, Rus kilsələrində isə 18-ci əsrə qədər aparılan ibadətlərin dili türkcədir. Murat Acı bildirir ki, bir sözdə yalnız samitlərlə yazmaq məntiqi Türk dilinin məntiqidir və bu məntiqlə Tövrat yazılmışdır. Vatikan kitabxanasında saxlanılan Zəburun ən qədim mətni türk dilində olmuş və bu dil Hunn dili adlanmışdır.
Avropada tapılmış ən qədim run yazıları da Türk dilindədir və bilavasitə Türk xaqanına ünvanlanmışdı: "Qələbə çal, şöhrət qazan! Sükutu poz", "Allaha bənzər Xaqan zühur et! Düşmənə qalib gəl, Oxçu ol!". 312-ci ildə Avropa qarşısında ilk dəfə Göy Allahına oxunan Türk dilindəki duada İsanın adı yoxdur. Başqa sözlə, 4-cü əsrdə xristian dualarında Allah rolunu Türk Xaqanı oynayır. Türk dilində ibadət edən erməni, suriyalı, misirli, yunan, rumlular da türklərin Göy Tanrısına sitayiş edirdilər. Bu dildə bütün Avropa aristokratiyası danışmış və Avropa mədəniyyətində türklərin baş rolu mübahisəsiz 13-cü əsrə qədər davam etmişdir. Bunun da səbəbi türklərin dini bilgilərinin Türk Xaqanı olan Göy tanrısı ilə bağlılığıdır. Murat Acı İlahi sirləri bilmədən maraqlı nəticələrə gələrək yazır: "Burada nə isə açılmamış sirr var... Görünür ki, Persiyada olduğu kimi, Bizansda, Ermənistanda, Şimalı Avropada - dinlərin sirlərindən xəbərdar olan ariflərin vahid dili olmuşdur və bu dildə hökmdarlar və din xadimləri danışmışlar. Adi insanların dili isə ayrı olmuşdur". Murat Acının gəldiyi bu nəticə, dünyanın ilk dili olan sufizmin məntiqidir. Tövratda ilk vahid dil adlanan "səfa əhəd" - Şərqdən gələn və Xaldeyada Babil qülləsini tikən ilk Assur Allahlarının ilk mistik dilidir. Tövratın bu dili aramey və tarqum adlanır ki, sufi məntiqində bu mar-midiyalıların türk dili deməkdir. Bu dildə Tövrat, yəni Torah rəmzi özü - "tərikə yolunu gedən Türk" anlamındadır. Tövrat mənbələrdə "Ktuv Aşuri" adlanır və bu da "Asar, yəni Azəri kitabı" fikrini ifadə edir. Yəhudi mənbələrinə görə, Allah dünyanı yaradanda bu kitaba baxıb yaradırmış. Bu isə o deməkdir ki, bu kitab bəşəriyyətin yaradılışı haqqında olan kitabdır və o bilavasitə Azəri türkləri olan Midiya marlarından, yəni bu gün də ad-soyadlarının qarşısında "mir" rəmzi dayanan seyid-bəglərdən başlanır. Məhz onlar Şərqdən gələrək Xaldeyada, yəni Azərbaycan Atabəglər Ailəsinin Xelat elində Babil qülləsi tikmişdilər və Allah onların vahid dilini qarışdırıb, onları dünyaya səpələmişdi. Murat Acı bu səpələnməni "Xalqların Böyük köçürülməsi" adlandırır və onun Altaydan başlandığını qeyd edir.
Bu isə o deməkdir ki, ən qədim mənbələrdə padişahlar və peyğəmbərlər dedikdə - Şərqdən, yəni Albaniyadan gələn və Xelatda Babil qülləsini tikən Azəri seyid-bəgləri nəzərdə tutulmalıdır. Quran bu xəbərçi və müjdəçiləri - peyğəmbərlər adlandırır. Onların Altay eli isə sufi məntiqindən El-Teo, yəni Allah-Eli deməkdir və bu El ən qədim mənbələrdə Tilos, Tilmun və s. kimi qeyd olunur. Bizlərə bu rəmzlər Talış, Deyləm, Dilmun cənnəti kimi tanışdır ki, mənbələrə görə cənnət məhz burada yaradılmışdır.
Türk abidələrində “Göyəbənzər" Türk xaqanı açıq iddia edir ki, – “Mən Tanrı tək Tanrı yaratmış” və “Tanrı tək Göydə yaranmış” bilici türk xanıyam. Başqa sözlə, göydəki Allah - Azəri Türk bəglərinin əcdadıdır və onun yerdəki padişahlar və peyğəmbərlər nəsli də Azəri Türk seyid-bəgləridir.
Dahi sufi şairimiz Nəsimi dilimizi - Süleyman peyğəmbərə verilmiş "Quş dili" adlandırır ki, Quranda bu dil ən ali elm kimi təqdim olunur. Bu isə o deməkdir ki, Quran da sufi məntiqi ilə, yəni Türk dilində yazılmışdır. Quranda bu dil vəhy mənasında Amon Allahın ruhunun insan ürəyinə göndərdiyi informasiya kimi qeyd olunur: “Və həqiqətən bu aləmlərin Rəbbinin göndərdiyidir. Onunla sənin ürəyinə, açıq ərəb dilində Ruhul-Əmin endi ki, sən xəbər gətirənlərdən olasan. O həqiqətən ilkinlərin kitabındadır!”. Başqa sözlə, Qurandakı ərəb dili, insanların danışıq dili yox - Rəbbin, yəni Allahın göndərdiyi informasiyadır ki, onu da yalnız ekstatık durumda, qamlıq məqamında tərikə yolunu gedən Türk qəbul edə bilər.
Bütün bunlar o deməkdir ki, insaniyyətlə bağlı hər şeyi - Azəri türklərinin əcdadı olan Ra-Amon, yəni Rəhman Allah yaratdığı üçün, bütün müqəddəs kitablar da Onun İlahi dili olan Türk dilində yazılmışdır. Yerdə və göydə hakimiyyət Allaha məxsus olduğu üçün, yerdəki bütün padişahlar və peyğəmbərlərin ünsiyyət vasitəsi də Türk dilində olmuşdur. Müxtəlif dillər isə padişahların sadə xalqlarla danışıq dilidir.
Firudin Gilar Bəg
12.08.2022
Комментарии
Отправить комментарий