Qızılbaş nə deməkdir, qızılbaşlar kimlərdir?
Şah İsmayıl Xətainin ordusu və onu əhatə edən tayfalar mənbələrdə qızılbaşlar adlanır ki, Əhdi-Ətiqdə, Daniil peyğəmbərin kitabında qızılbaş rəmzinin açması verilir. Burada qeyd olunur ki, Babil və Yerusəlim şahı Navuxodonosor yuxu görür və yozumunu xaldeylərdən tələb edir.
Navuxodonosor yuxuda, başı qızıldan, sinəsi və qolları gümüşdən, ombası misdən, baldırı dəmirdən, ayaqları isə yarı dəmirdən və yarı daşdan böyük bir insan heykəli görür. Dağdan qopan daş bu heykəli dağıdır və daş özü bütün dünyanı tutan nəhəng dağa çevrilir. Yuxunun yozumunu Daniil peyğəmbər verir. O, bu yuxunu yozarkən Navuxodonosoru – Allahın, bütün insanlar və canlılar üzərində hakimiyyət verdiyi şahlar şahı adlandırır və bildirir ki, qızılbaş elə Navuxodonosordur. Daniil peyğəmbər bu yozumda söhbətin gələcək zamanlarda baş verəcək hadisələrdən getdiyini bildirir. Deməli, Əhdi-Ətiqdə qızılbaş – bütün insanlar və canlılar üzərində hakimiyyət qazanmış şahlar şahı nəhəng Navuxodonosorun başı mənasındadır. Navuxodonosorun kim olduğunu anlamaq üçünsə, bütün qədim ədəbiyyatların yazıldığı sufi-batini məntiqinə müraciət etmək lazımdır.
Navuxodonosor Xaldeya imperiyasının banisidir ki, bizlərə bu imperiya Azərbaycanın Xelat Atabəgləri ailəsinin şahlığı kimi tanışdır. Deməli, Navuxodonosor adı bilavasitə Azərbaycan və Azəri türk bəgləri ilə bağlıdır. Batini mənada Navuxodonosor rəmzi Nəbi, Xuda və Nosor rəmzlərindən təşkil olunmuşdur. Buradakı Nəbi rəmzi qədim Misirdəki Benu rəmzinin digər yazılış formasıdır və “göydə, quş obrazında ölümsüzlük qazanmış Allahın ruhu” deməkdir.
Xuda rəmzi ən qədim mənbələrdə şahlılğı göydən endirilmiş Kutilər nəslini bildirir. Nosor rəmzi isə qədim Misirdə Nu-Asar kimi keçir və xristianlarda bu rəmz Nasar, müsəlmanlarda isə Ənsar/Nizar kimi qalmışdır və No, yəni Gel şəhərindəki Asar, Osiris Allahı deməkdir. Belə çıxır ki, Navuxodonosor - Allahın obraz və bənzəri kimi yaradılmış Xudaların, öləndən sonra Osiris Allahına çevrilmiş ruhlarıdır. Daniilin, Navuxodonosorun yuxusunun gələcəyə aid olmasını bildirməsi də onu deməyə əsas verir ki, burada söhbət məhz axirətdə zühur edəcək Mehdidən gedir.
Navuxodonosorun oğlu və Daniil peyğəmbər mənbələrdə Valtasar adlanır və bu da “Vilayəti Asar", "Vilayəti Azər” mənasındadır. Başqa sözlə, burada qeyd olunanlar gələcəkdə Azəri vilayətində, yəni Azərbaycanda olacaqlarla bağlıdır.
Navuxodonosor yuxuda, başı qızıldan böyük bir insan heykəl görür ki, batinilərdə bu heykəl – ayağı yerdə, başı göylərdə olan qədim Misirin kosmik Atum Allahının rəmzidir. Məşhur sufi alimi Mühiddin ibn Ərəbi Atum Allahını Adəm kimi təqdim edib, ona Haqq, yəni Allah deyir. Şumerlilərin Luqal, yəni İlahi-El adlandırdığı bu kosmik insan bizlərə El-İlah, yəni Allah kimi məlumdur. Deməli, Navuxodonosorun gördüyü heykəl – qədim Misir fironu Amonun göydə, magiya ilə yaratdığı Allahın obrazıdır.
Navuxodonosorun yuxusunda, dağdan qopan daş heykəli dağıdır və daş özü bütün dünyanı tutan nəhəng dağa çevrilir. Buradakı dağ rəmzi – göyə qaldırılmış dağ, yəni göydəki cənnət mənasındadır ki, qədim fəlsəfədə bu cənnət Adəmin bədənindədir.
Quranda da göyə qaldırılmış bu dağdan danışılır. Tövratda cənnət mənasında olan Edem rəmzi Adəm rəmzi ilə eyni formada yazılır ki, bu da cənnətin məhz Adəmin daxilində olması deməkdir. Alban tarixində, bədəni ölkə kimi göstərilən kosmik insan Aran adlanır və bu da axirətdə Albaniyanın vərəsəliklə veriləcəyi Ərənşahlar nəsli ilə bağlıdır. Başqa sözlə, “dağdan qopan daş” dedikdə, göydəki cənnətdən gələn “daş” başa düşülməlidir ki, xristianlıqda bu daş - axirətdə gələcək İsa peyğəmbər mənasındadır. Əhdi-Ətiqdə Allah İsa peyğəmbərə - “Sən Petr daşısan və mən bu daşda öz kilsəmi quracam” deyir. Deməli, dağdan qopan daş İsa peyğəmbərin rəmzidir ki, O əvvəldə gələn kosmik Allahı məhv edir və sonradan özü Onun yerinə keçir. Bu rəmz Əhdi-Ətiqdə Davud şahın Qoliafı bir daşla məğlub etməsi kimi də göstərilir. Belə çıxır ki, burada, əvvəldə gələn Ra-Amon, yəni Rəhman Allahın, axirətdə gələcək Mehdiyə öz taxt-tacını verməsi - “daşın” əvvəlki heykəli dağıtması kimi rəmzləndirilmişdir.
Daniil peyğəmbər Navuxodonosoru qızılbaş adlandırır və bu rəmz də Allahın obraz və bənzəri kimi yaradılmış Kuti-Xudaların, öləndən sonra Osiris Allahlarına çevrilmiş ruhlarının obrazıdır.
Bütün bunlar o deməkdir ki, Şah İsmayıl Xətainin qızılbaşları - göydə ölümsüzlük qazanmış ilk İlahi varlıqlar olan Azər, yəni Osiris Allahlarıdır. Axirətdə Mehdi obrazında gələcək Şah Xətainin məhz bu Allahlar ordusu, yerdə məhkəmə quracaqlar. GöyTürk xaqanlığının göydəki bu ordusu bizlərə Allahın Şərqdəki Türk ordusu kimi də tanışdır. Şah İsmayılın məhz bu Osiris Allahları, mənbələrdə “sorxsər bidin mülhidləri” adlandırılır ki, batini mənada bu rəmz göydəki "Mələklər beytinin ölümsüz Asar, Osiris Allahları" deməkdir.
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
Комментарии
Отправить комментарий