Vəhy nədir və peyğəmbərə necə gəlir? (Yeni variant)

 Peyğəmbəri adi insanlardan fərqləndirən əsas cəhətlərdən biri, onun İlah və Allahdan - vəhy, yəni informasiya qəbul etmə xüsusiyyətidir.

Hər şeydən əvvəl bilmək lazımdır ki, qədim Misirdə peyğəmbər dedikdə göydə ölümsüzlük qazanmış firon Amonun ruhu nəzərdə tutulur ki, o mətnlərdə "qanadlı disk" və "Böyük Allah" da adlandırılır. Peyğəmbər mənasını verən Nəbi rəmzi də sufi məntiqində qədim Misirin Benu rəmzi ilə eyni mənalıdır ki, bu da ölümsüzlük qazanmış firon Amonun Ba ruhunu bildirir. Rəsul rəmzi isə bu məntiqdə Asar-Eli, yəni "Osiris Allahı" fikrini ifadə edir.
Deməli, qədim Misirdə peyğəmbər sözü - firon Amon və onun ardıcıllarının göydəki ruhunu bildirir. Peyğəmbərlərin göndərdiyi informasiya isə vəhydir ki, o bilavasitə insanların ürəyinə ötürülür.
Məşhur filosof Əflatuna görə peyğəmbər deyəndə göydə peyğəmbərlik edən, yəni fikir və ideyaları “göndərən” ruh nəzərdə tutulmalıdır. Bu ideyaları qəbul edib izah verənlər isə, Allahın məhz bu iş üçün yaratdığı xüsusi anlayan tayfadır ki, onlar təfsirçilər və yozanlar nəslidir.
Əflatuna görə, Allah - anlayan tayfa, yəni xəbər gətirən, yozanlar nəsli üçün xüsusi qaraciyər növü yaratmış və ora - Allahla əlaqə, gələcəyi görmə və s. İlahi xüsusiyyətlər vermişdir. Deməli, qədim müdriklərə görə peyğəmbər -  göydə ölümsüzlük qazanmış fironun ruhudur ki, Quranda bu ruh - insan ürəyinə "ərəbcə" xəbər ötürən "Ruhul-Əmin", yəni Amon Allahın ruhu adlanır. Yerdə Onun vəhylərini qəbul edənlər isə, bu iş üçün xüsusi yaradılmış anlayan tayfa, yozanlardır.
Bəs peyğəmbər vəhyi necə qəbul edir? Bu suala cavab tapmaq üçün məşhur mühəddis Buxariyə müraciət edək. O hədislərin birində yazır ki, Yala bin Umayyanın sözlərinə görə, bir dəfə o Umardan xahiş etmişdir ki, peyğəmbərə vəhy gələndə ona göstərsin. Bir müddət sonra peyğəmbər öz əshabələri ilə Ciranda olanda bir nəfər ondan soruşur: “Ümrünü həyata keçirmək üçün ihram geyib ətirlənmiş adam haqqında nə deyə bilərsən”. Peyğəmbər bir müddət dinmədi və ona vəhy gəlməyə başladı. Umar isə Yalaya işarə verdi və o yaxınlaşıb gördü ki, peyğəmbər pərdə ilə örtüldü. Yala baxanda gördü ki, peyğəmbərin sifəti qızardı və özü də xırıldamağa başladı. Vəhy qurtarandan sonra isə o, - “ümrü haqqında sual verən kimdir? deyə soruşdu və dedi: “Ətiri bədənindən üç dəfə yu, bu cübbəni çıxart və həcc vaxtı etdiyini ümrü vaxtı da et”. Bunun izahı ilə bağlı mən -
"Vəhy nədir və peyğəmbərlərə necə gəlir?" adlı əvvəllər yazdığım məqalədə geniş məlumat vermişəm (sayt: http://gilarbek.blogspot.com/2013/08/vhy-ndir-v-peygmbrlr-nec-glir.html?m=1). Deməli, vəhyin qəbulu zamanı insanın halı dəyişir, sifəti qızarır və xırıldamağa başlayır. Quranda da halın dəyişməsindən, yəni insanın haldan hala, bir vəziyyətdən digər vəziyyətə keçməsindən danışılır. Kitabi Dədə Qorqudda Əzraili görən Dəli Domrulun da "gözləri görməz, əli tutmaz olub, canı cuşa gəlir və ağzı buz kimi olur". Bu vəziyyətlər şamanın qamlıq vəziyyətidir ki, bu kitaba görə Amit soyunun aslanı Qazan xan, qamlıq vəziyyətində göydə "dünya" yaratmışdır və o bu dünyanı - «Qom qomlamam qoma yurdum» adlandırır. Qədim Misir yazılarında, Qazan xanın qamlama ilə yaratdığı bu qam yurdu Kem ölkəsi adlandırılır və Yuxarı Misir mənasında qeyd olunur. Deməli, Qazan xanın obrazı elə göydə Atum Allahını və onun daxilində ruhlar dünyası yaratmış qədim Misir fironu Amonun obrazıdır. Batini mənada Atum rəmzi ilə Amit rəmzi eyni mənalıdır və bizlərə bu rəmzlər Midiya ölkə adı kimi də tanışdır. Digər tərəfdən, peyğəmbərin qeyd etdiyi, ümrünü həyata keçirmək üçün ihram geyinmək, ətirlənmək - sufinin tərikə yolu ilə bağlı ritualdır.
Sufi-batinilərdə, tərikə yolunu gedən türükün Haqqa qovuşması məqamı Həcc adlanır. Həcc üçün “ihram geyən” sufi, Bəqa səviyyəsinə, yəni bəglik məqamına çataraq Allahdan “əlqama”, yəni “ilham” almağa başlayır. Əlqama - şamanın qamlaması mənasındadır və sufilər bunu Allahın ruha aşıladığı və ruhda yaratdığı vəhy kimi qeyd edirlər. Sufilərə görə, ilham – işıqdır ki, Allah onu möminlərin ürəklərinə göndərir və yalnız ilhamın köməyi ilə insan Quranın batini mənasını dərk edə bilər. Sufi dahilərindən olan Əl-Əşariyə görə əsl Quran - insan ürəyinə göndərilmiş elmdir, vəhydir. O, Quran dedikdə kitabı yox, Lövhi Məhfuzu və ürəyinə bilik verilmiş insanı nəzərdə tutur. Quranın insan ürəyinə verilməsi - Allahın xüsusi bu iş üçün yaratdığı yozanların İlahi sirləri bilməsi mənasındadır və qədim Misirdə onlar Qor yolu ilə gedənlər adlanırdı. Tövratda Qor, yəni Quran yolu ilə gedənlər - Həcər oğlu İsmailin Qacar şahları nəsli sayılır. Onların Xelat, Gelat, Gel elinin bu ismaili imamları mənbələrdə natiq, yəni "danışan Quran" adlandırılır. Əflatun bu seçilmişləri "filosof-şahlar" adlandırır və bildirir ki, yaradılışda onların nütfünə qızıl qatılmışdır.
Tövratda ən kamil yuxu yozan - Yaqub peyğəmbərin Lavanın qızı Raxildən olan oğlu Yusifdir ki, Lavan burada Albaniya, Raxil isə onun Gelarküni Ərənşahları nəsli mənasındadır. Bu kitabda, Raxil rəmzi Raquil kimi də yazılır. Göydə Vəhy çadırı yaradan Musa peyğəmbərin qaynatası - Keneyalı Raquil oğlu adlanır ki, bu da  batini mənada Gelarküni deməkdir. Deməli, ən qədim dövrün yozanları Gelar ismaililəri olmuşlar.
Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, iki növ - nübüvvət və imamət vəhyi vardır. Nübüvvət vəhyi bu dünyada tək bir şəxsə, Məhəmməd peyğəmbər kimi tanıdığımız qədim Misir fironu Amona qismət olmuşdur. Bu vəhy - qam-şamanlıq, yəni tərikə yolu ilə ilkin materiyadan, İlahdan informasiya almaq mənasındadır. İmamət vəhyi isə Allahın Özünə qulluq üçün seçdiyi yozanlar nəslinin imamlarının ürəyinə, Onun göndərdiyi vəhydir.

Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери