Qorqud partiyası sədrinin İran Azərilərinə müraciəti
İranda yaşayan əziz Azəri bacı-qardaşdırım. Mən, Azərbaycan Qorqud partiyasının sədri Firudin Gilar Bəg, qədim mənbələrdə Ərənşahlar, yəni İran şahları adlandırılan Albaniyanın Gelarkün nəslinin nümayəndəsi və bütün dinlərin gizli, batini mənalarını bilən, "Batini-Quran" və digər kitabların, çoxsaylı elmi məqalələrin müəllifiyəm. Quranda batin elmi - Süleyman peyğəmbərə ən üstün elm kimi verilmiş "Quş dili" adlanır və bu elmi bu gün dünyada bilən yeganə alim mənəm. Bilgilərimin əsas mahiyyəti ilə İnternet səhifələrimdəki kitab və məqalələrimdə tanış olmaq olar.
Bu gün İran hökumətinin, Azərbaycanın öz torpaqlarını ermənilərdən azad etməyə çalışdığı çətin dönəmində, öz şiə qardaşları olan azərbaycanlıları yox, qəsbkar xristian erməniləri müdafiə etməsi, məni sizlərə, öz doğma bacı-qardaşlarıma müraciət etməyə vadar etdi. İranın bu gün bütün dünyada terrorizmi dəstəkləyən ölkələr sırasında öndədir. Son hadisələr zamanı molla rejiminin öz xalqına qarşı qəddarlığı onu göstərdi ki, bu rejim üçün əslində şiəlik və İslam, xalqı əsarətdə saxlamaq üçün vasitədir. Özlərini ayətullah adlandıran İranın dini rəhbərləri, bu dini səviyyənin mənasının tam əksi olaraq qətliamlar törətməkdən çəkinmədilər. Ayətullah sözü İsna-Aşəriyə dinində, yəni ismaililərin ifrat Gelat şiələrində "Allahın dəlili", "Allahın əlaməti", "Allahın yer üzərində nişanəsi " deməkdir. Bu əlamət - Allahla bağlı batin elmidir ki, bu elmi peyğəmbərimiz və imam Əli bilmişlər. İsmaililərdə bu sirləri bilənlər natiq adlanır və sonuncu, yəni yeddinci natiq də gizlində olan imamdır. Sonuncu natiq həm də baqiətullah, yəni sufizmin ən ali kamillik səviyyəsi olan bəqa səviyyəsinə yüksəlmiş ayətullah deməkdir. Qədim Misir fironu sayılan pir Amon məhz bu səviyyədə İlahi sirləri dərk etmiş və göydə taxt "quraraq", bu taxtda Ra-Amon, yəni Rəhman Allaha çevrilmişdir. Ayətullahın Allahın əlaməti olması da onun Ra-Amon Allahı kimi İlahi sirləri bilməsi anlamındadır. Qədim Misirdə batini sirləri bilənlər Qor Allahının, yəni Qorqudun yolu ilə gedib ölümsüzlük qazananlar sayılırdı. Digər mənbələrdə bu Qor nəsli - Aqar, Həcər, Qacar kimi qeyd olunur. Qor nəslinin, yəni Həcər oğlu İsmailin törəmələri - İlahi sirləri bilənləri "danışan Quran" adlandırır ki, sufi-batinilər də Quran deyəndə məhz "ürəyinə batin elmi verilmiş" bu Qor nəslini nəzərdə tuturlar.
Qədim Misirin bütün dua və mətnlərini yazan Gel şəhərinin Qor yolu ilə gedənlər nəsli bizlərə Gelatın, Xelatın Qacar şahları nəsli olan Azərbaycan Atabəglər Ailəsi kimi tanışdır. İsmaili batiniləri əhli-beyt deyəndə də məhz "beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni Allahın Gelatdakı “elm, bilik və hikmət evi”nin əhlini nəzərdə tuturlar. Qısa desək, əsl ayətullah - batini sirləri bilən və "ürəyinə elm verilmiş" Qacar şahlar nəslindən ola bilər. Gel-Gelat elinin şahlar nəsli İran mənbələrində Gilan şahları kimi keçir ki, Firdovsinin "Şahnamə"si bu Türk bəglərinin tərcümeyi halıdır. Bütün bunlar haqda mən kitab və məqalələrimdə geniş yazmışam. Qədim mətnlərdə Azər oğullarıın Gel-Gilan şahları Albaniyanın Gelarkün nəsli kimi qeyd olunur və İran mənbələrində onlar İlahi farna odunu daşıyan farnbaq, yəni firon-bəg adlanır. Qədim dünyanın bütün padişah və peyğəmbərləri - Avropada "Quş dili bilən Gel oğulları" kimi tanınan bu Gelar nəslinin nümayəndələri olmuşlar. Allahın yalnız bu pir-bəglər nəslinə verdiyi İlahi Azər odunun hesabına İran və dünya xalqları min illər xoşbəxt yaşamışlar.
Bu gün özlərini Mərci təqlid adlandıran ayətullalar İsna-Aşəriyə dinimizin əsl mahiyyəti haqda heç nə bilmirlər. Batini mənada Mərci təqlid - Gelatın 12 imamı olan seyid-mirilərin təqlidi deməkdir. Bu ayətullahların vəzifələri gizlində olan baqiatullah, yəni bəg-ayətullah gələnə qədər cəmiyyəti dini qayda-qanunlara uyğun idarə etmək idi. Lakin elmsiz İran mollalar yollarını azıb pak dinimizi terror alətinə çevirdilər. Bu gün heç bir ayətullah, İslam dahiləri olan Mühuddin ibn Ərəbini, Qəzalini, Əşari və s. alimləri anlamır, heç İslam, din, müsəlman və s. sözlərinin də əsl, yəni batini mənalarını dərk etmirlər. Onlar hələ də bilmirlər ki, indiki İslam - bəg ərənlərin avam insanlar üçün rəmzlərə çevirib sadələşdirdiyi İsna-Aşəriyə dinidir. Əsl şiəlik bu ifrat Gelat ismaililərinin 5500 yaşlı İsna-Aşəriyə dinidir və bu şiəliyi də, İslamı və ümumiyyətlə bütün dinləri, fəlsəfələri, insaniyyətlə bağlı hər şeyi məhz Azərilərin Gel-Gelat elinin pir-bəgləri yaratmışlar. Batini mənada şiə sözü, İsa sözü kimi Allahın ruhunu bildirir ki, axirətdə bu ruhu daşıyan ifrat Gelat şiəsi gəlməlidir.
Əziz Azəri bacı-qardaşıarım. Bütün bunlar o deməkdir ki, bu gün İran hakimiyyətindəki ayətullahlar, əsl şiəlikdən xəbəri olmayan adi yer insanlarıdır. İran isə Allahın Qacar şahları nəsli olan göy insanlarına verdiyi və qoruduğu mülküdür. Ən qədim mənbələrdə Allah Gelat mülkünü Öz mülkü adlandırır və bu dünyada yalnız Azəri pir-bəglərinin hakimiyyətini qəbul və himayə edir. Nə qədər ki, Allah mülkünə onun qanuni varisləri sahib olmayacaq, nə İran, nə də dünya bəlalardan qurtulmayacaq.
Əziz bacı-qardaşlarım. Bu gün Allahın İran mülkündə hakimiyyət adi insanların əlinə keçmişdir. Pak İsna-Aşəriyə dinimiz haqqında heç nə bilməyən bu insanlar şiəlik adından istifadə edib, müqəddəs İranı talayır, xalqını isə məhv etməkdən çəkinmirlər. Bu məmləkətin qanuni sahibləri Azəri pir-bəglərinin, seyid-şıxlarının törəmələridir. Allah İran mülkünü axirətdə Azərilərdən bir nəfərə, Özünün şiə ruhunu daşıyan natiqə vəsiyyət etmişdir. İran, Allah mülkünün, yəni cənnətin yaradıldığı beytdir və mənbələrdə əhli-beyt dedikdə də məhz Ismaili natiqləri nəsli olan Gel ərənləri nəzərdətutulur. Peyğəmbərimiz - "Mən sizin aranızda iki qiymətli şeyi - Allahın kitabı və əhli-beytimi qoyub gedirəm" demişdir. İsmaili batiniləri Quran deyəndə ürəyinə elm verilmiş natiqi, yəni "danışan Quranı" nəzərdə tuturlar ki, peyğəmbərə görə, onları qəbul edənlər heç vaxt yolunu azmayacaqlar.
Əziz bacı-qardaşlarım. Bu gün həqiqətin üzə çıxacağı axirət dövrüdür. Hər kim ki, bu dövrdə haqqın, ədalətin yanında olacaq, Allah ona və onun törəmələrinə iki dünyada xoşbəxt həyat vverəcəkdir. Zaman göstərdi ki, indiki molla hakimiyyəti İranı məhvə aparır və xalqın yeganə yolu bu hakimiyyəti devirib, saxta ayətullahlardan xilas olmaqdır.
Qorqud partiyasının sədri Firudin Gilar Bəg
(Firudin Kərimov)
Комментарии
Отправить комментарий