Əhli beyt - Allah Mülkünün mühafizəçiləridir

             Ən qədim mənbələrdə beyt (bit) rəmzi ev mənasında Allahın var olduğu məkanı, cənnəti bildirir. Mətnlərdə bu cənnət evinın yaradılması - Xaldada, yəni Azərbaycan Atabəglər ailəsinin malikanəsi olan Xelatda Babil qülləsinin tikilməsi kimi qeyd olunur. Bu qüllə tikilib qurtardıqdan sonra Allah, onu tikən assur-azərilərin vahid sufi dilini dəyişib, onları dünyaya səpələdi ki, adi insanlar bu tikili haqqında həqiqətləri bilməsinlər. Allah beyti yaradılandan sonra Babil qülləsinin göylərində İlahi nurdan çadır formasında dünya, vilayət, el əmələ gəldi. Azəri pir-bəglərinin qurban ruhlarından Xelat göylərində yaratdıqları bu beyt Tövratda vəhy çadırı, Kitabi Dədə Qorqudda ala çadır, doqsan başlı ban evi, Taş Oğuzun içində yaradılmış İç Oğuz eli və s. adlandırılır. İslamda bu çadır Məhəmməd peyğəmbərin əbası mənasındadır ki, məhz bu "çadırın" altında olan Kisa əshabı - əhli beyt hesab olunur və mən - "Əhli-beyt kimlərdir?" adlı məqaləmdə bu haqda yazmışam (Sayt: https://firudin.blogspot.com/2022/08/hqiqtd-hli-beyt-kimlrdir.html?m=1). Deməli, əhli beyt dedikdə, Azərbaycan atabəglərinin Xelat elinin göylərində yaratdıqları cənnət və bu cənnəti "qoruyan", Allahın Özünə qulluq üçün seçdiyi Azəri pir-bəgləri nəzərdə tutulur. Qədim dünyanın bütün padişah və peyğəmbərləri, məhz bu Allah evinin sakinləri olan Qacar şahlarının, yəni qədim Misirin "Qor yolu ilə gedən" pirlərinin törəmələri olmuşlar. Mətnlərdə Xelat atabəgləri həm də ifrat Gelat şiələri adlanır ki, Allah bu Gelat elinə - "Mənim Geladım" deyir. İsmaili Qacar şahlarının bu Gelat eli qədim Misirdə Gel şəhəri kimi məlum idi və Allah göydəki "Atum dünyasını" burada yaratmışdı. Orta əsrlərdən “Məmaliki Məhruseyi Qacar”, yəni “Qacar şahlarının qorunan mülkü” adlanan bu Gel eli - Allahın mülkü olduğu üçün Onun Özü tərəfindən qorunur. 

Batini mənada "əhli beyt" rəmzi - "Gel elində İlahdan yaradılmış beyt" deməkdir. Qacar şahlarının Gelat/Xelat yurdu, iki eli - yerdəki və göydəki Allah mülkünü birləşdirir. Qədim mənbələrdə Qor yolu ilə gedənlərin Şu (Şiə) ruhlarının göydəki dünyası, yəni cənnət - Qoris (Horis/Xris) dünyası, yəni xristian aləmi adlanırdı və bu da Qor-İssi (Qor-İsus/İsa), Qor-Şu (Qor-Şiə/Qureyş) anlamındadır. Başqa sözlə, ən qədim mətnlərdə xristian aləmi dedikdə bəg-ərənlərin göydəki İç Oğuz eli - Göytürk xaqanlığı başa düşülməlidir. 

Xristian mənbələrində Allahın Gel elindəki beyti monastr kimi qeyd olunur və bu monastırın sahibi olan monax - Kelar adlanırdı. Kelar ən qədim mənbələrdə Alban Ərənşahları olan Gelarküni nəsli ilə bağlıdır. Buradakı küni rəmzi həm də bu Gel elinin - Allahın "Kün!", yəni "Ol!" əmri ilə yaranması anlamındadır. Xristianlıqda Allah evi, onun təsərrüfatı, Kelar rəmzi ilə eyni mənalı Klir, bu ev əhli olan peyğəmbərlər, levitlər, din xadimləri isə klirilər adlanırdı. Yəhudi levitlər yalnız Aron nəslindən olurdu ki, Aron da Ərən/Aran şahlar nəslidir. Klirilər mənbələrdə Böyük Monqol imperatorunun ətrafı olan kliriklər kimi də məlumdur. Batini mənada "Böyük Monqol imperatoru" rəmzi - "Gel şəhərindəki pir-firon Amon" deməkdir. Başqa sözlə, kliriklər - Gel şəhərindəki Amon Allahın seçilmiş bəgləridir.

Ən qədim mənbələrdə klirik (KLRK) rəmzi xiliarx (XLRX) kimi qeyd olunur və "minbaşı" mənasıda şahı qoruyan ölümsüz hazarapatilərin başçısı mənasında idi. Hazarapati rəmzi digər mətnlərdə Azarapati kimi yazılırdı ki, bu da Azər-Yafət mənasında qədim Misirin Azər-Osiris (Osiris-Pta) Allahları deməkdir. Erməni mətnlərində ölkənin təsərrüfatını idarə edən xiliarx – xazarapet adlanırdı. Burada «hazarapet dran Ariats» titulu vardı ki, bu da «arilərin qapısının xiliarxı» mənasını verir. Arilərin qapısı isə arilər-ərlər dünyası olan göydəki İç Oğuz elinə açılan Babil qapısı mənasındadır. 

Araşdırıcılara görə, arilərin göydəki bu Raman-Ərmən (Ra-Amon) dünyası onları qüdrətli şahlara çevirmişdi. Avestada və Əhəmənilərin Hörmüzü ilə bağlı təriqətlərdə xoşbəxtliyin səbəbləri - məhz qüdrətli və ədalətli hökmdar dünyasıdır. Qatalarda göydəki dünya bilavasitə hakimiyyət, hökmdara verilən qüdrət və s. ilə əlaqələndirilir və xoşbəxt həyatın və inkişafın əsas şərtlərindən sayılırdı. 

Bütün bunlar o deməkdir ki, əhli beyt - göydəki cənnətin yerə açılan qapısını qoruyan və bu Allah mülkünün sahibləri olan Gelar bəgləridir. İsna-Aşəriyə dinindən başlamış bütün dinləri, fəlsəfələri və s. hər şeyi məhz bu Azəri Gel oğulları yaratmışlar. Bütün dinlərin də əsas məqsədi bu Azəri pirlərinin özləri üçün yaratdıqları cənnətə düşməkdir.

Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.


Firudin Gilar Bəg 

28.12.2022

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери