Əsl İslam Tövratdan başlanır

           Kitab və məqalələrimdə mən göstərmişəm ki, yer kürəsində bu günə qədər bəşəriyyətlə bağlı yalnız bir kosmik hadisə baş vermişdir. Bu hadisə də Azəri pir-bəglərinin əcdadı Bəkdüz Əmanın - İlahın (ilkin materiya) qanunlarını dərk edib, magiya və rituallarla onu Özünə tabe etməsi və ondan göydə dünya, el, yəni El-İlah - Allah yaratması hadisəsidir. Bütün qədim yazılar, abidələr, rəsmlər və hər şey rəmzlərlə bu hadisəyə həsr olunmuşdur.

Qədim Misir yazılarında Takdiz Amon kimi qeyd olunan cəddimiz (əcdad) Bəkdüz Əmanın yaradılışla bağlı ən əsas kitabı - "Aşuri (Azəri) kitabı" adlanan Tövrat kitabıdır. Yəhudi mənbələrinə görə Allah dünyanı yaradanda bu kitaba baxıb yaradırmış. Bu məqalədə mən, tarixdə ilk dəfə Tövrat kitabının əsl mahiyyətini açacağam. Onu da qeyd etmək istərdim ki, indiki yəhudilər açacağım gizli həqiqətlər barəsində ümumiyyətlə heç nə bilmirlər. Onlar Tövratın birbaşa, yəni zahiri mənalarını bütləşdirib, ona sitayiş edirlər.
Yalnız samitlərlə yazılmış Tövratın dili bu kitabda "səfa əhəd", yəni "xudaların vahid sufi dili" adlanir ki, bu "dildə" hər bir samit Allahla bağlı xüsusi məna ifadə edir.
Sufizmdə Tövrat, yəni Torah rəmzi özü "Türkün tərikə yolu" deməkdir. Bu mənada Tövrat - sufi pillələridir (mənzil). Kitabda bu pillələr Yaqub pilləkəni kimi qeyd olunur ki, Yaqub rəmzi - sufizmin Bəqa pilləsinə (faza) ucalmış bəg deməkdir. Tövratda bu pilləkən SLM rəmzləri ilə verilib, "sulam" kimi oxunur. Lakin sufi məntiqində SLM rəmzi İslam kimi də oxunur və "Sia aləmi", yəni "ruh aləmi" mənasını verir. Başqa sözlə, İslam dini həm də - ruhun cənnətə düşməsi üçün qalxdığı tərikə pillələri anlamındadır. Belə çıxır ki, batini mənada Tövrat rəmzi ilə İslam rəmzi eyni mənalı rəmzlərdir və ruhun cənnətə düşməsi üçün getdiyi yolu bildirir.
Tövratın Musa peyğəmbərə aid edilməsi "Musa" rəmzi ilə bağlıdır. Sufi məntiqində Musa (Moşe/Aşem və s.) rəmzi - magik rituallarla "İlahdan yaradılmış Sia (Şu) ruhu" deməkdir. Bəkdüz Əmanın bu (Sia/Şu) ruhu göydə ölümsüzlük qazanaraq Asar/Aşur/Azər, yəni Osiris Allahına (Sia+Ra) çevrilmişdir.
lX-X əsrlərdə zərb olunmuş Xəzər sikkısində ərəb dilində "Musa Rəsul Allah" yazılmışdır və Quran kitabında da ən çox adı keçən peyğəmbər Musa peyğəmbərdir ki, onun adı burada 136 dəfə qeyd olunur. İbrahim peyğəmbərin adı bu kitabda 69 dəfə, İsa peyğəmbərin adı 25 dəfə keçir. Məhəmməd peyğəmbərin isə adı Quranda cəmi 4 dəfə çəkilir. Bu kitabda qeyd olunan hadisələrin Tövratdakı hadisələrlə sıx bağlılığı onu deməyə əsas verir ki, Quran faktiki olaraq Tövrat kitabının davamıdır.
Musa peyğəmbərin beş hissədən ibarət olan Tövrat kitabı dünyanın yaradılmasından danışır ki, buradakı dünya fiziki yox, ruhlar dünyası, yəni cənnət mənasındadır. Bu cənnəti yaradan vahid sufi dilli ilk xalq, kitabda "xuda ümməti" kimi rəmzləndirilir. Digər mənbələrdə ilk xalq dedikdə - şahlığı göydən endirilmiş kutilər (quti) nəzərdə tutulur ki, sufi məntiqində xuda rəmzi kuti rəmzi ilə eyni mənalıdır. Başqa sözlə, Allahın Özünə qulluq üçün seçdiyi yəhudilər (Ya-Xuda) - şahlığı göydən endirilmiş kutilər nəslidir.
Tövratda yəhudilər - amoreylər, onların eli isə Azər (İazər/Yazər) toprağındakı Midiya (Madiam) eli kimi təqdim edilir. Amorey, yəni mar rəmzi, bu gün də Azəri seyid-bəglərinin ad-soyadlarının qarşısında yazılan "mir" rəmzidir. Bu midiyalılar digər mətnlərdə Gelat ismaililəri adlanır və Allah buranı Öz eli sayır. Gelat (Qalaad) eli digər mənbələrdə Xelat, Xalda və s. kimi keçir. Mənbələrə görə assurlar məhz burada Babil qülləsini, yəni "Allahın qapısını" yaratmışlar. Tövratda Allahın qapısı - mələklərin pilləkən vasitəsilə Allah evi olan Betelə, yəni beytə qalxıb düşdüyü yer kimi qeyd olunur və Yaqub peyğəmbər bu yerə böyük bir daş qoymuşdur.
Tövratda Allah Öz seçilmiş xalqına bildirir ki, "Mən sizin aranızda evimi yaradacağam və sizin aranızda dolaşıb, sizin Allahınız olacağam və siz Mənim xalqım olacaqsınız... Mən sizi qul həyatından xilas edib, Misirdən çıxaran Allaham". Bu o deməkdir ki, Tövrat kitabı, Allahın Özü və sevimli pir-bəglər nəsli üçün Azər elində yaratdığı cənnətə həsr olunmuş kitabdır. Batini-Quran kitabımda mən bu yaradılış haqqında çox geniş izah vermişəm.
Tövratın "Yaradılış" adlanan birinci kitabında Azəri xudalarının göydə 7 "günə" yaratdığı cənnət dünyası rəmzlərlə qeyd olunur. Qədim Misir yazılarında Atum (Atam) adlanan bu dünya Tövratda kosmik ölçülü Adəm kimi təqdim edilir. Onun daxilindəki Edem cənnəti isə Eden adlanır ki, bu da Ədn, yəni din cənnəti deməkdir. Sufilər "İslam dini" dedikdə göydə yaradılmış dünyanı (cənnət elini) nəzərdə tuturlar və ölənlərin ruhlarının bura düşməsi üçün onlara - "müsəlman olaraq ölməyi" məsləhət görürlər.
Tövratın ilk cümlələrində bildirilir ki, əvvəl yerdə heç nə yox idi və yalnız Allah ruhu sular üzərində dolaşırdı. Kitabdakı bu ruh - sufizmin Bəqa pilləsində ilkin materiyanı, yəni İlahı tədqiq edən Takdiz Amonun (Bəkdüz Əman) ruhu mənasındadır. Qədim Misir mətnlərində, Bəqa fazasına yüksəlmiş ruh Ba (Va) adlanır. İslamda Bəsmələ kimi qeyd olunan Ba rəmzi, Tövratın ilk cümləsindəki "Bereşit bara" sözlərində "əvvəlcə yaratdı" fikrini bildirir. Batini mənada "bara" rəmzi - firon (pir) Amonun Ba ruhunun, Amonun əvvəlcədən göydə yaratdığı Ra diski ilə birləşib, Amon-Ra (Ba+Ra) Allahına çevrilməsi deməkdir. İlk cümlədə "bara" rəmzinin "yaratmaq" mənasını verməsi o deməkdir ki, göydəki dünyanın yaradılışı, pir Amonun Ra-Amon (Rəhman/Brahman) Allahına çevrilməsindən başlanır. Bu rəmzlər haqqında mən - "Библейский Сиф сын Адама является образом Мессии" adlı məqaləmdə izah vermişəm (sayt: https://firudin.blogspot.com/2021/04/blog-post_23.html). Deməli, göydəki yaradılış, firon Amonun Ba ruhunun, ilkin materiyadan göydə yaratdığı Ra diski ilə birləşməsindən başlanır. Bara rəmzi sufi məntiqində əvrə, ibri, rəb, rav və s. rəmzlərlə eyni mənalıdır. Bu isə o deməkdir Allah mənasını verən Rəb sözü də bu mənadadır. Yəhudi mənasını verən ivri/ibri rəmzi, çayın o tayına keçən deməkdir ki, buradakı çay - ilkin materiya çayı, ilkin sular, göy okeanı mənasındadır.
Başqa sözlə, çayın o tayına keçən (ivri/əvrə) dedikdə, ruhun ilkin sularda yaradılmış cənnətə keçməsi nəzərdə tutulur. Tövratın birinci kitabı da əsasən bu cənnətin yaradılmasına həsr olunmuşdur.
Tövratın ikinci kitabı "Çıxış" adlanır ki, bu da Misirdən çıxış mənasında qəbul edilmişdir. Lakin çıxış rəmzi burada "Yesiat Misraim" rəmzi ilə qeyd olunur və buradakı "yesiat" - sufizmdə ruh mənasını verən şiət, şiə rəmzidir. Mənbələrə görə ilk şiələr İhvani səfa müdrikləri olmuşlar ki, İhvan rəmzi sufizmdə Ağvan (Qavaon/Alvan) mənasında, Alban sufilərinə, vəlilərinə aid rəmzdir. Ərəb mənbələrində, bütün müqəddəs kitabların batini mənalarını bilən bu müdriklər
karilər (kurra) adlanır. Karilər qədim Misirin Qor yolu ilə gedib, cənnətə düşənlər nəslidir və mənbələr onları Aqar-Həcər ismaililərinə aid edir. İslamda Kari, yəni Qor yolu ilə gedən müdriklər nəsli - Quranın batini mənalarını bildikləri üçün "danışan Quran" adlanan ismaili natiqləri kimi məlumdur. Tövratda bu sufi pirləri - Leviinin, yəni Alvan/Albaniyanın Levi nəsli adlanır ki, ərəb mənbələrində bu Türk bəgləri alevi və ya vəli, övliya kimi qeyd olunur. Məhz bu pir-bəglər nəsli öləndə, ruhları bədəndən çıxıb, cənnətin sorğu-sual zalına düşürlər. Bu isə o deməkdir ki, "Çıxış", yəni "Yesiat Misraim" dedikdə, Misir ölkəsi yox, Alban ərənlərinin ruhlarının bədəndən çıxışı nəzərdə tutulur. Mən, "Тайна Моисея и его Торы" adlı məqaləmdə bu rəmzlərin təvilini vermişəm (sayt: https://firudin.blogspot.com/2023/06/blog-post.html?m=1).
Tövratda Musa peyğəmbərin Qırmızı dənizi "yararaq", yəhudiləri oradan keçirməsi, onları cənnətə köçürməsi mənasındadır. Kitabda, göydə yaradılmış bu cənnət Vəhy çadırı adlanır ki, Musa peyğəmbər onu minlərlə qurban ruhlarından yaratmışdır. Bu çadır Kitabi Dədə Qorqudda daha ətraflı təsvir olunur və o burada "Ağ ban evi", "doqsan başlı ban evi", "qızıl başlı", "ala çadır" və s. adlanır. "Ağ Ban" rəmzi bizə Aqvan (Qavaon), yəni Alban kimi də tanışdır və sufizmdə bu, qədim Misirin ölümsüz Ba, Benu ruhlarının eli, dünyası (El-Benu) kimi məlumdur. Bu isə o deməkdir ki, Allahın "sakin olduğu yer" mənasını verən Vəhy çadırı (Skiniya/Mişkan/Şexina) Azərbaycan göylərində yaradılmış Alban ölkəsidir. Kitabi Dədə Qorqudda məhz bu el - Taş Oğuzun içində yaradılmış İç Oğuz eli adlanır və mən "Assuriya qədim Azərbaycan ölkəsidir" adlı məqaləmdə bu haqda geniş yazmışam (sayt:
https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/). Tövratın ikinci kitabı da məhz bu Alban (Vəhy) çadırının yaradılmasına və Alban ərənlərinin öləndən sonra, ruhlarının bu cənnətə düşməsinə həsr olunmuşdur.
Tövratın üçüncü kitabı "Levililər" adlanır ki, bu da Alvan/Alban (Leviin) leviləri, aleviləri deməkdir. Levi (alevi) övliyalarının vətəni kitabda amoreylərin, yəni Midiya mar-mirilərin Azər (İazer/Yazər) şahlığı adlanır və bu şahlıq Kadeş şəhərindən başlanır. Yəhudi və müsəlmanların müqəddəs adlandırdığı Kodeş/Kadus elinin baş kahini isə Musa peyğəmbər sayılır və o Midiya (Madiam) kahini İofor-Raquilin qızı Sepfora ilə evli hesab olunur. Sufizmdə İofor və Sepfora rəmzləri - firon, yəni pir (pirao) deməkdir və İran mənbələrində bu rəmz farbaq/farnbaq kimi yazılaraq firon-bəg, pir-bəg mənasını verir. Raquil rəmzi bu məntiqdə "Gel şəhərinin Ra günəş Allahı" fikrini ifadə edir.
Tövrat bu rəmzin digər yazılış variantı olan Raxil rəmzi ilə bağlı daha geniş məlumat verir. Burada firon Amonun Ba ruhunun, Gel şəhərində yaradılmış Ra diski ilə birləşməsi, Yaqub peyğəmbərin Lavanın qızı Raxil (Rahil) ilə evlənməsi kimi rəmzləndirilmişdir. Batin elmində Yaqub rəmzi - sufizmin Bəqa pilləsinə yüksəlmiş bəg, Raxil (Rahil) rəmzi isə Raquil rəmzi kimi "Gel elinin Ra günəşi" deməkdir. Lakin burada Raxil Lavanın qızı adlanır ki, Lavan rəmzi sufizmdə Alvan-Albaniya deməkdir. Albaniyada "Gel elinin Ra günəşi" mənasını verən Raquil/Raxil rəmzləri Gelarküni (Gelar) kimi məlumdur və bu rəmz altında Albaniyanın Ərənşahlar nəsli nəzərdə tutulur. Başqa sözlə, Musa və Yaqub peyğəmbərlər Albaniyanın Gelarküni eli ilə bağlıdır.
Tövratda Yaqubun Raxil ilə evlənməsindən, yəni firon Amonun Ba ruhunun Ra diski ilə birləşməsindən Yusif və Bənyəmin adlı oğulları olur. Mən "Великие деяния сыновей Иакова и Рахиля" adlı məqaləmdə göstərmişəm ki, buradakı Yusif və Bənyəmin obrazları - əvvəldə gəlmiş və axirətdə gələcək Allahların (Alfa və Omeqa) obrazlarıdır (sayt: https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1). Burada, əvvəldə gələn Ra-Amon günəş Allahı və axirətdə onun yerinə keçəcək və qədim Misir mətnlərində "gecə günəşi" adlanan ay Allahı nəzərdə tutulur. Tövratda günəş və ay Allahlarının yaradılışı, "dünya"nın yaradılışının dördüncü günündə qeyd olunur.
Lakin Gel (Hel) rəmzi sufizmdə eyni zamanda İlah kimi də oxunur və bu da Raquil rəmzinin - "Gel şəhərində İlahdan yaradılan Ra günəş Allahı" mənasını verməsi deməkdir. Başqa sözlə, Raquil/Raxil rəmzləri altında - İlahdan yaradılmış Ra Allahları (Alfa və Omeqa) nəzərdə tutulur. Musa peyğəmbərin İofor-Raquilin "qızı" ilə evliliyi də, firon Amonun Ba ruhunun Geliopolda (İlahdan) yaradılmış Ra diski ilə birləşməsi mənasındadır. Bu o deməkdir ki, bu evlilik elə Ra-Amon və ya bara fikrini bildirir. Lakin bu həm də onu deməyə əsas verir ki, axirətdə gələcək və Musa (Moşe) rəmzi ilə eyni mənalı olan Moşiaxda (Mehdi) da firon Amonun ruhu olacaqdır. Başqa sözlə, firon Amonun ruhu axirətdə Moşiaxın bədəninə "köçəcəkdir".
Bütün bunlar o deməkdir ki, Tövratın "Levililər" kitabında söhbət Albaniyanın Ərənşahlar nəsli olan Gelarküni nəslindən gedir. Allah məhz onların Gel elində Özü üçün Vəhy çadırı, yəni cənnət yaratmışdır.
Tövrata görə Vəhy çadırı Qavaonda, yəni Aqvan/Albaniyada yaradılmışdı və qurbanların bütövyandırma qurbangahı da burada yerləşirdi. Bu qurbangahda yanan əbədi od Levi, yəni alevi vəli-övliyaları tərəfindən çox ciddi surətdə qorunurdu. Qurbangahda tökülən qurban qanlarının buxarı göyə qalxır və müqəddəs oddan göydə yaradılmış Vəhy çadırının əbədi var olmasını təmin edirdi. Deməli, Allahın göydə yaratdığı Vəhy çadırının normal fəaliyyətinə nəzarət Alban Ərənşahlar (Aran şahları) nəslinə həvalə edilmişdir. Albaniyanın Aran şahları burada Musa peyğəmbərin böyük qardaşı Aronun nəsli kimi qeyd olunur. Aron (Harun) Tövratda Musanın "dili" ilə, onun sözlərini çatdıran obrazda göstərilir. Onun, firon qarşısında ilana çevrilmiş əsa ilə bağlı göstərdiyi möcüzə, Aron obrazının axirətdə gələcək Moşiax (Mehdi) obrazında olması deməkdir. Sufizmdə ilan - müdriklik rəmzidir və Aronun ilanının, Misir maqlarının ilanlarını udması, maqların elmlərinin Aronun elminin hissələri olması anlamındadır. Bu, Aran şahlarının (ərənlərin) sufi məntiqinin - bütün dinləri, fəlsəfələri özündə birləşdirmiş və bütün suallara cavab verə bilən kamil məntiq olması mənasındadır.
Alban mənbələrində Aran rəmzi axirətdə gələcək obrazla bağlı göstərilir. Bu mənbələrə görə Albaniya ölkəsi, yəni Vəhy çadırı Aran nəslindən olan bir nəfərə vəd olunmuşdur. Mətnlərdə, Vəhy çadırı mənasında olan Skiniya rəmzi - Sisakan kimi qeyd edilir. Bu isə Sisakan nəslinin - "İlahın sakin olduğu varlıq" anlamında olması deməkdir. Ərəb mənbələrində Aran, ərənlər nəsli - "Hu ərənlər", yəni İlahi ərənlər adlanırlar. Onların mülkü numizmatika nümunələrində Cəlairilərin Xəllədə (Xelat/Xalda) mülkünə aid edilərək "Mülkə-Hu" adlanır. Cəlair rəmzi Gelar rəmzinin ərəbləşmiş variantıdır və bu o deməkdir ki, Leviin (Alban) qolunun leviləri elə Alban Ərənşahlar nəsli olan Gelarküni bəgləridir. Tövratda Musa və Yaqub peyğəmbərin məhz bu nəsli, Allahın Özünə qulluq üçün digər yəhudilərdən ayırdığı xüsusi xalq hesab olunur. Allah onlara bildirir ki, "Mən müqəddəsəm və siz də Mənim üçün müqəddəs olacaqsınız. Mən sizi digər xalqlardan ayırdım ki, siz Mənim olasınız". Tövrata görə Allah onları Əhd sandığını daşımaq, Allah qarşısında dayanmaq, Ona qulluq etmək, Onun adından xeyir-dua vermək, danışmaq üçün ayırmışdır. Onlar Allahın bir "hissəsi" olduğu üçün müqəddəslik də əbədi onlara verilmişdir. Yalnız bu nəsildən olan baş kahin, Vəhy çadırına daxil ola bilirdi. Başqa heç kim Vəhy çadırına daxil ola bilməzdi və əks halda onu ölüm gözləyirdi.
Sufizmdə levi, yəni vəli rəmzi "Va-eli" mənasını verir ki, bu da Ba ruhunun eli deməkdir. İslamda Vallah (Va-Allahı) dedikdə də Billah (Ba-Allahı) rəmzi kimi - Allaha çevrilmiş Ba, Va ruhları nəzərdə tutulur. Va-eli rəmzi sufizmdə Əba-eli mənasını verir ki, bu da Məhəmməd peyğəmbərin çiyninə atdığı Kisa əbası və onun altında olan əhli-beyti nəzərdə tutulur. Bu isə onu deməyə əsas verir ki, peyğəmbərin Kisa əbası elə Vəhy çadırı anlamındadır. Onun əhli-beyti də Gelar bəgləri olmuşlar və mən bu haqda - "Əhli-beyt - Azəri pir-bəgləridir" adlı məqaləmdə yazmışam (sayt: https://firudin.blogspot.com/2023/05/bugunku-ilahiyyatclar-hli-beyti.html?m=1).
Tövratda Vəhy çadırı dedikdə üç aləm: Gel (Gelar) elindəki Allahın Mülkü, mülkün altındakı Cəbərut mağarası və Mülkün göylərində yaradılmış Mələküt aləmi nəzərdə tutulur. Bu haqda mənim - “Azəri, Azərbaycan nə deməkdir? Sirlər xəzinəsi" adlı məqaləmdə geniş izah verilib (sayt: http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html?m=1). Vəhy çadırına giriş Cəbərut aləminin mağarasından başlanır ki, mənbələrdə bu yeraltı mağara - Sokaris, Aid, Qades və s. ölüm şahlığı adlanır. Bu mağarada Allahın bütün yaraqları, qədim şahların xəzinələri, Əhd sandığının qorunduğu və yəhudilərin "müqəddəslər müqəddəsi" saydığı otaq vardır. Müsəlmanlar Əhd sandığını "Tabuti-Səkinə" adlandırırlar ki, bu da "İlahın sakin olduğu Skiniya" deməkdir. Axirətdə məhz bu sandıq açıldıqdan sonra dünya dəyişməli və yaradılış dövründəki kimi "qızıl əsr" başlamalıdır.
Tövratın dördüncü kitabı "Saylar" adlanır və bu kitabda yəhudilərə vəd olunmuş göydəki cənnətin "yolundan", yəni sufi pillələrindən danışılır. Burada Sinaydan çıxışa hazırlıqdan və göy Yerusəliminə ilk köçən ruhlar haqqında məlumat verilir. Bu ruhların ilkin materiya səhrasında Qor qızılquş formasında
yeni "həyatı" nəzərə çatdırılır (məqalə: "Тайна Моисея и сорокалетнего скитания евреев по пустыне", sayt:
https://firudin.blogspot.com/2021/07/blog-post_17.html).
Tövratın beşinci kitabı "Qanunun təkrarı" kitabıdır ki, burada əvvəlki kitablar təkrar olaraq izah və dəqiqləşdirmələrlə verilir.
Bütün bu yazdıqlarımdan çıxan nəticə odur ki, Tövrat kitabı Azəri pir-bəglərinin göydə Allah və onun daxilində cənnət yaratması hadisəsinə, öləndən sonra möminlərin ruhlarının bu cənnətə düşməsinin qanununa həsr olunmuş kitabıdır. Cənnət - qədim Misir mənbələrində Gel, Alban mətnlərində isə Gelarküni kimi keçən, Azərbaycanın Gilar elində Allah tərəfindən yaradılmışdır. Allah bu cənnət beytinin uzun müddət mövcudluğunu təmin etmək üçün, Gel elinin bu bəg ərənlərinin ürəyinə elm vermiş və onları Özünə qulluq üçün ayırmışdır. Allah insanlarla Özü arasında yalnız bu nəslin vasitəçiliyinə qərar vermiş, onları Özünün "hissəsi" adlandırmış və axirətə qədər məhz bu əhli-beyti vasitəsilə dünyanı idarə etmişdir. İnsanların onları rəhbər kimi qəbul etməsi üçün Allah onlara müqəddəslik və "dünyanı yaradan silah", yəni İlahı idarə etmə qüdrəti vermişdi. Lakin axirətdə, göydə yaradılmış dünyanın sonu ilə eyni vaxtda bu Azəri seyid-bəgləri (şad bəglər) də İlahi qüdrətlərini itirirlər.
Allahın Əzəl yazısına görə, yaranışdan 5514 il sonra göydəki dünyanın sonu olmalı və bu mələküt aləmi işıqda parçalanmalıdır. Bu axirət zamanında yer üzündə, yaradılış dövründən əvvəlki kimi kataklizmlər baş verməli, təbiətdə və cəmiyyətdə xaos olmalıdır. İnsanlar Allah hakimiyyətinin yenidən bərpasını arzuladığı bir gündə, Gilar dağlarının altında qorunan "Allahın qapısı" açılmalı və Nuhun dövründəki kimi dünyaya dirilik suyu axmalıdır. Məhz bundan sonra göydə ikinci Allah beyti yaranmalı, Cəbərut aləmindəki ruhlar ora köçməlidirlər. Bu kosmik hadisələrdən sonra Ra-Amon Allah Öz hakimiyyətini, Onun ruhunu daşıyan Aran nəslindən bir nəfərə verəcəkdir. O da dünyaya 2246 il hökmranlıq edəcəkdir (məqalə: "Расшифровка библейских символов «Мене, Мене, Текел, Упарсин», sayt:
https://firudin.blogspot.com/2021/07/blog-post_28.html). Onun dövründə yer üzündə yenidən "qızıl əsr" başlanacaq və dünya yeni nizama qədəm qoyacaqdır. Bu zaman elm tam inkişaf edəcək, təbii ölümdən başqa bütün dərdlərin dərmanı tapılacaqdır.
Tövrat kitabı Allah hakimiyyətinin 7760 illik dövrünün rəmzlərlə yazıldığı müqəddəs kitabdır. Günəş sisteminin bu diskret zamandan başqa yalnız İlahın, yəni ilkin materiyanın milyardlarla illik hakimiyyəti olmuşdur. İlahın bu hakimiyyətini pozan və adını kosmos tarixinə yazan yeganə şəxs isə Asar (Osiris) teurqlarının, yəni Azəri türklərinin əcdadı Bəkdüz Əman olmuşdur. Məhz onun Qor nəslinin getdiyi yolu təqlid edən pir-fironlar nəslinin nümayəndələri, Sokar mağarası mənasında olan qəbirə qoyulan kimi, ruhları - göyə, Süd yolunun yanındakı Osiris-Orion (Azər-Aran) bürcünə və oradakı ölüm şahlığına qalxır (məqalə: "Расшифровка древнеегпетских текстов с помощью "языка птиц" царя Соломона", sayt:
https://firudin.blogspot.com/2021/08/blog-post.html). Pir və möminlərin ruhları bu İslam cənnətində ikinci həyat qazanıb, yerdəki törəmələri ilə əlaqə saxlamaqla əsrlərlə yaşayırlar.

Firudin Gilar Bəg

23.06.2023

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери