Axirət dövründə namaz qılmaq mənasızdır!

       İslamın vacib əməllərindən biri də namaz sayılır. Onun vacibliyinin əsas səbəbi bilavasitə cənnətlə bağlıdır. Batini mənada İslam rəmzi - "İsa-aləmi" fikrini ifadə edir və "ruh aləmi" deməkdir. Tövratda SLM rəmzi cənnətə aparan pilləkən anlamında qeyd olunur. Ümumiyyətlə bütün dinlərin mahiyyəti, insan öləndən sonra, ruhunun cənnətə düşməsinə inamdır. Bu cənnəti isə qədim Misir fironları öz nəsilləri üçün, yüz minlərlə qurban ruhlarından yaratmışlar. Misir mənbələrdə bu cənnət Osirisin ölüm şahlığı adlanır. Sufi məntiqində Misir rəmzi Üm-Əsər, yəni Azər, Osiris ümməti mənasındadır. Tövratda və Quranda ümmət (am/ümmə) sözü, özlərinin xüsusi sufi dili olan ilk insanlar - peyğəmbərlər anlamında qeyd olunur. Firon sözü isə Misir mətnlərində pirao, yəni pir kimi keçir.

Başqa sözlə, qədim mənbələrdə Misir fironları dedikdə, özlərinin xüsusi sufi-batini məntiqi olan və ilk yaradılmış Azəri pirləri nəzərdə tutulur. Qədim İran mənbələrində bu pirlər - farnbaq, yəni firon-bəglər adlanır. Deməli, Misir fironları Azəri pir-bəgləri olmuşlar və mətnlərdə Misir Allahlarının vətəni kimi də İran dağları göstərilir.
Bəg rəmzi əksər dinlərdə müxtəlif variantlarda yazılsa da, Allah mənasını verir. Tövratda bu bəg - İlahla "güləşən" Yaqub obrazında qeyd olunur ki, bu güləşmədən sonra ona İsrail, yəni Asar-Eli, Azər-Eli adı verilmişdir. Bu o deməkdir ki, göydəki Asar, yəni Osiris cənnətini Azəri pir-bəgləri İlahdan yaratmışlar. Pir-bəglər öləndə, onların ruhları birbaşa bu cənnətin sorğu-sual zalına düşür və burada 42 hakim tərəfindən mühakimə olunduqdan sonra cənnətdə ikinci həyat qazanır. Məhz bu ikinci həyata görə, ilk yaradılmış Azəri pir-bəgləri qədim mənbələrdə ölümsüz göy insanı adlanırlar. Mətnlərə görə adi yer insanlarını məhz bu ilk ümmət yaratmışdır. Mömin həyatı sürmüş adi insanların da ruhlarının cənnətə düşməsi üçün, Allah onlara namaz, dəstəmaz və s. əməlləri vacib bilmişdi. Mən, "Namaz və dəstəmazın batıni mənası" adlı məqalədə göstərmişəm ki, bu ritualın bütün əməlləri ilkin materiyanın qanun və qüvvələrinə bağlıdır (sayt: https://firudin.blogspot.com/2021/04/namazn-v-dstamazn-batini-mnas.html?m=1). Bu hərəkətlərlə mömin İlaha, yəni İlkin materiyaya "göstərir" ki, "mən ilk yaradılmış Adəməm". Məhz bu hərəkətləri mütəmadi etmiş adi insanın ruhu Babil qülləsinin sorğu-sual zalına düşür. Bu sorğu-sual zalı həqiqətdə Yerusəlim məbədidir ki, sufi məntiqində bu rəmz elə - "Asar-Aləmi", yəni Osirisin, Azərin ruhlar aləmi mənasındadır. Mən, "Тайна метафизического золотого храма царя Соломона" adlı məqalədə göstərmişəm ki, əsl Yerusəlim, yəni Qüds - Azərbaycan torpaqlarında mövcud olmuş Kadus elidir (sayt: https://firudin.blogspot.com/2023/09/blog-post_19.html?m=1). Mənbələrə görə, Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlandı. Gel isə qədim Misir mənbələrində, kosmik Atum Allahının yaradıldığı eldir və sonrakı mənbələrdə bu el Gelat, Xelat, Gelar və s. kimi qeyd olunur. Deməli, Osiris şahlığının, yəni cənnətin yaradıldığı məkan, son əsrlərə qədər Gilarau adlanan Azərbaycandakı mahaldır. Tövratda Allah məhz bu mahal haqqında - "Bu yer Mənim Taxtımın və Ayağımın yeridir və Mən burada, İsrail oğulları arasında əbədi yaşayacağım" deyir. Qədim mənbələrdə Baki, Bəkkə adlanan buradakı Allah dağının ərazisi - Azər (Azara), ərazinin göyləri isə İsrail, yəni Azər Eli - Osiris Allahının şahlığı adlanır. Allah dağının altındakı Qades mağarası və oradakı Əhd sandığı - Kodeş, yəni müqəddəs Kadus kimi məlumdur. Gelarau mahalının göylərindəki Osiris cənnəti Tövratda Vəhy çadırı da adlanır. Bu cənnətin var olması üçün min illər Gelar bəgləri, buradakı böyük qurbangaha fasiləsiz qurban qanı tökürdülər. Göyə qalxan və ilkin materiya ilə "qarışan" bu qurban ruhlarının hesabına, göydə Azər odundan yaranan cənnət min illər var olmuşdur.
Hesablamalara görə, yaradılışından 5514 il sonra, göydə yaranmış cənnət ilkin materiyada "əriyib" yox olur. Azəri pir-bəglərinin yaratdığı bu ruhlar dünyasının məhv olması qədim mənbələrdə "dünyanın sonu", axirət adlanır.
Axirət dövründə, yəni göydəki cənnətin məhvindən sonra ölən Azəri müqəddəslərinin ruhları, Allah dağının altındakı mağaraya sığınırlar. Bu dövrdə buraya sığınmış ruhların vəziyyəti "koma" vəziyyəti kimi qiymətləndirilir. Axirətdə, bu mağaranın qapısı açıldıqdan sonra, buradakı İlahi Azər odundan göydə ikinci ruhlar dünyası, cənnət yaranacaq və ruhlar dirilib, yeni cənnətə keçəcəklər.
Bütün bunlar o deməkdir ki, axirət dövründə, yəni yaşadığımız bu günlərdə namaz qılmağın heç bir mənası yoxdur. Çünki, göydəki cənnət artıq məhv olmuşdur və adi insanların ruhlarını cənnət qapısına aparan sistem yenidən xaosa, yəni əvvəlki təbii vəziyyətinə qayıtmışdır. Yalnız Babil qapısı açılandan və Allah insanlarla yeni müqavilə bağladıqdan sonra, ölən möminlərin ruhları, İsa peyğəmbərin yeni cənnətinə düşə biləcəklər.

Firudin Gilar Bəg
28.12.2023

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери