Peyğəmbərimizin əhli-beyt əmanəti və Beytullah
Dünyanın ən geniş yayılmış dinlərindən biri də İslam dinidir ki, onun yaradıcısı Məhəmməd peyğəmbər, müqəddəs kitabı isə Qurandır. Peyğəmbərimiz öləndə, İslam dini üçün ən vacib saydığı Quran kitabını və əhli-beytini "ağır əmanət" kimi qorumağı xalqına tapşıraraq demişdi ki, axirətdə xalqı ilə hovuz başında görüşəndə, onlardan əhli-beytlə necə rəftar etdiklərini soruşacaq.
Quranın əmanət kimi qəbul edilməsini məntiqi saymaq olar. Bəs əhli-beyti hansı səbəblərdən peyğəmbərimiz "ağır əmanət" adlandırmış və onlara görə axirətdə öz xalqını sorğu-sual edəcəkdır? Bunu aydınlaşdırmaq üçün biz mənbələri diqqətlə araşdırmalıyıq.
Hədislərə görə, Quran kitabı zahiri, yəni hərfi və batini, yəni daxili, gizli mənalardan ibarətdir. Zahiri məna hamı üçün, batini mənalar isə sufi arifləri üçün nəzərdə tutulmuşdur ki, Tövratda sufilər - vahid səfa dili olan ilk ümmət adlanırlar (bax. Məqalə: "Tövrat da, Quran da bilavasitə Azəri pirlərinə göndərilib!", sayt: https://firudin.blogspot.com/2023/08/tovrat-da-quran-da-bilavasit-azri.html?m=1). Quranın batini mənalarını bu sufi-səfa qardaşlığı "hikmət və marifətullah" adlandırırlar və bu elm peyğəmbərin beytinə aid edilərək - “Beyt əl-elm vəl-marifət vəl-hikmət” kimi də məlimdur. Deməli, Quranın batini mənalarını yalnız əhli-beyt bilmişdir. Mən, "Oxuduğumuz Quran - həqiqi Quran deyil" adlı məqalədə göstərmişəm ki, sufi arifləri Quran dedikdə Lövhi Məhfuzu və "danışan Quranı", yəni əhli-beytdən olan ismaili natiqlərini nəzərdə tuturdular (sayt: https://firudin.blogspot.com/2023/05/oxudugumuz-quran-hqiqi-quran-deyil.html?m=1). Lövhi Məhfuz - mühafizə olunan, yəni qorunan lövhə deməkdir və o bir mağarda gizlədilmişdir. Bu lövhədə bəşəriyyətin bütün tarixi əvvəlcədən yazılmışdır və o məhz axirətdə üzə çıxacaqdır. Bu o deməkdir ki, Məhəmməd peyğəmbərin ağır əmanət kimi xalqına tapşırdığı Quran - "danışan Quran", yəni axirətdə gələcək və əhli-beytdən olacaq ismaili natiqidir. Peyğəmbərimiz hovuz başında müsəlmanların bu son natiqlə necə rəftar etmələrini onlardan soruşacaq.
Saqaleyn hədisində Quran kitabı və əhli-beyt əmanətləri "bir-birindən ayrılmaz ağır əmanətlər" adlandırılır ki, bu da axirətdə gələcək "kitabın", yəni ismaili qütbünün (kutub) də bilavasitə əhli-beytdən olacağı anlamındadır. Mən, "Əhli-beyt - Azəri pir-bəgləridir" adlı məqalədə elmi sübut etmişəm ki, batini məntiqdə peyğəmbərimizin "ev əhli" - Azəri seyid-bəgləridir (sayt: https://firudin.blogspot.com/2023/05/bugunku-ilahiyyatclar-hli-beyti.html?m=1). Məhəmməd peyğəmbərin, qardaşı oğlu Aqilə (Akil) çatmış evi - ən qədim Misir mənbələrində kosmik Atum Allahının yaradıldığı Gel evidir. Batini mənada aqil, əhli rəmzləri - Gel və İlah rəmzləri ilə eyni mənalıdır. Qədim Misir mətnlərinə görə, Gel şəhərində pir, yəni firon Amon minlərlə qurban vasitəsi ilə göydən yerə İlah gətirmiş və burada İlahdan El, yəni El-İlah - Allah yaratmışdır. Pir Amonun göydə yaratdığı bu kosmik el mənbələrdə Allahın Evi, yəni Beytullah adlanır. Bu o deməkdir ki, əhli-beyt dedikdə - Beytullahın yaradıldığı evin sakinləri nəzərdə tutulmalıdır.
Quranda əhli-beyt rəmzi İbrahim (11:73), Musa (28: 12) vә Mәhәmmәd (33:33) peyğəmbərin ailәlərinə aid edilir. Bu o deməkdir ki, şiələrin əhli-beyti eyni zamanda yəhudi peyğəmbərlərinin də ev xalqıdır. Başqa sözlə, bütün peyğəmbərlər bir evdən çıxmışlar.
İbrahim peyğəmbərin ailəsi ilə bağlı ayədə "ev xalqı" ifadəsi - "əhli aleyhim" rəmzinə aid edilir ki, batini mənada bu rəmz "Gel Elohim" deməkdir. Tövratda Elohim - bəşəriyyətin yaradılışını həyata keçirən allahlar mənasında qeyd olunurlar. Mən, "Человека сотворили Хазарские беки - Элохимы" adlı məqalədə göstərmişəm ki, Tövratdakı Elohim allahları - mənbələrdə "Ya-İlahi" adlandırılan Cəlairilərin Muğal bəgləridir (sayt: https://firudin.blogspot.com/2023/11/blog-post.html?m=1). Cəlair rəmzi - Gelar rəmzinin ərəbləşmiş variantıdır. Başqa sözlə, İbrahim peyğəmbərin əhli-beyti - Alban mənbələrinin Gelarküni Ərənşahları adlandırdıqları Gelar elohim-muğallarıdır.
Quranda (28:13) Musa peyğəmbərin beytinə aid edilən ayənin batini mənalarında söhbət - ilk insanlar olan marların (amorey), yəni Elohim-Muğal allahların Gelat eli və burada yaradılmış Qeyb aləmindən gedir. Batini mənada Gelat (Gel-Teo/Teos) rəmzi Gel elinin Allahı deməkdir və bu rəmz Tövratda və İslamda ismaililərə aid edilir. Bu o deməkdir ki, bu ayədə Musa peyğəmbərin də evi elə Gel və yəni Gelar evidir.
Quranda (33:33), Məhəmməd peyğəmbərin evinə aid edilən ayədə əhli-beyt rəmzi - Kənan evi, namaz, zəkat və karine rəmzi ilə əlaqələndirilir və İlaha, rəsula itaət tövsiyə olunur. Batini mənada Quran rəmzi ilə eyni mənalı karine rəmzi - Qor Allahının yolu ilə gedən ilk ümməti, onların Gel şəhərində yaratdıqları Kənan/Xanaan evini bildirir ki, bu ev iki dünyanı birləşdirən kosmik evdir (bax. Məqalə: "Ануннаки, последователи Гора и их святая пустыня Фаран", sayt: https://firudin.blogspot.com/2021/07/blog-post.html). Deməli, Məhəmməd peyğəmbərin evi - kosmik Atum Allahının evidir ki, insanlar bu ev əhlinə və buradakı Allaha itaət etməlidirlər. Başqa sözlə, peyğəmbərimizin evi elə - iki dünyanı birləşdirən Beytullah, yəni Allahın Evidir.
Yazdıqlarımızdan belə çıxır ki, Quranda əhli-beyt dedikdə Allahın Gel, yəni Gelar (Gelat) elindəki evinin sakinləri olan Azəri seyid-bəgləri nəzərdə tutulmalıdır (bax. Məqalə: "Həqiqətdə Əhli-beyt kimlərdir?, sayt: https://gilarbeg.wordpress.com/2022/08/23/həqiqətdə-əhli-beyt-kimlərdir/).
Batini mənada Gelar rəmzi, Tövratdakı Raquil, Raxil (Ur-Xaldey) rəmzləri kimi - "Gel şəhərinin Ra günəş Allahı" fikrini bildirir ki, buradakı Ra günəş Allahı Ra-Amon, yəni Rəhman Allahdır. Başqa sözlə, Gelar - Rəhman Allahın ərşə yüksəldiyi yerdəki Evidir. Mən, kitab və məqalələrimdə göstərmişəm ki, Tövrat kitabı bilavasitə Gelar bəglərinin kitabıdır və bütün Assur, Misir allahları, yəhudi peyğəmbərləri məhz Gelar eli ilə bağlıdırlar (bax. Məqalə: "Тайна Моисея и его Торы", sayt: https://firudin.blogspot.com/2023/06/blog-post.html?m=1). Tövratda (Levililər, 26:11-12) Allah Gelar elini nəzərdə tutaraq deyir: "Mən Öz Evimi sizin aranızda yaradacağam... sizin aranızda yaşayacağam və siz Mənim xalqım olacaqsınız". Bu kitaba görə, Allah onları Əhd sandığını daşımaq, Allah qarşısında dayanmaq, Ona qulluq etmək, Onun adından xeyir-dua vermək, danışmaq üçün ayırmışdı. Onlar Allahın bir "hissəsi" olduğu üçün müqəddəslik də əbədi onlara verilmişdi. Yalnız bu nəsildən olan baş kahin, Vəhy çadırına daxil ola bilərdi (bax. Məqalə: "Əhli beyt - Allah Mülkünün mühafizəçiləridir", sayt: https://firudin.blogspot.com/2022/12/hli-beyt-allah-mulkunun-muhafizcilridir.html?m=1). Vəhy çadırı dedikdə sufilər Beytullahı, yəni çadır formasında qurban ruhlarından göydə yaradılmış evi nəzərdə tuturlar ki, bu çadır haqqında Kitabi Dədə Qorqudda geniş danışılır. Rəmzi mənada bu çadır, Gel şəhərində, kosmik insan formasında yaradılmış Atum Allahının (Adəmin) üstünə atılmış əba kimi də təsəvvür olunur. Vəhy çadırı ivrit dilində "Oxel Moed" adlanır ki, sufi-batinilərdə bu rəmz "Gel Mad", yəni Gel şəhərində yaradılmış Adəm, Atum Allahı, Midiya ölkəsi mənalarındadır. Hədislərdə beyt də, Məhəmməd peyğəmbərin üstünə atılmış əba kimi qeyd edilir ki, onun ev əhli bu əbanın altında olanlar sayılır. Başqa sözlə, Məhəmməd peyğəmbərin əhli-beyti elə Allahın Gel şəhərində (Geliopol) yaratdığı Vəhy çadırında yaşayanlar və Allaha qulluq edən levilər, yəni vəlilərdir.
Əhdi-ətiqdə Gel şəhəri izmaililərin Gelad (Qalaad) eli kimi qeyd olunur və Allah onu - "Mənim Geladım" adlandırır. İslamda ismaililərin bu eli - ifrat şiələrin Gelat (Qulat) eli kimi məlumdur. İsmaili pir-bəgləri İlahla vəhdətdən (İlahi nurdan) yarandığı üçün, onların nəsli ana adı ilə, yəni Həcər, Qacar adı ilə qeyd olunur (bax. Məqalə: "Ana" ilə keçən müqəddəslik", sayt: https://www.blogger.com/u/1/blog/posts/3210233418827378163). Bu Qacar şahlarının Gelad/Gelat yurdu bizlərə Azərbaycan Atabəglər Ailəsinin Xelat eli kimi məlumdur. Deməli, əsil əhli-beyt, Gel-Gelat (Xelat) və ya Gelar elində yaşayan Qacar şahları nəslidir.
Xristian mənbələrində Allahın Gel elindəki beyti - monastr kimi qeyd olunur və bu monastırın sahibi olan monax Kelar adlanır. Burada Allah Evi və onun təsərrüfatı, Kelar/Gelar rəmzi ilə eyni mənalı Klir, bu evin əhli olan peyğəmbərlər, levilər, din xadimləri isə klirilər adlanırlar. Mən, "İsa peyğəmbər də seyid olub!" adlı məqalədə göstərmişəm ki, xristianlığın banisi İsa peyğəmbəri yəhudilər Yaşua, yəni "Ya-Şiə" adlandırırdılar və xristianlıq da şiəlik kimi məna etibarilə axirətdə gələcək Mehdi inancı ilə bağlıdır (sayt: https://firudin.blogspot.com/2024/02/isa-peygmbr-d-seyid-olub.html?m=1). Başqa sözlə, axirətdə gələcək İsa peyğəmbər də Beytullahdan olacaqdır.
Quranda Beytullah rəmzi qeyd olunmur, lakin bu rəmzlə eyni mənalı Abdullah rəmzi keçir və İsa peyğəmbərlə əlaqələndirilir. Məryəm (30) surəsində İsa peyğəmbərə aid "Kale inni abdullah" rəmzi batini mənada - "Gel elində İlahdan yaradılmış Beytullah" fikrini ifadə edir. Cin (19) surəsinin batini mənalarında Abdullah-Beytullah rəmzi - Allahın göydəki İlahi beyti olan Kənan eli, keçədən yaradılmış ev rəmzində qeyd olunur və buranı, Allahın seçilmişləri olan xudaların qamlıq məqamında yaratması nəzərə çatdırılır. Əflatun "Fedon" [53; 110 S, D,E] əsərində, göydə yaradılmış Beytullah çadırının materialını keçə yox, dəri adlandıraraq yazır: "O (göydəki) torpağa yuxarıdan baxsaq, 12 hissəli dəridən tikilmiş və müxtəlif rənglərlə işlənmiş alabəzək topa bənzəyir. Bizim rəssamlarımızın istifadə etdiyi rənglər o rənglərin bənzəridir, lakin orada bütün torpaq daha açıq və təmiz rənglərlədir...". A.A. Bakıxanova görə türklər əvvəl bu Vəhy çadırını qamış və otdan (Dünya ağacı rəmzində), sonra isə heyvan dərisindən yaratmışlar. Quranın batini mənalarına görə dəridən yaradılmış göy çadırı bir də axirətdə əmələ gələcəkdir (Quran, 55:37).
Yəhudi mənbələrdə Gel şəhərində yaradılmış Beytullah - Xeyxal adlanır ki, bu da batini mənada İlahi Gel şəhəri deməkdir. Mən, "Тайна метафизического золотого храма царя Соломона" adlı məqalədə bu Beytullah haqqında geniş məlumat vermişəm (sayt: https://firudin.blogspot.com/2023/09/blog-post_19.html?m=1). Yəhudilər Xeyxalın indiki Qüds şəhərində yaradıldığını iddia edirlər ki, bu tam cəfəngiyatdır. Çünki əsl Qüds qədim Kadus elidir və mənbələrə görə Yerusəlim tikilib qurtardıqdan sonra Gel, yəni Gelarküni adlanmağa başladı. Gelarküni isə - Allahın "Kün!" əmri ilə yaratdığı Gelar koen-kahinlərinin beytidir. Keçən əsrə qədər bu Gelar (Gilar) eli həm də Pardi adlanırdı ki, bu da Assuriya şahlarının şəhəri olan Parda anlamındadır və cənnət mənasında olan "paradiz" sözü bu rəmzdən yaranmışdır.
Son dövrün yəhudi ravvinləri, sufi-batinilərin səfa dilini bilmədikləri üçün, Tövratda və digər mənbələrdə söhbətin belə nədən getdiyini anlamırlar. Anlamaları da mümkün deyil. Çünki bütün müqəddəs yazıları - "Beyt əl-elm vəl-marifət vəl-hikmət” adlanan əhli-beyt arifləri "səfa" məntiqi ilə yazmışlar. Süleyman peyğəmbərin bu "Quş dili"ni anlamağı da Allah yalnız bu bəglər nəslinə vermişdir. Bu dilin xüsusiyyətləri haqqında mən kitab və məqalələrimdə yazmışam (bax. Məqalə: "Расшифровка Торы с помощью "язык птиц". С кем боролся Иаков?", sayt: http://gilarbey.blogspot.com/2017/03/blog-post.html).
Bütün bunlar o deməkdir ki, əhli-beyt dedikdə, Azərbaycanın qədim Gilarau mahalında Gilar maq-muğallarının Allah üçün tikdiyi Beytullah və bu Allah Evinə qulluq edən pir-bəglər nəzərdə tutulmalıdır. Peyğəmbərimizin "ağır əmanət" adlandırdığı, bir-birindən ayrılmayan əhli-beyti və kitabı da - Allahın Özünə qulluq üçün seçdiyi Gelar bəgləri və onların kutub səviyyəli natiqidir. Axirətdə peyğəmbərimiz buradakı hovuzun, yəni abi-həyat çeşməsinin başında iman əhli ilə görüşəndə, onların bu əhli-beytlə necə rəftar etdiklərini soruşacaqdır.
Firudin Gilar Bəg
06.03.2024
Комментарии
Отправить комментарий