Azərbaycan və onun xalqlarının ağlasığmaz sirləri
Bu gün Azərbaycanda yaşayan xalqların və etnik qrupların bəzi nümayəndələri, xarici təsirlər altında öz milli kimliklərini qabardır və ölkəmizdə ayrı-seçkilik salmağa çalışırlar. Qədim həqiqətlərdən xəbəri olmayan bu bir qrup insan, Avropa alimlərinin ortaya atdığı "dil qrupu" nəzəriyyəsini əsas götürərək, yad xalqları özlərinə qardaş hesab etməyə başlamışlar. Bəs həqiqət necədir? Necə ola bilər ki, bir məkanda min illər qardaş kimi yaşamış xalqlar birdən birə bir-birinə yad, qonşunun özgə xalqına isə dil oxşarlığına görə doğma olsunlar? Mən, ilk dəfə olaraq bütün bu sualların cavabını bu məqalədə verəcəyəm və ölkəmizlə bağlı heç kimin bilmədiyi sirləri açacağam.
Hər şeydən əvvəl ondan başlamaq istəyirəm ki, bütün qədim həqiqətlər kitablarda yazılıb. Lakin bu yazını qədim müdriklər müəyyən səbəbdən rəmzlərlə yazıblar. Bu səbəb isə bilavasitə insanların yaradılışı ilə bağlıdır. Qədim dünyanın ən ciddi mənbəyi Tövrat kitabı hesab olunur ki, yazılara görə Allah dünyanı yaradanda bu kitaba baxıb yaradırmış. Tövrat isə açıq yazır ki, əvvəl bir xalq və onun vahid bir dili olmuşdur. Şərqdən gələn bu xalq Xaldeyada, başı göylərə çatan Babil qülləsini tikdi. Allah, ikinci belə bir qüllənin tikilişinin qarşısını almaq üçün, onların vahid dilindən 70 müxtəlif dil yaradıb, onları dünyaya səpələdi (məqalə: "Тайна святого языка Азери", sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html). Deməli, qədim dillər xüsusi məqsədlə və məntiqlə, Babil qülləsi tikildikdən sonra bir dildən yaradılmışdır. Babil sözü - "Allahın qapısı" mənasını verir ki, sufi müdriklərinə görə, məhz Şərqdən gələnlər İlahdan göydə nəhəng Allah yaratmış və onun qapısını da Xaldeyada tikmişlər. Xaldeyada yaradılmış bu Allahın və onun qapısının sirr kimi qalması üçün Allah vahid dildən 70 müxtəlif dil yaratmışdır.
Sadəcə bu həqiqətlər kifayət edir ki, insanların danışdığı dillərə görə xalqlara bölünməsinin cəfəngiyat olması birdəfəlik anlaşılsın. Lakin dünya alimləri nədənsə ciddi mənbədəki bu faktı qəbul etmirlər və bunun səbəbini də mən bu məqalədə açacağam.
Mənbələrdə Şərqdən gəlmişlər dedikdə, Qafqaz Albaniyasından gəlmiş insanlar nəzərdə tutulur. Lakin məşhur sufi Şihabəddin Yəhya Sühravərdi Şərq rəmzi altında göyləri, göydəki dünyanı nəzərdə tutur (məqalə: "Dünyanın ilk dili - Türk dilidir!", sayt: https://gilarbek.blogspot.com/2018/04/dunyann-ilk-dili-turk-dilidir.html?m=1). Göydən gəlmiş xalq isə mətnlərdə - şahlığı göydən endirilmiş kutilər adlanır. Deməli, sufilərə görə vahid dilindən 70 dil yaradılan ilk xalq - kutilərdir.
Tövrata görə cəmi iki növ insan - göy və yer insanı yaradılmışdır ki, Şərqdən gələn kutilər, mənbələrdə ölümsüz göy insanları mənasında Assurlar adlanırlar. Bu ilk varlıqlar Misir mənbələrində Asar, yəni Osiris Allahları mənalarındadırlar. Sufi məntiqində kuti sözü də, Allah mənasını verən Qad, Xuda rəmzləri ilə eyni mənalıdır. Başqa sözlə, ilk insanlar dedikdə mənbələr - Allahlar nəslini nəzərdə tutur ki, bunlar da Osiris Allahları nəslidir. Əflatuna görə, adi yer insanlarını da bu göy insanları yaratmışlar. Məşhur sufi Mühiddin ibn Ərəbi yer insanlarını - “təbiət və şəhvətin idarə etdiyi, zəif ağılda olan, məntiqsiz” sayır və “heyvani insan” adlandırır. Mən, "Истина о небесных и земных людях" adlı məqalədə bu haqda geniş məlumat vermişəm (sayt: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1). Deməli, qədim mətnlərə görə cəmi iki növ insan yaradılmışdır ki, bütün yazılanlar ilk insanların, yəni assurların vahid səfa dilində yazılmışdır və yalnız onlara aiddir. Şərqdən, yəni Albaniyadan gəlmiş vahid səfa dilli bu İlahi varlıqlar yazılarda "İhvani səfa", yəni sufi dilli Aqvan-Alban qardaşlığı adlanırlar.
Sufizmdə Assur/Asar/Aşşur/Azər rəmzləri eyni mənalıdır və qədim Misir yazılarında onlar, qeyd etdiyim kimi Osiris Allahları adlanırlar. Əhdi-ətiqə görə, bu azərilərin varisləri xaldeylər sayılır ki, mənbələrdə xaldey rəmzi altında Xelat əhli, yəni Azərbaycanın Xelat Atabəglər Ailəsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, vahid səfa dilindən yaradılmış 70 müxtəlif dillərdə danışan xalqlar - bir elin, yəni Azərbaycan Atabəglər Ailəsinin xalqlarıdır. Sufi müdriklərinə görə, adi insanların qədim mənbələrə heç bir aidiyyatı yoxdur. Başqa sözlə, mənbələrdə söhbət Azərbaycan Atabəglər Ailəsinin xalqlarından gedir.
Bütün bu həqiqətlərin fonunda ortaya belə bir sual çıxır: qədim həqiqətlər mənbələrdə açıq yazıldığı halda, niyə bu gün insanlar danışdığı dilə görə xalqlara, millətlərə bölünürlər? Bunun cavabı isə son dövrün alimləri ilə bağlıdır.
Masonluqla bağlı yazılarımda mən göstərişəm ki, mənbələrə görə Avropanı son 3 əsrə qədər "Quş dili" bilən Qulyardlar, yəni "Gel oğulları" adlanan Gilar bəgləri idarə etmişlər (məqalə: "Древние масоны – прямые потомки богов", sayt: https://gilarbek.blogspot.com/2012/12/blog-post.html?m=1). Lakin son əsrlərdə hakimiyyətə göy insanları ilə qarışığı olan yer insanları gəlməyə başladı. Onlar, qədim dünyanın sahiblərinin məhz Azərbaycan Atabəglər Ailəsinin olmasını anladılar və bunu qəbul edə bilməyib, dilləri qruplara bölərək həqiqətləri gizlətdilər. Qədim sirləri bilməyən müasir alimlər də əvvəlki alimləri ağıllı sayıb, onların məntiqi ilə ağıllarına gələnləri yazdılar.
Bütün bunlar o deməkdir ki, danışdığı dilə görə xalq olmur. Mənbələrə görə hələ Aşinanın vaxtında Türk dilində danışan iki qrupun biri əsla Türk hesab olunmurdu. Qədim dilləri Allah xüsusi sufi məntiqi ilə yaratmış və məhz Xelatdan, yəni Xaldeyadan insanları dünyaya səpələmişdir. Mən, "Правители мира и их единый "язык птиц" adlı məqalədə bu haqda geniş izah vermişəm (sayt:
https://firudin.blogspot.com/2020/08/blog-post.html?m=1). Mətnlərdə Altay dedikdə də sufilər El-Teo, yəni Allahlar eli olan Azərbaycanı nəzərdə tuturlar.
Qədim Misir yazılarında Azərbaycan Atabəglər Ailəsi - "Vahid əsilli xalqların Böyük İttifaqı" kimi qeyd olunur və Ruten adlanır. Ruten rəmzi digər mətnlərdə Allah mənasını verən Neter, Turan və Tanrı kimi qeyd olunur. Ruten eli iki torpaqdan - yuxarıdakı, yəni göydəki və aşağıdakı, yəni yerdəki torpaqlardan ibarət olmuşdur. Mən, "Великая тайна иудаизма и иудеев Хазарии" adlı məqalədə bu haqda geniş yazmışam (sayt: https://firudin.blogspot.com/2021/01/blog-post.html). Bu o deməkdir ki, ən qədim mənbələrdə Allah mənasını verən Ruten/Neter/Tanrı və Turan rəmzləri altında - öz kosmik "bədəni" ilə iki dünyanı birləşdirən, qədim Misirin Atum və ya Osiris adlanan Allahı nəzərdə tutulur. Öz "bədəni" ilə iki dünyanı birləşdirən Ruten (Turan) Allahının yerdəki eli isə elə Babil qülləsinin yaradıldığı Xaldeya-Xelat elidir. Başqa sözlə, Azərbaycanın avtoxton xalqları - vahid əsilli, yəni eyni kökdən olan xalqlardır və onlar qədim Misir Allahları nəslinin varisləridir. Kitabi Dədə Qorqudda bu Atabəglər Ailəsi - iki elin, yəni yerdəki Taş Oğuz elinin və göydəki İç Oğuz elinin bəgləri adlanır. Mən, "Assuriya qədim Azərbaycan ölkəsidir" adlı məqalədə bu haqda geniş yazmışam (sayt:
https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/). Buddizmdə Azərbaycan Atabəglər Ailəsi - ekstatik durumda tam kamilliyə çatmış 33 Buddanın törəmələri hesab olunur və onlar Trayastrimşa adlanırlar. İslamda, Azərbaycan Atabəglər Ailəsinin əcdadları olan bu 33 müqəddəs - "Sadat silsiləsi", "Əli silsiləsi", "Qızıl silsilə", rus əfsanələrində isə 33 bahadır adlanır (məqalə: "Azərbaycan Atabəglər Ailəsi və Onun 32 müqəddəs xalqı", sayt: https://firudin.blogspot.com/2021/01/azrbaycan-atabglr-ailsi-v-onun-32.html).
Bütün bunlar o deməkdir ki, bu gün Azərbaycan adlanan ölkə ən qədim mənbələrdəki Azər, yəni Osiris Allahları nəslinin ölkəsidir. Onun əhalisi isə bütün bəşəriyyəti yaratmış Amon Allahı və Onun 32 silahdaşının törəmələridir. Bu törəmələr bu gün Qafqaz, Asiya və Rusiya xalqlarının əksəriyyətini təşkil edir. Onlar ayrılıqda müxtəlif dillərdə danışsalar da, ümumi dil kimi İlahla, yəni ilkin materiya ilə bağlı olan Allahlar və padişahlar dilində - Türk dilində danışırdılar. Çünki bu dil bəglərin ekstatik durumdakı tərikə yolunun İlahı dərkinin dilidir. Tövrat bu dili - ilk insanların vahid səfa dili, Quran isə Süleyman peyğəmbərə verilmiş "Quş dili" adlandırır.
Firudin Gilar Bəg
21.08.2024
Комментарии
Отправить комментарий