Keçmişimizi Aşağılayanlar Bu Sırləri BİLMİR!
Son zamanlar sosial şəbəkələrdə xalqımızı, onun tarixini, qəhrəmanlarını, dinini aşağılamaq əməlli-başlı dəbə düşüb. Tanınmış, lakin cahil insanlar gündəmdə qalmaq üçün hər gün keçmişimizlə bağlı bir xoşagəlməz fikir ortaya atırlar. Belə insanların qədim mənbələri düzgün dərk etməmələri haqda mən dəfələrlə fikir bildirmişəm və internet səhifələrimdəki kitab və məqalələrimdə bunları mənbələrlə elmi əsaslandırmışam. Lakin Mövlanənin sözü ilə desək: "Qırx alimi bir dəlillə susdurdum, bir cahili qırx dəlillə susdura bilmədim". Yəni bu gün keçmişimizə "dil uzadan" ziyalıların səviyyəsi həmin o cahillərin səviyyəsində olduğu üçün onlara qədim həqiqətləri anlada bilmədim. Mənbələrdə qarşıya çıxan sonsuz sayda suallara cavab verə bilməyən bu hərşeyşünaslara elmlə heç nə sübut etmək mümkün deyildir. Buna görə də mən, dərin elmi araşdırmalarıma əsaslanaraq o cahillərə müraciət edərək deyirəm: Ey oxuduğunun mənalarını anlamayanlar! Bilin ki, bütün qədim yazılar ilk ins...