Osmanlı padişahlarının ağlasığmaz sirləri

(Məqalənin Türkcə variantı bu saytdadır:

https://firudin.blogspot.com/2025/07/osmanl-padisahlarnn-akl-almaz-srlar.html?m=1)


Qədim dünyanın ən sirli nəsillərindən biri də Osmanlı padişahlarının nəslidir. Çünki bu nəsil mətnlərdə mifologiya, sirli rəvayətlərlə bağlıdır. XVII əsrin məşhur tarixçisi Təbrizli Arakel Osman şahları haqda yazır: "Budur onlar, Osmanlı şahları, hansıları ki, İlahi kitablar ilan adlandırır və hansılar ki, ta qədimdən ölkəni idarə edirlər; budur onların bu günədək tək-tək nəsli. Müsəlman Osmanlı şahlarının mənşəyi və onların "Osmanlı" adlandırılmasının səbəbi budur (1). Mənbələrdə ilan nəsli dedikdə, Heraklın "ilandan doğulmuşlar" nəsli nəzərdə tutulur ki, yəhudi mənbələri onları "mələklər" adlandırır. Mən, "Джалаиры – божественный род Геракла" adlı məqalədə bu nəsil və onların qədim Misirlə əlaqələrindən geniş yazmışam (2). İlan - ən qədim Misir mətnlərində ilkin materiyanın, yəni İlahın rəmzi sayılırdı və rəsmlərdə - ərəb dilindəki "Allah" sözü ilə eyni formada təsvir edilirdi. Məşhur yunan tarixçisi Siciliyalı Diodor Misirin XIX sülaləsinin fironu II Ramsesi - Osimon-Dias (Osimondia), yəni Osman-Allah adlandırır. Bu fironun Misir taxt adı - User Maat Ra olmuşdur. Misir dilində Prenomen və Ra-messu kimi də qeyd olunun II Ramsesi abidələr və papiruslar tez-tez Sesu və ya Sessu ləqəbi ilə çağıraraq, onu “Böyük əcdad”, “Ra-nın oğlu” hesab edirdilər. Onun heykəlində isə yazılır: "Mən padşahlar padşahı - Osimon-Diasam (Osman-Allaham). Əgər kimsə mənim böyüklüyümü və harada olduğumu bilmək istəsə, qoy mənim işimi üstələsin". Osmanlı padişahları ilə bağlı miniatürlərdə, qədim Misirin - "böcəyin Ra diskini çıxarması" rəsmi təsvir olunur ki, bu da onların Ra-Amon Allahının varisləri olması anlamındadır.

Bütün bunlar onu deməyə əsas verir ki, Osmanlı padişahları nəsli qədim Misir Allahları ilə bağlıdır. Onlar haqqında daha ətraflı məlumatları və İlahi həqiqətləri üzə çıxarmaq üçün mütləq qədim yazıları yenidən diqqətlə araşdırmaq lazımdır.

Qədim mənbələrdə Osmanlı padişahları və onun banisi haqda məlumatlar olsa da, təəsüf ki, müasir insanlar bu mənbələri - onları yazan müdriklərin məntiqi ilə yox, birbaşa, yəni hərfi mənada qəbul etmişlər. Buna görə də bütün qədim həqiqətlər - tarix, fəlsəfə, din və s. bu günə qədər anlaşılmaz qalmışdır. Bu məqalədə mən ilk dəfə qədim yazılara, onları yazan müdriklərin öz məntiqi ilə izah verəcəyəm və İlahi həqiqətləri açacağam.

Qədim mənbələrə görə iki növ insan - Göy və yer insanı yaradılmışdır. Allah - ölümsüz Göy insanlarını Özü yaratmış, ölümlü yer insanlarını yaratmağı isə bu Göy insanlarına tapşırmışdır (3). Mənbələrdə Göy insanları dedikdə Qafqaz Albaniyasının sufi qardaşlığı olan "İhvani səfa" nəzərdə tutulur ki, onların özlərinin xüsusi dili və məntiqi olmuşdur. Quranda Süleyman peyğəmbərə verilmiş "Quş dili" adlanan bu dil Tövratda - ilk insanların vahid "səfa" dili adlanır və bu da sufi məntiqi anlamındadır. Qədim yazıları, bu müdriklər nəslinin törəmələri ikili mənada, yəni hərfi və rəmzi, batini mənada yazmışlar ki, bu məntiqdə əsas fikri samitlər daşıyır, saitlər isə yalnız bağlayıcı rolunu oynayır (4). Yazıların hərfi mənaları mətndə söhbətin ümumiyyətlə nədən getdiyini göstərir. Sözlərin samitlərdə gizlənmiş batini mənaları isə Allahla bağlı olan sirlərə işıq salır. Bu mənada Firdovsi "Şahnamə” əsərində yazır: “Mənim sözlərimdə tapılmaz yalan. Nə ovsun, nə əfsanə yazdım inan. Diqqətlə oxu, rəmz tapsan əgər, düşün, rəmz mənaya yol göstərər”.

Müdriklərin məntiqinə görə bütün qədim yazıların batini mənaları yalnız Allaha və Onun Özünə qulluq üçün yaratdığı Göy insanlarına aiddir. Adi yer insanlarını heyvani qüvvələr idarə etdiyi üçün, onlar yazılarda qeyd olunmağa layiq görülməmişlər (5). Başqa sözlə, bütün qədim ədəbiyyat - tarix, fəlsəfə, din və s. hamısı Göy insanlarına aiddir. Adi insanların qədim ədəbiyyata, abidələrə, rəsmlərə və s. heç bir aidiyyatı yoxdur. Sufi məntiqinə görə yaradılmış bütün hər şey Allahla bağlıdır, Onun obrazlarıdır. Batini mənada mənbələrdə söhbət - Tək Allahın bu dünyadakı 7760 illik tarixindən və fəlsəfəsindən gedir. Allah dünyanı - Özünə qulluq üçün yaratdığı padişahlar nəsli vasitəsilə idarə edir ki, yazılarda bu Göy insanları Osiris, yəni Asar/Azər Allahının nəsli olan pir-bəglər və seyid-şıxlar nəsli kimi qeyd olunur. Pir-bəglər nəsli - ölkələri idarə etmək üçün yaradılmışlar. Seyid-şıxlar nəsli isə onların hakimiyyətini saxlamaq üçün yaradılmış "silah gəzdirənləridir" (6). Mətnlərdə şahlar şahı, xanlar xanı, bəylər bəyi və s. dedikdə məhz Allah nəzərdə tutulur. Allah dedikdə isə - sufizmin tərikə yolunu gedib, Bəqa fazasında İlahla vəhdətə nail olmuş və göydə İlahdan El, yəni El-İlah - Allah yaratmış firon Amon (pir Əman) təsəvvür olunur. İncildə və Quranda bu Tək Allah - Əvvəl və Axır adlanır ki, bunlar da əvvəldə gəlmiş və bəşəriyyəti yaratmış Amon Allahı və axirətdə Onun yerinə gələcək İsa Məsih mənasındadır. Deməli, qədim yazıların batini mənalarında söhbət iki Allahdan və onların iki dövrlərindən gedir. Qədim müəlliflər öz yazılarında, bu iki dövrün hadisələrini birləşdirərək, Allahın tarixini, fəlsəfələrini oxuculara Tək Allahın "Həyatı" kimi çatdırmağa çalışırdılar. Bu iki Allahı birləşdirən ortaq İlahi varlıq - əvvəldə gəlmiş firon Amonun göydə ölümsüzlük qazanmış Ruhudur ki, axirətdə bu Ruh - Sahib Zamanın bədənində zühur edəcəkdir. Osman adı da batini mənada "İssi-Əman", yəni "Amon Allahın ruhu" fikrini ifadə edir. Sufi məntiqində "Sahibi Zaman" rəmzi bu mənada həm də "sahibi Osman" kimi də oxunur. "Kitabı Dədə Qorqud"un ilk cümlələrində də açıq yazılır ki, "Axırda xanlıq geriyə – Qayıya dönər, heç kim əllə­rindən ala bilməz. Axır zaman olub qiyamət qopunca, bu dediyi Osman nəs­lidir". Bu o deməkdir ki, axirətdə dünya hakimiyyəti əvvəldə olduğu kimi yenidən Osmanlı padişahları nəslinə qayıdacaq və əbədi onlarda qalacaq.

İslamda Osman - Məhəmməd peyğəmbərin iki qızı ilə evlənmiş kürəkənidir ki, bu səbəbdən ona "Zunnu-reyn", yəni "İki nur sahibi" ləqəbi verilmişdir. Bildiyimiz kimi, Məhəmməd peyğəmbərin əsl adı "Məhəmmədül Əmin" olmuşdur və bu ad - "tərifə layiq Əmin", yəni "öyülməyə haqqı olan Amon" deməkdir (7). Başqa sözlə, sufi məntiqində Məhəmməd peyğəmbərin obrazı - əvvəldə gəlmiş Amon Allahın obrazıdır. Peyğəmbərimiz Quranda Rəsul adlanır ki, batini mənada bu rəmz Asar-El (Azər-El), yəni Osiris Allahı deməkdir. Mən, “Məhəmməd peyğəmbər – Nurdan yaradılmış Azər Allahıdır” adlı məqalədə bu haqda geniş yazmışam (8). Osman şahın, Məhəmməd peyğəmbərin kürəkəni olması bu məntiqdə o deməkdir ki, Osman obrazı burada axirətdə gələcək Allahın obrazıdır.

Osman bəy mətnlərdə Qazi adlanır və sufi məntiqində Qazi rəmzi Oğuz rəmzi kimi xaos, yəni ilkin materiyanın, İlahın təbii vəziyyətini bildirir. Bu xaosu firon Amon (Osman) qurban ruhları ilə qarışdırıb, özünə tabe etdikdən sonra o Osman Qazi (yəni Osman Xaos) adlandı. Müsəlman rəvayətlərində bu qanla bağlı "Osman qanı" ifadəsi var ki, batini mənada bu Osmanın, yəni Amonun bəşəriyyəti yaratmaq üçün tökdüyü qanlar anlamındadır. Buna görə Kitabi Dədə Qorqudda Bügdüz (Bəkdüz) Əman (Misir mətn. Takdiz Amon) - "varıban peyğəmbərin üzünü görən, gəlübən Oğuzda səhabəsi olan, acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Bügdüz Əmən" adlanır. Osman adı yazılarda eyni zamanda "Xuni Osman" və "Dami Osman" kimi də keçir ki, bu da batini mənalarda Xunn/Xanaan və Adəm/Atum rəmzləri ilə bağlı olan Osman deməkdir. Bu rəmzlər özlərində çox-çox dərin batini mənalar daşıyır və bu da ümumilikdə Osman obrazının - firon Amonun göydə İlahdan yaratdığı kosmik Atum Allahı və onun iki dünyanı (İç və Taş Oğuz elini) birləşdirən "bədəni" mənasındadır. 

Osmanın, yəni Osimon-Diasın taxt adı User Maat Ra olmuşdur ki, bu da sufi məntiqində - Osiris (Asar/Azər) adlanan və bədənində haqq-ədalət sistemi yaranan kosmik Atum Allahı və onu idarə edən Ra günəş Allahı (Ra-Amon/Rəhman) deməkdir. Bu isə elə türklərin - Oğuz xaqan, sufilərin isə Kamil İnsan adlandırdıqları nəhəng insandır. Mən, "Assuriya – qədim Azərbaycan ölkəsidir" adlı məqalədə, yerdəki Taş Oğuz elinin göylərində İç Oğuz elinin yaradılması haqqında ətraflı məlumatlar vermişəm (9). Başqa sözlə, Oğuz xaqan və ya Osman şahın obrazı - "bədənində" iki dünyanı, iki Oğuz elini birləşdirən nəhəng Kamil İnsanın, yəni qədim misirlilərin Atum adlandırdıqları Adəmin obrazıdır. Şumer mənbələrində bu nəhəng Kamil İnsan - İlahdan yaradılmış El, yəni İlahi-El mənasında Luqal, İslamda isə bu El-İlah - Allah adlanır ki, böyüklüyünə görə ona "Allahu Əkbər" deyirlər.

Kabbalanın "Sefer Yetsira" kitabında iki dünya - Briya və Asiya adlanır ki, bu da Rəb (Ərəb) mənasında göydəki yaradılış aləmi və İsa (issi), yəni ruh mənasında yerdəki insanın ruhunun aləmi mənasındadır (10). Bu iki dünya Yetsiranın, yəni kosmik Kamil İnsanın bədənindədir ki, Yetsira rəmzi Oğuzun Yazır tayfa adıdır və bu da elə Azər, Asar - Osiris Allahı deməkdir. Başqa sözlə, mənbələrdə Yetsira/Yazır, Osiris/Azər (İssi-Ra) Allahı dedikdə - pir (firon) Amonun göyləri tutmuş "bədəni" və onun Ruhu nəzərdə tutulurdu. Bu Kamil İnsanın pirlər nəslinin törəmələri eyni zamanda iki dünyanın sakinləri sayılırdı. Bu isə o deməkdir ki, firon Amon və onun pirlər nəsli istədiyi vaxt, ekstatik vəziyyətdə göydəki cənnətə səyahət edə bilirdilər. Bu pirlər qədim İran mənbələrində farnbaq, yəni firon-bəg (pir-bəg) adlanırdı. Buradakı bəg rəmzi, bu pirlərin daxili vəziyyətinin - sufizmin İlahla vəhdət vəziyyəti olan Bəqa fazasında olması anlamındadır. Kabbalada bu vəziyyət asilut adlanır və bu da "salat" vəziyyəti deməkdir. Bu vəziyyətdə pir və ya bəyin ürəyi - Allahla vəhdətdə olur, Onunla söhbət edir və ondan əmr, məlumat alır. Osman padişahlarının Sultan adlanmasının da əsas səbəbi, bu müqəddəslərin həmişə salat vəziyyətində olmalarıdır. Digər tərəfdən salat və asilut rəmzləri sufi məntiqində tilos (talos/talas/talış) rəmzi ilə eyni mənalıdır ki, Tilos - İran dağlarındakı Tilmun/Dilmun cənnətinin bir adıdır. Türk mənbələrində Tanrı dağı adlanan Talas - "ilandan doğulmuş" Azəri pir-bəglərin, seyid-şıxlar nəslinin yurdu olan Talış dağlarıdlr. Başqa sözlə, Osmanlı padişahlarının vətəni Azərbaycandır və məhz buradan - "Allahla vəhdətdə" olan bu müqəddəslər nəsli, ağalıq etmək üçün dünyaya yayılmışlar. Mən, "Древние масоны – прямые потомки богов" adlı məqalədə bu haqda geniş yazmışam (11). Mənbələrdə şahlar şahı adlanan Allah, axırətə qədər dünyanı bu şahlar nəsli vasitəsilə, onların ürəyinə endirdiyi əmrlərlə idarə etmişdir.

Sufi məntiqində Osimon-Diasın Prenomen adı - Firon-Amon, Ramses adı isə Ra-messiya (Ra-Musa) mənasındadır. Ramsesi, yəni Ra-messunu - Sesu, Sessu adlandırırdılar ki, bu da İssi, İsa, İsus və s. mənalarında ruh deməkdir. Qeyd etdiyim kimi bu ruh - axirətdə gələcək İsanın (Məsih), yəni Sahib Zamanın bədənində zühur edəcək, pir Amonun Ruhu anlamındadır. Sesu, yəni İsa (İsus) peyğəmbər obrazında doğulan Messiya/Mehdi öləndə, onun ruhu, əvvəlcədən göydə yaradılmış Ra diski ilə birləşəcək və Ra-messiyaya, yəni Ay Allahına çevriləcək. Beləliklə axirətdə, İsa və Musa obrazında doğulmuş insanın ruhu, Ra-Amon Allahın ölümsüzlük yolunu təkrarlayaraq Ra-messuya (Ramsesə), yəni Osmon-Diasa, Osman Allahına çevriləcək. Və bu Ruh kosmik Osiris/Atum Allahının taxtında oturaraq, iki dünyanı idarə edən padişahlar padşahı adını alacaq. Ramsesin II-ci adlanması da onun Ra-Amondan sonra axirətdə gələcək ikinci Allah obrazında olması mənasındadır.

Misir mənbələrində II Ramsesin hettlərlə məşhur Kadeş döyüşündən və onlarla bağladığı müqavilədən danışılır ki, bu döyüş batini mənada axirətdəki məhkəmə anlamındadır. Mənbələrdə Kadeş ölkəsi - Aziru, yəni Azər, Osirisin şahlığı adlanır ki, bu da göydə yaradılmış Osirisin ölüm şahlığı - cənnət mənasındadır. Kadeş rəmzi digər mənbələrdə Kades, Kadus, Qüds, Qades və s. kimi qeyd olunur. Əsasən "müqəddəs" mənasını verən kodeş rəmzi İncildə Aqios/Aqiazo, yəni Oğuz, Osios (İsus/Sesu) - Ruh, İeros - Asar, Aqi/Aqiya və s. kimi tərcümə edilir və mən, "Oğuz Xaqan – xristianların Allahıdır" adlı məqaləmdə bu haqda yazmışam (12). Başqa sözlə, yəhudi və xristian yazılarında müqəddəs mənasında olan Kadeş, Kadus və s. bənzər rəmzlər - aqia və aqiazo, yəni ağa və oğuzlara aid olub Aziru-Azəri kadusları (müqəddələri) ilə bağlıdır. II Ramsesin Kadeş döyüşü də axirətdə məhz kadusların Tilos-Talış dağlarında baş verəcəkdir. Mən, - “Тайна метафизического золотого храма царя Соломона” adlı məqaləmdə, kadusların Gelad (Xalda/Xelat) elinin göylərində yaradılmış Osirisin ölüm şahlığı haqqında ətraflı yazmışam (13). Gelad və ya Xalda göylərində kadusların yaratdığı Xüld cənnətini sufilər - Albaniya mənasında Şərq, Şərq ölkəsi adlandırır ki, hədislərdə burada yaşayan ölümsüz ruhlar - "Allahın Şərqdəki Türk ordusu" kimi qeyd olunur. Bu isə o deməkdir ki, II Ramsesin, yəni Osimon-Diasın ordusu elə Allahın Şərqdəki Türk ordusudur və Kadeş döyüşü də axirətdə Allahın bu ordusunun yerdə quracağı axirət məhkəməsi mənasındadır. Mən, "Allahın Şərqdəki Türk ordusu" adlı məqaləmdə bu haqda əlavə məlumatlar vermişəm və onu da göstərmişəm ki, qədim Misir və Assurda türklər - teurqiya vasitəsilə Allah yaradan teurqlar adlanırdı (14). Kadeşdə bağlanan müqavilə də, axırətdə İsa peyğəmbərlə insanların arasında bağlanacaq yeni əhd, yəni Əhdi-Cədid anlamındadır (15). İsa (İsus) peyğəmbərin, yəni Sesu adlanan Osimon-Diasın axirətdə göydə yaranacaq yeni cənnəti (İç Oğuz eli) - qədim Misir mətnlərində Ağa (Axa), Alban mənbələrində Aqu kimi keçir. Kitabi Dədə Qorqudda da İç Oğuz eli - İç Oq adlanır. Başqa sözlə, Oq/Aqu elə Ağa, yəni Oğuz deməkdir və bu obraz Oğuz xaqanın obrazıdır. Tövratda Oq - amoreylərin, yəni mar, miri-seyidlərin nəhəng şahı kimi qeyd olunur. Qədim Misirdə Ağa (Axa/İxi/Ax) adı - Yuxarı və Aşağı Misiri, yəni İç və Taş Oğuz elini birləşdirən firon Mina-ya adi edilir ki, bu da göydəki və yerdəki dünyaları bir kosmik bədəndə birləşdirən firon Amon mənasındadır. Başqa sözlə, Misir mətnlərindəki Ağa (Axa/İxi/Ax) - göydəki kosmik Atum/Osiris Allahının digər adıdır və firon Amon öləndə, ruhu bu Allahın Ruhuna çevrilırək iki dünyanın Ağası olmuşdur. Firon Mina-dan, yəni Amondan sonra onun oğlu Qor (Xor) da - Qor Ağa adını almışdır ki, bu da axirətdə İsa Məsihin göydə yenidən yaranacaq ikinci Atum/Osiris Allahı mənasındadır. Buradan belə çıxır ki, amoreylərin, yəni miri-seyidlərin Oq adlandırdıqları nəhəng insan elə qədim Misirin Ağa Allahı - Oğuz xaqandır. Alban mətnlərində, öz bədənində iki dünyanı birləşdirmiş Ağa - Aqu kimi qeyd olunur və bu ad Albaniyanın digər adı mənasındadır. Sufi və yəhudi mənbələrində Aqu (Oq/Ağa) rəmzi - Allah mənasını verən Yahu kimi də qeyd olunur. Tədqiqatçılara görə Alban mətnlərində "L" səsi əvvəllər "Q" hərfi ilə verilərdi ki, bu mənada Aqu adı Alu kimi oxunurdu. Burada "Q" (X/Ğ/H) səsi ilkin materiyanın, yəni İlahın ("Hü"), "L" səsi isə bu İlahdan yaradılmış El, dünya (HüEl-Gel) mənasındadır. Buna görə mətnlərdə Alban ölkəsi Aqvan kimi də yazılır. Bu məntiqdə, iki dünyanı birləşdirən göydəki Ağa dünyası elə ruhlar Eli-dir ki, sonradan bu El sözü - Əli, Ali, Alu kimi qeyd olunmağa başladı. Buna görə Osmanlı padişahlarının ölkəsi mənbələrdə "Dövləti Aliyyə Osmaniyyə", yəni Osmanlı padişahlarının - iki dünyanı birləşdirmiş nəhəng Eli adlanırdı. İfrat Gelad şiələri bu mənada imam Əliyə - Əli-İlahi, yəni Allah Əli deyirdilər.

Qədim Misirlilər və sufilər Ağa dedikdə göydəki Kamil İnsanı nəzərdə tuturlarsa, bu Kamil İnsanın obrazı və bənzəri kimi yaradılmış Göy insanları, yəni pir-bəglər, seyid-şıxlar nəslinin nümayəndələrinə "Ağayi", yəni "Ya-Ağa" deyə müraciət edirdilər və bu, mənbələrdə Osmanlının Qayı tayfa adı kimi qalmışdır. Qayı adı mətnlərdə ilk insan Qayumars, Keyumars və s. kimi qeyd olunur və bu da, bu Ağa (Aqu/Oq) şahlar nəslinin - marlar, yəni Alban miri-seyidlərilə bağlılığı deməkdir. Mən, "Şahnamə” – Türk bəglərinin tərcümyi-halıdır!" adlı məqalədə bu Ağa (Aqu/Qayı) nəslinin bilavasitə Gilşahla, yəni İlahi Gel (Gilan/Gilad/Gilar) şahlar nəsli ilə bağlılığı haqda yazmışam (16). Bu isə onu deməyə əsas verir ki, Osmanlı padişahlarının Qayı nəsli elə Oğuz elinin Ağa nəslidir və onların vətəni - Midiyanın Gelad göyləndə yaradılmış Qafqaz Albaniyasıdır. Mətnlərə görə Albaniya (Aqu/Ali) ölkəsi Yafət-Aran törəmələrinin Sisaka nəslindən bir nəfərə vəd edilmişdir. Batini məntiqdə Sisaka rəmzi İssi-Aqu, yəni İsus/Sesu-Albaniya mənasında, Albaniyanın axirətdə İsa peyğəmbərə və ya Osimon-Diasa çatması deməkdir. Mən, "Истина об Израильском царстве" adlı məqalədə göstərmişəm ki, bu bir nəfər Alban Ərənşahlarnın nəsli ilə bağlıdır (17). Məhz bu nəsil Alban mənbələrində ilandan və ya əjdahadan doğulmuşlar adlanır. Onların Gel və ya Gelad/Xelat eli - Azərbaycan Atabəglər Ailəsinin və Midiya ismaililərinin Qacar şahlar nəslinin vətənidir. Qədim Misirdə - "Qor Allahının yolu ilə gedənlər" adlanan bu Süni şahları İslamda - "peyğəmbərin və səhabələrin yolunu gedən" sünnülər adlandılar (18). Tövratda bu Qor fironlar nəsli - aqarlılar, İslamda isə karilər, yəni Quranın yeddi qat dərin batini mənalarını bilən natiqlər kimi qeyd olunurlar. Yəhudi mənbələrində onlar - Allahın Özünə qulluq üçün ayırdığı seçilmişlər adlanırlar (19).

Bütün bunlar o deməkdir ki, Osmanlı padişahları - qədim Misir mənbələrində Ra-Amon, İslamda isə Rəhman adlanan Allahın, dünyanı idarə etmək üçün yaratdığı seçilmişlər nəslinin bir qoludur. Allah dünyanı axırətə qədər, yəni 5500 illik tarixin 5200 ilini bu padşahlar vasitəsilə idarə etmişdir. Yalnız axirət dövründə, yəni göydəki nəhəng Kamil İnsanın (Osiris) ömrünün axırında dünya hakimiyyəti bu müqəddəslərdən, adi ölümlü yer insanlarının əllərinə keçmişdir. Lakin Allahın Əzəl yazısına görə, axır zamanlarda bu padişahlar nəslinin vətənində qorunan Əhd sandığı açıldıqdan sonra, bütün İlahi sirlər də açılacaq və dünya hakimiyyəti əvvəldə olduğu kimi yenidən Osman padişahları nəslinə qayıdacaq və əbədi onlarda qalacaq (20).


Ədəbiyyat 

1. А. Даврижеци, "Книга историй", М., 1973, səh. 51

2. Məqalə: "Джалаиры – божественный род Геракла", sayt: https://gilarbey.blogspot.com/2018/04/blog-post.html?m=1

3. Məqalə: "Истина о небесных и земных людях", sayt:

https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1

4. Məqalə: “Тайна святого языка Азери”, sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html

5. Məqalə: “Правители мира и их единый “язык птиц”, sayt: https://firudin.blogspot.com/2020/08/blog-post.html?m=1

6. Məqalə: "Истинная история Человека и человечества", sayt: https://firudin.blogspot.com/2025/06/blog-post_19.html?m=1

7. Məqalə: "Qurandakı "Allahın Adıyla Oxu!" əmrinin gizli mənaları", sayt: https://firudin.blogspot.com/2025/07/qurandak-allahn-adyla-oxu-mrinin-gizli.html?m=1

8. Məqalə: “Məhəmməd peyğəmbər – Nurdan yaradılmış Azər Allahıdır”, sayt: https://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html?m=1

9. Məqalə: "Assuriya – qədim Azərbaycan ölkəsidir", sayt: https://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1242

10. Məqalə: "Великие Азеры и их "Сефер Йецира" Каббалы", sayt: https://firudin.blogspot.com/2025/06/blog-post_30.html?m=1

11. Məqalə: "Древние масоны – прямые потомки богов", sayt: https://gilarbek.blogspot.com/2012/12/blog-post.html?m=1

12. Məqalə: "Oğuz Xaqan – xristianların Allahıdır", sayt: https://gilarbek.blogspot.com/2017/11/oguz-xaqan-xristianlarn-allahdr.html?m=1

13. Məqalə: “Тайна метафизического золотого храма царя Соломона”, sayt: https://firudin.blogspot.com/2023/09/blog-post_19.html?m=1

14. Məqalə: "Allahın Şərqdəki Türk ordusu", sayt: https://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1244

15. Məqalə: “Иисус Христос – новый царь Кавказской Албании”, sayt: https://firudin.blogspot.com/2020/12/blog-post_25.html?m=1

16. Məqalə: "Şahnamə” – Türk bəglərinin tərcümyi-halıdır!", sayt: https://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1138

17. Məqalə: "Истина об Израильском царстве", sayt: https://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1226

18. Məqalə: "Batin məntiqində sünni və şiə kimlərə deyilir?", sayt: https://firudin.blogspot.com/2025/02/batin-mntiqind-sunni-v-si-kimlr-deyilir.html?m=1

19. Məqalə: “Великие деяния сыновей Иакова и Рахиля”, sayt: https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1

20. Böyük Azərbaycana aparan yeganə yol – Ahit sandığı, sayt: https://gilarbeg.wordpress.com/2014/04/17/boyuk-az%C9%99rbaycana-aparan-yegan%C9%99-yol/


Firudin Gilar Bəg 

Sufi-batin alimi 

24.07. 2025

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Расшифровка индуистских, древнеегипетских и др. символов с помощью "языка птиц" царя Соломона