Ərənlər Şahdan gəlir
Qədim mətnləri tərtib edən müdriklərin məntiqinə görə, dünyanın ən qədim ölkəsi Azərbaycan, ən qədim xalqı isə Azəri bəg ərənləridir. Müasir tarixçilər bu müdriklərin məntiqini bilmədikləri üçün hamısı ağlına gələn cəfəngiyatı yazıb, müqəddəs xalqımızın həqiqi tarixini saxtalaşdırmaqla məşğuldurlar. Həqiqət isə ondan ibarətdir ki, cəmi iki növ insan yaradılmışdır və bunlar da Göy və yer insanlarıdır. Allah əvvəlcə ölümsüz Göy insanlarını, yəni Azəri pir-bəgləri, seyid-şıxlar nəslinin əcdadlarını yaratdı. Onlar da Allahın göstərişi ilə ölümlü yer insanlarını var etdilər (1). Göy insanları ekstatik vəziyyətdə ilkin materiyanı (İlahı) dərk etdilər və bu üsul Tövratda "ilk insanların vahid "Səfa" dili", yəni sufizm adlandı. Bu "dilə" görə, bütün qədim yazılar yalnız Göy insanlarına aiddir. Yer insanları mənbələrdə qeyd olunmağa layiq görülməmişlər. Mətnlərdə "Göy insanları" dedikdə - Allahın Özünə qulluq üçün yaratdığı seçilmişlər nəzərdə tutulur ki, bunlar "yəhudi" hesab olunurlar. Son dövrün araşdırmalarından aydın olunur ki, qədim mənbələrdə bu ad - Xəzər xaqanı və Xəzər Türk bəglərinə aid edilir. Sufizmdə Xəzər (Xızır) rəmzi Hu-Azər, yəni Azər-Allahı (Asar-Allahı) kimi izah olunur və digər mətnlərdə bu Allah Osiris adlanır.
Osiris haqqındakı əfsanədə deyilir ki, Allah əvvəlcə Osirisi yaratdı və onun yaradılışından sonra dünyada - Böyük Allahın gəldiyini elan edən səs eşidildi. Daha sonra Allah, onun qardaşı Seti yaratdı. Bir müddət sonra Set qardaşı Osirisi qısqanclıqdan öldürdü. Lakin sonda Osirisin oğlu Qor, atasını diriltdi və o yenidən dünyada hökmranlıq etməyə başladı. Osirisin ölümü və dirilməsinə həsr olunan mərasimlər müxtəlif ölkələrdə müxtəlif Allahlara aid edilir və "Gilari" adlanırdı.
Yalnız samitlərlə yazılmış Tövratda Osiris Allahın eli - Yaşarel kimi yazılsa da, Tövrat özü "Ktav Aşuri", yəni "Aşur kitabı" mənasını versə də, yəhudilər onu İsrail, İzrail kimi oxumuşlar. Yəhudilərin dörd səviyyəli dərin məna bildirən "Pardes"ində, yəni batini mənalarda "YŞRL" (Yaşarel), "SRL" (İsrail), "ZRL" (İzrail) rəmzləri - Azər Eli deməkdir.
Tövrata görə, İsrail adı Yaqub peyğəmbərə, onun Allahla "güləşməsindən" sonra verilmişdir. Mən, "Quş dili" vasitəsilə Tövratın izahı. Yaqub kiminlə güləşmişdi?" adlı məqalədə, bu "güləşmənin" batini mənalarını açmışam (2). Batini mənada Yaqub rəmzi - sufizmin "Bəqa fazasına yüksəlmiş Bəg" deməkdir ki, bu səviyyədə o İlaha "qalib gələrək", onunla vəhdətə nail olmuşdur. Yəhudi mənbələrində Yehova, Yahve kimi keçən Bəg rəmzi, digər yazılarda Baqa, Boq, Bohu, Vaxu və s. kimi də qeyd olunur. Sufilər bu vəhdətə "Vəhdət əl Vücud" və "İttihad əl-ləhud, bin nəsut" deyirlər.
Yaqubun 12 oğlu var idi ki, onlardan ikisi Lavanın qızı Rahildən, qalanları isə digər arvadlardan və kənizlərdən idi. Yaqub xüsusilə Rahilin oğulları – Yusif və Benyamini sevirdi. Sufizmdə Lavan rəmzi Alban (Lbnun) rəmzi kimi, El-Benu, yəni "Benu ruhlarının Eli (dünyası)" fikrini ifadə edir. Buradakı Rahil rəmzi - Raquil, Erakl və s. rəmzlər kimi - "Gel şəhərinin Ra günəş Allahı" mənasını verir. Mənbələrdə bu rəmz həm də Gelar kimi qeyd olunur ki, Alban mətnlərində bu rəmz Gelarküni kimi keçir və Albaniya Ərənşahlar (Aranşahlar) nəslinə aid edilir. Sufilər - "Ərənlər Şahdan gəlirlər" dedikdə məhz Alban Ərənşahları olan Gelarküni nəslinin, bu nəslin banisi - Bəkdüz Əmandan gəlməsini nəzərdə tuturlar:
"Ərənlər şahdan gəlirlər,
Əli deyərlər pirimizə,
On iki imam qullarıyıq,
Münkir yetişməz sirrımızə"
(Nəsimi)
Buradakı "Əli" rəmzi - Albaniyanın digər adı olan Alu mənasında olmaqla, göydəki El-in (dünyanın) insaniləşmiş obrazıdır. Alban mətnlərində bu obraz Aran, yəni Ərən də adlanır.
Sufilər Bismillah əvəzinə - "Bismişah Allah Allah" deyirlər. Bəsmələ batini mənada - qədim Misir mənbələrindəki firon Amonun kamilləşmiş Ba (Benu) ruhu deməkdir ki, bu rəmz əvvəldə və axırda gələn Allaha aid edilir. Deməli, sufilər Şah dedikdə - əvvəldə gəlmiş və Ra-Amon (Rəhman) Allahına çevrilmiş pir (firon) Amonu və axırda Mehdi obrazında gələcək imam Əlini nəzərdə tuturlar. Xristianlıqda və İslamda bu iki obraz - Tək Allahın obrazlarıdır. Başqa sözlə, "Ərənlər Şahdan gəlirlər" dedikdə - Şahlar Şahı firon Amonun İlahla vəhdətdə olan ruhunu daşıyan ərənlər nəzərdə tutulmalıdır. Məhz pir, yəni firon Amon sufizmin Bəqa fazasında Allaha çevrilmiş - Kosmosun Ali Arxitektorudur. Sufilər Bəkdüz rəmzini Bəktaşi kimi qeyd edib, pir Əmanın Ərənlər nəslini - "Ya Hu ərənlər”, “Hu dost ərənlər”, “Ey Vallah ərənlər” və s. adlandırırdılar (12). Kitabı Dədə Qorqudda bu Ərənşahlar nəsli - "Bəg Ərənlər" adlanırlar ki, onlar "Dünya Mənim" deyərək, dünyanın sahibləri olduqlarını iddia edirdilər.
Qədim Misir mətnlərində Ərənşahların Gelarküni eli - Gel şəhəri adlanır və burada pir (pirao) Amon kosmik Atum və ya Osiris adlanan Allah yaratmışdır. Misir mətnlərində Gel şəhərinin Ra-Amon Allahı - Bütün Allahların Atası və Ağası adlandırılır. Müxtəlif mənbələrdə Gel şəhəri - Gelat, Xelat, Xaldeya, Kelt, Kolyada və s. kimi də keçir. Ərəb mənbələrində Xelat - Azərbaycan Atabəglər Ailəsinin iqamətgahı hesab olunur. Gürcü mənbələrində Xelat iqamətgahı - Klarceti, yəni Gilar-kuti kimi, Atabəglər isə Saatobaqo, yəni seyid-bəglər kimi qeyd olunurlar. Başqa sözlə, bütün Allahların Atası və Ağası firon Amon elə Azərbaycan Atabəgi, yəni bütün bəglərin Atasıdır.
Bütün bunlar isə o deməkdir ki, Yusif və Benyamin obrazları qədim Albaniyanın Gelarküni şəhəri ilə bağlıdırlar. Tövrata görə on qardaş, Yusifi quyuya atır. Daha sonra o xilas olunaraq Misirə düşür və orada Yuzarsifə çevrilib, bu ölkənin sevimli rəhbəri olur. Sufizmdə Yuzarsif rəmzi Azər-Sif, yəni Osiris-Sif deməkdir. Bu, Yusif obrazının - Osiris Allahının və ya kosmik Atum Allahının obrazında olması mənasındadır. Belə çıxır ki, Yusif - sehr və qurbanlar vasitəsilə göydə Atum və ya Osiris adlanan Allahı yaratmış firon Amonun obrazıdır. Firon Amonun ölümündən sonra, onun Sif adlanan ruhu - kosmik Osiris (Atum) Allahının bədəninə köçür. Mən, "İncildəki Adəm oğlu Sif - Məsihin obrazıdır" adlı məqalədə göstərmişəm ki, Sif rəmzi altında firon Amonun ruhu nəzərdə tutulur və o da axirətdə imam Əli və ya İsa peyğəmbərin obrazında gələcəkdir (3). Tövratda bu obraz Benyamin adlanır və bu da sufizmdə Benu-Amon, yəni Amon'un Ba ruhu (Bəsmələ) anlamındadır. Deməli, Yusif və Benyamin qədim Albaniyanın Gel-Gelarküni şəhəri ilə əlaqəli olan, əvvəldə və axırda gələn Allahın obrazlarıdır.
Mən, "Quş dilinin köməyi ilə Tövratın izahı: Adəmdən levi-alevilərədək" adlı məqaləmdə sübut etmişəm ki, Aron və levilər nəsli - Albaniyanın Gelarküni (sufiz. Gelar-koen) Ərənşahlarının nəslidir (4). Koen adlanan məhz bu kahinlər, İran mənbələrində Kəyan şahları adlanırlar. Onlar Əhd sandığını qoruyur, Allahın hüzurunda dayanır, Ona xidmət edir və Onun adı ilə xeyir-dua verirdilər. İncilə görə onlar - "Allahın bir hissəsidir, çünki onlara torpaq ayrılmamışdır, onların miras-payı Allahın Özüdür". Bu seçilmişlərin fərqləndirici xüsusiyyəti: əcdadları firon Amonun Ruhunun - onların ürəklərinə verdiyi bilik və ilk insanların vahid "səfa" dilidir. Əflatuna görə, Allahla daimi əlaqədə olmaq üçün, firon Amon onlarda xüsusi qaraciyər növü yaratmış və ora - "Allahla əlaqə" funksiyası vermişdi. Buna görə, bu levi-vəlilər Allahdan və İlahdan məlumat ala bilirdilər.
Avropada Gülyardlar (Gelardlılar) kimi tanınan bu Ərənşahlar nəsli - "quş dili bilən Gel oğulları" adlanırdı. Mənbələrə görə, Avropanın bütün hökmdarları, Əflatunun filosof-şahlar adlandırdığı bu nəslə mənsub olmuşlar.
Alban mətnləri Gelarküni nəslini Sisakan nəsli adlandırır ki, sufizmdə bu rəmz Səkinə, yəni İlahın Sakin olduğu Vəhy çadırı - Skiniya mənaslndadır. Belə çıxır ki, Rahil (Gelar) nəslinin davamçıları, bədənində İlahın (Eloah) Sakin olduğu (Vəhdət əl Vücud) müqəddəslərdir. Onlara verilmiş digər vergi - İlahın qüdrətindən istifadə etmək üstünlüyüdür ki, yəhudi mənbələrində bu - "dünyanı yaradan silah" adlanır. Bu silah - təbiətə və canlı varlıqlara söz və fikir vasitəsilə təsir etmə qüdrətidir.
İslamda Sisakan nəslinin Skiniya Vəhy çadırı - Məhəmməd peyğəmbərin özünü və əhli əl-beyti örtdüyü Əba, Kisa adlanır. Sufizmdə "əl-beyt" rəmzi "levit" rəmzi ilə eyni mənalıdır (5). Başqa sözlə Gelarküni - ölməz ruhların Vəhy çadırının, yəni əhli-beytin Kisa əbasının yaradıldığı yerdir. Bu çadır, və ya Ev (beyt) - yer və göy aləmlərini özündə birləşdirir ki, qədim Misir mətnlərində bu Ruten (Neter), türklərdə isə Tanrı, Turan adlanır. Mən, "Yəhudilik və Xəzər yəhudilərinin böyük sirri" adlı məqalədə bu barədə ətraflı yazmışam (6). Məhz göydəki bu ruhlar Evini, bütün müqəddəs kitablar - cənnət, yəhudilər isə "vəd edilmiş torpaq" adlandırırlar.
Tövrata və Alban mənbələrinə görə, Allah axirətdə göydəki bu "torpağı" məhz Rahilin oğluna, yəni Gelarkuni nəslindən olan Benyaminə verməyi vəd etmişdir (7). Göydəki bu "torpaq" sönməz İlahi oddan yaradılmışdır ki, İran mənbələrində bu İlahi od farr, farna, onunla vəhdətdə olan bəglər isə farnbaqlar, yəni firon-bəglər adlanırlar. Bu İlahi od - onların hakimiyyətinin başlanğıcında yandırılır və "daşınan qurbangahda", yəni Əhd sandığında saxlanılırdı (8). Bu odun ilk şahı I Şapur hesab olunur və bu adın altında - insaniyyətlə bağlı hər şeyi yaradan firon Amon nəzərdə tutulur. Sonuncu isə Məsih, Mehdi olacaq ki, o mənbələrdə "odların müzəffər şahı" adlanır. Əgər birincinin obrazının Yusif olduğunu nəzərə alsaq, o zaman sonuncunun obrazının - Benyamin olduğu aydın olar.
Mənbələrə görə, sönməz əbədi od Ərdəbildən təxminən 45 km məsafədə yerləşir. Bu məsafə Gilar bəglərinin qədim Gilarau mahalına düşür. Xasday ibn Şafrut ilə Kordova xilafətinin baş nazirinin məşhur "Xəzər yazışmalarına" görə də, Əhd sandığı və digər müqəddəs əşyalar bu günədək qalır və Ərdəbil yaxınlığındakı bu ərazidədir.
Qədim Misir mənbələrində, Gel şəhərinin günəş Allahı Ra-nın (Rahil/Gelar) nəsli həm də Qor Allahının ardıcılları (Şəmsu Qor) kimi qeyd olunurdu. Bu seçilmişlərin ruhları, bədənin fiziki ölümündən sonra, Qor Allahının yolunu gedərək, cənnətə daxil olurdular. Tövratda onlar ana xətti ilə - İbrahimin arvadı, İsmailin anası Həcərin adı ilə adlanırlar ki, bizlərə onlar Qacar şah nəsli kimi tanışdır. Qacar şahlar nəsli - Gelatın (Gulat) ifrat ismaililəri (izmaililər) hesab olunurlar və İncildə Allah buranı - "Mənim Giladım" adlandırır. Nümizmatika nümunələrində bu torpaq "Xəllədə Mulkə-Hu", yəni "Xalda, Xelatdakı İlahın Mülkü" kimi qeyd olunur və Cəlair şahlarına aid edilirdi. Cəlair, Cəlait rəmzi altında isə ərəb mənbələri Gelar, Geladı nəzərdə tuturdular (9). Mətnlərdə İran - "Məmaliki Məhruseyi Qacar", yəni "Qacarların Mühafizə olunan Ölkəsi" adlanır. Allah bu torpağı ona görə qoruyur ki, buradakı Əhd sandığında İlahi od qorunur və bu sandıq axirətdə - Osiris Allahı öldükdən sonra açılmalıdır. Qacar şahlarının atributlarındakı - batmaqda olan Günəş və Aslan, əvvəldə və axırda gələcək Allahların rəmzləridir.
Osiris haqda rəvayətdə deyilir ki, Set qısqanclıqla qardaşı Osirisi öldürür. Qədim mənbələrdə Set rəmzi həm də amorey-sutilər kimi qeyd olunur. Amorey və ya mar rəmzi qədim mətnlərdə midiyalılara aid edilir və eyni mənalı "mir" rəmzi - bu gün də qədim Azəri Türk bəglərinin və seyidlərin ad və soyadlarının qarşısında qeyd olunur. Seyid rəmzi da Set rəmzi ilə eyni mənalı olub, Məhəmməd peyğəmbərin nəslinə aiddir. Belə çıxır ki, Setin və ya amorey-sutilərin nəsli, Yaqubun digər oğullarından törənmiş Xəzər Türk seyidlərinin nəslidir. Başqa sözlə, Setin Osirisi qısqanması, Yaqubun digər on oğlunun Rahilin iki oğlunu qısqanması mənasındadır.
Sufizmə və qədim mənbələrə görə axirətdə, kosmik Atum və ya Osiris adlanan Allah yox olacaq və göylərdə və yerdə - "dünyanın" yaradılmasından əvvəlki xaos vəziyyəti yaranacaq. Yerdə zəlzələlər, təbii fəlakətlər və müxtəlif anormal hadisələr başlayacaq. Və məhz Əhd sandığı açıldıqdan sonra, göylərə İlahi Od qalxacaq və ikinci kosmik Osiris, onun daxilində də yeni cənnət var olacaq. Yezekiil peyğəmbər öz kitabında bunu - "quru sümüklərdən" ikinci Adəmin formalaşması kimi qeyd edir.
Bütün bunlardan çıxan nəticə odur ki, Alban Ərənşahlar nəsli olan Yaqub və Rahilin oğulları - əvvəldə və axırda gələn Allahın obrazlarıdır. Yaqub rəmzi, qeyd etdiyim kimi, Bəqa səviyyəsində İlahı dərk etmiş bəg deməkdir. İzrail və ya İsrail isə Azər, Osiris Allahı anlamındadır. Beləliklə, Yaqubun Allahla güləşəndən sonra İsrail adlanması, İlahın sirlərini dərk etmiş bəgin Osiris - Azər Allahına çevrlməsi mənasındadır. Bəg mənasını verən Yaqubun, Gelar mənasını verən Rahil ilə birləşməsindən (Gelar bəglərindən) - İsrail oğulları, yəni Osiris Allahının Azəri nəsli yaranmışdır. Yaqubun Rahildən olan iki oğlu - Yusif və Benyamin, əvvəldə və axırda gələn Allahların obrazlarıdır. Əvvəldə gələn firon Amon - zamanın başlanğıcında, yəni 5514 il əvvəl ilkin materiyanı dərk edərək, bu İlahi oddan kosmik Osirisi və insanlıqla bağlı hər şeyi yaratmışdı. Dünyanın axırında Osiris Allahı ilkin materiyada parçalanır və bu zaman xaos başlayır. Bu parçalanma ilə eyni vaxtda Yaqub nəslinin törəmələri öz ilahi qüdrətini və gizli biliklərini itirir. O zaman, axirətdə gələcək Allah, yəni firon Amonun ruhu yenidən insan simasında doğulur. O öləndən sonra, onun ruhu Osirisi və onun daxilindəki cənnəti yenidən var edəcək.
Bu gün bu İlahi sirləri heç kim, o cümlədən indiki yəhudilər bilmirlər. Onların ümumiyyətlə, həqiqi dinin nə olduğu haqqında heç bir anlayışı yoxdur və bütpərəstliyi təbliğ edirlər. Onlar anlamırlar ki, dünyada yalnız bir din var və o da, İsna-Aşəriyə, yəni "Sina (Sünik) dağında olan Aşər (Osiris-Azər)" dinidir (10). Bu 12 imam dini, həqiqətdə, Yaqubun-İsrailin 12 oğlunun dinidir.
Böyük Midraşda deyilir ki, Musa Tövratı aldıqdan sonra onu yazmaq istəyəndə, Allah ona dedi: "Mən bilirəm ki, gələcəkdə dünya xalqları əsl yəhudiləri özlərinə tabe edəcək, onların Tövratını mənimsəyəcək və onlara nifrət edəcəklər. Buna görə də Tanaxı sizə yazılı şəkildə, Mişnanı, Talmudu və Aqadanı isə şifahi şəkildə verirəm. Əsl İsrail xalqı dünya xalqlarının hakimiyyəti altına düşdüyü zaman belə, yenə də ayrı qalacaqlar; onları dünya xalqlarından ayıran isə Şifahi Tövratın biliyidir" (11). Bu gün, yazıldığı kimi, dünya xalqları "ktav Aşuri"ni (Tövratı), yəni Azərlərin kitabını mənimsəmişlər və Xəzər-Azəri Türk bəglərinə "yuxarıdan" baxırlar. Lakin onlar heç vaxt Tövratın əsl - batini mənalarını dərk edə bilməzlər. Allah Şifahi Tövratı yalnız, Özünə qulluq üçün seçdiyi Azəri pir-bəglərinin ürəyinə verir.
Nəticə kimi bildirmək istəyirəm ki, qədim dünyanın bütün sirləri - Ərənşahlar nəsli olan Yaqub və Rahil, yəni Gelar bəgləri ilə bağlıdır. Bütün bəşəriyyət, sivilizasiya onların əməyinin nəticəsidir və hamı düşünən insan kimi yaşadığına görə Gilar Bəglərinə mənəvi borcludurlar. Onlar dünyanı - əcdadları Rəhman Allahın "diktəsi" ilə axirətə, yəni son üç yüz ilə qədər ədalətlə idarə etdilər. Lakin axirətdə, yəni Osiris şahlığının sonunda bütün ölkələrdə hakimiyyət onlardan alındı və dünyada xaos hökm sürməyə başladı. Əflatuna görə dünya hakimiyyətinə bu filosof-şahlar nəslindən kimsə gəlməyənə qədər dünyadakı xaosa son qoyulmayacaq.
Ədəbiyyat
1. Məqalə: "Истина о небесных и земных людях", veb-sayt:
https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1
2. Məqalə: "Расшифровка Торы с помощью "язык птиц". С кем боролся Иаков?", veb-sayt:
http://gilarbey.blogspot.com/2017/03/blog-post.html
3. Məqalə: "Библейский Сиф сын Адама является образом Мессии", veb-sayt:
https://firudin.blogspot.com/2021/04/blog-post_23.html
4. Məqalə: "Расшифровка Торы с помощью «язык птиц»: От Адама до левитов-алевитов", veb-sayt:
https://firudin.blogspot.com/2020/06/blog-post.html?m=1
5. Məqalə: "Происхождение и обязанности левитов или же ахли аль-бейта", veb-sayt: https://firudin.blogspot.com/2023/01/blog-post.html?m=1
6. Məqalə: "Великая тайна иудаизма и иудеев Хазарии", veb-sayt:
https://firudin.blogspot.com/2021/01/blog-post.html
7. Məqalə: "Истина об Израильском царстве", veb-sayt: http://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1226
8. Məqalə: "Что означает святость и кто такие святые", veb-sayt:
https://firudin.blogspot.com/2020/10/blog-post.html?m=1
9. Məqalə: "Джалаиры – божественный род Геракла", veb-sayt: http://gilarbey.blogspot.com/2018/04/blog-post.html?m=1
10. Məqalə: "Религия древних евреев - Исна-Ашерия", veb-sayt: https://firudin.blogspot.com/2022/12/blog-post.html?m=1
11. Məqalə: "Тайна святого языка Азери", veb-sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html
12. Məqalə: "Həqiqi İslam – Albaniya bəktaşilərindən başlanır", veb-sayt:
https://gilarbek.blogspot.com/2019/04/?m=1
Firudin Gilar Bəg
Sufi-batin alimi
22.12.2025
Комментарии
Отправить комментарий