Azərbaycanın bilmədiyimiz həqiqi tarixi

        Azərbaycan tarixi haqda fikir bildirməkdən əvvəl, bu adın kökünü təşkil edən Azər sözünü tarixdə araşdırmaq lazımdır. Quranda Azər - İbrahim peyğəmbərin atası adlanır ki, bu kitabda o bütləri İlahlara çevirən Tanrı kimi qeyd olunur (1). Şumer və Mesopotamiya mənbələrində bu ad - Asarluhi, yəni Azər-İlahi adlanır. O eyni zamanda Marduk, yəni marların - midiyalıların Tanrısı olaraq Enkinin oğlu kimi çıxış edir. Enki isə Abzu dirilik suyundan göydə Ev yaradıb, onun əksini yerdə var etmişdir. Dirilik suyu dedikdə mənbələrdə - efir, İlah, yəni ilkin materiya nəzərdə tutulmalıdır. Başqa sözlə, İbrahim peyğəmbərin babası Enki, dirilik suyundan Abzu Evi yaradan Allahdır ki, bu Abzu Evi Midiya maqlarının ölkəsində yaradılmışdir. Enkinin Midiyadakı Evi Tövratda Gelad İsmaililərinin eli ilə bağlıdır ki, Əhdi-ətiqdə Allah Geladı - "Mənim Geladım" adlandırır. Geladın ismaililəri isə bu kitabda - Aqar, yəni Həcər, Qacar nəsli kimi qeyd olunur. Aqar nəsli ən qədim Misir mətnlərində Qor Allahının varisləri mənasında "Qor yolu ilə gedənlər" adlanır. İlk İslam mənbələrində ismaililərin bu eli Gelat (Qulaq), bu nəsil isə Kari kimi məlumdur ki, onlar Quranın 7 qat dərin batini mənalarını bilən ismaili natiqləri, yəni "danışan Quran" hesab olunurdular. Quranda "anlayan tayfa" dedikdə məhz onlar nəzərdə tutulurdular. Onların məntiqinə görə bütün qədim yazıların hərfi, yəni zahiri mənalarından başqa, daha dərin batini mənaları var. Kabbala bu batini məntiqi - 4 səviyyədən ibarət Pardes adlandırır ki, Tövratın əsl mahiyyətini yalnız bu səviyyələri bilən sufi-batin müdrikləri dərk edə bilər. Tövrat bu sufi məntiqini - ilk insanların vahid dili - səfa adlandırır. Bu isə o deməkdir ki, biz əsl Azərbaycan tarixini dərk etmək üçün bu sufi məntiqinə müraciət etməliyik. 

Bu məntiqdə bütün qədim yazıların batini mənaları, İlahdan göydə El, yəni El-İlah - Allah yaratmış firon Amonun bu yaradılışına və onun seçilmişlərinə aiddir. Bu Allah isə iki obrazda - əvvəldə və axırda gələn Allah obrazında çıxış edir. Başqa sözlə, bütün qədim yazıların batini mənalarında söhbət - göydə İlahdan Allah yaratmış firon Amondan, Onun seçilmişlərindən və Onun əvvəldə gəlmiş və axırda gələcək obrazlarından gedir.

Məşhur ərəb tarixçisi Əl Yəqubi “Kitab əl-Buldan” əsərində yazır ki, "Azərbaycan və onun ətrafının əhalisi Əl Azəriyyə və Əl Cavidaniyyə parslarının qarışığıdır". Sufi məntiqində "pars" rəmzi - Azəri piri deməkdir və mən bu haqda məqaləmdə ətraflı yazmışam (2). Qədim Misir mətnlərində firon mənasında işlənən pir (pirao) sözü, qədim İran mənbələrində farnbaq, yəni firon-bəg kimi qeyd olunur. Başqa sözlə, pars rəmzi Azəri firon-bəgi deməkdir. Deməli, Əl Yəqubi - "Azərbaycan və onun ətrafının əhalisi Əl Azəriyyə və Əl Cavidaniyyə parslarının qarışığıdır" dedikdə, batini mənada "Azərbaycan - Əl Azəriyyə və Əl Cavidaniyyə firon-bəglərinin ölkəsidir" fikrini çatdırmaq istəmişdir. 

Digər tərəfdən, buradakı Əl Azəriyyə rəmzi - ən qədim mənbələrdəki Assuriya ölkəsi anlamındadır və mən - "Assuriya qədim Azərbaycan ölkəsidir" adlı məqalədə bunu elmi sübut etmişəm (3). Burada Cavidaniyyə dedikdə isə - mərkəzi Bəzz qalası olan xürrəmilər hərəkatının lideri Cavidan nəzərdə tutulur. Bəzz (BZZ) rəmzi bizə Enkinin dirilik suyundan göydə yaratdığı Abzu (BZ) Evini və onun yerdəki Etemenanki məbədini və ya Babil qülləsini xatırladır ki, bu abidələr mənbələrdə "Göy və Yerin təməl Evi”, "Qüdrət yeri", "Allahın qapısı" və s. adlanır. Başqa sözlə, Bəzz qalası dedikdə, Enkinin dirilik suyundan göydə yaratdığı cənnət evi başa düşülməlidir. Qurana görə bu Allah Evini İbrahim peyğəmbər oğlu İsmaillə tikmişlər.

Xürrəm, yəni Xor-İrəm rəmzi batini mənalarda - qədim Misir mətnlərində Xor, Qor adlanan Allahlar nəslinin göydəki İrəm cənnəti anlamındadır. Bu isə onu deməyə əsas verir ki, Cavidanın Bəzz qalası elə Enkinin dirilik suyundan göydə və yerdə yaratdığı Abzu Evidir. 

Sufi məntiqində Cavidan rəmzi çox dərin batini mənalara malikdir. Belə ki, ərəblərin "C" (cim) səsi daha qədim - ilk insanların səfa məntiqində və kabbalada "G", "K" səsləri ilə qeyd olunurdu ki, bu məntiqdə CVDN rəmzi KVDN kimi oxunur. Başqa sözlə, Cavidan sözü batini mənada Kavidan anlamındadır. Bu məntiqdə Cavidan obrazı - Kəyan taxtının sahibləri olan Kavi nəsli və yəhudilərin İeqova, Yaqub, Yahvə adlandırdıqları Allah deməkdir. Bu rəmzlər - sufizmin Bəqa fazasında İlahla vəhdətə nail olub, Allaha çevrilmiş Bəg mənasındadır (4). Bəzz (Abzu) qalasının sahibi Cavidan daha dərin batini mənalarda - əvvəldə gəlmiş və bütün bəşəriyyəti yaratmış, qədim Misir mətnlərində Napatlı Amon adlanan Allahın obrazıdır. Abzu Evini yaratmış Enki də bu Allahın Ruhu mənasındadır.

Məlumdur ki, Cavidan öldükdən sonra Bəzz qalası Babəkə qalır. Babək rəmzi sufi məntiqində Ba-Bəg deməkdir və buradakı Ba rəmzi - qədim Misir mətnlərindəki Amon Allahın kamilləşmiş Ruhunu bildirirdi. Mətnlərə görə bu Ruh sonda Amonun oğluna keçəcək və İlahi sirləri yalnız o biləcək. İslamda Ba Ruhu Bəsmələ adlanır və batini mənada Rəhman və Rəhim Allahlarına aid edilir. Burada Rəhman Allah - əvvəldə gəlmiş və bəşəriyyəti yaratmış Ra-Amon Allahı, yəni Napatlı Amon, Rəhim isə axırda gələcək Allah (Məsih) mənasındadır. Bunlar rəmzlər dilində Qacar şahlar nəslinə aid edilir (5). Başqa sözlə, Babək - axirətdə gələcək və Amonun Ba ruhunun keçəcəyi Bəg deməkdir. Cavidanın ruhunun Babəkə keçməsi də bu mənadadır. Gelat İsmaililərində axirətdə gələcək bu bəg - baqiatullah, yəni Bəg-ayətullah adlanır. İslamda Cavidan və Babəkin obrazları kimi Məhəmməd peyğəmbər və imam Əli də qəbul olunur.

Sufi məntiqində Babəkin ərəblərə qarşı vuruşması - ərəb mənbələrinin zahiri mənalarına qarşı, onun batini mənalarının əsas olmasını sübutu etməsi rəmzindədir. Mən, "Babək bir gizli sirdir, aça bilərsən..." adlı məqalədə bu haqda yazmışam (6).

Bütün bunlardan belə nəticə çıxır ki, Əl Yəqubi "Cavidaniyyə parsları" dedikdə - əvvəldə gəlmiş və axırda gələcək Azəri pirlərinin əcdadı Amonun Öz nəslini nəzərdə tutur. Alban mənbələrində bu nəsil - Gelarküni Ərənşahlar nəsli adlanır. Gelarküni rəmzi - Allahın "Kün!" əmri ilə yaradılmış Adəm və İsa peyğəmbər anlamındadır ki, bunlar da əvvəldə gəlmiş və axırda gələcək Allahların obrazlarıdır. Şifahi Tövratda əvvəldə və axırda gələn Allahların obrazları Yusif və Benyəmindir və bunlar Yaqub və Rahil oğullarıdır. Batini mənada Rahil və Yaqub - Gilar Bəg deməkdir (7). Başqa sözlə, qədim yazılarda Allahın Özünə Qulluq üçün seçdiyi əsl yəhudilər - Azəri (Xəzər-HuAzər) Türk bəgləri olmuşlar. Tövratdakı onların Gelad eli ərəb mənbələrində Xelat kimi qeyd olunur və bu da Azərbaycan Atabəglər Ailəsinin malikanəsi sayılır (8). Xelatın məhz bu maqlar nəsli qədim mətnlərdə xaldeylər kimi də qeyd olunur.

Atabəg rəmzi - bütün bəglərin atası deməkdir və batini mənada bu - "bütün Allahların Atası" anlamındadır. Qədim Misir mətnlərində bu rəmz - "Bütün Allahların Atası və Ağası" kimi yazılır və Napatlı Amon Allahına aid edilir. Deməli, Atabəglər Ailəsi dedikdə, Napatlı Amonun Öz törəmələri və Onun köməkçiləri olmuş digər bəglərin törəmələri nəzərdə tutulur. Burada Əl Cavidaniyyə parsları dedikdə - Napatlı Amonun Öz törəmələri, Əl Azəriyyə parsları isə Amon Allahın köməkçiləri olmuş digər pir-bəglərin törəmələri nəzərdə tutulmalıdır. 

Qədim Misir yazılarına görə, Allah əvvəl Osiris nəslini, yəni mənbələrdə Aşur (Aşşur) da adlanan Azəri pir-bəglər nəslini, sonra isə onun qardaşı Seti yaradır. Misir mətnlərində Set nəsli amorey-suti kimi qeyd olunur ki, bu da miri-seyidlər deməkdir. Digər mənbələr bu Allahlar nəslini - Göy insanları və ya Göy türkləri adlandırır. Adi yer insanlarını bu Göy insanları öz əlləri ilə yaradıqları üçün, onlar mənbələrdə qeyd olunmağa layiq görülməmişlər. Yəni adi insanların qədim mənbələrə heç bir aidiyyatı yoxdur. Göy insanları - ilk kosmik insan olan Atum və ya Osiris (Azər) adlanan Allahın obrazı və bənzəri kimi yaradıldığı üçün, onlar söz və fikirlə bütün canlı və cansız varlıqlara təsir edə bilir, təbiət üzərində hökmran idilər. Başqa sözlə, göydə və yerdə olanlar onlara tabe olmuşlar. Məhz bu mənada məşhur sufi Mühiddin ibn Ərəbi, özünün "Füsusül Hikəm" adlı kitabında yazır: "Çünki dünyadakı hər şey insanın tabeçiliyinə verilib; bunu bilən kamil insan, bilməyən isə heyvani insandır". Başqa sözlə, ibn Ərəbiyə görə kamil insan - Göy insanları olan Azəri pirlərinin yaradılış sirrini bilən insandır. Bu sirri bilməyib, bilmədiyini bilməyən, lakin bilən kimi danışan insan isə heyvani insandır. Bütün qədim ədəbiyyatların, o cümlədən Əhdi-ətiqin batini mənaları, Göy insanları olan Azəri pirlərinə həsr olunmuşdur. Adi insanlar batini məntiqi bilmədiyi üçün, sadəcə hərfi, yəni zahiri mənaları anlayırlar. Buna görə də qədimdə müqəddəs kitabları adi insanların oxuması qadağan olunmuşdu. XVI əsrdə yaşamış Varmiya yepiskopu, kardinal Qozi bu haqda demişdir: “Əhdi-Ətiqi xalqa oxumağa vermək – müqəddəs şeyi itə vermək, mirvarini donuzun qabağına atmaq deməkdir”.

Bütün bunlardan çıxan nəticə odur ki, Azərbaycan - dünyanın ən qədim ölkəsi, Azəri xalqı isə ən qədim və müqəddəs xalqdır. Lakin bu həqiqətiləri qəbul edə bilməyən digər insanlar, bizim tariximizi saxtalaşdırmaq ilə məşğul olmuşlar. Onlar cəfəng dil qrupları nəzəriyyəsini ortaya atıb, tarixi qarışdırmışlar. Bizim tarixçilərimiz də qədim sirləri bilmədikləri üçün, onların məntiqi ilə, müqəddəs xalqımızın qədim tarixini bu gün də saxtalaşdırmaqla məşğuldurlar.

Bu gün insanlarımız çətin vəziyyətə düşəndə pir-bəglərin, seyid-şıxların ocaqlarına, qəbirlərinə gedir, yüz illər əvvəl rəhmətə getmiş Azəri müqəddəslərinin ruhlarından kömək istəyirlər. Lakin unudurlar ki, yaşadığımız dövr axirət dövrü, yəni göydəki kosmik Azər (Osiris) Allahının 5500 illik ömrünün sona çatması dövrüdür. Azər adı Tövratda və digər mənbələrdə Aşur kimi yazılır ki, iman əhlinin bu gün də keçirdiyi Aşura mərasimi bu mənada, xalqımızın öz əcdadına tutduğu yas mənasındadır (9). Bu mərasimdə insanlarımızın özlərinə əziyyət verməsi və mərasimin bu günə qədər gəlib çatması, xalqımızın öz keçmişinə, müqəddəs əcdadlarına olan məhəbbətin göstəricisidir. Yazılanlara görə axirətdə Gelat ismaililəri Azər Allahını yenidən dirildəcək və Azəri xalqı yenidən dünyanın ən xoşbəxt xalqına çevriləcək. Mühiddin ibn Ərəbinin yazdığına görə Rəhman Allahın axirətdə İşi - Əzəl yazıda yazıldığını həyata keçməsinə nəzarətdən ibarətdir. Başqa sözlə, Azəri xalqının gələcək xoşbəxtliyi - qarşısı alınmaz prosesdir. Sadəcə hər şey Əzəl yazıya uyğun öz dəqiq vaxtında olacaqdır. 


Ədəbiyyat 

1. Məqalə: “Azəri, Azərbaycan nə deməkdir? Sirlər xəzinəsi", sayt: http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html?m=1

2. Məqalə: "Pars - Azəri piri deməkdir", sayt: https://gilarbek.blogspot.com/2013/12/pars-azri-piri-demkdir_31.html?m=1

3. Məqalə: "Assuriya qədim Azərbaycan ölkəsidir", sayt:

https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/

4. Məqalə: "Значение тайной имени еврейского Бога – YHWH", sayt:

https://firudin.blogspot.com/2023/08/yhwh.html?m=1

5. Məqalə: "Bəsmələnin rəmzlərlə ifadələri", sayt: https://www.blogger.com/u/1/blog/post/edit/3210233418827378163/3258843964052254023

6. Məqalə: “Babək bir gizli sirdir, aça bilərsən…”, sayt: http://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1258

7. Məqalə: “Великие деяния сыновей Иакова и Рахиля”, sayt: https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1

8. Məqalə: "Azərbaycan Atabəglər Ailəsi və Onun 32 müqəddəs xalqı", sayt:

https://firudin.blogspot.com/2021/01/azrbaycan-atabglr-ailsi-v-onun-32.html

9. Məqalə: "Aşura haqqında ağlasığmaz həqiqətlər", sayt: https://gilarbey.blogspot.com/2013/03/asura-haqqnda-aglasgmaz-hqiqtlr.html?m=1


Firudin Gilar Bəg 

Sufi-batin alimi 

Комментарии

Популярные сообщения из этого блога

Истина о небесных и земных людях

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истинная суть праздника Песах - Пасха