Ərəbi fəlsəfəsində Məhəmməd peyğəmbərin mahiyyəti

        Bu günkü müsəlmanlar Məhəmməd peyğəmbər haqqında həqiqətləri bildiklərini düşünürlər. Əslində isə onlar peyğəmbərimiz haqqında demək olar ki, heç nə bilmirlər. Onların bildikləri - Quranın, hədislərin zahiri, yəni hərfi mənalarından öyrəndikləri və mollaların, dinşünasların nağıllarından başqa bir şey deyildir. Bu molla və dinşünasların İslam dahilərinin kitablarından demək olar ki, xəbərləri yoxdur. Məlumatı olanlar da heç nə başa düşmədikləri üçün susurlar. İslamın ən dahi alimləri Əbu Həmid əl-Qəzali, Mühiddin ibn Ərəbi, Abdulkərim əl-Cili və s. kimi sufilər olmuşlar ki, onlara görə Məhəmməd peyğəmbər - göydə İlahi nurdan yaradılmış kosmik insandır. Kainatın sabitliyi və qayda-qanunu ondan aslı olmuşdur. Mənbələrdə o - "Haqq (Həqiqə) Məhəmməd", yəni "Allah Məhəmməd", "iki dünyanın sahibi" və s. adlanır. Bu rəmzlər isə bilavasitə qədim Misir kosmoqoniyası ilə bağlıdır. Belə ki, qədim Misir mətnlərində iki dünyanın ağası - firon Napatlı Amon, kosmik insan isə, onun Gel şəhərində yaratdığı Atum və ya Osiris adlanan Allahdır. Mənbələrdə bu firon - Türk xanı kimi qeyd olunur ki, o İlahdan El, yəni El-İlah - Allah yaratmışdır. Deməli, "Şeyxül-Əkbər" titulu almış Mühiddin ibn Ərəbi və onun "Əkbəri məktəbi"nə (Əkbəriyyə məktəbi) görə Məhəmməd peyğəmbər adi insan yox, qədim mənbələrdəki Allahın obrazıdır və birbaşa metafizika ilə bağlıdır. Bu yaradılışı tam anlamaq üçün, ilk insanların vahid səfa dilini, yəni sufi məntiqini - batiniliyi bilmək vacibdir. Batiniliyə görə qədim yazıların zahiri, yəni hərfi mənalarından başqa batini - iç mənaları var. Bütün qədim yazılar - Xaldeyada Babil qülləsini tikmiş ilk insanlar tərəfindən 70 dildə rəmzlərlə yazılmışdır. 70 dil, bu tikilinin əsl mahiyyətini sirr kimi saxlamaq üçün, Allah tərəfindən onların vahid dilindən yaradılmışdır. Sufi məntiqinə görə, bütün yazıların batini mənalarında - bəşəriyyəti yaratmış Midiya maqı Napatlı Amonun tarixindən, fəlsəfəsindən və onun ilk xalqından danışılır. Başqa sözlə, 70 dildəki bütün mənbələrin batini mənaları, digər mətnlərdə Niftalı, Təkdüz, Bəkdüz, Bəkdaş və s. kimi də qeyd olunan firon (pir) Napatlı Amonun yaratdıqlarına həsr olunmuşdur. Bu yaradılışların əsası isə Həqiqə Məhəmmədiyyə adlanan Haqq Məhəmməddir. Biz bu kosmik insan haqqında həqiqətləri anlamaq üçün sufi məntiqinə və Ərəbinin Əkbəri məktəbinə müraciət etməliyik.

Əkbəri ənənəsinə görə, kainatın yaradılışı "Nuri Məhəmməd" adlanan ilahi nurdan başlayır. Bu nur - ilk əql, ilk həqiqət və ya "Həqiqətlər Həqiqəti" adlanan ilkin materiyadır. Onun başqa adı isə - əvvəli və sonu olmayan, doğmayan və doğulmayan İlahdır. Bu İlah, yəni nur hər şeyin əsasını təşkil edən işıqdır ki, sürətinin azalması zamanı materiallaşır və cisimlər əmələ gəlir. Başqa sözlə, nur - hər şeyin əsasını təşkil edir və özündən, cisimlərin varlığı və xüsusiyyətləri haqqında tam informasiya şüalandırır. Buna görə o, Əkbəri ənənəsində - idrakı, həqiqəti və gizli aləmləri aşkara çıxaran İlahi nur sayılır. Lakin bu "nur" (NR) - An və Ra rəmzləri (samitləri) ilə verilir ki, sufi məntiqində bu artıq sadəcə ilkin materiya deyil. Nur - ilkin materiyadan, onun müəyyən anında yaradılmış Ra günəş diski ilə bağlıdır. Bu isə ilkin materiyanın, qurban ruhlarının qarışığı mənasındadır. Pir Napatlı Amon, ilkin materiyanı özünə tabe edib, bəşəriyyəti yaratmaq üçün, onu kəsdiyi minlərlə heyvan qurbanının ruhları ilə teurqiya vasitəsilə "qarışdırır". Tövratda ilkin materiyanın təbii vəziyyəti xaos, zülmət adlanır ki, Allahın əmri ilə ondan işıq yaranır və bu işıq da bu kitabda "or", yəni Ra rəmzi ilə verilir. Başqa sözlə, Nuri Məhəmməd dedikdə, sadəcə ilkin materiya yox, onu özünə tabe etmiş pir Niftalı Amonun nuru başa düşülməlidir. 

Qədim Misir mətnlərinə görə firon Amon öləndə, ruhu göyə qalxaraq, əvvəlcədən göydə İlahdan yaratdığı Ra günəş diski ilə birləşib, Ra-Amon, yəni Rəhman Allaha çevrilmişdir. Quranda Ra-Amon Allahı - ulduza bənzədilən şüşə və onun içindəki çıraq kimi rəmzləndirilmişdir. Başqa sözlə, Nuri Məhəmməd elə firon Amonun Nur sacan Ra günəş diskidir. Məhəmməd adı da birinci qat batini mənada Maq-Mada, yəni Midiya maqı - qam-şamanı, kahini anlamındadır. Deməli, Nuri Məhəmməd batini mənada - Midiya maqı Amonun teurqiya ilə özünə tabe etdiyi ilkin materiya - İlah mənasındadır.

Əkbəri məktəbində Nuri Məhəmməd eyni zamanda ilk əql (Əqlül-Əvvəl) adlanır ki, buradakı əql - əvvəldə gəlmiş pir Amonun ağlı mənasındadır. Bu, İlahi özünü-açılışın ilk mərhələsi və bütün varlıqların əsası hesab olunur. Ərəbinin Nuri Məhəmmədi - İlahi özünü-açılışın ilk mərhələsi və bütün varlıqların əsası hesab etməsi, bəşəriyyəti yaradan pir Amonun yaratdıqlarının bənzər obyekti kimi Böyük partlayışı götürməsi deməkdir. Bildiyiniz kimi kainatın yaradılışı Böyük partlayışla (Big bang) və kainatın genişlənməyi ilə başlayır. Pir Amon da, yaratdığı metafizik kosmik Məhəmmədin uzunömürlü olması üçün, bənzər obyekti kimi Böyük partlayışı götürmüş və hər şeyi ona bənzətmişdir. Onun, Nuri Məhəmmədi - "İlahi özünü-açılışın ilk mərhələsi" adlandırması, onu, partlayışla genişlənməyə başlayan kainata bənzəməsi deməkdir. İlkin materiyanın qanunlarına (qomeopatik maqiya) görə, belə bənzətmə olmasa, ilkin materiya öz daxilində kosmik insanın mövcud olmasına imkan verməzdi. 

Digər tərəfdən, Məhəmməd obrazının insan kimi yaradılmasını Ərəbi - "güzgüdə özünə baxmaq" kimi qeyd edir. İlahi nurdan insan formasında kosmik varlıq yaratmaq üçun Napatlı Amon, özünü bu Məhəmməd Nurun ruhu adlandırır və ilk dəfə güzgüyə baxıb, orada insan formasında özünü görür. Daha sonra "Ol!" əmri ilə ilkin materiyanı, yəni Nuru - insan formasına salır. Buna görə Ərəbi bu kosmik insanı - «Allahın özünü onda tanıdığı» bir varlıq kimi təsvir edir.

Digər tərəfdən, Əkbəri məktəbində Həqiqə Məhəmmədiyə, yəni Haqq Məhəmməd - Kamil insan adlanır. Əl-Cili açıq yazır ki, “Mənim əsərlərimdə ‘İnsani Kamil’ ifadəsi mütləq şəkildə harada işlədilirsə, bununla yalnız Məhəmmədi nəzərdə tuturam". Əl-Ciliyə görə, İnsani Kamil — yəni Məhəmmədi Həqiqət — varlıq dairələrinin ətrafında döndüyü Qütbdür. Varlıq dairəsi ondan başlayır və ona qayıdır. O, Allah ilə yaradılmış aləm arasında kosmik vasitəçi, İlahi ad və sifətlərin təzahür etdiyi məzhər və varlığın qorunmasının əsas qüvvəsidir. Başqa sözlə, Haqq Məhəmməd - kosmik ölçülü Kamil insandır. Qədim Misir mətnlərində bu insan Atum və ya Asar, yəni Osiris adlanır. Əbu Yəzid əl-Bistami bu Kamil Insanı - "Əl Kamil ət Tamm" adlandırır ki, bu da batini mənada "Kamil Atum" deməkdir. Digər tərəfdən Məhəmməd peyğəmbər Quranda Rəsul adlanır və bu da batini anlamda El-Asar, yəni "Osiris Allahı" fikrini ifadə edir.

Əkbəri məktəbində Kamil İnsan, yəni Haqq Məhəmməd - kainatda nizamı saxlayan səmavi ilkin obraz və kosmik gücdür. Qədim Misir mətnlərində kainatın harmoniyasını saxlayan İlahə - Maat adlanır ki, bu da Atum rəmzi ilə eyni mənalıdır. Həzrəti Məhəmmədin adı da sufilərdə eyni zamanda Maq-Maat kimi oxunur. Bu da Haqq Məhəmməd obrazının elə qədim Misir mətnlərindəki Atum və Maat adlanan kosmik İnsan-Allahın obrazı olması deməkdir.

Əl-Cili, özünün "Kamil İnsan", yəni «Əl-İnsān əl-Kāmil fī Mərifətil-Əvaxir vəl-Əvail» («Kamil İnsan: Son və İlk Həqiqətlərin İrfanı») adlı məşhur əsərində bu kosmik insanı əvvəldə və axırda gələn Allahla əlaqələndirir. Qurana və xristianlığa görə də Allah - Əvvəl və Axırdır ki, bu da sufi məntiqində əvvəldə gəlmiş Amon Allahı və axirətdə gələcək Mehdi mənasındadır. Başqa sözlə, əl-Ciliyə görə, yaradılışın əvvəlində göydə yaradılmış kosmik Kamil İnsan axirətdə yenidən yaranacaqdır. Əkbəri ənənəsinə görə insan kimi doğulacaq Məhəmməd peyğəmbərin ruhu, axirətdə göydəki metafizik Haqq Məhəmmədə çevriləcəkdir. Ərəbi, axırda gələcək bu Kamil İnsanı həm Adəm və həm də Haqq adlandırıb, onu İlk Allahın varisi (xələf) kimi tərif edir. 

Lakin ibn Ərəbi sistemində Adəm - Kamil İnsanın ilkin təcəssümü, yəni əvvəldə gələn Allah, Məhəmməd isə onun kamilliyinin ən tam və son təcəlli nöqtəsi, yəni axırda gələcək Mehdi mənasındadır. Allah, bu varisi olan Kamil İnsanı, onun mövcudluğunu təmin edəcək yeri möhürləmiş və bunları göz bəbəyi kimi qoruyur. Ərəbi burada varisi göz bəbəyi adlandırır və bu dünyaya onun vasitəsilə baxdığını qeyd edir. Ərəb dilində göz bəbəyi sözü "insan əl-ayn" adlanır ki, burada əl-ayn - göz deməkdir. Ərəbi bildirir ki, gözün görməsi üçün bəbək vacibdir. Eləcə də Haqqın (Allahın) Özünü və yaradılışı tam şəkildə müşahidə etməsi üçün Kamil İnsan bir vasitədir. Əgər dünyada Kamil İnsan olmasa, Haqqın dünyaya baxışı və nəzəri kəsilər, dünya öz varlıq səbəbini itirər və qiyamət qopar. Kamil insan və göz - işıq şüası kimi yayılan ilkin materiyadan ibarətdir. Bu efirlə vəhdətdə olan ruh məhz bunun hesabına hər şeyi görür. Burada Haqq dedikdə - baxan, yəni firon Amonun ruhu - Ra-Amon (Rəhman) Allah nəzərdə tutulur ki, əvvəldə və axırda gələn Kamil İnsan da Onun yaratdığı və idarə etdiyi kosmik varlıqdır. Buna görə mənbələrdə O, yəni Ra-Amon Allahına çevrilmiş firon Amon - kosmosun ali arxitektoru kimi də qeyd olunur. Onun yazdığı Əzəl yazıya görə, axirətdə, ilk yaradılmış Kamil İnsan işıqda parçalanıb yox olur. Məhz bu dövr mənbələrdə "dünyanın sonu", yəni axirət dövrü adlanır. Bu zaman dünyada İlahi harmoniya pozulur, kataklizmlər başlayır və İlahi haqq-ədalət itir. Qədim Misir mətnlərində bu dövr Asar (Azər), yəni Osiris Allahının 14 hissəyə parçalanıb ölməsi adlanır. Məşhur filosof Əflatun bu Allahı, yəni göydəki Kamil İnsanı - Dövlət adlandırır və onu vahid bir orqanizm, canlı bir bədən kimi təsvir edir. Ən qədim mənbələrdə bu dövlət - ruhlar dünyası, Osirisin göydəki ölüm şahlığı, cənnət və s. kimi qeyd olunur. Əflatun bu dövlətin məhv olması zamanı, yerdəki haqq-ədalətin pozulmasından da danışır. Ona görə dövləti - idrakı yüksək, nəfsini cilovlamış və varlığın mahiyyətinə bələd olan filosof-şahlar nəslinin nümayəndəsi idarə etməlidir. Kamil İnsanın daxilindəki dövlətin məhv olması zamanı, yerdəki dünyada haqq-ədalət prinsipi pozular. Bu zaman hakimiyyət, bu iş üçün yaradılmış filosof-şahlardan - nəfsinə qul olan adi insanların əlinə keçər. Nəticədə yerdə - timokratiya, oliqarxiya, demokratiya və tiraniya adlanan dövlət formaları yaranar ki, biz bu günkü dünyada bunun real şahidi oluruq. Başqa sözlə, göydəki Kamil İnsanın sonu, yəni axirətdə, Allahın yaratdığı kamil dövlət quruluşu məhv olur və yerdəki dünya məhvə doğru gedir. Lakin mətnlərə görə bu zaman Asar (Osiris) Allahının oğlu Qor doğulacaq və atası Asarı dirildəcək. 

Qor rəmzi mətnlərdə əsasən Xor kimi də keçir ki, dilimizdəki "axır" sözü də məhz xor rəmzindən yaranmışdır. Əkbəri ənənəsində məhz axirətdə yaranacaq ikinci Kamil İnsan - Allahın göz bəbəyi olacaq ki, Allah bu dövrdə dünyanı məhz onun vasitəsilə seyr və idarə edəcək. Qədim Misir yazılarında axirətdə gələcək Qor, Xor - Ra-Amonun görən gözü sayılır. Mətnlərdə "Xorun gözü" ifadəsi - şah hakimiyyətini müdafiə edən, şəfa verən qızılquş gözü kimi təsvir edilir. Rəvayətə görə Qor Allahı, əmisi Setlə mübarizədə sol gözünü itirir. Lakin Tot və ya İsida onu sağaldır. Qorun sol gözü Ay-ın rəmzi sayılır ki, sufi məntiqində Ay - axirətdə günəş Allahı Ra-nın yerinə keçəcək Allahın (Mehdi) obrazıdır.

Tövrata görə, yaradılışın dördüncü günündə Tanrı iki nur saçan yaradır ki, bunlar da Günəş və Ay Allahı mənasındadır. Günəş Allahı burada axirətə qədər, Ay Allahı isə axirətdən sonra dünyanı idarə etməlidir. İslamda bu nur saçanlar Məhəmməd peyğəmbər və imam Əliyə aid edilir. Nur hədisinə görə peyğəmbərimiz demişdir: "Mən və Əli, hər ikimiz Adəmin yaranmasından 40000 il əvvəl Allah qarşısında nur olmuşuq". Bu isə o deməkdir ki, burada Qor Allahı, yəni Xorun gözü rolunda - axirətdə Ay Allahı obrazında imam Əli çıxış edəcək. İsmaili-batini kosmoqoniyasında, əvvəldə Adəm obrazında yaradılış Kamil İnsan - Məhəmməd peyğəmbərə, axirətdə yaranacaq Kamil İnsan isə imam Əliyə aid edilir. Şiələrin imamı Allahın yerdə nümayəndəsi, İlahi biliklərin varisidir və yalnız bu «qapıdan» keçəndən sonra Allaha yaxınlaşmaq, onu dərk etmək mümkündür. Sufilər bu mənada Məhəmməd peyğəmbəri günəşə bənzədirlər ki, digər peyğəmbərlərin və övliyaların nurları - ondan gələn işıqlar hesab olunur. Bu mənada Məhəmməd peyğəmbər, yəni Kamil İnsan - makrokosmos, onun obrazı və bənzəri kimi yaradılmış övliyalar nəsli, yəni pir-bəglər, seyid-şıxlar nəsli isə mikrokosmos kimi səciyyələndirilir. 

Qədim mətnlərdə ilkin materiyanın, yəni İlahın rəmzi kimi ilan qəbul edilmişdi ki, İlahla vəhdətdə olanlar - "ilandan doğulanlar" adlanır. Rəvayətə görə Herakl Gileyada yarı ilan, yarı qadın Yexidna ilə cütləşir və onlardan "ilandan və ya əjdahadan doğulanlar" adlanan müqəddəslər nəsli yaranır. Yəhudi müdrikləri onları mələklər nəsli adlandırır. Qədim Misir mənbələrində Gileya, Atum və ya Osiris adlanan Allahın yaradıldığı Gel eli kimi məlumdur. Tövratda Gileya - Midiya İsmaililərinin Gelad eli, ərəb mənbələrində isə ifrat Gelat şiələrinin eli adlanır. Əhdi-cədiddə Allahın - "Mənim Geladım" adlandırdığı bu el İslamda da Beytullah, yəni Allahın evi qeyd olunur. Alban mənbələrində Gel eli - Gelarküni Ərənşahlar və Ərmənşahlar nəslinin eli kimi keçir. Misir mətnlərində bu ismaililər - Qor fironların nəsli kimi məlumdur ki, Tövratda onlar - Aqar, yəni Həcər (Qacar) nəsli sayılır. İslam mənbələri onları - Quranın 7 qat dərin batini mənalarını bilən Kari (Kurra) nəsli adlandırır. Hədislərdə bu Gel eli - Məhəmməd peyğəmbərin qardaşı oğlu Aqilə çatmış evi adlanır. Başqa sözlə, Nuri Məhəmmədin - "İlahi özünü-açılışın ilk mərhələsi" Gel elindən başlayır. Axirətdə də məhz buradakı Ismaili natiqlərinin Kari nəslindən olan varisi, Haqq Məhəmmədin yenidən kosmik İnsan kimi zühurunu təmin edəcəkdir. Hədislərə görə buradakı İlahi Nur hovuzunun başında, Onun möminlərlə görüşü və böyük şadyanalıq olacaqdır.

Bütün bunlardan çıxan nəticə odur ki, əsl İslam - Əbu Həmid əl-Qəzali, Mühiddin ibn Ərəbi, Abdulkərim əl-Cili və s. kimi sufi dahilərinin əsərlərində yazılan ismailiyyə fəlsəfəsidir. Bu fəlsəfə sufi ariflərinin Əkbəri məktəbidir və batini məntiqlə bağlıdır. Əgər İslam mətnlərinin hərfi, yəni zahiri mənalarına əsaslanan hədisşünaslıq - avam kütlə üçün iki mənalı yazılmış nağıllar toplusudursa, Əkbəri məktəbi - ismaililərin Kari-Qor pirləri nəsli üçün yaradılmış Kamil fəlsəfədir. Allahın yerdəki qapısı sayılan Babil qülləsinin tikilişindən sonra, tikənlərin vahid dilindən 70 dil yaradılmasının əsas səbəbi də - Allahın bu İlahi həqiqətləri axirətə qədər sirr kimi saxlaması planıdır. Bu plana görə Allah, bütün sirlərin qorunduğu Cəbərut aləminin qapısını möhürləmişdir ki, bu aləm qədim mənbələrdə Sokar, Qades, Aid, Qarni və s. adlanan mağaradır. Bu mağaranın içində Etemenanki zikkuratı, onun içində isə Babil qülləsi, Əhd sandığı və "Allahın yaraqları" qorunur. Qədim Misir yazılarına görə bu möhürlənmiş mağara öz möhürünü, yəni Mehdini gözləyir. Mətndə bu mağara - "Möhür gözləyən ev", möhür özü isə Nu, yəni Nu-Asar (Nu-Osiris) adlanır ki, bu rəmz bizə Nizar kimi məlumdur. Ismaili-nizarilərdə Nizar məhz Osiris Allahı kimi göstərilir və onun ölümsüzlüyü nəzərə çatdırılır. Misir yazılarında möhür mənasında olan Nu-Asar, Mehdi obrazında gəlib, "Möhür gözləyən evi" açacaq və ölmüş Osiris Allahını dirildıcəkdir. Ərəbi "Füsusül Hikəm" kitabında, axirətdə gələcək Məhəmməd peyğəmbəri möhür adlandırır və Allahla eyniləşdirərək yazır: «Onun müdrikliyi vahiddir, çünki o – insan nəslində kamil mövcudluqdur, ona görə də dünya tərtibi onunla başlamış və onunla da qurtarmışdır: Adəm - gil və torpaq olanda o artıq peyğəmbər idi, sonra isə elementar quruluşuna görə, peyğəmbərlərin möhürü oldu... Qeyd olunmuş [varlıq] - insan və varis adlandırılmışdır. Onun insanlığı, quruluşunun unversallığındadır, çünki o bütün həqiqəti əhatə edir. Göz bəbəyi göz üçün nədirsə, O da Allah üçün odur: göz bəbəyi seyr etməni həyata keçirir ki, buna «baxmaq» deyirlər. Buna görə də ona insan dedilər, çünki onunla Allah öz Xəlq etdiyini seyr edir və ona öz rəhmini göndərir. Bu insan meydana çıxmış və əzəli-əbədidir, əbədi və daimi təşəkkül tapandır, ayıran və yığan sözüdür, o – dünyanın varlığının olması və onu həyata keçirəndir, ona görə, o dünyada seçilir, necə ki, daş üzükdə seçilir. O – yazının yerləşdiyi yerdir, O – o işarədir ki, Hakimi-mütləq öz xəzinəsini möhürləyir. Ona görə də O onu varis adlandırıb, çünki, Böyük Allah onunla öz Xəlq etdiyini, möhür xəzinəni gözlədiyi kimi gözləyir: nə qədər ki, xəzinədə sahibin möhürü var, heç kəs onu açmağa cürət edə bilməz, yalnız Onun öz razılığı ilə, onun xəzinəsinin gözlənilməsində varis onu aça bilər". Başqa sözlə, məhz axirətdə, möhür rəmzində olan Məhəmməd peyğəmbər - "Möhür gözləyən ev"in qapısını açacaq və ölmüş Osiris Allahını dirildıcək.


Firudin Gilar Bəg 

Sufi-batin alimi 

6.09.2026



Комментарии

Популярные сообщения из этого блога

Истина о небесных и земных людях

Batinilik haqda

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха