Seyidlər necə yaradılıb?
İslamın ən dahi alimi olan Şeyxül-Əkbər Mühiddin ibn Ərəbi yazır ki, Allah yeri göyü insana tabe etdi. Bunu bilən Kamil İnsandır. Bunu bilməyib və bilmədiyini bilməyib danışanlar isə heyvani insandır. İbn Ərəbi burada "yerin göyün tabe edildiyi insan" dedikdə seyid-bəgləri nəzərdə tutur ki, insaniyyət tarixində məhz onlar bəşəriyyətdən üstün yaradılmışlar. İbn Ərəbiyə görə bu dünyada onlardan üstün xalq ola bilməz. Mən bu söhbətdə, bəşəriyyətdən üstün yaradılmış bu Azəri seyid-bəglərinin yaradılış texnologiyasının sirrini açacağam. Lakin insanlarımızdan xahiş edirəm ki, qədim mənbələrdən xəbərsizlər münasibət bildirməsin. İbn Ərəbi, bilmədiyini bilməyib danışan insanları heyvani insan adlandırır. Bunu ona görə vurğulayıram ki, təhsil nazirimiz Emin Əmrullayevə görə, xalqımızın 25 yaşdan yuxarı 60%-i oxuduğunun mənasını anlamır. Adətən də belə insanlar artıq-əskik şərhlər yazırlar. Mən də əvvəlcədən bildirirəm ki, seyid-bəglərin yaradılışı Elmi-Billahın ən ali səviyyəsidir və hamı üçün deyil.
Qəbul olunmuşdir ki, seyid ali adı - Məhəmməd Peyğəmbərin ulu babası Haşimin və peyğəmbərin qızı Fatimə və İmam Əlinin övladları vasitəsilə gələn nəslin davamçılarına deyilir. Deməli, biz ilk növbədə peyğəmbərimizin həqiqətdə kim olduğunu insanlara açmalıyıq və bunun üçün də ismaili natiqlərinin Batin elminə müraciət etməliyik. Çünki zahiri mənada və hədislərdə peyğəmbərimiz adi insan sayılsa da, batini mənalarda və irfan elmində peyğəmbərimiz - bəşəriyyətin yaradılışında əsas rol oynayan müqəddəsdir. İbn Ərəbinin "Əkbəri məktəbi"ndə O, İlahi nurdan yaradılmış kosmik insandır və kainatın sabitliyi və qayda-qanunu ondan aslı olmuşdur. Məhəmməd nuru - ilk əql və “Həqiqətlər Həqiqəti” adlanan - əvvəli, sonu olmayan, doğmayan, doğurmayan İlahdır. Bu baxımdan peyğəmbərin ulu babası rəmzində olan Haşim sözü - yəhudi ənənəsində Allahın adlarından olan Haşem, Aşem rəmzidir. Başqa sözlə, Hikmət və Marifətullahda seyidlik, bilavasitə İlah və Allahla bağlı olan müqəddəslərə aiddir. Bu müqəddəs nəsil - Midiya kahini olmuş və qədim Misir mətnlərində pir Napatlı Amon adlanan Niftalı Əmandan başlayır. Seyidlərin çətin məqamda - "Ya Cəddim" deyə köməyə çağırdıqları əcdadları məhz bu pir, yəni firon Napatlı Amondur ki, qədim İran mənbələrində o farnbaq, yəni firon-bəg adlanır. O sufizmin Bəqa fazasında İlahın, yəni ilkin materiyanın, efirin sirlərini dərk edərək, onunla vəhdətə nail olmuşdur. Sufilər buna "Vəhdəti Vücud" deyirlər. Pir Amon bu bəglik məqamında İlahdan Ra diski yaratmış, öləndən sonra ruhu bu disklə birləşib Ra-Amon Allahına çevrilmişdir. Daha sonra pir Amon, Midiyanın Gel şəhərinin göylərində İlahdan El, yəni El-İlah - Allah yaratmışdır. Qədim Misir mətnlərində Gel şəhərində yaradılmış bu kosmik ölçülü Allah - Atum və ya Osiris adlanır ki, mətnlərdə o Asar, Azər, Aşşur və s. kimi də qeyd olunur. Bu kosmik Allah - insan formasında yaradıldığı üçün sufilər onu Kamil İnsan, Kabbala isə Adam Kadmon (Adəm Qədimün) adlandırdı. Abdulkərim əl-Cili məhz bu kosmik Kamil İnsana - Məhəmməd peyğəmbər deyir. Seyidlər də bu Kamil İnsanın obrazı və bənzəri kimi yaradılmışlar. Əkbəri ənənəsində Məhəmməd peyğəmbər - makrokosmos, seyid-bəglər isə mikrokosmos hesab olunurlar. Deməli, qədim seyid-bəglərin söz və fikir vasitəsilə təbiətə aktiv təsir edərək möcüzələr göstərməsi, başqa sözlə, yerin göyün onlara tabe edilməsi - onların Allahın obrazı və bənzəri kimi yaradılması ilə bağlıdır.
Qədim mənbələrdə İlahla vəhdət - rəmzlərlə ifadə olunur ki, mən bunların bəzilərini açmaq istəyirəm.
Qədim Misir kosmoqoniyasında İlahın rəmzi kimi ilan götürülmüşdür. Rəsmlərdə bu ilanın, ərəb dilindəki Allah sözünün yazılışına bənzərliyi göz qabağındadır. Yunan mifologiyasında bu İlahın obrazı - yarı ilan yarı qadın Yexidna kimi rəmzləndirilmişdir. Rəvayətə görə, Gileyaya gələn Herakl burada Yexidna ilə "cütləşir" ki, bu "izdivacdan" - mənbələrdə "ilandan doğulanlar", "əjdahadan doğulanlar" adlandırılan Midiya maqları, kahinləri doğulur. Yəhudi müdrikləri onları mələklər nəsli, yəni ölümsüz ruh daşıyan müqəddəslər adlandırır. Mənbələrdə onlar marlar, amoreylər, qədim Misir mətnlərində isə - amorey-suti adlanırlar. Midiya - Azərbaycanın indiki Yardımlı rayonu ərazisinin qədim adıdır ki, burada amorey-sutilər - miri-seyidlər kimi məlumdur. Gileya eli qədim Misir mətnlərində Gel şəhəri, alban mənbələrində isə Gelarküni kimi keçir. Herakl adı digər mətnlərdə Erakl kimi də yazılır ki, batini mənada bu rəmzlər Gelar, yəni "Gel şəhərində İlahdan yaradılmış Ra (Hor) Günəş Allahı" deməkdir. Quranda bu Ra-Amon Günəş Allahı - Rəhman Allah kimi qeyd olunur. Başqa sözlə, Azəri seyid-bəgləri - Ra-Amon Günəş Allahının İlahdan yaratdığı mələklər nəslidir. Hürufi deyimlərinin birində İlahla vəhdətdən yaradılmış Ra Günəş Allahı haqda deyilir: «Zatımı Təbrizdə kəşf etdim. Vəhdətin Günəşi ilk kəs Azərbaycanda göründü. Çünki Tanrı bu ölkəni kutlamışdır. Peyğəmbərlərin və müqəddəslərin parıldayan almazıdır».
Digər mətnlərdən Azəri müqəddəsləri - Göy insanı və ya Göy türkləri kimi məlumdur. Ümumilikdə seyid adıanan Azəri pir-bəgləri və şıxlar nəsli Tövrata görə, Allahın Özünə qulluq üçün xüsusi yaratdığı seçilmişlər nəslidir. Qədim dünyanın bütün padşahları və peyğəmbəri məhz bu Azəri seyid-bəgləri nəslinə mənsub olmuşlar. Bütün Avropanın da bu sahibləri yazılarda - "Quş dilini bilən Gelardlılar" kimi keçirlər. Yalnız axirət dövründə, yəni göydə yaradılmış Kosmik Kamil İnsan - Azər-Osiris Allahının işıqda yox olmasından sonra, onun müqəddəs seyidləri öz İlahi qüdrətlərini itirib, adi insanlara çevrildilər. Lakin Rəhman Allahın Əzəl yazısına görə, bu zaman seyid-bəglər nəslindən gələn Azər oğlu Qor, "atası" Azər - Osiris Allahını dirildıcək və dünyada yenidən Qızıl əsr başlayacaq.
Keçən əsrin ortalarına qədər Azərbaycanın cənub bölgəsində, tanımadığı yeniyetməyə rast gələn ağsaqqal, ondan bir sual sorarmış: "bala seyidsən, avamsan?". Yəni Göy insanı nəslindənsən, ya yer insanı nəslindən. Ağsaqqal yeniyetmədən hansı xalqa və ya etnik qrupa mənsub olmasını sormazmış. Bu o deməkdir ki, artıq keçən əsrdə Azərbaycan əhalisi adi insanlarla qarışmışdı və ağsaqqallar onları ayırd etmək üçün belə sual verərmiş.
Bütün bunlar haqda daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, internet səhifələrimdəki "Batini-Quran" və digər kitablarımda və yüzlərlə elmi məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
Sufi-batin alimi
25.09.2026
Комментарии
Отправить комментарий