Сообщения

Qorqud partiyası sədrinin İran Azərilərinə müraciəti

          İr anda yaşayan əziz Azəri bacı-qardaşdırım. Mən, Azərbaycan Qorqud partiyasının sədri Firudin Gilar Bəg, qədim mənbələrdə Ərənşahlar, yəni İran şahları adlandırılan Albaniyanın Gelarkün nəslinin nümayəndəsi və bütün dinlərin gizli, batini mənalarını bilən, "Batini-Quran" və digər kitabların, çoxsaylı elmi məqalələrin müəllifiyəm. Quranda batin elmi - Süleyman peyğəmbərə ən üstün elm kimi verilmiş "Quş dili" adlanır və bu elmi bu gün dünyada bilən yeganə alim mənəm. Bilgilərimin əsas mahiyyəti ilə İnternet səhifələrimdəki kitab və məqalələrimdə tanış olmaq olar. Bu gün İran hökumətinin, Azərbaycanın öz torpaqlarını ermənilərdən azad etməyə çalışdığı çətin dönəmində, öz şiə qardaşları olan azərbaycanlıları yox, qəsbkar xristian erməniləri müdafiə etməsi, məni sizlərə, öz doğma bacı-qardaşlarıma müraciət etməyə vadar etdi. İranın bu gün bütün dünyada terrorizmi dəstəkləyən ölkələr sırasında öndədir. Son hadisələr zamanı molla rejiminin öz xalqına qarşı ...

Мои книги и статьи (последние)

1. Статья: "Расшифровка Торы с помощью «язык птиц»: От Адама до левитов-алевитов", сайт: https://firudin.blogspot.com/2020/06/blog-post.html?m=1 2. Статья: "Истина о небесных и земных людях", сайт: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1 3. Статья: "Основой всех религий является одно космическое событие", сайт: https://firudin.blogspot.com/2020/04/blog-post.html?m=1 4. Статья: "Правители мира и их единый «язык птиц», сайт: https://firudin.blogspot.com/2020/08/blog-post.html?m=1 5. Статья: "Что означает святость и кто такие святые", сайт: https://firudin.blogspot.com/2020/10/blog-post.html?m=1 6. Статья: "Истина о смерти и воскрешении Бога Осириса-Руса", сайт: https://firudin.blogspot.com/2020/10/blog-post_31.html 7. Статья: "Тайна святого языка Азери", сайт: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html 8. Статья: "Что означает Эрец-Исраэль на "языке птиц", сайт: htt...

"Ana" ilə keçən müqəddəslik

         Qəbul olunmuşdur ki, yəhudilik anadan keçir və yəhudilər yalnız yəhudi ilə evlənməlidirlər. Yəhudi dedikdə qədim mənbələrdə Xəzər Türk bəgləri olan kutilər, yəni xudalar nəzərdə tutulurdu və yəhudi də "Ya Xuda" anlamındadır. Şahlığı göydən endirilmiş bu kuti-xudalar mətnlərdə - qədim Misirin Atum Allahının obrazı və bənzəri kimi yaradılmış göy insanları adlandırılır. Atum isə ilkin materiyadan, yəni İlahdan yaradıldığı üçün xudalar nəsli də İlahdan yaradılmış hesab olunurlar. Rəmzlər dilində bu yaradılış Misir fironu Amonun və ya Oğuz xanın göylərlə izdivacı mənasında olduğu üçün göylər, yəni ilkin materiya ( İlah) - xudalar nəslinin anaları mənasındadır. Başqa sözlə, qədim yəhudilər olan Türk bəgləri İlahdan doğulmuş müqəddəs insanlardır. Bu Azəri pirləri İlahla vəhdətdə doğulduqlarına görə onların söz və fikirləri həyata keçir və onlar təbiətə və canlılara aktiv təsir edə bilirdilər. Azəri seyid-bəgləri indi də iddia edirlər ki, onlar adi insanlar d...

Əsl şiəlik hansıdır və nədir?

            Şiəlik iki müxtəlif etiqaddan ibarətdir və bunlar, Azəri pirlərinin 5500 yaşlı İsna-Aşəriyə dini və ərəblərin 1400 yaşlı İslam şiəliyidir. Bu gün şiəlik deyəndə məhz 1400 yaşlı ərəb şiəliyi nəzərdə tutulur ki, bu da peyğəmbərdən sonrakı dövrün hakimiyyət davasıından başqa bir şey deyildir. Ərəb mənbələrinin birbaşa, zahiri mənaları bu barədədir və bu şiəlik haqqında insanlar məlumatlıdır. 5500 yaşlı İsna-Aşəriyə dini isə mənbələrdə Aşur, Asar, Azər adlanan qədim Misirin 12 Böyük Osiris Allahlarının dinidir. Bu din, Misir fironu kimi tanıdığımız Təkdüz Amonun Gel şəhərində yaratdığı kosmik ölçülü Atum Allahı və Onun daxilindəki Qeyb cənnəti ilə bağlıdır. Təkdüz Amon bu kosmik Allahın obrazı və bənzəri kimi xudalar nəslini yaratmışdı ki, mənbələrdə onlar - şahlığı göydən endirilmiş kutilər adlandırılır. Əhdi-Ətiqdə bu xudalar nəsli Assurlar, yəni Asar, Osiris Allahları adlandırılırlar. Onlar Xaldeya, yəni Xelatda Babil qülləsi tikib, onun göyl...

Məhəmməd peyğəmbər - Bəglik məqamına yüksəlmiş Azəri piridir

          Məhəmməd peyğəmbər haqqında söz demək istəyən hər bir insan bilməlidir ki, peyğəmbərimiz mənbələrdə - Allah nuru verilmiş "Haqq Məhəmməd" adlandırılır və onun "İki dünyanın ağası" olması nəzərə çatdırılır. "Haqq" və "İki dünyanın ağası" rəmzləri qədim Misirdə Asar, yəni Osiris Allahına aid edilən rəmzlərdir. Bu o deməkdir ki, peyğəmbərimiz adi insan yox, Allahla bağlı müqəddəsdir və onun həqiqətlərini anlamaq üçün, qədim müdriklərinin məntiqini, "dilini" bilmək vacibdir. Tövratda bu "dil" ilk insanların ilk "səfa əhəd" dili adlanır ki, bu da "Allahın sufı dili" deməkdir. Deməli, biz qədim yazılara Allahın sufi məntiqi ilə, yəni rəmzlər kimi yanaşıb, açmasını verməliyik. Sufi məntiqində Məhəmməd və eyni mənalı Mahmud rəmzləri - Maq-Mad və Qam-Adəm deməkdir. Qədim Misirdə Mad və Adəm rəmzləri, firon Amonun göydə yaratdığı kosmik ölçülü Maat və Atum Allahı kimi keçir. Digər tərəfdən, Məhəmməd peyğə...

Allah - Azəri pirlərini, onlar isə insanı yaratdılar

      Bu gün azərbaycanlılarımız öz həqiqi tarixi haqqında heç nə bilmir və ona görə müqəddəs xalqımızın milli mənliyi, mentaliteti məhvə doğru gedir. Övladlarımıza tədris olunan Azərbaycan tarixi isə tam cəfəngiyatdır.  Rusun imperiya siyasətinə uyğun yazılmış kitablarla alim olmuş tarixçilərimiz yeni araşdırmaları, faktları görsələr də, izah verə bilməyib susurlar. Alimlərimizin, yeni məlum olan həqiqətləri müzakirə etmək istəməməsi səbəbindən elmimiz "öz yerində addımlamaqdadır". Təəssüfləndirici haldır ki, ziyalılarımız da xalqımız haqqında həqiqətləri müzakirəyə çıxarmaq istəmirlər. Azərbaycan xalqı kimi müqəddəs xalq üçün, onun şanlı tarixini gizlətmək təbii ki, buna məsul məmurlara çox baha başa gələ bilər. Çünki, Azəri xalqı - Allahın bu dünyada Özünə qulluq üçün seçdiyi yeganə xalqdır. Allah, qədim mətnlərdə seçilmişlərini - haqsızlıq dövrü olacaq bu axirət dövrü haqqında əvvəlcədən xəbərdar etmişdi. Əzəl yazıya görə, Allah sonda Öz işini, nurunu tamamlayaca...

Həqiqətdə Əhli-beyt kimlərdir?

        İslam dünyası üçün dəqiq bilinməsi vacib olan məsələlərdən biri də peyğəmbərimizin ailəsi sayılan Əhli-beytidir. Əhli-beyt deyəndə peyğəmbərmiz, imam Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamları nəzərdə tutur və onları öz "itrəti, əti və qanı" adlandırır. Lakin digər mənbədə o özünü asiman, Əhli-beytindən olan imamları isə onun bürcləri adlandıraraq, onların on iki nəfər olmasını bildirir. İsna-Aşəriyə dinində və ismaili fəlsəfəsndə on iki rəmzi çox dərin batini mənalı rəmz olub, göydə, yəni asimanda yaradılmış dünyanı, cənnəti bildirir. Belə çıxır ki, Əhli-beyt deyəndə peyğəmbərimizin göydəki evi, yəni cənnət dünyası nəzərdə tutulur. Beytin mənasını tam anlamaq üçün qədim mənbələrə müraciət etmək vacibdir. Quranda beyt həm də Beytullah adlanır ki, bu da Allahın Evi deməkdir. Ən qədim mənbələrdə Allah evi mənasını verən beyt rəmzi - bit, Abtu, Abidos və s. kimi də yazılır. Mətnlərə görə, firon Amonun “Allahla söhbət...