Allah - Azəri pirlərini, onlar isə insanı yaratdılar

      Bu gün azərbaycanlılarımız öz həqiqi tarixi haqqında heç nə bilmir və ona görə müqəddəs xalqımızın milli mənliyi, mentaliteti məhvə doğru gedir. Övladlarımıza tədris olunan Azərbaycan tarixi isə tam cəfəngiyatdır. 

Rusun imperiya siyasətinə uyğun yazılmış kitablarla alim olmuş tarixçilərimiz yeni araşdırmaları, faktları görsələr də, izah verə bilməyib susurlar. Alimlərimizin, yeni məlum olan həqiqətləri müzakirə etmək istəməməsi səbəbindən elmimiz "öz yerində addımlamaqdadır". Təəssüfləndirici haldır ki, ziyalılarımız da xalqımız haqqında həqiqətləri müzakirəyə çıxarmaq istəmirlər. Azərbaycan xalqı kimi müqəddəs xalq üçün, onun şanlı tarixini gizlətmək təbii ki, buna məsul məmurlara çox baha başa gələ bilər. Çünki, Azəri xalqı - Allahın bu dünyada Özünə qulluq üçün seçdiyi yeganə xalqdır. Allah, qədim mətnlərdə seçilmişlərini - haqsızlıq dövrü olacaq bu axirət dövrü haqqında əvvəlcədən xəbərdar etmişdi. Əzəl yazıya görə, Allah sonda Öz işini, nurunu tamamlayacaq və yeni dünya düzənindən sonra xalqımız dünyanın ən xoşbəxt insanları olacaq. Bu, dəyişdirilməsi qeyri mümkün olmayan Əzəl yazıdır. Bəs bizim həqiqi tariximiz necədir? Bu suala cavab vermək üçün qədim mənbələrə, onları yazan müdriklərin məntiqi ilə yanaşmaq lazımdır. Bu məntiq, Aşuri, yəni Azəri kitabı adlanan Tövratda, ilk dil mənasında "səfa əhəd" kimi qeyd olunur ki, bu da ilk yaradılmış Xudalar nəslinin rəmzi sufi "dili" mənasındadır.

Qədim Misir yazılarına görə, Allah ilk olaraq Asar, yəni Osiris, Azər Allahları nəslini dünyaya hakim kimi yaratmış, sonra isə adi insanları var etmişdir. Yəhudi fəlsəfəsinin banilərindən sayılan Aleksandriyalı Filon da cəmi iki növ - göy və yer insanın yaradıldığını bildirir. Filona görə, göy insanı Allahın bənzəri kimi yaradıldığı üçün onlar ölümsüzlər nəslidir. Adi insan isə küldən yaradılmışdır və ölümlüdür. Məşhur filosof Əflatun "Timey" əsərində də göy və yer insanlarından danışır. Onun yazdığına görə, Allah - Osiris nəslini ilkin materiyadan yaratdığı üçün onlar ölümsüzdürlər. Adi, yəni ölümlü insanları yaratmağı isə Allah, Öz sevimli xalqı olan Osiris, yəni Azəri Allahlarına tapşırır və onlar adi ölümlü insan yaradırlar.

Qədim mənbələrdə Osiris Allahları dedikdə,

şahlığı göydən endirilmiş kutilər, yəni xudalar nəsli nəzərdə tutulur ki, onlar öləndən sonra, ruhları göydə ölümsüz Osiris Allahlarına çevrilir. Bu xudalar nəsli isə, Misir fironu Amonun göydə öz kölgəsi kimi yaratdığı kosmik Atum Allahının obrazı və bənzəri kimi yaradılmışlar. 

Qədim müdriklər Atum Allahını - Osiris, ilk insan, Adəm, Kamil insan, Məhəmməd peyğəmbər və s. adlandırmışlar. Tövrata və digər kitablara görə, ilk insan yarananda dünyanın o başından bu başına qədər olmuşdu. Məşhur sufi Mühiddin ibn Ərəbi bu Adəmi - Haq, yəni Allah adlandırır və onu, bədəni ilə bütün dünyanı tutan nəhəng insan kimi təqdim edir. Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə, Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs - Adəmin bədənindədir.

Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan ”Dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Deməli, ilk insanların ilk sufi "dilində" Adəm, Osiris, Məhəmməd peyğəmbər, Kamil insan dedikdə - nəhəng İlahi varlıq başa düşülməlidir ki, İslamda bu böyük varlıq Allahu-Əkbər, qədim Şumerdə isə Luqal adlanırdı.

Xuda-kutilər məhz bu nəhəng insanın obrazı və bənzəri kimi yaradılmışlar. Digər məşhur sufi Əl Qəzalı bu nəhəng Allahı - Kamil insan, onun kütləvi tipini, yəni onun bənzəri və obrazı ilə yaradılmışları isə Məhəmməd peyğəmbərin müqəddəslər nəsli adlandırır.

Mühiddin ibn Ərəbiyə görə, Məhəmməd peyğəmbərin xalqına Süleyman pilləsi verilmişdir və ona görə də heç bir xalq onun xalqından üstün ola bilməz. Deməli, xyda-kutilər nəsli, nəhəng Adəmin obraz və bənzəri kimi yaradılmış Allahlar nəsli olmuşlar. Sufilərə görə, bunlar Məhəmməd peyğəmbərin nəsli olan seyidlərdir. Seyid rəmzi ən qədim Misir mənbələrində amorey-suti kimi keçir ki, bu da mar-seyid, yəni Midiyanın miri-seyidləri deməkdir.

Türk mənbələrində bəglərə aid edilərək şad-bəglər kimi keçən seyid rəmzi, digər mətnlərdə sadat, şəddad, şadday və s. kimi yazılıb, Allahla bağlı çox dərin mənalar verir.

Qədim İran mənbələrində bu şad-bəglər - firon-bəglər, pir-bəglər adlanır və onlar İlahi Azər odunu daşıyan, söz və fikirləri ilə bütün canlı, cansızlara aktiv təsir edə bilən İlahi insanlar kimi xarakterizə edilirlər.

Qədim Misirdə pir adlanan bu fironlar, İlahi Azər, yəni Osiris odunu daşıdığı üçün, mənbələrə görə bəşəriyyətdən üstün yaradılmışlar və dünyanın ağasıdırlar. Onların üstünlüyü də, İlahi Azər odunun onlara verdiyi qüdrətin hesabınadır və məhz bu qüdrət onların ölkələrinə xoşbəxtlik gətirir.

Möcüzə göstərmək qüdrəti hesabına bütün dünyanı son 3 əsrə qədər məhz Azəri seyid-bəglərinin nəsli idarə etmişlər və mən bu haqda yazmışam. Bütün dinləri də Azəri seyid-bəgləri yaradıb dünyaya yaymışlar. Təkcə Maldiv adasında İslamın yayılması faktı onu göstərir ki, İslam dinini dünyaya bir neçə Azəri piri yaymışdır. 

Bütün bunlar haqqında mən bir neçə kitab, 150-dən artıq məqalə yazmışam. Lakin alimlərimiz bunları dərk edə bilmədikləri üçün susurlar. Bütün dünyaya bunları tək sübut etmək qeyri-mümkündür. Çünki müsəlman türkləri xristian Avropa sevmir. Bunlar yalnız bizə lazımdır ki, dünyanı öz qarşımızda diz çökdürə bilək. Ona da öz alimlərimiz imkan vermirlər. Mən cavanlarımıza, vətənini sevən bütün insanlarımıza demək istəyirəm ki, bu dünyada insaniyyətlə bağlı hər şeyi, Azəri Türk bəglərinin əcdadı olan pir Bəkdüz Əman yaratmışlar. Məhz O və Onun ilk yaratdıqları Azəri xudaları - adi insanı, göydəki cənnəti var etmişlər. Bu haqda mənbələrdə rəmzlərlə yazılmış istənilən məlumatlar var. İnsanlarımız sufi-batin elmini öyrənməlidir ki, mənbələri anlasın və öz şərəfli tarixini bilsin.

Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.


 Firudin Gilar Bəg

Комментарии

Популярные сообщения из этого блога

Тайна святого языка Азери

Человека сотворили Хазарские беки - Элохимы

Кто такой Бог? - простыми словами